დაიჯესტი აზერბაიჯანულ ენაზე
Efirdə azərbaycan dilində həftəlik icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və Knews.ge informasiya agentliyinin səhifəsində dinləyə bilərsiniz.
Paata İmnadze – Suçiçəyinin çoxlu halları təstib edilir, ancaq bu adi işdir
Suçiçəyi hər üçüncü il çox olur- adi hallarda, bir il artım olur, – bu haqda Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin Tibbi Rəhbəri Paata İmnadze bildirir. Onun sözlərinə görə, suçiçəyi uşaqlarda yüngül şəkildə baş verir.
„Suçiçəyi tuğyan edir deyə yayılan məlumat yanlışdır. Suçiçəyi vaxtaşırı çoxalır. İl olur ki, çoxdur, il olur ki azdır. İndi suçiçəyinin artış dövründəyik. Suçiçəyi böyüklərdə daha çətin keçir, nəinki uşaqlarda. Bu bir il davam edə bilər. Su çiçəyinin mövsümü yoxdur – silsiləsi var. Bir il çox artır, son sonra bir-iki il az olur. Bu suçiçəyi epidemiyasıdır. Suçiçəyi halları var, çoxdur, lakin bu adi haldır“, – İmnadze bildirmişdir.
Siğnağidə zeyntunun ilk ting təsərrüfatı açıldı
Kənd Təsərrüfatı İnkişafının maliyyə dəstəyilə, Siğnaği bələdiyyəsinin Sakobo kəndində, zeytunun ilk ting təsərrüfatı açııldı. MMC „Ceolayv“ təsərrüfatı düzəltmək üçün 3 mln laridən çox sərmayə yatırtdı. Sərmayənin bir qismi “Danerqe momavali” dövlət proqramından 250, 000 lari miqdarında maliyyələşdirilib, 650, 000 isə güzəştli aqrokreditdir. Ting təsərrüfatını Ətraf mühit və Kənd təsərrüfatı Naziri Otar Şamuqia gözdən keçirdi və iş prosesi, habelə gələcək planlarla tanış oldu.
,,Bu zeytunun ilk ting təsərrüfatıdır və bu il təxminən 500 000 ting yetiştirməyi planlaşdırırıq; gələn illərdə miqyas 1 milyona qədər artırılacaqdır. Bizim fermerlər üçün idxalı əvəz etmək və yerli tinglərdən istifadə etmək çox əhəmiyyətlidir. Həmin tinglər yüksəkməhsuldarlıq və keyfiyytlə fərqlənəcək. Hesab edirəm ki, zeytun istehsalının potensialı var və ting təsərrüfatını düzəltmək bu prosesə töhfə verəcəkdir“, – Otar Şamuqia bildirmişdir.
Laqodexidə güclü külək ağacları qopardı, maşınlar və ifrastruktur xəsarət alıb
Laqodeci bələdiyyəsində güclü külək və yağış fəsadlara səbəb olub. Külək bir neçə yerdə, o cümlədən qoruqlarda belə, çoxillik ağacları qopardı. Sınan ağaclar maşınların və binaların üzərinə düşdü.
Təbii fəlakəti Gürcüstan-Azərbaycan sərhədi yanında da problemlər yaratdı. Növbədə duran, minik maşınlar daşıyan yük maşınlarının üzərinə ağaclar düşdü. Maşınları gürcüstandan Azərbaycana aparırdılar. Hər üç yük maşınında 6 minik maşın vardı. Təbii fəlakət avtomobillərin hərəkətini də müvəqqəti olaraq ləngitdi. Bol yağıntı kəndlərdə yaşayış evlərinin birinci mərtəbələrini və zirzəmilərini basdı.
Laqodexi meriyasından bildirdikləri kimi, zərərin dəqiq miqdarı haqqında məlumat bir az gec bəlli olacaqdır. Təbii fəlakət həmçinin Ğvareli və Siğnaği bələdiyyələrinə də xəsarət yetirdi.
İcarədarlar üçün əkin və biçin torpaq sahələrini almaq müddəti uzadıldı
İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə, “Torpaq resurslarına əlçatımlılıq proqramına” dəyişikliklər əlavə edilərək icarə haqqı ilə verilmiş Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpağı almaq üçün ərizə vermək müddəti 2024-cü ilin 24 iyulun qədər izadılır.
„Kənt təsərrüfatı təyinatlı torpaq resurlarına əlçatımlılıq” Dövlət proqramı 2020-ci ildən həyata keçirilir və hazırda, proqram çərçivəsində fermerlər 17,589,058 lari dəyərində, 988,3 ha kənd təsərrüfatı təyinatlı 245 vahid torpaq sahəsini satınaldılar. Kənd təsərrüfatı sahəsinin inkişafını nəzərdə tutan proqram, Dövlət Əmlakı üzrə Milli Agentlik tərəfindən icarə ilə verilmiş kənd təsərrüfatı əkin və biçin kateqoriyalı torpaq sahələrinin (hansıların üzərində artıq təsərrüfat işləri aparılmışdır) icarədarlarına satınalmaq imkanını verir. Bu addım fermer təsərrüfatının inkişafına və onların gəlirlərinin artmasına xidmət edir.
Kaxeti polisi azadlıqdan qanunsuz şəkildə məhrum etmə və pul tələb etmə faktı üzrə dörd şəxsi saxladı
DİN Kaxeti Polis Departamentinin Dedoplistğaro rayon idarəsi əməkdaşları, isti izlə aparılan operativ tədbirləri və istintaq əməliyyatları nəticəsində, azadlıqdan qanunsuz şəkildə məhrumetmə və pul tələb etmək ittihamı ilə 4 şəxsi saxlamışdır. DİN tərəfinfən yayılan məlumatla, cinayət 4-dən 10 il müddətincə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
„İstintaqla müəyyən oldu ki, ittiham edilən şəxslər pul almaq üçün, 1972 -ci il təvəllüdlü Q.S-nın yaşadığı evdən aldadaraq çıxartdılar, ona qarşı fiziki zor tətbiq etdilər və ölüm təhdidi altında azadlıqdan qanunsuz şəkildə məhrum etdilər. Hüquqmühafizəçilər, isti izlə apardıqları istintaq əməliyyatları nəticəsində, cinayət işləyən şəxsləri tezliklə saxladılar. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 143-cü maddəsinin 3-cü hissəsinin “a” və “e” yarımbəndləri ilə, habelə 181-ci maddənin 2-ci hissəsinin “a” yarım bəndi ilə aparılır“, – Yayılan məlumatda bildirilir.
Hökumət un idxalına vergi təyin etdi – qərar 12 iyundan qüvvəyə minəcəkdir
Un idxalını rəsmiləşdirmək üçün nəzərdə tutulan xidmət qiyməti 12 iyundan etibarən qüvvəyə minəcəkdir. Gürcüstan Hökuməti müvafiq qərarı cari ilin 7 iyununda dərc etdi. Onun vasitəsilə “PHHŞ – Gəlirlər Xidməti tərəfindən xidmət göstərmək üçün tələb edilən qiymət və onların faiz uçotlarının təsdiqi haqqında” Gürcüstan Hökumətinin 2010-cu il 30 mart №96 qərarına dəyişikliklər əlavə edildi. İdxalçı 200 kq-dan artıq taxıl ununun azad mübadiləyə buraxmaq prosedurunda qeydiyyatdan keçirmək üçün hər kq-ya 20 tetri ödəməli olacaqdır ki, bu da bir tona 200 lariyə bərabərdir. Qeydiyyatdan keçirmək vergisi 1 noyabradək qüvvədə qalacaqdır.
Gürcüstan Hökuməti idxal edilən un üzərində vergi təyin etmə qərarına yerli istehsalçıların satış problemləri yarandıqdan sonra gəldi. Onlar dəstək tələbi ilə bir neçə etiraz aksiyası keçirdilər. Qeyd etmək lazımdır ki, Gürcüstan üçün həm taxıl, həm unun əsas tədarükçüsü Rusiyadır. Əsas idxalat bazarına taxılı ixrac edərkən təyin edilmiş rüsuma görə gürcü idxalçıları üçün rus taxılını idxal və emal etmək qeyri-rentabel oldu. Nəticədə dəyirmankombinatların böyük hissəsi sayandı, taxı idxalçıları isə un idxalına keçdilər. Dayanmış dəyirmanlara görə yerli taxıl istehsalçıları ötən ilin məhsulunu satmaqda çətinlik çəkdilər və etiraz aksiyaları keçirtdilər. İdxal vergisinin qüvvəyə minməsinə paralel olaraq dəyirmanlar yerli fermerlərdən taxılı konkret qiymətə almağa və çörəyi istehlakçılara elə verməlidirlər ki, bu çörəyin bahalaşmasına səbəb olmasın.