დაიჯესტი აზერბაიჯანულ ენაზე
Efirdə azərbaycan dilində həftəlik icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və Knews.ge informasiya agentliyinin səhifəsində dinləyə bilərsiniz.
Bir ayda sosial müavinətini alanların sayı 4 432 insanla artmışdır – Agentlik
Martda sosial müavinəti Gürcüstanın 676 641 sosial cəhətdən müdafiə edilməyən vətəndaşı aldı. Sosial Xidmət Agentliyinin verilmişlərinə görə, bir ayda müavinət alanların sayı 4 432 nəfərlə artmışdır – məlumatı Sosial Xidmət Agentliyi yayır. Qeyd etmək lazımdır ki, müavinəti alanların statistikasında ictimai işlə təmin etmək proqramı iştirakçıları haqqında qeydlər yaradıldı. Daha konkret, yanvarda qeyd olunan proqrama cəlb edilməkdən irəli gələrək 4 il ərzində müavinətləri saxlanılacaq ailələrin sayı 30 571-dir. Fevralda onların sayı 33 394-də qədər artmışdır. Martda isə 33 114-dək azaldı. Məlumat üçün, Sosial Xidmət Agentliyi tərəfindən dərc edilən statistik verilmişlərə əsasən, martda müavinət alan ailələrə büdcədən ümdə 57 839 579 lari xərclənmişdir.
„Üzüm və çaxır haqqında“ Qanundakı dəyişikliklərə əsasən, üzüm bağlarının vahid kadastrı yaradılacaqdır
Gürcüstanda mövcud olan üzüm bağlarının vahid kadastrının yaradılması və təşkilatının hüquqi tənzimlənməsi məqsədi ilə, „Üzüm və çaxır haqqında“ Qanunda dəyişikliklər həyata keçirilir.
Milli Şərab Agentliyi sədri, Levan Mexuzlanın qeyd etdiyi kimi, Agentliyin əsas funksiyalarından birinin üzüm bağlarının vahid kadastrını yaratmağı təşkil etmək olsa da, Qanun “Üzüm bağlarının vahid kadastrı” terminini, onun yaradılması və təşkiletmə qaydasını izah etmir. Qeyd olunanlardan irəli gələrək, qanunlayihəsi bu məsələnin səhmana salınmasını nəzərdə tutur. Beləliklə, 3-cü maddəyə ,,Üzüm bağlarının vahid kadastrının” izahı əlavə ediləcəkdir.
Məsələnin hüquqi tənzimlənməsi məqsədilə Qanuna bir bənd də əlavə edilir. Həmin bəndlə 1 sentyabr 2023-cü ildə „Üzüm bağlarının vahid kadastrının yaradılması və təşkilinin qaydının müəyyənləşdirilməsi haqqında” Gürcüstan Ətraf mühit və Kənd təsərrüfatı Nazirinin əmri dərc edilməsi planlaşdırılır.
Onkoloji diaqnozlu 300 uşağın müalicəsini Dövlət tamamilə ödəyəcəkdir
Baş-nazir İrakli Ğaribaşvili Hökumət iclasında bunun üçün ildə təxminən 30 milyon larinin ayrılacağını bildirdi. „ Gürcüstanda təxminən 300-dək onkiloji xəstəlikdən əziyyət çəkən uşaq var. Dövlətimiz onların müalicəsini ildə təxminən 10 milyon lari ilə maliyyələşdirir. Bildiyiniz kimi, Gürcüstanda pasientin kamil və keyfiyyətli , yaxşı standartları olan xidmətlərlə müalicəsini təmin etmək, təəssüf ki, mümkün deyildir. Onun üçün də müalicəni xaricdə keçməli olurlar, məsələn Proton terapiyanı, şüalanmanı və s. Bu proseslər minlərlə amerika dollarına başa gəlir. Bəzi hallarda, bir kurs 100 min avrodur. Əlbəttə, vətəndaşlarımızın buna imkanı yoxdur. Qərar verdik ki, onkoloji diaqnozu olan 300 uşaq Dövlət tərəfindən maliyyələşdiriləcəkdir”, – Ğaribaşvili bildirmişdir.
Qareci kompleksinə daxil olan qayalar ovulur
Qareci səhrasının qayaları ovularaq əriyir. Qayada çapılmış monastırlar da korlanır. Sahə üzrə mütəxəssislər bu korlanmanın bir çox səbəbləri olduğunu deyirlər, misal üçün: iqlim dəyişikliyi təsiri. Qeyd olunan məsələ ilə bağlı, Euronews Georgia geniş material hazırladı.
,,Divarlar əriyir və gözümüzün qabağında yavaş-yavaş yox olur, təəssüf ki möhkəm fakturu yoxdur”,– yerlilər bildirirlər.
Davit Qareci lavrasının rəhbəri, arximandrit İlarion Çiğladze bildirir ki, mağaraları yağışlar yuyur, nəmişliksə korlayır. Onun izahına əsasən, buna mütləq diqqət verilməlidir.
,,Yağış və intensiv yağıntı qayaları yuyur. Onun xüsusi fakturu var, bu sıxılmış qumdur və yuyulmağa məruz qalır. Məsələn, Daviti ata kahası son zamanlar intensiv şəkildə və faktiki olaraq gözümüzün qabağında məhv olur. 6-cı əsrin abidəsi əldən gedir. Buna mütləq diqqət verilməlidir. Qayaların sökülməsi nəmişlikdəndir. Bəzən elə mövsum olur ki, yağış yağmır, bəzənsə az qalsın burdan çay axsın. Dəyişikliklər çox gözə çarpır”,- Arximandrit İlarion Çiğladze bildirir.
53% hesab edir ki, ölkədə əsas problem işsizlik və yüksək qiymətlərdir – IRI
IRI tərəfindən Gürcüstan əhalisi arasında aparılan sorğuya əsasən, əhalinin 53% ölkənin ən böyük probleminin işsizlik və iqtisadiyyat olduğunu deyir. 46% hesab edir ki, ən böyük problem yüksək qiymətlərdir, bunun arxasınca, 16%-in qənaətinə görə yoxsulluq gəlir. Qeyd etmək lazımdır ki, ölkədə təhsilin problemli olduğunu əhalinin 6%-i bildirir, 4% isə səhiyyəni. Biznesə dəstəyin də problemli olduğunu 3% deyir. Bölgələrdə də təxminən eyni göstəricidir – burda da əhalinin bir qismi yəni 38% əsas problemin işsizlik və iqtisadiyyatın olduğunu göstərir, 35% isə yüksək qiymətləri. Bölgələrdə habelə şəhərlərinin əsas probleim kimi infrastrukturun və sutəchizatının olduğunu deyirlər – 22% infrastruktura səs verir, 13% – suyun təchizinə.
Gürcüstanda it saxlamaq üçün vergilər gətirilə bilər
Sözü gedən qeyd, „Ev heyvanları haqqında Gürcüstan Qanunlayihəsində” yarana bilər. Lakin, hazırda qanunlayihəsində vergilərin təyin edilməsi məsələsi müzakirə predmetidir. Onun üzərində Ətraf mühit və Təbii resurslar komitəsi işləyir. Qanunlayihəsi o cümlədən, bütün itlərin çiplənməsini və itlərin eyniləşdirilməsini nəzərdə tutur. O ki qaldı, vergi məsələsinə, Qanunlayihəsinin son versiyasını hazırlayanadək, müzakirə prosesində verginin təxmini miqdarı da təklif edilir. Qanunla xüsusi verginin təyin edilməsi də nəzər alınsa, vətəndaş bir it üçün 20 lari, ikinci it üçün 200 lari və hər növbəti it üçün 100 lari ilə çox verməli olacaqdır. Bununla belə, Qanunvericiliklə böyük risk təşkil edən it cinsləri üçün yüksək vergi təyin ediləcəkdir. Bu cür birinci it üçün 200 lari, ikincisi üçün 2000 lari və hər növbəti üçün 1000-1000 lari təyin ediləcəkdir.