İor-muğanlılar deputatdan nəyi tələb edirlər
İor-muğanlıların dediyi kimi Kəntdə ən böyük problem içəcək suyun olmamasıdır. 25 yaşlı Alxan Quliyev deyir ki onun həyat yoldaşı içəcək suyu kəndin o başından piyadə gətirir. Yeni deputat məhz bu məsələnin həllinə əmək sərf etməlidir.
“Deputat ilk növbədə bu problemi həll etməlidir. Buralıların bir hissəsində su var ancaq kəndin başında yoxdur. İçəcək su evimizdən iki kilometr uzaqlıqdadır və qadınlar ora piyadə gedirlər. Hər gedişdə 20 litr gətirəbilirlər ki buda yetmir. Kənd deputatı gələn kimi bu işləri həll etməlidir” – “Kaxetiya səsi” ilə söhbətdə Alxan Quliyev bunları deyir.
İor-muğanlılar həmçinin otlaqlarının olmamaları haqda da şikayətlənirlər. Yerli əhalinin əksəriyyəti maldarlıqla dolandığı üçün otlaqların olmaması böyük çətinliklərə səbəb olur.
“Malımızı otarmaq üçün otlaqlarımız yoxdur. əvvəllər vardı, ancaq satdılar. Bir qismi becərililib və 5 min hektardan çoxu isə özələşdirlibdir. O ərazi çəpərlənib deyə heç kimi buraxmırlar. Mal-qaranı hara aparaq, nə edək? İndi sizdən eşitdim ki bir aya seçkilər olmalıdır, namizdələrin kim olduqlarını bilmirik. Ancaq kim qalib gəlirsə gəlsin bu problemlərin həll etməsini xahiş edirik – Ələsgər Mirzayev belə deyir.
Kənd sakinləri gələcək deputata böyük ümidlər bəsləyir və əvvəlki deputatdan fərqli olaraq, hansı ki verdiyi vədləri yerinə yetirmədi, bu xalqa qayğı göstərəcəkdir. İor-muğanlı sakini Əliz rafa Zalilov deyir ki kənddaxili yolların olmaması çox çətinliklər doğurur.
“Kənddaxili yolun olmaması bizi çox narahat edir. Yağmurlu havada fəhşətli çamur olur. Günəşli havadasa pəncərələri aça bilmirik toz-dumana qarışır və otağa girir çünki. Gələcək deputatdan bu məsələni həll etməyi xahiş edirik. Bundan əvvəlki heç qayğı göstərmirdi çünki. Bizimlə görüşməyə heç gəlməyib belə. Ümid edirik ki yenisi belə olmaz. Xalqala yaxşı münasibət quracaq. Hal-hazırda böyük çətinliklərlə savaşırıq və köməyə ehtiyacımız var: hər şey başalaşıb, yerlilərin bir çoxu bankdan kredit alıb və əvəzində evlərini qoyublar. Deputat və hökumət məhz bu problemləri həll etməlidir” – deyir Əliz Rafan Zalilov.
İor-muğanlı Bayramova deyir ki kəntdə başqa məsələlərlə yanaşı işsizlik də baş alıb gedir. Yerli əhalinin əsas gəlir mənbəyi maldarlıqdır. Bayramovanın dediyinə görə gələcək deputat əhalinin işlə təminolunmasına da qayğı göstərməlidir. O kəntdə kiçik süd zavodunun açılmasının mümkün olduğunu deyir.
“ Süd zavodu tikilsə çox yaxşı olar. Orda özümüz işləyərik. Burda əksəriyyətimiz maldarlıqla dolanırıq və gəlirlərimiz də artardı”.
Saqareconun ara seçkilərinə getdikcə az vaxt qalır. Kimi seçmələrinə qərar vermək üçün yerlilərində zamanları çox deyildir. Seçki administrasiyasımım qərarı ilə seçkilər oktyabrın 31-də keçiriləcəkdir. MSK-nın verilmişlərinə görə Saqareco Mahalında 46 011 seçici qeydiyyatdan keçmişdir.
Deputat mandatı üçün hakim partiyadan Tamar Xidaşeli mübarizə aparacaqdır. Seçkilərdə Gürcüstan Vətənpərvərlər Alyansının liderlərindən biri olan İrma İnaşvili də iştirak edir. Partiya namizədlərindən savayı ara seçkilərində təşəbbüs qrupunun təklif etdiyi müstəqil namizəd Qiorqi Davitaia da iştirak edir. Iki partiaydan fərqli olaraq ara seçkilərinə 13 müxalifət partiyası boykot edir.
Gürcüstanın Gənc Hüquqşünaslar Assosiyasiyasının Telavi ofisinin sədri Marex Mqaloblişvili deyir ki, hər hansı partiyaya mənsub olmasından asılı olmayaraq, deputat Gürcüstan Konstitusiyasını qorumalı və qanun daxilində hərəkət etməlidir. O müəyyən olunmuş qayda üzrə vətəndaşların şikayətlərini yoxlaya, ərizələrinə baxa və onlarla görüşə bilər:
“başqa hüquq və vəzifələrdən savayı Gürcüstan Konstitusiyasının 67-ci maddəsinin birinci bəndinə uyğun olaraq, Parlament üzvünün qanunvericilik təşəbbüsü ilə çıxış etməyə haqqı var. Parlament üzvünün haqqı var ki parlamentin plenar iclasında müəyyən olunmuş qayda üzrə: müzakirə üçün konkret məsələni meydana atsın və vətəndaşların ümum-dövlət əhəmiyyətli məktublarını və müraciətlərini parlamentə tanış edərək onların həllini tələb etsin və s.” –deyir Marex Mqaloblişvili.