დაიჯესტი აზერბაიჯანულ ენაზე
Efirdə azərbaycan dilində həftəlik icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və Knews.ge informasiya agentliyinin səhifəsində dinləyə bilərsiniz.
Çumlaği kəndində fəaliyyət göstərən şirkətin istehsal etdiyi məhsul Fransaya ixrac ediləcək
“Ketili da Patiosani” şirkəti məhsulunu Fransaya ixrac edəcəkdir. Şirkətdə izah etdikləri kimi məhsul artıq hazırdır.
„ Fransa istiqamətində olduqca aktiv şəkildə işləyirik. Fransada məhsullar tədqiq edildi və A kateqoriya verildi, bir az əvvəl süzdük və Fransaya göndərmək üçün hazırdır, “- Soso Mancavidze qeyd edir.
Onun izahəna görə, təbii məhsula həm Avropada, həm də yerli bazarda tələbat böyükdür. “Ketili və patiosani” bazarda 8 növ məhsulla təmsil olunur, lakin yeni istiqamətlər üzrə işlər davam edir.
„Şirkət 2014– cü ildə yarandı. 2019-cü ildə isə “Ketili və Patiosani” adını verdik. Souslar istehsal etmək istiqamətinə də qoşulduq. Bunun üçün “Poporel” brendi yarandı. Gürcüstan miqyasında aqroturu maliyyələşdirdik, bütün bölgələri gəzib köhnə reseptləri müasirləşdirdik. Nəticədə, olduqca maraqlı məhsul aldıq. Misal üçün, qırmızı alça və çuğundurun sintezi. Hamısı təbiidir və onların istehsalında heç bir kimyəvi müdaxiləyə yer verilmir“- şirkətdən bildirirlər.
Avtomobillərin qış təkərləri ilə hərəkət etməsi müəyyən məntəqələrdə 1 dekabrdan 1 martadək icbari olacaqdır
Qış dövründə, avtomobillərin qış təkərləri və sürüşmə əleyhinə zəncirlərlə təchiz etmək icbari ola bilər. Lakin, bu yalnız yolun müəyyən hissələrində belə ola bilər. Həmin hissələrin və zonaların siyahısını isə hökumət müəyyənləşdirəcəkdir.
Layihəyə əsasən, Qanunvericiliklə müəyyənləşdirilmiş dövrdə (1 dekabrdan-1 marta qədər) və yerlərdə hərəkət edərkən nəqliyyat vasitəsinin müvafiq təkərləri və ən azı çəkici təkərlərdə zəncirlər olmasa avtomobil 100 lari miqdarında cərimələnəcək, sürücülük vəsiqəsindən isə 5 xal azalacaqdır.
Müəllimlərin maaşları tam iş saatarı şəraitində ortalama 500 lari artacaqdır
“Müəllimliyin, əziz pedaqoqlarım, əzəldən hörmətli bir peşə olduğunu yaxşı bilirik. Qeyd etdiyim kimi O olduqca məsuliyyətli bir peşədir də. Hamımız ləyaqətli və təhsilli nəslin ölkəmizin gələcəyi, fundamenti olması ilə razılaşırıq – bu haqda Gürcüstan baş-naziri İrakli Ğaribaşvili bildirmişdir.
„ Bizim qərarımızla, 2024-cü ildə Təhsil Nazirliyi üçün əlavədən yarım milyard lari ayrılacaqdır, burdan 160 milyon lari müəllimlərin maaşlarının artmasına sərf ediləcəkdir. Cənab nazir bu istiqamətdə fəal şəkildə işləyir və tezliklə konkret nəzərlərini sizə təqdim edəcəkdir“, – Ğaribaşvili bildirmişdir.
Laqodexidə „Loladzelər ferması“ Kivano və başqa bir illik mədəniyyətlərin istehsalını dayandırmışdır.
Firmanın həmtəsisçisi Laşa Loladzenin bildirdiyi kimi bunun səbəbi nəqliyyatla bağlı problemlərdir.
Onun sözlərinə görə, Marketlər yerli məhsulları az bir miqdarda alırlar və beləliklə xərci borcunu ödəmir. Loladzenin bildirdiyi kimi böyük şəbəkələrə əsasən idxalçılar daxil olurlar, onlar mağazalara ekzotik məhsullarla yanaşı başqa məhsullar da verdikləri üçün distiribusiya asand başa gəlir.
Otlaqlarda heyvanın qanunsuz otarılması üçün 300-dən 2400 lariyədək cərimə təyin edilmək planlaşdırılır
Mühafizə olunan ərazilətin hüdudları çərçivəsində, çöllərin, çəmənlərin, biçənəklərin və ya otaqların korlanması, otarma qaydalarının pozulması və ya qanunsuz otarmalar heyvan başına müəyyən cəriməni nəzərdə tutacaqdır. 20 baş hevanadək – 300 lari, 20-100 heyvanadək 1400 lari, 100 heyvandan yuxarı 2400 lari . Bu qanun layhəsini Parlamentdə “Qirçi” partiyasının üzvü İaqo Xviçia tənqid edərək mal otarmağın qanunsuz ola bilməyəcini dedi. Onun sözlərinə görə ölkədə maldarlıq bir ənənədir və Dövlət hansının otarmağın qanuni, hansının isə qanunsuz olduğuna necə qərar verə bilər. Ətraf mühit və Kənd təsərrüfatı Nazirinin birinci müavini Nino Tandilaşvili isə məsələnin ərazilərdə otarmağın qadağan olması deyil, onu reqlament altına almasını nəzərdə tutduğunu vurğuladı. İaqo Xviçianın sözlərinə görə, cərimələrin hansı meyarlarla hesablandığı da anlaşılmaz qalır.
Daşqınlar, torpaq sürüşmələri və sellər təhlükəsi xəritələri 2024-cü ildə hazır olacaqdır
Bunun haqqında Ətraf mühit üzrə Milli Agentlik tərəfindən Parlament üzvü Tina Bokuçavanın sualına cavab olaraq göndərilən məlumatda bildirilir.
„ beynəlxalq ekspertlər tərəfindən təbii fəlakətin modelləşdirilməsi və təhlükələr xəritəsinin tərtib edilmə metodologiyaları hazırlanmışdır. Bunun əsasında Ətraf mühitin milli agentliyi mütəxəssisləri və beynəlxalq ekspertlər tərəfindən bərabərcə təhlükələrin xəritələrinin hazırlanma işləri aparılır: Milli səviyyədə təhlükələr xəritələri güclü külək, qar, qar uçqunları, quraqlıq və dolu üçün hazırlanmışdır; hazırda daşqın, torpaq sürüşməsi və sel üzrə xəritələrin hazırlanması prosesi aparılır. Xəritələr 2024-cü ilin əvvəli üçün hazır olacaqdır,“- Agentlik tərəfindən deputata göndərilən cavab məlumatda deyilir.
Nəqliyyat vasitəsi üçün sürəti məhdudlaşdıran cihazın quraşdırılması icbari oldu
Ölkə daxilində sərnişin və yük daşımalarla məşğul olan mühərrikli nəqliyyat vasitələri üçün sürəti məhdudlaşdıran cihazın quraşdırılması icbari oldu. Bununla bağlı məlumaq Qanunvericilik bələdçisində dərc edildi. „Müəyyən kateqoriyalı nəqliyyat vasitələrində sürəti məhdudlaşdıran cihazların quraşdıırlması və istifadəsi haqqında” reqlamentdə dəyişikliklər 1 iyun 2025-ci ildən etibarən M2, M3, N2 və ya N3 kateqoriyalı nəqliyyat vasitələrinə şamil ediləcəkdir. Reqlamentlə nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi üzərində nəzarət DİN Partrul Polis Departamentinə, Quru Nəqliyyat Agentliyinə və Akreditasiya mərkəzinə həvalə ediləcəkdir. Qeyd olunan dəyişiklikləri Gürcüstana Avropa İttifaqı və Avropa Atom Enerjisi Birliyi, ora üzv olan dövlətlər arasında Assosialaşdırma müqaviləsi həvalə edir.