დაიჯესტი აზერბაიჯანულ ენაზე
Efirdə azərbaycan dilində həftəlik icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və Knews.ge informasiya agentliyinin səhifəsində dinləyə bilərsiniz.
Torpaq sahələrinə qanunsuz şəkildə yiyələnən şəxslər həmin torpaqları ya təhvil verməli ya Dövlətə vurduqları zərəri ödəməlidirlər
Hüquqi Məsələlər Komitəsi ilk dinləmədə “Amnistiya haqqında” qanunlayihəsini müzakirə etdi. Qanunlayihəsi „Cinayət Məcəlləsinin“ iki maddəsinə – 180-ci (Dələduzluq) və 362-ciyə (saxta sənəd, möhür, ştamp və ya blank hazırlamaq, satmaq və istifadə etmək) toxunur. Məruzəçi, Hökumətin Parlament katibi Vaxtanq Başiaşvilinin bildirdiyi kimi 2023-cü ilin 1 sentyabrına qədər qeyd olunan maddə ilə ayrıca və ya birlikdə cinayət işləyən, yəni kənd-təsərrüfatı təyinatlı torpaq sahəsini mülkiyyətlərinə qeyd edən şəxslərə Dövlət amnistiya təklif edir. Yegan şərt Dövlətə vurduqları zərəri tamamilə qarşılamaqdır.
Layihəyə əsasən, proses prokurorluqda aparılırsa hüquqi təqib məsələsinə prokurorluqda xitam veriləcəkdir, əgər məhkəmədə icra edirsə – o zaman qərarı məhkəmə verəcəkdir. Vaxtanq Baçiaşvilinin açıqlaması ilə cinayəti dövlət rəsmisi və yaxud səlahiyyətli şəxs, habelə mütəşəkkil qrup işlədikdə amnistiya şamil edilən deyildir.
Layihəyə əsasən, amnistiya həmçinin şərikli iştirakçıya da şamil ediləcəkdir. Amma bunun üçün o işlədiyi cinayəti boynuna almalıdır. Qanunlayihəsinin təşəbbüskarı Gürcüstan Hökumətidir.
DTX əməkdaşlarının, habelə polis və əsgərlərin maaşları 20% artır
„Beynəlxalq şəffaflıq – Gürcüstan“ 2024-cü ilin Dövlət büdcə layihəsinin təhlilini və tövsiyyələrini dərc edir. Qeyd etmək lazımdır ki, bu hələ büdcənin ilk variantıdır və son təsdiqinə qədər düzəlişlər üçün iki dəfə hökumətə qaytarılacaqdır. Təşkilatın sənədlərinə əsasən, 2024-cü ilin büdcəsilə, DTX əməkdaşlarının, polislərin və əsgərlərin maaşları 20% artacaqdır.
Telavidə qoz anbarı və emaledici müəssisə işə düşdü
Telavi bələdiyyəsinin Cuqaani kəndindəki bu müəssisə USAİD və Kənd İnkişaf Agentliyinin dəstəyilə açılmışdır. Müasir standartlarla təchiz edilmiş müəssisədə eyni anda 300 ton qoz saxlayıb- emal etmək mümkündür. Şirkət kənd təsərrüfatı inkişafı agentliyinin benefisiyarıdır. Müəssisədə, ümdə, təxminən 2 mln lari investisiya həyata keçirilib; o cümlədən, USAID-in 75,000 ABŞ dolları miqdarındakı qrantı. Dövlətin şərikli maliyyələşdirilməsi isə – 500,000 laridir. Müəssisədə 10 yerli işləyir. Müəssisəni Kənd İnkişafı Agentliyinin direktoru Davit Tsitlidze və USAİD-in iqtisadi böyümə Ofisi Direktoru, Mişel Koşielski zirayət etdilər.
Davit Tsitlidzeyə əsasən, “CİVİEN”şirkəti donorların maliyyələşdirilməsi və Dövlət kontribusiyasını birlikdə mənimsənməsinə dair gözəl misaldır. Gürcüstan miqyasında, Kəndin İnkişafı Agentliyinin emaledici və saxlayıcı müəssisələrin şərikli maliyyəsi çərçivəsində, ümdə, 232 müəssisə maliyyələşdirilmişdir; Dövlət agentliyinin miqdarı 112 mln laridən çoxdur.
Kaxetidə 27 184 yaşayış binası 1946-1960-cı illərdə tikilmişdir
Son verilmişlərlə, Gürcüstanda yaşayış evlərin əksəriyyəti – 230 002 ev, 1961-1970-ci illərdə tikilib. Milli Statistika Xidmətinə əsasən, ən köhnə evlər ölkə miqyasında 1919-cu ilədək tikilib. Onların sayı 31 790-dır və əksəriyyəti 19 018 Tbilisidə yerləşir. Kaxetidə ən çox 27 184 bina 1946-1960-cı illərdə tikilib, onlardan fərdi evlər 25 984-dür, binalar isə 1200. Qeyd etmək gərəkdir ki, “Sakstatın” qeyd olunmuş verilmişləri əhalinin ümumi qeydinə əsaslanır, hansı ki son dəfə 2014-cü ildə keçirilib, növbəti qeydsə qarşıdakı 2024-cü ildə aparılacaqdır.
Sosial cəhətdən müdafiə olunmayan, ancaq işləməkdən imtina edən əməkqabiliyyətli şəxslərin sosial müavinəti kəsilə bilər.
Müvafiq mexanizm üzərində artıq işləməyə balanıb. Maliyyə Naziri müavini Qiorqi Kakauridzenin bildirdiyi kimi, sosial cəhətdən müdafiə olunmayan statusu əhalinin işləməməsinə yönəlməməlidir.
„ Sosial cəhətdən müdafiə olunmayan statusu əhalinin işləməməsinə yönəlməməlidir. Səhiyyə nazirliyində ictimai işlərdə işlə təmin etmək proqramını bu məqsədlə yaratmışıq. Həmin proqramın birinci mərhələsi məhz bundan ibarətdir. Həmin proqram minimum 2-3 il işləməlidir. Sonradan özəl sektorda mövcud olan vakansiyaları mənimsəməyə başlamalıyıq. Özəl sektorda minlərlə vakansiya var və təəssüf ki, hələ heç kəs istifadə etmir. Yanaşmamız belə olacaq ki, bu insanların mərhələvi şəkildə maksimum işlə təmin edilməsinə çalışaq və onlar sosial cəhətdən müdafiəsiz statusu əvəzinə, öz gəlirlərindən asılı olsunlar. Sosial cəhətdən müdafiə edilməyənlərin, ancaq işlə təmin olunanların paketlərini saxlayacağıq, sadəcə həmin insanlar özəl sektorda işləməyə can atmalıdırlar,“ – Qiorqi Kakauridze bildirmişdir.
İstehlakçılıq kreditlərinin maksimum müddəti 4 ilədək artacaqdır
Kredit aktivliyinin dinamikası və açıq siyasətinə uyğun olaraq, GMB-də təmin edilməmiş istehlakçılıq kreditlərin maksimum müddəti 4 ilədək artırır, – qeyd olunan qərarı Gürcüstan Milli Bankı qəbul etmişdir. Qərara əsasən, cari ilin 1 noyabrından etibarən bu növ kreditlərin maksimum müddət limiti 3 ildən 4 ilə qədər artır.
„Təmin edilmiş istehlakçılıq kreditlərin 2022-ci ildə təsbit edilmiş göstəriciləri azalıbdır, fəallıq isə dayanıqlı səviyyədə qalır. Cari ilin 1 noyabrından bu növ kreditlərin maksimum müddətinin limiti 3 ildən yenidən 4 ilədək artacaqdır“, – Milli Bankdan bildirirlər.
Saqarecoda fəaliyyət göstərən MMC „Biovita“ üzvi kübrə müəssisəsi işə düşdü
Kənd İnkişafı Agentliyinin direktoru Davit Tsitlidze və USAID İqtisadi Böyümə Ofisi direktoru Mişel Koşielski Saqareco bələdiyyəsində yeni açılmış müəssisəyə baş çəkdilər. Müəssisə üzvi kübrə istehsalına başlamışdır. Saqareco bələdiyyəsində fəaliyyət göstərən MMC „Biovita“ üzvi kübrə müəssisəsinin yaradılması üçün 500,000 ABŞ dolları investisiya yatırtdı. Şirkət Kəndin İnkişaf Agentliyinin “Güzəştli aqrokredit” layihəsi və Usaid-in Kənd İnkişafı Proqramı Qrantı ilə qurulmuşdur.
1.000 ton kübrənin istehsal edildiyi müəssisədə 5 nəfər işləyir. Qeyd etmək lazımdır ki, MMC„Biovita“ üzvi kübrəni Gürcüstanda əldə etdiyi xammaldan hazırlayır və məhsulunu yerli bazarda satır. Kənd İnkişaf Agentliyi “Güzəştli aqrokredit” layihəsini 2013-cü ildən etibarən həyata keçirir. Hədəfi kənd təsərrüfatının ilkin istehsalın emalı və saxlanılması, satışı proseslərinin dəstəyi məqsədilə fermerlər və sahibkarları ucuz kreditlər təmin etməkdir. Güzəştli aqrokredit aqrobizneslə maraqlanan şəxslər üçün fəaliyyətlərinin inkişafının istənilən mərhələsində əlçatandır.
2022-ci ildə 815 yetkinlik yaşına çatmayanların hamiləliyi qeydə düşüb
Gürcüstan Xalq Müdafiəçisi Aparatının Gender Departamenti rəisi əvəzi Sopo Rusetskinin bildirdiyi kimi, 2022-ci ildə, ölkə miqyasında 815 yetkinlik yaşına çatmayanın hamiləliyi qeydə alınmışdır. Sopo Rusetskinin açıqlamasına görə, 2022-ci ildə 434 yetkinlik yaşına çatmayan doğmuşdur, “Xalq müdafiəçisinin hər il tələb etdiyi statistik verilmişlərə əsasən deyə bilərəm ki, 2022-ci ildə ölkə miqyasında 815 yetkinlik yaşına çatmamış hamilə vardı, burdan doğanların sayı 434-ə çatır. Bizim kimi ölkə üçün bu nə qədər böyük rəqəm olduğunu təsəvvür edin. Erkən nikah halı baş verdikdə qızlar təhsilsiz qalırlar. Məktəblərdən alınan məlumata görə, 2022-ci ildə 47 qız nikah səbəbilə təhsil almasına xitam vemişdir“, – Rusetski bildirir. Onun sözlərinə əsasən, qeyd olunan problemin səbəblərindən biri ictimaiyyətin məlumatsızlığıdır. Bununla belə, Rusetski məhkəmə praktikası haqqında da danışaraq qeyd edir ki, Xalq Müdafiəçisi aparatı tərəfindən öyrənilən işlərin əksəriyyəti haqqında məhkəmə ittiham edilənlə prosesual razılaşma qoymuşdur.