დაიჯესტი აზერბაიჯანულ ენაზე
Efirdə azərbaycan dilində həftəlik icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və Knews.ge informasiya agentliyinin səhifəsində dinləyə bilərsiniz.
2024- cü ilin büdcəsilə təqaüdlər, səhiyyə işçilərinin, güc strukturu nümayəndələrinin və dövlət rəsmilərinin, o cümlədən uşaq bağçaları əməkdaşlarının maaşları artacaqdır.
İrakli Ğaribaşvilinin bəyənatı ilə, 2024-cü il büdcəsilə təqaüdlərin artırılması nəzərdə tutulur. Bu artış səhiyyə işçilərinin, güc strukturu nümayəndələrinin və dövlət rəsmilərinin, o cümlədən uşaq bağçaları əməkdaşlarının maaşlarına da sirayət edəcəkdir.
Daha konkret isə, Ğaribaşvilinin qeyd etdiyi kimi, 2024-cü ilin büdcəsilə 70 və daha yüksək yaşlı təqaüdçülərinin pensiyası 50 lari ilə artaraq 415 lari olacaqdır – eyni kateqoriyadan olan, yüksəkdağlıq bölgələrdə yaşayan təqaüdçülərin təqaüdü isə az qalsın 500 lari olacaqdır.
Saqareco bələdiyyəsində üzüm daşıyan maşın devrildi
Hadisə, bir az əvvəl, Mzisquli kəndi yaxınlığında baş verdi. Mərkəzi maqistralda hərəkət edən yük avtomobili sürücüsü sükanı saxlaya bilmədi və maşın devrildi. Sürücü cüzi xəsarət alsa da, kuzova yüklənmiş üzüm tamamilə xarab oldu.
Qurcaanidə, Merin növbədənkənar seçkilərində “Gürcü arzusundan” olan namizəd 17 430 səs topladı
Mərkəzi Seçki Komissiyasının ilkin verilmişlərinə görə, Qurcaanidə, Merin növbədənkənar seçkilərində “Gürcü arzusu” namizədi 17 430 səs topladı. Qiorqi Maçavariani yeganə namizəddi. Qeyd etmək lazımdır ki, Qurcaani 12-ci dairəsində seçkilər yeni texnologiya üzrə keçirildi. 36 seçki mətəqəsindən, 28-də seçkilər elektron qaydada keçirildi, 8-də isə köhnə qaydada. Seçki- məntəqə komissiyasında seçkilərin sakit şəkildə keçirildiyini bildirirlər. Gün ərzində məntəqələrdə texniki xarakterli pozuntular qeydə alındı ki, o da dərhal aradan qaldırdı. Seçki məntəqəsinə gələn seçicilərin əksəriyyəti elektron səsvermə qaydası ilə səs verməkdə çətinlik çəkdi. Onlara Komissiya sədri və müavini kömək etməli oldular. Gün ərzində məntəqələrdə şikayət və iradlar yazılmayıb.
1 hektarlıq üzüm bağı üçün dolu əleyhinə torun montajı 12-14 min lariyə başa gəlir – “Aqrobade”
“ Bir çox fermer tor çəkdirmək istəyir, ancaq maliyyələri olmadıqları üçün ala bilmirlər. Misal üçün bir hektar üzüm bağına tor çəkmək 12-14 000 lariyə başa gəlir. Meyvə bağları üçünsə qiymət daha da yüksəkdir, çünki ona daha böyük dirəklər lazımdır, qiymət isə 50-60 000 lariyə qədər çıxır”, – bunun haqqında doluya qarşı torlar istehsal edən şirkət “Aqrobadenin” təsisçisi Avtandil Maisuradze bildirdi.
Onun sözlərinə görə, onların müəssisəsi gündəlik 10 min kvadrat metrlik tor istehsal edir. Tələb olduğu təqdirdə istehsalatı artırmaq da mümkündür. Tələbin artması üçünsə Dövlət doluya qarşı torlar almaqda fermerlərə şərikli maliyyəni artırmalıdır.
Dövlət ziyan dəymiş üzüm bağı olan fermerlərə hektarbaşı 3500 lari ayıracaqdır
İrakli Ğaribaşvilinin bəyənatı ilə bu mərhələdə Dövlət 20 mln lari dəyərində doluvurmuş üzüm qəbul etmişdir.
„ Hazırda Kaxeti bölgəsində üzüm toplamaq olduqca uğurlu şəkildə aparılır. Biz xalqa maksimum şəkildə kömək edirik. Təəssüflər olsun ki, bir çox üzümçünün minlərlə hektarı doludan ziyan görmüş, məhsulları məhv olmuşdur. Biz həmin üzümü qəbul edəcəyimiz dedik və əlbəttə qəbul etdik də. Proses artıq başlayıb. 20 mln lari dəyərində korlanmış üzümü qəbul etmişik, ancaq bunun kifayət etmədiyi üçün, 2 il əvvəl olduğu kimi ziyandəymiş fermərlərə hər hektar başı 3 500 lari əlavə pul ayıracağıq. Hesab edirik bu pulla onlar dəyən zərəri aradan qaldıracaq və üzüm bağının bərpasına sərf edəcəklər“, – Ğaribaşvili bildirmişdir.
Şəhərlərarası yolçuluq böyük ehtimalla bahalaşacaqdır
Yanacağın bahalaşdığı üçün, bəzi istiqamətdə ən yaxın müddətdə şəhərlərarası yolçuluq bahalaşacaqdır. Bazarda işləyən şirkətlərin bir hissəsi qiymətin artmasını oktyabrın ortalarından elan edir. „Omnibus ekspres“ şirkətinin direktoru İrakli Kabulaşvili bildirir ki, yanacağın qiyməti mövcud səviyyədə qalsa, gediş tarifi ortalama 15-20% çərçivəsində artacaqdır.
„ Yanacağın bahalaşması logistik xərclərin artmasına gətirib çıxarır, bu isə şirkət üçün əlavə xərclər deməkdir. Məsələn, təmir, maşın hissələrinin idxalı, əməkdaşların gediş-gəlişi, bu təbiidir ki, qiymətlərin korreksiyası deməkdir. Qiymət enməsə, biz də balahaşdırmalı olacağıq. Yanacağın qiyməti son 1 ayda bizim üçün 35% artmışdır, bunun üçün bütün bunlara asandlıqla dözmək üçün gediş qiymətini artırmalıyıq. Qiymətlərin oktyabrın ortaları üçün artacağını düşünürəm“,- Kabulaşvili bildirmişdir.
12 555 nəfərin ayda ortalama 55 lari əmək haqqı var – Həmkarlar İttifaqı
Gürcüstan Həkmarlar İttifaqı cümə günü, 6 oktyabrda Parlamentdə ləyaqətli minimum maaşın təyin edilməsi haqqında təşəbbüsü təqdim edəcəkdir. Həmkarlar İttifaqının məlumatına əsasən, təşəbbüs təsdiq edildiyi təqdirdə, Gürcüstanın təxminən 190 min vətəndaşının maddi vəziyyəti yaxşılaşacaqdır. Həmkarlar İttifaqının Qanunvericilik təklifinə görə, Gürcüstanda minimum maaş 1999-cu ildə müəyyənləşdirildi və ayda yalnız 20 lari təşkil edir. Bu məbləğ ölkənin yaşayış minimumundan 12,5 dəfə, orta maaşdan isə 80 dəfə azdır. Beləliklə Gürcüstan Həmkarlar İttifaqı hesab edir ki, minimum maaş “Sakstatın” hesabladığı orta maaşın 40%-dək olmalıdır. Məlumat üçün, Sakstatın 2023-cü il 2-ci rübünün verilmişlərilə, Gürcüstanda orta maaş 1 804.5 lari təşkil edir. Beləliklə, əgər Həmkarlar İttifaqının təşəbbüsü təsdiq edilsə bu verilmişlərlə minimum maaş ölkədə – 721,8 lari olmalıdır.
İdxal vergisi undan sonra arpa və kəpəyə də şamil edildi
Kəns təsərrüfatı naziri müavini Tenqiz Nasaridzenin sözlərinə əsasən, arpa və kəpəyin vergisi 100 lari olaraq müəyyənləşdirildi. 10 iyundan etibarən qüvvədə olan unun idxal vergisi isə əlli lari ilə artaraq 250 lariyədək təşkil etmişdir. Bununla belə, idxalat vergisi mexanizmi 2024-cü ilin 1 martınadək uzadıldı. Nazir müavininin izahına görə, bu qərar yerli taxılın realizəsinə dəstəyi üçün qəbul edilib. Bütün bunların isə, ötən dəfə olduğu kimi, bu dəfə də çörəyin qiymətinə təsir bağışlamayacağını vurğuladı.
„ Bu mərhələdə çıxış yolu kimi qəbul etdiyimiz ölçüləri kompleksiv şəkildə həyata keçiririk. Bu qərarları da, əlbəttə ki, aktiv kommunikasiya müşaiyət edir və onların tövsiyyələri də nəzərə alınaraq yardım paketi hazırlandı. Altına xətt çəkərək bildirmək istəyirəm ki bu müvəqqəti bir mezanizmdir. Gələcəkdə bazarda mövcud olan vəziyyəti nəzərə alaraq müəyyən düzəlişlər əlavə ediləcəkdir, – Tenqiz Nasaridze bildirmişdir.