დაიჯესტი აზერბაიჯანულ ენაზე
Efirdə azərbaycan dilində həftəlik icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və Knews.ge informasiya agentliyinin səhifəsində dinləyə bilərsiniz.
3 ayda, Gürcüstanda, qadınlara qarşı zorakılığın 207 halı təsbit edilmişdir
Gürcüstanda cari ilin 1 yanvarından 31 martı hesaba alınmaqla, qadınlara qarşı zorakılığın 207 halı təsbit edildi. Müvafiq statistika DİN veb-səhifəsində yayılır.
Zorakılıq hallarından 32-si fiziki xarakterlidir, ən çoxu isə – 168 – qadınlara qarşı psixoloji zorakılıqdır. Hesabat dövründəki 4 hadisə cinsi xarakterlidir, 3-ü isə məcbur etmək. Bununla yanaşı cari ilin 1 yanvarından 31 mart hesaba alınmaqla, qadınlara qarşı zorakılığın qarşısını almaq məqsədilə, 183 məhdudlaşdırıcı order verilmişdir. Eyni dövrdə zorakılıq qurbanına çevrilmiş qadınların sayı Gürcüstan miqyasında 179 təşkil etmişdir, burdan ən çoxu, 111 hadisə Tbilisidə təsbit edilmişdir. Statistikadan məlum olduğu kimi, zorakılıq qurbanına ən çox 25-44 yaşlı qadınlar məruz qalırlar. Hesabat dövründə qeyd olunan yaş kateqoriyasında qadınlara qarşı zorakılığın 112 hadisəsi təsbit edilmişdir. Burdaca qeyd etmək lazımdır ki, zorakılıq törədən kişilərin ən böyük hissəsi də məhz 25-44 yaş kateqoriyasına məxsusdurlar.
Minimum əmək haqqı bir il ərzində 80 tetri ilə azalmışdır
Sakstatın verilmişlərinə əsasən, 2023-cü ilin iyununda əməkqabiliyyətli insanların minimum əmək haqqı illik 80 tetri ilə azalaraq 254.5 lari təşkil etmiş idi. Bu isə Gürcüstan minimum əmək haqqı ilə müəyyənləşdirilmiş məbləğdir və hər bir əməkqabiliyyətli insan ay ərzində onun kifayətlənməlidir. May ayı ilə nisbətdə isə, göstərici 80 tetri ilə artmışdır. Bununla belə, iyun ayında orta istehlakçının minimum əmək haqqı 225.4 lari idi, bu isə 2022-ci ilin analoji müddəti ilə müqayisədə, 70 tetri ilə azdır. Məlumat üçün, minimum əmək haqqı adam başına düşən istehlakçı əmtəəsinin dəyəridir. O, insanın minimum fizioloji və sosial tələblərini təmin etməyi ölkənin sosial-iqtisadi inkişafı səviyyəsinə müvafiq olaraq təmin edir.
Ermənistan və Gürcüstan arasında səyahət şəxsiyyət vəsiqəsi vasitəsilə mümkündür
Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına əsasən, “Gürcüstan və Ermənistan Respublikası arasında vətəndaşlar üçün ikitərəfli vizasız rejimin qüvvəyə minməsi haqqında“ qərar, artıq fəaliyyətdədir. Gürcüstan Baş-Naziri İrakli Ğaribaşvili və Ermənistan Baş-Naziri Nikol Paşinyan tərəfindən İrəvan şəhərində 2023-cü ilin 12 yanvarında müqavilə imzalandı. İdarənin məlumatına əsasən, razılaşma Gürcüstan və Ermənistan vətəndaşları üçün daha əlverişli şərait yaradacaqdır.
Sanitarlara və tibb bacıları köməkçilərinə minimum maaşlar təyin ediləcəkdir
Tibb personalı üçün icbari minimum maaş islahatı daha da genişləndirilir. Səhiyyə Nazirliyinin təşəbbüsü ilə, dəyişikliklərin yeni paketi hazırlanmışdır. Paket sanitar, kiçik həkim, tibb bacısı köməkçisi vəzifəsində işləyənlər üçün icbari minimum maaşı təyin etməyi nəzərdə tutur. Yeni təşəbbüsü klinika rəhbərlərinə Səhiyyə Nazirliyinin nümayəndələri təklif etmişlər. Görüşdə islahatın işlə təmin edilənlərin motivasiyası və məhsuldarlığının artırılmasına əhəmiyyətli dəstək olacağı, habelə iş şəraitinin və tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılacağı qeyd edildi. Dəyişikliklərlə bağlı sahə nümayəndələri, bir həftə ərzində öz fikirlərini və arqumentlərini təqdim etməlidirlər.
İslahat nəticəsində, ümumi səhiyyə proqramında stasionar komponentinə qoşulmuş bütün klinikalar tibbi personalın maaşını Səhiyyə Nazirliyinin təqdim etdiyi minimum həddi nəzərə alaraq təyin etməyə borclu olacaqdır. Əks təqdirdə tibbi müəssisə ümumi səhiyyə proqramından kənarlaşdırılacaqdır. Tibbi personalın icbari minimum saatbaşı haqqı islahatının ilkin mərhələsi 2023-cü ilin yanvarından qüvvəyə minmişdir. İslahata görə həkimlərin minimum əmək haqqı saatbaşı 7 lari (ayda minimum 1260 lari), tibb bacılarınınkı isə saatbaşı 4.4 lari (ayda minimum 792lari) olaraq müəyyənləşdirilmişdir.
13 yaşlı saqarecolu Açiyə ictimaiyyətin dəstəyi lazımdır
13 yaşlı, Tbilisidə yaşayan saqarecolu Açiyə istimaiyyətin dəstəyi lazımdır. ,,Açi 25 mayda, İsanın göyə çəkilməsi bayramından dostları ilə birlikdə evə qayıdırdı. Diğomi massivində piyadalar üçün ayrılmış zolaqdan keçərkən böyük sürətlə gələn maşın üç uşaqla toqquşdu. Ən çox xəsarət alan Arçil oldu. Beyni, hər iki əli və ayağı zədələndi, müxtəlif yaralar aldı. Bundan əlavə arteriyası da zədələndi ki, İaşvili xəstəxanasına çatdırıldıqda həyatla bağlı heç bir əlaməti yox idi, uşaq çox qan itirmişdi. İaşvili klinikası həkimləri mümkün olmayan şeyi bacardılar. Ailə çox çətin günləri yaşamalı oldu. Açi çox döyüşdü və qarşıda onu yenə çətin mübarizələr gözləyir. Hazırda təcili Türkiyəyə aparılmalıdır. Bunun üçün ictimaiyyətin dəstəyinə ehtiyacımız var. Bu günədək ailənin yanında durmusunuz, Açini xilas etmək üçün qanvermək növbəsində dayanmısınız. Sizin köməyinizlə bütün kilsələrdə Açi adına dualar edildi. Bir daha dəstək olmağınızı xahiş edirik”,- ailə yaxınları yazırlar.
Sakartvelos bankı #GE65BG0000000537354517 TİBİSİ bankı #GE81TB7800445063300008 Liberti bankı #GE32LB0711177699887000 Kredo bankı #GE18CD0360000006728448 qəbul edən: Lana Urdulaşvili. Təyinatı: Arçil üçün.
Gürcüstanda turizm vergisi təyin edilə bilər
Aparılmış araşdırmadan məlum olur ki, özəl sektorda sorğu keçirilən nümayəndələrin yarısından çoxu bu ideyanı müsbət qiymətləndirərək bunu turizmin dayanıqlı inkişafına müsbət təsir edəcəyini düşünür. Lakin, mehmanxanaların bir hissəsi vergiyə görə təşviş içindədir.
„ Vergi təyin edildiyi təqdirdə səyahət adam başı 420 lari ilə bahalaşacaqdır. Bu isə o deməkdir ki, məbləğ o qədər də böyük deyildir və Gürcüstana səyahət etmək istəyən turist buna görə fikrindən daşınmayacaqdır. Araşdırma göstərdi ki, turist obyektlərinin 80%-nin bunun haqqında məlumatları yox idi, onlar sadəcə həmin konsepsiya ilə tanış deyildilər“, – Turizm İnstitutunun İcraçı Direktoru Mamuka Berdzenişvili bildirmişdir.
Parlament mənzil qiymətlərinin reqlamentləşdirilmə qanunu haqqında işləməyə başlaya bilər
Bunun haqqında Qanunvericilik təşəbbüsü ilə vətəndaş Mariam Çğonia Parlamentə və Baş-nazirə müraciət etmişdir. Qanunvericilik təşəbbüsünün müəllifinə əsasən, son dövrlərdə Gürcüstanda mənzilin qiymətləri dəhşətli dərəcədə bahalaşıb və bundan Gürcüstan vətəndaşları zərər çəkirlər.
Döyülmüş taxılın idxalı noyabradək qadağan edilir – İqtisadiyyat Şurasının qərarı
Hökumət döyülmüş taxılın idxalını müvəqqəti olaraq məhdudlaşdırır – qeyd olunan qərarı Hökumət Administrasiyasında Baş-Nazirin rəhbərliyi ilə keçirilən İqtisadiyyat Şurası iclasında aldılar. Hökumət administrasiyasının məlumatına əsasən, döyülmüş taxılın idxalı cari ilin 1 noyabrınadək gətirilən deyildir.
„ İclasda cari iqtisadi layihələri və gələcək planları müzakirə etdilər. Taxılın idxalına da toxunuldu. Qeyd edildi ki, bol yağıntı nəticəsində Kaxeti bölgəsində taxıl məhsulunun əhəmiyyətli hissəsi qida taxılı tələblərini təmin edə bilmir. Bunun üçün fermerlər taxılı yem şəklində satmalı olur. Qeyd olunan prosesi dəstəkləmək üçün döyülmüş taxılın idxalı 2023-cü ilin 1 noyabrna kimi məhdudlaşdırılması planlaşdırılır“, – Administrasiya tərəfindən yayılmış mətbuat relizində deyilir.