დაიჯესტი აზერბაიჯანულ ენაზე
Efirdə azərbaycan dilində həftəlik icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və Knews.ge informasiya agentliyinin səhifəsində dinləyə bilərsiniz.
Qurcaanidə təbii fəlakətin vurduğu fəsadlar aradan qaldırılır
Şəhərin, Navtisxevi çayının bir neçə saat ərzində axdığı mərkəzi küçəsini ağır texnika qismən təmizlədi və daxili yolların bir hissəsində avtomobillərin hərəkəti gecə mümük olmuşdur. Su şəhər infrastrukturuna ziyan vurdu, axıb gələn sel nəticəsində onlarla maşını və yaşayış evi basdı.
Su daşqınından başqa, Qurcaani bələdiyyəsinin bir neçə kəndinə dolu da yağdı. Fermerlərin sözünə əsasən, dolu üzüm bağlarını korladı və onlar məhsulsuz qaldılar. Fəlakət zonasında müxtəlif idarə nümayəndələrini gözləyirlər. Bundan sonra zərərin miqdarı bəlli olacaqdır.
Avtovağzalların islahatı nəyi nəzərdə tutur və Kaxetidə sürücülər nə düşünürlər
Gürcüstan Hökuməti Avtovağzalların islahatını həyata keçirməyi planlaşdırır. 2025-ci ilin mayınadək, ölkədə ilk, ikinci və üçüncü sinfin müasir tipli avtovağzallar quraşdırılacaqdır. İslahatın ilk tələblərini, hansı ki nəqliyyat vasitələrinin təhlükəsizlik normalarına uyğunluğunu əhatə edir, daşıyıcılar 2024-cü ilin fevralınadək təmin etməlidirlər. Bununla belə, islahatlar çərçivəsində avtovağzallar sertifikata tabe tutulacaqlar. Sertifikatlaşdırma qaydasını Gürcüstan Hökuməti müəyyənləşdirəcəkdir.
,, İslahatlara başlansa çoxlu tələbləri təmin etməli olacağıq. Nə kimi tələblər olacağı barədə hələ məlumat yoxdur. Bildiyimiz qədər mikroavtobuslar və avtovağzallar səhmana salınmalıdır, bu isə böyük xərclər deməkdir. Sərnişinlərin gediş haqlarını bahalaşdırmalı olacağıq. Maşın xidməti və başqa xidmətlər də bizim üçün bahalaşacaqdır’’,- Knews.ge- ilə müsahibələrində sürücülər bildirdilər.
Sürücülərdən fərqli olaraq, sərnişinlər gözlənilən yenilikləri və islahatları müsbət qiymətləndirirlər. Onlarına əsasən, qeyd olunan islahta bir çox problemi həll edəcəkdir.
Vahid Milli İmtahanlar 3 iyulda başlayacaqdır
Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəz 2023-cü ilin imtahanlarının detallı cədvəlini dərc edir. Vahid Milli İmtahanlar 3 iyulda gürcü dili və ədəbiyyatı imtahanı ilə başlayacaqdır. 26 iyulda isə fizika imtahanı ilə başa çatacaq. Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzin məlumatı ilə, fənn və xüsusi müəllim imtahanına qeydiyyatdan keçənlər imtahan prosesinə 6 iyuldan etibarən qoşulacaqlar. 12 iyulda tələbələrin qrant müsabiqəsi keçiriləcəkdir, maqistrlik namizədləri isə imtahanları 27-28 iyulda verəcəklər. İmtahanların tarixi, imtahana gediş saatı və imtahan mərkəzlərinin ünvanları haqqında məlumat imtahan kartında göstəriləcəkdir. İmtahan ediləcəklər karatlarını qeydiyyat səhifəsindən 20 iyundan sonra əldə edə bilərlər.
Mayda minimum əmək haqqı 1.9 lari ilə artdı
Statistika üzrə Milli Xidmətinin məlumatına görə, mayda əməkqabiliyyətli kişinin minimum əmək haqqı ötən aya nisbətən 1.9 lari ilə artaraq, 253.7 lari təşkil etdi. O ki qaldı minimum əmək haqqının illik dəyişikliyinə, ötən ilin mayı ilə müqayisədə bu il minimum əmək haqqı 8.7 lari ilə artmışdır. Sakstatın verilmişlərilə, mayda orta səviyyəli istehlakçının minimum əmək haqqı ötən illə müqayisədə 1.7 lari ilə artaraq 224.7 lari təşkil etdi. Ümumiyyətlə, minimum əmək haqqının artması inflasiya dərəcəsi ilə bağlıdir. İnflasiyanın artması ilə birlikdə qeyd olunan indeks də artır. Xatırladaq ki, 2023-cü ilin mayında illik inflasiya səviyyəsi 1.5% təşkil etmişdir.
Gürcüstanda 2013-cü ilədək istehsal edilmiş minik avtomobillərin idxalı qadağan edilir – Baş-nazir
2024-cü ilin 1 yanvarından etibarən Gürcüstanda 2013-cü ilədək istehsal edilən minik avtomobillərin idxalı qadağan edilir. 2025-ci ilin 1 yanvarından isə 10 ildən əvvəl istehsal edilmiş avtobuslar və s. nəqliyyat vasitələrinin idxalı da qadağan ediləcəkdir. İrakli Ğaribaşvilinin sözünə görə, səbəb ölkədə yüksək hava çirklənməsidir və bu ilk növbədə avtomobillərdən qaynaqlanır.
„ Müzakirə etdik və qərara aldıq ki, ölkədə avtomobillər üzrə avro-5 standartı tətbiq edək. Praktikada bu ölkəyə 2013-cü ilədək istehsal edilən avtomobillərin idxalının məhdudlaşdırılması deməkdir. Qərar 2024-cü ilin yanvarın birindən etibarən minik avtomobilləri üçün qüvvəyə minəcəkdir. Avtobuslar və yük maşınları üçünsə 2025-ci ilin 1 yanvarından. Bu haqda yenə müzakirə aparacağıq”, – Baş nazir bildirmişdir.
Gürcüstanda 2013-cü ilədək istehsal edilən yük maşınları və avtobusların qeydiyyatının qadağan edilməsi də planlaşdırılır
Gürcüstanda 2013-cü ilədək istehsal edilən yük maşınlarının, mikroavrobusların və avtobusların qeydiyyatı da qadağan ediləcəkdir – bunu Hökumətin qəbul etdiyi qərar nəzərdə tutur. Minik avtomobillərdən fərqli olaraq,hansılarına ki avro-5 standartları tələbi 2024-cü il 1 yanvardan etibarən şamil edilir, yük maşınları və avtomobillər üçün bu 2025-ci ilin 1 yanvarından etibarən qüvvəyə minəcəkdir.
„ Son illərdə, qeyd olunan ölkələrdən avtomobillərin idxalı payı ümumi idxalda təxminən 98% təşkil edir. Beləki, avtomobillərin idxalı ilə məşğul olan biznesopertorlar yeni bazarlara çıxışda problem yaşayan deyillər. Reqlament minik və ağır sərnişin avtomobillərə (o cümlədən avtobuslara və mikro avtobuslara), habelə minik və ağır yük maşınlara (yəni M1, M2, M3 və N1, N2, N3 kateqoriya avtomobillərin ilk qeydiyyatına) şamil edilir. Bütün ölkələrdə bu belədir. Həmin reqlamenti gətirmək ölkəni avropa standartlarına daha da yaxşınşaldıracaqdır“, – Otar Şamuqia bildirmişdir.
Polis yanaşması ilə səhiyyədə 50 000-dək işçinin maaşı azalacaqdır – Okriaşvili
Səhiyyə və əczaçılıq xərcinin 50-55%-i bu sahədə işləyənlərin, həkimlərin, əczaçıların, laborantların və başqa təsərrüfat personalının maaşlarını təşkil edir. Bu kimi posilcəsinə yanaşmaqla cərimələnən səhiyyə subyektləri orda işləyən insanların maaşlarını azaltmalı olacaqlar – Sosial şəbəkədə əczaçılıq şəbəkəsi PSP-nin təsisçisi, deputat Kaxa Okriaşvili yazır.
Gürcüstanda uşağa qayğı sistemi necədir
Gürcüstanda uşaqların 38 faizi maddi və sosial çatışmazlıq yaşayır”, – BMT Uşaq Fondunun dəstəyilə, “Sakstat” tərəfindən aparılan tədqiqatda belə deyilir. BMT Uşaq Fondunun Sosial Siyasət və İqtisadiyyat mütəxəssisi Ketevan Melikadze Knews-yə deyir ki, uşaqların səhiyyəyə və sosial müavinətə əlçatımlığı; məktəblərdəki qidalanma, uşaqların maddi və sosial çatıçmazlıqlarını, tərbiyə metodlarını, uşaqların funksional çətinliklərini araşdırıblar.
,, Uşaq hüquqlarının müdafiəsi məsələlərini önə çəkmək istəyirik. Bunun üçün həmin tədqiqatı keçirdik. Məsələ yalnız ailələrin maliyyə cəhətdən ehtiyac içində olmaları deyil, həmin qıt resursların uşaqların ehtiyaclarına necə xərclənməsidir də . Uşaqların rifahları haqqında danışmaq üçün uşaq yoxsulluqlarının maliyyə ölçüsü kifayət deyil. Maraqlıdır ki, uşaq əli çatdığı təhsildən nə alır. Ümumiyyətlə ölkədə uşaq necə tərbiyə olunur, bunun üçün hansı metodlardan istifadə edirik, çox maraqlıdır. Rifahı ölçmək üçün ən əhəmiyyətli ölçülərdən biri də elə budur”.