ახალი ამბებიპოდკასტებიღია სტუდია

Efirdə azərbaycan dilində əftəlik icmaldır -დაიჯესტი აზერბაიჯანულ ენაზე

Efirdə azərbaycandilli icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və knews. ge informasiya agentliyinin səhifəsində dinləyə bilərsiniz.
Hər həftəsonu bölgədə baş verən hadisələrin qısa icmalını təqdim edəcəyik.

“Mimino” hava limanı 30 illik pauzadan sonra daxili reysləri bərpa edəcəkdir.

Telavidə İkinci İraklinin adına olan “Mimino” hava limanı 30 ildən sonra, yayın axırlarına doğru təyyarə ilə daxili reysləri ilk dəfə bərpa edəcəkdir. Daxili uçuşlar Batumi və Mestiya hava limanlarından 16 yerlik təyyarə ilə həyata keçiriləcəkdir. Həftədə 4 reys təyin olunub.
Hava limanında haırda Aviasiya Universitetinin tələbələri uçuş-mühəndislik hazırlığı keçirlər. Hava limanının ötən il başlayan reabilitasiyası üçün 3 milyon lari sərf edilmişdir. Gürcüstan Aviasiya Universitetinin mülkiyyətində olan, Telavi şəhərində yerləşən İkinci İrakli adına hava limanı “Mimino” 2012-ci ildə açılmışdır. Hava limanının ərazisində təyyarələr üçün texniki xidmət müəssisəsi, naviqasiya qülləsi, sərnişinlər üçün hava stansiyası, pilot-təlimatçılar və mühəndis-texniki personal üçün yaşayış binaları tikilmişdir.
Sosial cəhətdən müdafiə olunmayan uşaqların müavinəti 150 lariyə qədər artmışdır.
Gürcüstan Baş-naziri İrakli Ğaribaşvilinin bəyənatı ilə, sosial cəhətdən müdafiə olunmayan uşaqların müavinəti 1 iyundan etibarən 150 lariyə qədər artmışdır. Proqram 215 mindən çox uşağa şamil ediləcək və bunun üçün büdcədən 341 mln lari ayrılacaqdır. Xatırladaq ki, sosial cəhətdən müdafiə olunmayan uşaqların aylıq müavinətləri 100 lari idi.

,,Meymun çiçəyi“ virusunu PCR test 2 saata aşkarlayacaqdır

„Meymun çiçəyi“ virusunun diaqnostikası üçün Gürcüstana xüsusi PCR test gətiriləcəkdir , – həmin test virusu 2 saata aşkarlayacaqdır. Xəstəliklərə Nəzarət üzrə Milli Agentliyinin rəhbəri Amiran Qamğrelidzenin bildirdiyinə əsasən, PCR testlər ölkəyə qarşıdakı həftə ərzində gətirilməsi ehtimal olunur.


Təbii fəlakətləri qabaqlamaq üçün Kaxetidə 19 hidrometeoroloji stansiya tikiləcəkdir

Ətraf mühit üzrə Milli Agentliyin Hidrometeoroloji Departamentinin sədr müavini, Soso Kinkladzeyə görə, təbii fəlakətləri qabaqlamaq üçün lazım olan hidrometeoroloji stansiyaların çoxu Kaxeti və Sameqrelo-Zemo svaneti bölgəsinə yerləşdiriləcəkdir. Onun bildirdiyi kimi, Kaxetidə mövcud olan23 stansiyaya 19 da əlavə ediləcək və nəticədə, 42 stansiya fəaliyyət göstərəcəkdir. „Stansiyaları quraşdırmağın öz meyarları var. Başlıca meyar həssas bölgələrdir yəni tarixən təbii fəlakətlərə meyilli olan diyarlar. 2023-cü ilin sonuna kimi, ölkə miqyasında, ümdə, 300-ə qədər hidrometeoroloji stansiya yerləşdiriləcəkdir. Əsas diqqət Şərqi Gürcüstana, Kaxeti bölgəsinə veriləcəkdir“,- Soso Kinkladze deyib.

Dövlət proqramı çərçivəsində 200 minədək fermerə aqroballar köçürüldü
Cari ilin mayın 10-dan etibarən “Kənd təsərrüfatı Təyinatlı Torpaq Sahələri Mülkiyyətçilərinə Dəstək üzrə Dövlət Proqramı” fəaliyyətə başlamışdır. Proqramın büdcəsi 35 mln lari təşkil edir.
Dövlət proqramı çərçivəsində, aqroballar artıq 200 minədək fermerə verilmiş və onlardan 17 mindən çoxu aqrokartı aktivləşdirmişdir. Karta köçürülən subsidiyanın miqdarı 3,480,345 lari təşkil edir. Ordan ixtisaslaşdırılmış ticarət obyektlərində artıq 1,157,644 lari xərclənmişdir. Proqram benefisiyarlarının aqrokartlarına məbləğ mərhələvi şəkildə yatır. Aqrokarta yatmış ballardan istifadə etməyin ən son tarixi 2022-ci il 30 noyabrdır.
Proqram çərçivəsində, subsidiyanı 0.25 ha-dan – 1.25 ha hesaba alınmaqla torpaq sahibləri alacaqlar. 1 ha-ya 300 lari yatacaqdır. Aqroxalları, hazırda, Gürcüstan miqyasında 300-dən çox ixtisaslaşdırıımış mağazada aktivləşdirmək mümkündür.

Tələbələr üçün ABŞ vizasını almaq asanlaşdırılır – ABŞ səfirliyi
ABŞ-ın Gürcüstandakı Səfirliyinin bəyənatına görə, təhsilini ABŞ-da davam etdirmək arzusunda olan aplikantlar viza prosedurlarını nisbətən tezləşdirilmiş qaydada keçəcəklər.
“Gürcüstanda ABŞ Missiyası Birləşmiş Ştatlarda oxumaq istəyən aplikantları alqışlayır və viza prosesini asandlaşdırmaq üçün işlərini davam etdirir. Bildirmək istəyirik ki, Konsulluq şöbəsi səyahətlərinin məqsədinin ABŞ-da təhsil almaq və yaxud, təhsilini davam etdirmək, habelə proqramlarına başlama tarixinin 60 gün müddətində olan tələbə və mübadilə viza aplikantları üçün tezləşdirilmiş müsahibə komponentini əlavə edir – Səfirliyin bəyənatında deyilir.

1 iyuldan etibarən kommersial sektor üçün təbii qaz 20% bahalaşır

Bölgələrdə 1 iyuldan etibarən kommersial sektor üçün təbii qazıın qiyməti 2-%-lə 1.15 laridən 1.38 lariyədək artır. Bu haqda məlumatı şirkətlər yayırlar. Bu son 8 ay üçün ikinci bahalaşma dalğasıdır.
2021-ci ilin dekabrına qədər 1 kub metr qazın qiyməti 95 tetri idi. Yeni tariflə hazırkı qiymət dekabraqədərki qiymətlə müqayisədə 45% artıqdır. Sokarda bu qərarı dünya bazarında təbii qazın bahalaşması ilə izah edirlər. 2023-cü ilədək bahalaşma vətəndaşlara şamil edilən deyil və onlar üçün 1 kub metr qaz yenə də 57 tetri olaraq qalacaqdır.

Saqarecoda Stalinin təsviri olan mərmər daşını bərpa etdilər

Saqareco Bələdiyyəsinin Patardzeuli kəndində, İkinci Dünya Müharibəsi qəhrəmanlarının xatirəsinə həsr edilmiş “Qəhrəmanlar oylağı” adlanan yerdə, Stalinin daşa həkk edilmiş fotoşəklini bərpa etdilər.
Yerliləlrin məlumatı ilə, 9 mayadək bir neçə gün qalmış, naməlum şəxslər, Stalinin daşa vurulmuş şəklinin gözlərini itiuclu əşya ilə ovdular. Patardzeulilərin bildirdikləri kimi, obeliski və Stalinin korlanmış şəklini də öz güclərinə bərpa etmişlər. Saqareco Bələdiyyəsinin meriasında isə, bir sovet simbolikası kimi, Stalinin şəkli həkk olunmuş daşı götürmək niyyətində olmadıqarını deyirlər. 2011-ci ildə Gürcüstan Parlamenti tərəfindən qəbul edilən”Azadlıq Xartiyası”-na əsasən, ictimai yerlərdə sovet simvolikasından istifadə etmək qadağandır.

Qurcaanidə Qafqaz Universitetinin Qastronomiya Akademiyasının tikintisinə başlanmışdır

Qurcaanidə Qafqaz Universitetinin Qastronomiya Akademiyasının tikintisinə başlanmışdır. Qeyd etmək lazımdır ki, layihə çərçivəsində 50 tələbəyə hesablanmış kampus, idman zalı tikiləcək və rekreasiv məkan yaradılacaqdır. Müasir standartları olacaq akademiyada nəzəri tədris auditoriyaları, konfrans və nümayiş zalları, restoran, mətbəx, soyuducu və anbarlar olacaqdır. Təhsil müəssisəsi ən müasir texnika, avadanlıqlarla təchiz ediləcəkdir. Binanın özü adaptə ediləcəkdir, tələbələrin ilk axınının qəbulu isə 2024-cü ildə planlaşdırılır.