Azərbaycan dilində seçki məcmuəsi საარჩევნო დაიჯესტი აზერბაიჯანულ ენაზე
Seçki xülasəsi
“Kaxetinin səsi” onlayn radiosunun açıq efirində yayımlanan, Azərbaycan dilində seçki xülasəsi efirdədir
2 oktyabır tarixində ölkədə yerli özünüidarəetmə seçkiləri keçiriləcək. Məntəqələr səhər saat 8-də açılacaq və axşam saat 8-də bağlanacaq. Məntəqələrə gedən seçicilər 3 bülleten görəcəklər. Onlar munispalitet meri seçməklə bərabər siyasi partiyaların və inzibati vahidlərdə öz nümayəndələrini seçə biləcəklər.
Seçki pozuntuları ilə əlaqəli redaksiyamızla qeyd olunan telefon nömrəsi vasitəsiylə əlaqə qura bilərsiniz: 555 52 02 34
Yerliözünüidarəetmə seçkiləri nədir?
Yerli nümayəndəlik orqanları – sakrebuloların (bələdiyyələrin) seçkiləri ümumi bərabər hüquqlu və bir-başa seçki hüququ əsasında gizli səs vermə yolu ilə keçirilir. Seçkilər, əgər müvafiq sakrebulo ərazisində seçicilərin sayı 2000 nəfərdən çoxdursa, çoxmandatlı seçki dairələrinə görə, proporsional seçki sistemi əsasında keçirilir.
Sakrebulo üzvləri səlahiyyət dövrü olaraq 3 illik müddətə seçilirlər. Seçkilər zamanı səs vermə gizlidir. Seçicilərin istəyini ifadə etmələrinə nəzarət yol verilməzdir. 2 oktyabır tarixində seçici Kaxetinin 8 munisipalitetinin merini və sakrebulosunu seçir. Onlar majoritar, eləcə də proporsional qayda ilə seçilirlər.
Kaxetidə merliyə namizədlər kimlərdir?
Kaxeti regionunun 8 seçki dairəsində siyasi partiyalar tərəfindən merliyə 21 namizəd təqdim olunub. Bunlardan 20-i kişidir, 1 nəfəri isə qadındır. Munisipalitetlərə əsasən merliyə namizədlərin kimliyini təqdim edirik.
Telavi – 17 saylı seçki dairəsində merlik üçün 3 nəfər mübarizə aparacaq: “Milli Hərəkat” dan seçkilərdə parlamentin üzvü, partiyanın Kaxeti təşkilatının rəhbəri Qiorqi Botkoveli iştirak edir. İqtidar partiyasından isə merliyə namizəd Levan Andriaşvilidir. O, Daxili İşlər Nazirliyinin keçmiş əməkdaşıdır. 3-cü namizəd isə Qaxarianın partiyasından, keçmiş dövlət məmuru və Telavi munisipaliteti sakrebulosunun sədrinin keçmiş müavini Qiqa Orkodaşvilidir.
Qurcaani – 12 saylı seçki dairəsində yerliözünüidarəetmə seçkilərində merlkiyə namizəd “Gürcü Arzusu”dan Zura Utiaşvili, : “Milli Hərəkat”dan isə Serqi Kakalaşvili.
Ğvareli–yerli özünüidarəetmə seçkilərində mer pozisyasını tutmaq üçün Ğvarelinin 16 saylı seçki dairəsində 4 namizəd mübarizə aparacaq. “Gürcü Arzusu”dan Qivi Zautaşvili, Qiorqi Qaxarianın partiyasından Qiorqi Qiqiloşvili, “Milli Hərəkat”dan Aleksandre Mcedlişvili və “Gürcüstan Patriotlar Aliyansı”dan isə merliyə namizəd Revaz Çoxadari olacaq.
Axmeta – Axmetanın 18 saylı seçki dairəsində merliyə namizədi 2 partiya təqdim etdi. “Gürcü Arzusu”dan seçkilərdə Aleksi Pitsxelauri iştirak edir. “Milli Hərəkat”dan isə merliyə namizəd Zurab Otiaşvilidir.
Dedoplistsğaro – 14 saylı seçki dairəsində merliyə 2 namizəd var.”Gürcü Arzusu”dan hazırda mer olan Nikoloz Caniaşvili seçkidə iştirak edir. “Milli Hərəkat”dan isə merliyə namizəd Tamaz Koclamazaşvilidir.
Laqodexi – 15 saylı seçki dairəsində mer olmaq üçün 2 namizəd mübarizə aparacaq. “Gürcü Arzusu”dan merliyə namizəd hazırkı mer Condo Mdivnişvilidir.“Üçüncü Qüvvə” partiyasından isə seçkilərdə Malxaz Nozadzde iştirak edir.
Siğnaği – 13 saylı seçki dairəsində merliyə namizədi 3 siyasi partiya təqdim etdi. “Milli Hərəkat”dan merliyə namizəd Zaza Papuaşvilidir. “Azad Gürcüstan” partiyasının merliyə namizədi Qia Xuxiaşvili təqdim olunub. “Gürcü Arzusu”dan isə namizəd Malxaz Beqiaşvilidir.
Saqareco – munisipalitet merliyi üçün yerli özünüidarəetmə seçkilərində 3 namizəd iştirak edir. “Lelo” partiyasından seçkilərdə Ekaterine Kvlividze iştirak edir. “Gürcü Arzusu”nun merliyə namizədi Avtandil Qulikaşvilidir. “Milli Hərəkat”dan isə seçkilərdə Davit Cavaxişvili iştirak edir.
Kaxetidə majoritarlığa neçə nəfər namizəd var?
Kaxeti reqionunun 8 seçki dairəsində partiyalar tərəfindən sakrebulo üzvülüyünə 305 namizəd təqdim olunub. Təqdim olunun namizədlərdən 47 nəfəri qadın, 258 nəfəri isə kişidir.
Dairə Seçki Komissiyasının rəhbərinin bildirdiyinə görə siyasi subyektlər tərəfindən təqdim olunan partiya siyahılarında gender balansı qorunur.