არჩევნები

Qadın seçici və prezident seçkiləri

Kaxeti regionunda yaşayan etnik icmada qadınların bir hissəsi prezidentliyə namizədləri tanımır və proqramlarını bilmir.

Qaracalar kəndində yaşayan Coxara Yadigarqızı deyir ki, xalq onların problemlərini həll edəcək namizədə səs verəcək.

“Deyirlər ki, prezident seçkiləridir. Lakin namizədləri tanımıram. Onların adlarını da bilmirəm. Bizim kəndə çox adam gəlir. Amma nə bilim kim kimdir. Əhali kənddən gedib, bəzisi Türkiyədədi, bəzisi başqa ölkələrdə. Bu qədər adam kənddən getməməlidir, burada işləməlidirlər. Biz də gözləyirikç prezident olaraq kim gələcək, ki biz kasıblara baxsın. Gürcü dilini az bilirəm. Seçkilərdə bizim problemlərimizi həll edəcək adama səs verəcəm. Prezident bizim yanımızda olmalıdır.” – deyir Yadigarqızı.

Qaracalar məktəbinin direktoru Elza Aşırova bildirir ki, keçən illərə nisbətən Qaracalarda seçki prosesinə qadınların qoşulması və iştirakı artıb.

,,Seçki proseslərində iştirak və qatılma baxımından iştirakını keçmişlə müqayisə belə etmək olmaz, elə bir irəliləyiş var. Əvvəllər səs verməyə kişi getməli idi və qadının səsi itmiş olurdu, eşidilmirdi. Qadınlar tərəfindən tələb də yox idi. Bilirdilər ki, seçkilərə kişi getməli idi. Mərhələli şəkildə mövcud durum dəyişir. İndi qadınlar öz maraq və motivasiyaları ilə seçkilərdə iştirak etmək istəyirlər. Bu gün bir bayrama çevrilib, bir-birilərini çağırırlar və bərabər gedirlər. Bizim kəndin adət-ənənələrindən irəli gələrək bu çox böyük irəliləyişdir. İndidə hansı seçkilər olduğu haqqında məlumatları var. Onlara seçki vərəqləri də paylandı və orada özlərinin seçki siyahılarında olmalarını yoxladılar. Ümid edirəm seçkilərdə fəal iştirak edəcəklər. –bildirir Aşırova.

 Seçki prosesində azlıqların məlumatlandırılmasının səviyyəsinin artırılmasının vacibliyinə üçüncü sektorda da diqqət yənəldirlər. Bildirirlər ki, kəndlərdə seçki prosedurları, eləcə də namizədlərin proqramları haqqında məlumat-təlim tərkibli görüşlərin keçirilməsi və onlara geniş məlumatın verilməsi vacibdir.

 “Vacibdir ki, qadınlar öz seçimlərini ifadə etsinlər. Bunun üçün isə namizədlərin proqramlarını anlamalıdırlar. Anlamalı və elə seçim etməlidirlər. Çox təssüf ki, belə olmur. Onlara məlumatlandırmanın səviyyəsinin artırılması lazımdır. Yaxşı olar ki, etmik azlıqlara namizədlər seçki proqramlarını onların ana dilində tanıtsınlar” – bildirir knews.ge-yə “vejini” icma təşkilatının sədri Laura Xaritonaşvili

Milli azlıqlar üçün əsas problem dil baryeridir. Düzdür onlar seçkilərdə iştirak edirlər, lakin bületeni oxumaqda çətinlik çəkirlər. Əksər hallarda onlar seçki məntəqəsinə getdikdən sonra bilirlər ki, hansı seçkilər keçirilir və kim iştirak edir. Mərkəzi Seçki Komissiyasının sədri tamar Jvaniyanın bəyanatına əsasən parlament seçkiləri üçün, seçki bületenləri bütün dildə çap olunacaq.

“Etnik icmaların yaşadıqları bölgələrdə dil baryeri mövcuddur və bu bizim üçün yenilik deyil. Bu il seçki bületenləri gürcü dilində, eləcə də rus, erməni və azərbaycan dillərində də çap ediləcək. Ümid edirik ki, bu seçicilərin seçki məntəqələrində rastlaşdıqları problemləri aradan qaldıracaq ” – bildirdi Tamar Jvaniya.