არჩევნები

Xalq prezidenti son dəfə seçir

28 oktyabr tarixində prezident seçkiləri son dəfə keçiriləcək. Konstitusiyadakı yeni dəyişikliklərə əsasən, 2024-cü ildə əhali ölkənin birinci şəxsini bir başa qayda ilə seçə bilməyəcək. Ölkənin liderinin seçilməsini hökumət 300 nəfərlik seçicilər kollegiyasına etibar edəcək.

Qeyri hökumət təşkilatlarının nümayəndələri izah edirlər ki, seçicilər kollegiyasının tərkibini qanunvericiliyə əsasən mərkəzi seçki komissiyası müəyyən edir. Seçki Kollegiyasına, komissiya üzvlərindən başqa parlament üzvləri və yerli özünüidarə nümayəndələri daxil olacaqlar.  “Ədalətli seçkilər və demokratiyanın beynəlxalq cəmiyyəti” qeyri hökumət təşkilatının hüquqşünası Tatia Kinkladze konstitusiyaya daxil edilən dəyişiklikləri dəyərləndirir. Onun açıqlamalarına əsasən 2018-ci ilin seçkiləri tarixi əhəmiyyətə malikdir. Çünki vətəndaşlar ölkənin liderini son dəfə bir-başa qalda ilə seçə biləcəklər.

“Gürcüstan Konstitusiyasına 2017-ci ildə əlavə edilən dəyişikliklərə əsasən bundan sonra prezident xalq tərəfinidən seçilməyəcək. Bu il bir-başa seçilən presidentin hüquq səlahiyyəti 5 il əvəzinə 6 il olacaq.

Gələcək seçkilərə gəldikdə isə, parlament idarəsi modelinə keçirik. Konstitusiyaya daxil edilən yeniliklərlə prezidenti açıq səsvermə ilə seçicilər kollegiyası 5 illik müddətə seçəcək. Komisiya 300 nəfər üzvdən ibarət olacaq. Onlar arasında parlament üzvləri, seçicilər komisiyyasının digər üzvlərini isə seçki administrasiyası orqanik qanuna müvafiq müəyyənləşdirəcək. Yəni kvotalar təsis ediləcək.

Bundan başqa yerli özünüidarəetmə nümayəndəliyinin tərkibindən üzvlərin seçimi baş verəcək ki, onlar da seçicilər kollegiyasının tərkibində olsunlar.  Hər bir munisipalitet üçün proporsial nümayəndəlik müəyyən edilmiş olacaq. MSK tərəfindən seçicilər kollegiyasında neçə nəfər üzvün olması müəyyən ediləcək” – bildirdi knews.ge-yə Tatia Kinkladze

Politoloq Xatuna Laqazidze isə izah edir ki, prezidentin çoxpartiyalı parlament tərəfindən bir-başa olmayacaq seçilməsi, prezident seçkiləri üçün xərclənən məbləği qənaət edəcək. Elə onun izahına əsasən, əgər parlament bir partiyalı olacaqsa bu müəyyən narazılıqlar və problemlər yaradacaq.

`Sonrakı prezidentin seçkilərinecə bir parlamentin olmasından aslı olacaq.  Əgər parlament çoxpartiyalı olacaqsa, o zaman prezidentin seçicilər kollegiyası tərəfindən seçilməsi həqiqətən də optimal qayda olacaq. Belə ki, seçkilərin keçirilməsinə maliyyə də xərclənməyəcək. Çox partiyalı parlamentdə isə imkan olacaq ki, prezidenti təyin etməsinlər, seçsinlər. Yəni fərqli insanlar məcbur olacaqlar ki, vahid namizəd haqqında razılığa gəlsinlər. Əgər yenə bir partiyalı parlament olacaqsa, bir siyasi mərkəzədən idarə olunan qüvvələr olacaqsa, belə halda bu yolla seçilən prezident ölkə üçün ciddi geriləyiş olacaq” – bildirdi knews.ge-yə Xatuna Laqazidze.

Kaxeli seçicilər bildirirlər ki, bu məsələ ilə əlaqəli heç kim onlardan fikir soruşmayıb. Onların dediyinə görə, parlament idarəsinə keçmək və przidentin bir-başa seçiməsinin ləğv olunması əhali və qeyri-hökumət təşkilatlarının fikrinin nəzərə alınması ilə həyata keçirilməli idi.

“Hökumət hər şeyə bir səslə elə qərar verdi ki, nə siyasi partiyaların nə də ki, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin fikrini soruşulmadı.Belə ciddi qərara qədər, əvvəl ictimai fikri tədqiqatı aparılmalı idi. Bu ölkədə əhalinin fikirinə heç kim diqqət yetirmir. Buna görə də seçkilər keçiriləcək ya keçirilməyəcək bunun qərarverici vacibliyi yoxdur.  Belə ki, iqtidar partiyasının namizədi həmişə qalib gəlir” –  bildirdi knews.ge-yə qurcaanlı Liana Xelaşvili.

Prezident seçkilərindən başqa, 2024-cü ildən majoritar seçki sistemi də ləğv olunur və parlament yalnız proporsional sistemlə seçilmiş 150 nəfər üzvdən ibarət olacaq.