ბლოგები

Gənclər seçiminin iki tərəfi

Bu tam varlığı ilə etnik azərbaycanlılarla məskunlaşmış kəndlərdə hiss olunur. İor-muğanlı gənclərin müəyyən bir seqmenti məlumat çatışmamazlığına baxmayaraq öz vətəndaş mövqesini fadə etmək üçün seçkilərə yenə də gedir. Bir qismi isə heç majoritar deputatının belə tanımır və buna görə də seçkilərdə iştirak etməyi mənasız hesab edir.

 İor-muğanlıda yaşayan Muraz Quliyev 25 yaşındadır. ildə yerli özünüidarəetmə seçkilərində iştirak etmişdir. Muraz ara seçkilərində də öz mövqeyini təsbit etmək niyyətindədir. Lakin deyir ki, bu günə qədər kənd əhalisi ilə hələ heç kim görüşməyib və seçki proqramı haqqında da məlumatı yoxdur.

 “Seçkilərdə iştirak etməliyəm. Nə seçkilər olduğunu bilmirəm. İstəyirəm ki bizim üçün hər şey yaxşı olsun vəkəndimizdə kino, teatr qurulsun” –deyir Muraz Quliyev.

  18 yaşlı  Yasin Abazov üçün seçki prosesi haqda məlumatlanmağa ciddi mane törədən amil gürcü dilində məlumatı dərk etməkdə çətinlik çəkməsidir. Seçkilərdə iştirakı haqda jurnalistin sualına həmyerlisinin vasitəsi ilə cavab verir. Gənclər öz vətəndaş vəzifələrini yerinə yetirmək əzmindədirlər baxmayaraq ona ki, ara seşkiləri barədə heç nə eşitməyiblər.

 26 yaşlı Anar Kazımov 31 oktyabrda seçki məntəqəsinə gedərək səsvermədə iştirak etməyi düşünür. Ancaq  bilmir ki, bir aya o üç namizəddən yalnız birinə səs verməlidir. Anar istəyir ki onun səsi kəntdə müşahidə olunan ağır sosila fona təsir göstərsin, lakin faydalı dəyişikliklərə ümid bəsləməyir.

 “ Seçkilərə ona görə gedirəm bizim üçün xeyirxah iş görmək niyyətindində olan adama səs vermək istəyirəm. Bu seçkilərin nə kimi əhəmiyyəti olduğunu bilmirəm. Hələki bizə məlumat verməyiblər” – Anar Kazımov qeyd edir.

 Tbilis Dpvlət Universitetinin İnformasiya texnologiyalarının bakalavrlıq proqramının tələbəsi İor-muğanlılı İsaxan Məmmədov qarşıdaki ara semkiləri haqda məlumat boşluğundadır və bu prosesdə iştirak etməyin mənası olmadığını düşünür. İsaxan onu da deyir ki ümumiyyətlə seçkilərlə maraqlanmır və səs vermə haqqından indiyə qədər də istifadə etmirdi.

 “Hansı seçkilərin keçirildiyini bilmirəm və iştirak etmirəm. Nəyinsə dəyişəcəyinə ümid belə etmirəm” –deyir İsaxan Məmmədov.

  Ekspertlər seçki prosesi haqqında etnik azlıqların və xüsusən də gənclərin kəskin şəkildə məlumatsızlığını ciddi problem kimi qiymətləndirirlər. Qeyri-hökumət təşkilatı – Mülki İnkişaf  Agentliyinin icraçı direktoru Zviad Devdariani düşünür ki majoritar vəkilliyə namizəd olan şəxslər gənclərlə fəal əlaqəyə girməlidirlər. Zviadın izahına görə əlaqənin sadələşdirmək seçki ərəfəsində etnik azlıqların nümayəndəsi olan tələbələri buna cəlb etməklə mümkündür. Onlar həmyaşıdlarına ana dillərində məlumat verəcəklər.

“ Namizədlər gənclərin yanına getməli və onlarla səmimi münasibət qursunlar. Bu baxımdan onlara ana dillərində məlumat verməyin böyük əhəmiyyəti varıdır. Bunun üçün Tbilisidə gürcü dilinin hazırlıq kurslarında gürcü dilini öyrənən tələbələri cəzb etmək çox da maraqlı olardı. Onlar artıq az-çox inteqrasiya olmuşlar və öz icmalarında da etibarları var. Namizədlər bu resursdan istifadə etsələr yaxşı olar”-  deyir Zviad Devdariani.

 Birgə Mülki Hərəkat “Çoxmillətli Gürcüstan uğrunda” təmsilçisi Arnold Stepanian düşünür ki etnik azərbaycanlı gəmclərin məlumatlılığını və fəalllıqlarını yüksəltmək üçün hökumət və qeyri-hökumət sektoru ictimaiyyətlə onların inteqrasiyalarına dəstək olmalıdırlar. Stepanianın fikrincə gənc seçicilərin inteqrasiyası məqsədilə məktəblərdə gürcü dilinin tədrisi metodikası dəyişməlidir