ახალი ამბებიპოდკასტები

დაიჯესტი აზერბაიჯანულ ენაზე

Efirdə azərbaycan dilində həftəlik icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və Knews.ge informasiya agentliyinin səhifəsində dinləyə bilərsiniz.

 

1 iyundan etibarən toxumluq və əkilməli olan materyal icbari sertifikatlaşdırılmağa tabe tutulacaqdır

Bunun haqqında Kənd təsərrüfatının Elmi Tədqiqat Mərkəzinin direktor müavini Nodar Xatiaşvili bildirmişdir.

Onun verdiyi məlumata görə, qeyd olunan qanun qüvvəyə mindikdən sonra, bazara yalnız yoxlanılmış materyal buraxılacaqdır.

“2019-cu ildən etibarən buğda və arpanın toxumluq materyalı icbari sertifikatlaşdırılmağa tabe tutulur. Biz sahibkarlara həmin toxumları ölkəyə gətirməyi, səpməyi qadağan edə bilmərik, lakin satmaq üçün bazara çıxardıqda, toxum istər yerli olsun, istər xarici, sertifikatlaşdırılmış olmalıdır. Dənəli mədəniyyətlərdə bunlar nəzərdə tutulur: qarğıdalı, çovdar və s. Bundan əlavə,  kartof və istehsalat  çuğunduru.  O ki qaldı çoxillik mədəniyyətlərə, burda nəinki tinglər, habelə tumurcuqlar da nəzərdə tutulur.  Sertifikatlaşdırma istənilən məhsulun standarta uyğun olmasını təyin etməkdir. O sağlam olmalı və müəyyən parametrlərə uyğunlaşmalıdır.  Onlar yoxlanılmağa tabe tutulmalı və bazara bundan sonra buraxılmalıdır.  Beləki, sahibkarların bazara  sağlam və keyfiyyətli məhsul (toxum və ting materyalı) çatdırmaq kimi öhdəlikləri olacaqdır”, –  Nodar Xatiaşvili bildirmişdir.

Kaxeti dəmiryolu bərpa edilsin -,,Samokalako darbazi-nın başlatdığı kampaniya

QHT,,Samokalako darbazi“ Kaxeti dəmiryolunun bərpasını tələb etmək üçün kampaniya başlatdı. Təşkilatın nümayəndələri qeyd olunan kampaniya çərçivəsində müxtəlif növ aktivlikləri həyata keçirməyi planlaşdırırlar. Onlar bunun üçün həm onlayn, həm də vətəndaşlarla üz-üzə görüşlər keçirtməyi planlaşdırırlar.

Sözügedən kampaniya təşkilatın şərikli təsisçisi, Aleksandre Kavtaradzenin təşəbbüsü ilə bir neçə ay əvvəl başladılmışdır.  Kampaniya hazırkı mərhələdə icmanın onlayn platformaları vasitəsi ilə aktivləşmə mərhələsindədir.

Təşəbbüskar Aleksandre Kavtaradze bildirir ki:

,,Təşkilatımız – ,,Vətəndaş zalı’’ – 2019-cu ildə təsis edilmişdir və onun fəaliyyətinin əsas istiqaməti Tbilisidən kənarda mövcud olan məkanlarda, bölgələrdə mədəni-maarifçilik işləri aparmaqdır. Arzumuz bölgələrimizin inkişafına töhfə vermək, mövcud problemləri aradan qaldırmağa çalışmaqdır. Zənnimizcə, bölgələrimizin inkişaf etməsi bütün ölkənin inkişafının başlıca açarlarından biridir. Kaxeti dəmiryolu məsələsi məhz bunun üçün diqqətimizi çəkmişdir. Dəmir yolunun bərpası kampaniyası, bir neçə ay bundan əvvəl mənim təşəbbüsümlə başladılmış və hazırda icmanın onlayn platformalarında fəallaşdırılma mərhələsindədir, lakin  əlavə aktivliklərin həyata keçirilməsini də planlaşdırırıq.’’

Prokuror Aytacın anası, övladını başqasının təzyiqi olmadan maşına mindirərək qızının qaçdığı evə geri yolladı.

Prokuror Xatia Qoqriçianinin bildirdiyi kimi, öldürülmüş  14 yaşlı Aytac Şahmarovanın anası, Yeganə Məhərrəmova qaçmış övladını maşına mindirərək qaçdığı evə geri göndərdi.  

Məhkəmənin bu günkü iclasında ittihamçı tərəfi və məhkəmə üçün cinayətdə təqsirləndirilən Yeganə Məhərrəmovanın Badiauri kəndinə getdiyi, övladını başqasının köməyi olmadan maşına mindirdiyi və qaçdığı evə geri apardığı məlum olmuşdur.  Niyə belə etdiyi barədə ananın özü danışmalıdır. Əsas üzə çıxan isə budur ki, uşaq anasına zəng edir. Zəng etməkdə məqsədi həmin məkandan uzaqlaşması idi, ancaq fakt olaraq qəbul etdik ki,  uşaq anası ilə birlikdə qaçdığı enə qayıtdı”,– Prokuror bildirmişdir.

 Hökumət evsizlərin yaşayış evlərilə təmin etmə proqramının meyarlarını təsdiq etdi

Proqramla, 1000- dək ailəyə Hökumət ev verəcəkdir. Proqramın ümdə həcmi 50 milyon laridir. Proqramı Hökumətin 2024-cü ildəki ilk iclasında müzakirə etdilər.  Qanunvericilik bələdçisində müvafiq qərar da dərc edildi. Qərar dərc edilən kimi qüvvəyə mindi və 2025-ci ilin sonuna kimi qüvvədə qalacaqdır. Hökumət başçısının imzaladığı qərara əsasən,  evsiz/ ağır yaşayış şəraitlərində yaşayan çoxuşaqlı ailə(lər)in yerləşdirilməsi meyarları müəyyənləşdirilmişdir. Sosial cəhətdən müdafiə edilməyənlər bazasında qeydiyyatdan keçənlərin və reytinq xallarının 30001-dən aşağı onlanlara – 5 xal;  Dörd yetkinlik yaşına çatmayanların yaşadığı ailəyə– 0,5 xal, 5 yetkinlik yaşına çatmayanlara– 1 xal, hər bir növbəti yetkinlik yaşına çatmayan üçün 1 xal;  Sağlamlıq imkanları məhdud şəxsin daxil olduğu ailə üçün – 1.5 xal;  Tənha valideyn və ya dul statusu olanlara – 2 xal; Əmrə əsasən,  əgər ailənin vəziyyətinə birdən çox xal uyğundursa, hər meyarda verilmiş xallar ümumi xal kimi toplanacaqdır.

 Texniki yoxlanmanın qiyməti 50% arta bilər

Texniki yoxlayış mərkəzlərinin icraçı direktoru Qiorqi Şiolaşvilinin bildirdiyi kimi qiymətin artmasının vaxtı gəlib çatmışdır. Onun bildirdiyi kimi sektor müxtəlif səbəblərdən xidmət qiymətinin 50% artmasını tələb edir. Bunun səbəbi müxtəlif avadanlıqlarla yanaşı sektordan kadrların fəal şəkildə çıxması ilə də bağlıdır. Bu problemi həll etmək üçün maliyyə səfərbərliyi edilməlidir. Məhz bu iki amildən irəli gələrək İqtisadiyyat Nazirliyinə müraciət edildiyini deyir.

 Sosial cəhətdən müdafiə edilməyən ailələr üçün elektrik enerji xərcləri 2024-cü ildə də maliyyələşdiriləcəkdir.

Bu Sosial Cəhətdən Müdafiə edilməyənlərin Ümumi Bazasında  150 000-dən az reytinq xalları olan ailələr üçün belə olacaqdır. Qeyd edilən məsələni Hökumət Administrasiyasında keçirilən İqtisadi Şura iclasında müzakirə etdilər. Qaçqınlar, Əmək, Sağlamlıq və Sosial Müdafiə Naziri Zurab Azaraşvilinin qeyd etdiyi kimi 2023-cü ilin sonunda iaşə istehlakçıları üçün elektrik enerjisi tarifi 3 tetri azaldılsa da, sosial cəhətdən müdafiə edilməyənlərin subsidiyalaşdırılmaları qüvvədə qalır. Nazirin sözlərinə görə,  2024-cü il ərzində sosial cəhətdən müdafiə edilməyən ailələrə, reytinq xallarına görə, sərf etdikləri elektrik enerjiləri 12,5 tetriyədək maliyyələşdiriləcəkdir. Qeyd olunan güzəştlə 250 000-dək ailə istifadə edəcəkdir.

 Sağlamlıq imkanları məhdud şəxslərin sosial paketləri artır

Cari ilin yanvarından etibarən sağlamlıq imkanları kəskin şəkildə məhdud olan şəxslər  və uşaqlar üçün sosial paket 50 lari miqdarında artaraq 340-dən 390 lariyə qaldırılır.

Nazirlər kabineti üzvləri Gürcüstan Hökuməti qərarının layihəsini müzakirə etdilər. Dəyişikliyə əsasən, cari ilin yanvar ayından  sağlamlıq imkanları kəskin şəkildə məhdud olan şəxslər  və uşaqlar üçün sosial paket 50 lari miqdarında artaraq 340-dan 390 lariyə qaldırılır.  Başqa kateqoriyadan sağlamlıq imkanları məhdud olan şəxslərin maliyyə yardımı isə 20 lari ilə artacaqdır. Büdcə təxminən 46 mln lari təşkil edir.  Artmış sosial paketlərdən 123 000- dək benefisiyar istifadə edəcəkdir“, Hökumət administrasiyasından bildirirlər.