ახალი ამბები

Gələcək Liderlərin Mübadilə Proqramı (FLEX)

Gələcək Liderlərin Mübadilə Proqramı “FLEX” otuz ildən artıqdır ki, gürcüstanllı orta məktəb şagirdlərinə Amerika məktəblərində təhsil almaq və Amerikalı ailələrdə yaşamaq imkanı yaradır. Proqram ABŞ hökuməti tərəfindən maliyyələşdirilir və Beynəlxalq Təhsil üzrə Amerika Şuraları tərəfindən idarə olunur.

“FLEX” proqramı çərçivəsində 2024-2025-cü tədris ili üçün finalçılar seçilir. Qaliblərin Amerikaya gediş və qayıdış səyahətləri tam əhatə olunacaq. Onlara aylıq təqaüd və tibbi sığorta da veriləcək. ABŞ-da olarkən gürcüstanlı şagirdlər öz mədəniyyətlərini amerikalılara tanıtmaq, həmçinin məktəb, ailə həyatı və müxtəlif tədbirlərdə iştirak vasitəsilə Amerika mədəniyyəti ilə tanış olmaq imkanı əldə edəcəklər.

“FLEX” proqramının finalçıları Vaşinqtonda təhsil sahəsində amerikalı mütəxəssislərdən ibarət müstəqil komissiya tərəfindən seçilir. Seçim prosesi müsabiqəyə əsaslanır. Müsabiqə mürəkkəbdir və elektron şəkildə doldurulmuş ərizə ilə müəyyən edilir; Tövsiyələrə əsasən, ingilis dilini bilmə səviyyəsi və namizədin bir illik təcrübə mübadiləsinə hazır olduğunu nümayiş etdirməsinin əsasında baş tutur.

Proqram bütün orta məktəblərin (1) 9, 10 və 11-ci siniflərində, (2) 1 yanvar 2007-ci il və 16 iyul 2009-cu il tarixləri arasında anadan olmuş, (3) ABŞ-da yaşamamış tələbələr üçün açıqdır, hansılar ki, son 5 il 3 ay və ya daha çox müddət üçün (4) Gürcüstan vətəndaşıdırlar, (4) Gürcüstanda təhsil alır və (5) ingilis dilində danışırlar.

Proqramın meyyarlarına cavab verən bütün orta məktəb şagirdlərini, o cümlədən fiziki imkanları məhdud şəxsləri “FLEX” proqramında iştirak etməyə dəvət edirik. Belə şəxslər üçün yaş və məktəb meyarları fərqlidir: 8, 9, 10, 11 və 12-ci sinif şagirdi və 15 fevral 2006-cı il və 15 iyul 2009-cu il tarixləri arasında anadan olanlar.

2023-2024-cü tədris ili üçün birinci və ikinci mərhələlər 2023-cü ilin payızında onlayn rejimdə keçiriləcək. Yarımfinal canlı yayımlanacaq, bu isə şəxsi müsahibə və test deməkdir. Müraciət edənlər proqramın seçim mərhələlərində internetin mövcud olduğu və ya telefon/kompüterdən istifadə etmək imkanı olan istənilən regiondan iştirak edə bilərlər.

I mərhələ – avqustda keçiriləcək. Buraya onlayn ərizə və ərizənin başlamasından sonra 10 gün ərzində təqdim edilməli olan 3 esse sualı daxildir. İştirak etmək üçün linkə daxil olun: https://ais.americancouncils.org/flex

II mərhələdə isə müraciət mərhələsini keçdikdən sonra seçilmiş iştirakçılar onlayn ingilis dili testi yazacaqlar.

Final mərhələsi  -Bu mərhələyə üz-üzə müsahibə, 2 esse sualı, təkmilləşdirilmiş ingilis dili testi və tam ərizənin tıqdim edilməsi daxildir.

Yuxarıda sadalanan bütün addımların uğurla yerinə yetirildiyi təqdirdə şagirdlər Amerika Şuralarının Gürcüstan ofisindən məlumat alacaqlar.