დაიჯესტი აზერბაიჯანულ ენაზე
Efirdə azərbaycandilli icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə
baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və knews. ge informasiya agentliyinin səhifəsində dinləyə bilərsiniz.
Hər həftəsonu bölgədə baş verən hadisələrin qısa icmalını təqdim edəcəyik.
Levan Davitaşvili- Telavidən Batumi, Mestiya və Tuşeti istiqamətində uçuşlar müzakirə olunur.
İqtisadiyyat və Dayanıqlı İnkişaf Naziri Levan Davitaşvilinin bəyənatı ilə, Telavi Hava limanından Batumi, Mestiya və Tuşeti istiqamətində uçuşlar mümkün ola bilər. Bu bəyanatı Davitaşvili Parlamentin plenar iclasında “Nazir saatı” formatında çıxış edərkən deputatların müvafiq sualına cavab olaraq vermişdir.
„Telavi Hava limanı özəlləşdirilmişdir, lakin investisiya şərtləri ilə. Hava limanı mülkiyyətçisi ilə sıx əlaqəmiz var. Biz hava limanının infrastrukturunun yaxşılaşdırılmasını və daha çox uçuşların həyata keçirilməsini istəyirik. Telavi Hava limanının daxili uçuşlar üçün istifadə edilməsini düşünürük. Telavi-Batumi istiqamətini müzakirə edə bilərik. Maliyyə imkan versə başqa istiqamətlər barədə də düşünə bilərik – bu Telavi –Mestiya, həmçinin, gələcəkdə Tuşetiyə uçuşlar da ola bilər. Nazirlik uçuşlar üçün istifadə ediləcək k8içik aerodromlar düzəltmək üçün intensive şəkildə yerləri öyrənir. Telavi Hava limanı üçün maraqlı planlarımız var. 2023-cü ildə, hesab edirəm ki, əhəmiyyətli işlər görüləcəkdir. O cümlədən sərnişinlərin təhlükəsizliyi istiqamətində. Hava limanları Birliyi bu məsələni Telavi Hava limanı mülkiyyətçisi ilə müzakirə edir“,- Levan Davitaşvili bildirmişdir.
Nəqliyyat vasitələrinin həddindən artıq səs salması üçün sürücüləri nə vaxtdan etibarən cirəmələnəcəklər
Parlament ilk dinləməklə 81 səslə, yekdilliklə yol təhlükəsizliyi istiqamətində İnzibati Xətalar Məcəlləsinə daxil ediləcək dəyişiklikləri müzakirə edərək dəstəklədi.
Dəyişikliklərin bir qismi sürəti aşmaq üçün nəzərdə tutulmuş cərimələrin artırılmasına aiddir. Nəqliyyat vasitəsi sürücüsü tərəfindən təyin olunmuş sürəti 40 km aşmaq 150 lari cərimə əvəzinə, 300 lari cəriməni nəzərdə tutacaqdır. Dəyişikliklər səsin tənzimləməsi məsələsinə də aiddir. Bir tərəfdən, hökumət qərarına əsasən, səsin icazəverilən səviyyəsi müəyyənləşdiriləcək, ikinci tərəfdən isə istifadəsi müddətincə təyin olunmuş səs limitini aşan vasitələr 100 lari miqdarında cərimələnərək, sürücülük vəsiqəsindən 10 xal itirəcəklər.
Yuxarıda qeyd olunanlardan əlavə, Qanunda planlaşdırılan dəyişikliklər “driftlərə” də toxunur. Avtomobili qəsdən sürüşdürmək, ya sürüşdürərək dairələr çəkmək, qanunvericiliklə müəyyənləşdirilmiş istisna hallar və idman tədbirləri xaric, 300 lari cəriməyə və sürücülük vəsiqəsindən 30 xalın azalmasına səbəb olacaqdır. Əgər qeyd olunan xəta ilə nəqliyyat vasitəsi, yük, yol, yol və digər tikililərin, başqa əmlakın ya insan bədəninə yüngül xəsarət versəb 500 lari cərimələnəcəkdir.
Qanun layihəsi qaraldılmış şüşələr, bərq vuran siqnallardan təyin olunmuş qayda pozulduqda da işə düşür. Qanunlayihəsinin təşəbbüskarı Gürcüstan Hökumətidir.
Yollarda baş verən ölümlərlə Avropada ən yüksək göstəricilərdən biri bizdədir – DİN
Bu haqda Dİ Nazirinin müavini Aleksandre Daraxvelidze Parlamentin plenar sessiyasında çıxış edərkən demişdir. O, Parlamentə qanunlayihəsi təqdim etmişdir. Layihədə sürəti aşmaq və digər pozuntular üçün sürücülər cərimələnəcəklər.
„Təəssüflər olsun ki, plkəmiz yollardakı ölümlərlə bu günə qədər avropada ən yüksək göstəricilərlə fərqlənir. Bu Dövlət tərəfindən effektli tədbirlərin alınmasını trələb edir. Göstəricilərlə, bizdəki ölümlər 2.7 dəfə Avropa ölkələrinin göstəricilərindən çoxdur. Əgər Gürcüstanda hər 100 000 min adama ildə 12 ölüm təsadüfü gəlirsə, Avropada orta göstərici 4.4-dür. Yollarda ölümə ən çox sürəti aşmaq səbəb olur. Həmçinin sərxoş vəziyyətdə avtomobili idarə etmək və s. 2019-cu il ərzində ölkədə 586 601 sürəti aşmaq təsbit edilmişdir. Bu göstərici az deyil və Dövlət tərəfindən effektli yanaşmaları tələb edir“, – Daraxvelidze bildirmişdir.
“Drif” qismən qadağan edilir
Parlament ilk dinləməklə 81 səslə, yekdilliklə yol təhlükəsizliyi istiqamətində İnzibati Xətalar Məcəlləsinə daxil ediləcək dəyişiklikləri müzakirə edərək dəstəklədi Dəyişikliklər səsin tənzimləməsi məsələsinə də aiddir. Bir tərəfdən, hökumət qərarına əsasən, səsin icazəverilən səviyyəsi müəyyənləşdiriləcək, ikinci tərəfdən isə istifadəsi müddətincə təyin olunmuş səs limitini aşan vasitələr 100 lari miqdarında cərimələnərək, sürücülük vəsiqəsindən 10 xal itirəcəklər.
Yuxarıda qeyd olunanlardan əlavə, Qanunda planlaşdırılan dəyişikliklər “driftlərə” də toxunur. Avtomobili qəsdən sürüşdürmək, ya sürüşdürərək dairələr çəkmək, qanunvericiliklə müəyyənləşdirilmiş istisna hallar və idman tədbirləri xaric, 300 lari cəriməyə və sürücülük vəsiqəsindən 30 xalın azalmasına səbəb olacaqdır. Əgər qeyd olunan xəta ilə nəqliyyat vasitəsi, yük, yol, yol və digər tikililərin, başqa əmlakın ya insan bədəninə yüngül xəsarət versə 500 lari cərimələnəcəkdir.
Qanun layihəsi qaraldılmış şüşələr, bərq vuran siqnallardan təyin olunmuş qayda pozulduqda da işə düşür. Qanunlayihəsinin təşəbbüskarı Gürcüstan Hökumətidir.
Ölkədə yanacağın 10 tetri ilə ucuzlaşması gözlənilir
Gürcüstanda yanacaq, yenə 10 tetri ilə ucuzlaşa bilər. Neft məhsullarını İdxal edənlər İttifaqının Sədri Vaxtanq İobaşvilinin sözlərinə görə, ölkənin neft bazarında vəziyyət sabitdir, ölkədə yanacaq ehtiyatları var və beləliklə, xoşagəlməz sürprizlər gözləməməliyik.
„Gözəl tendensiya müşahidə olunur. Qiymətlər enir. Pərakəndə şəbəkələrdə yanacağın 10 tetri ucuzlaşmasını gözləyirik“,-Vaxtanq İobaşvili qeyd edir.
Tibbi qrupları bioloji, radiasiya və nüvə reaksiyası üçün hazırlayırlar
Gürcüstanda təcili yadım həkimlərini bioloji və radiasiya insidentləri üçün hazırlayacaqlar. Bu haqda məlumatı Səhiyyə Nazirliyi yayır.
„Gürcüstanda ilk dəfə, cənubi və şərqi avropa ölkələrində kimyəvi, bioloji, radiasiya və nüvə insidentlərinə reaksiya verən tibbi qrupların hazırlanması və reaksiyası məqsədilə „layihə 88” keçirilir. Layihə çərçivəsində tədris təlimləri mərkəzi xüsusi təchizatla təmin edildi. 300 min avro dəyərində olan həmin təchizatı Gürcüstan ödənizşsiz qəbul edəcəkdir. Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “layihə 88”-inə Fövqəladə Halların Koordinasiyası və Təxirəsalınmaz Yardım Mərkəzi ev sahibliyi edəcəkdir. “Layihə 88” 2022-ci ilin 10 oktyabrından davam edəcək və ona Cənubi və Şərqi Avropadan 10 ölkənin 50 iştirakçısı cəlb ediləcəkdir,”- Məlumatda qeyd edilir.