ახალი ამბებიპოდკასტებიღია სტუდია

დაიჯესტი აზერბაიჯანულ ენაზე

Efirdə azərbaycandilli icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və knews. ge  informasiya agentliyinin səhifəsində dinləyə bilərsiniz. 

Hər həftəsonu bölgədə baş verən hadisələrin qısa icmalını təqdim edəcəyik.

Badımcan, xiyar, kələm – avqustda ucuzlaşan qida məhsulları

2022-ci ilin avqust ayında əvvəlki aylara nisbətən inflasiyanın səviyyəsi Gürcüstanda 0.1 faiz, illik inflasiyanın səviyyəsi isə 10.9 faiz təşkil etdi. Bu haqda məlumatı Statistika üzrə Milli Xidmət yayır.  Baza inflasiyasına gəldikdə isə, qeyd olunan göstərici 2022-ci ilin avqustunda, ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz, tütünsüz illik baza göstəricisi də həmçinin 7 faizlə müəyyənləşdirilmişdir. Avqust ayında ötən ilin eyni dövrünə nisbətən ucuzlaşan qida məhsullarının siyahısını sizə təqdim edirik: badımcan – 44,90%  xiyar – 44,06% kələm – 39,89%  pazı – 28,93% bibər – 24,13% Kartof – 22,18%  Sarı kök – 19,78%  üzüm – 16,69%  Şaftalı – 14,21% Limon – 8,92% alma – 7,42%  armud – 5,36%  pomidor – 4,34%

 Sürücülük imtahanının real hərəkət şəraitində keçirilməsi öhdəliyi qüvvəyə mindikdən sonra nə qədər sürücülük vəsiqəsi verilmişdir

Din ölkə miqyasında sürücülük vəsiqələri üzrə statistik verilmişləri dərc edir. İdarənin məlumatı ilə, Gürcüstanda sürücülük vəsiqəsi üzrə praktiki imtahan real hərəkət şəraitində keçirilməyə başladıqdan sonra, 3 ayda 3 529sürücülük vəsiqəsi verilmişdir. Bunlardan mayda -2 188; iyunda -556; iyulda isə – 785.  Xatırladaq ki, cari ilin 25 apreldən sürücülük vəsiqəsini almaq istəyənlər praktiki imtahanı həm imtahan, həm də real yol hərəkəti şəraitində verməli olurlar. O ki qaldı bu qaydanın qüvvəyə minməsinəqədərki verilmişlərə, statistika belədir: yanvar – 3 340; fevral – 5 216; mart – 5 722; aprel – 5 357.

Gürcüstanda  üzümün süfrə sortları bahalaşır

Gürcüstanda süfrə üzümü bahalaşır. EastFruit-un analitiklərin araşdırmasına görə,  1 kilo ağ üzümün topdan satışda orta qiyməti 1,70 laridir,  qırmızı üzümün isə 2,00 lari. Bu isə o deməkdir ki,  illik qiymətin artışı 10-30%-dir. İndiyədək yüksək qiymətlərin rekordu 2021-ci ildə təsbit edilmişdir. Bundan əlavə,  Gürcüstanda meyvə, fındıq və tərəvəz istehsalçıları istehsalat xərclərinin artıdığını tez-tez qeyd edirlər. Bazqrda aparılan tədqiqat süfrə üzümü biznesində müəyyən spesifik inkişafı üzərə çıxarmışdır. Bu mövsumda yağışlı havalara görə, süfrə üzümünün əhəmiyyətli hissəsi xarab olmuşdur. Bu reallıqla üzləşən fermerlər emal edilməli üzümü üç-dörd qat ucuzuna satmalı oldular. Pərakəndə şəbəkələr hər il daha çox süfrə üzümü tələb edirlər, çünki bu sektor get-gedə inkişaf etməkdədir. Son vaxtları, ölkədə böyük sayda xarici vizitorların daxil olması, bu sortdan olan üzümə tələbatı daha da artıracaqdır.

Sürücülərə qarşı hansı sanksiyaların qüvvəyə minməsi planlaşdırılır və bu yeniliyi Kaxetidə necə qiymətləndirirlər.

DİN tərəfindən hazırlanan “İnzibati Xətalar Məcəlləsində” planlaşdırılmış dəyişikliklər layihəsi çərçivəsində, yol hərəkət qaydalarının pozulması üçün reqlamentlər sərtləşir və cərimələrin miqdarı artılır. Dəyişikliklərə əsaəsən, hərəkətin müəyyənləşdirilmiş sürətini aşmaq 150 lari əvəzinə 300 lari cəriməni nəzərdə tutacaqdır.  “Driftinq” etmək də cəzalandırılır. Bundan əlavə, səs normalarını aşan nəqtliyyat vasitəsi də 100 lari cərimələnəcəkdir. Tündəşdirilmiş şüşəli ya işığı məhdud keçirən nəqliyyat vasitəsini idarə etmək üzrə məsuliyyət də sərtləşir- sanksiya olaraq 500 lari təyin edilir. Qeyd olunan əməl təkrarlandıqda cərimə 1000 lariyə kimi artacaqdır.

Bakurtsixe-Tsnori  dolayı yolunun tikintisi başladı

Gürcüstan Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil yollar Departamenti Bakurtsixe-Tsnorinin dolayı 16.6 km-lik yolun tikintisinə start verdi. Avtomobil Yolları Departamentinin verdiyi məlumata görə, qeyd olunan hissə, Kaxetinin əsas yolunun (Tbilisi-Bakurtsixe-Laqodexi) hissələrindən biridir. Yol sıx məskunlaşmış ərazidən keçir və yüksək tranzit hərəkəti intensivliyi ilə fərqlənir. Yeni yol Tsnori və onun ətrafındakı 6 kəndin yanından keçəcəkdir (Bakurtsixe, Kardenaxi, Anaqi, Vakiri, Maşnaari və Sakobo). Beləliklə, Bakurtsixe-Tsnori istiqamətində hərəkət edən nəqliyyat vasitəsi, ehtiyac olmadığı təqdirdə, Tsnori və ətraf kəndlərə daxil olan deyildir.

Saqarecoda, Revaz İnanişvilinin ev-muzeyinin bərpa işləri aparılır

Saqarecoda, Xaşmi kəndində, yazıçı Revaz İnanişvilinin ev-muzeyinin bərpa işləri aktiv şəkildə aparılır. Saqareco bələdiyyəsi merinin, Avtandil Qulikaşvilinin sözlərinə görə, ev-muzeyinin rekosntruksiyası və bərpa işləri yerli özünüidarəetmə büdcəsindən 165 243 lari ilə maliyyələşdirilir.

„Bura böyük yazıçının qayğısız uşaqlıq illərinin keçirdiyi yerdir. Ev-muzeyi Rezo İnanişvilinin evinin ilkin konstruksiyasına maksimum yaxın bir tikili olacaqdır. Tezliklə, onu təntənəli şəkildə açacaq və bu, mədəni irsimizin qorunması və saxlanması məqsədilə həyata keçirilmiş əhəmiyyətli layihələrdən biri olacaqdır“, – Avtandil Qulikaşvili dedi.

Nazirlik Üzümçülərin istrehsalat müəssisələrinə üzümü problemsiz satmaları üçün hər bir şərait yaradılmışdır.

Ətraf mühitin Müdafiəsi və Kənd təsərrüfatı Naziri müavini İuri Nozadze Telavidə, Koordinasiya qərargahında üzümün dərilmə işləri ilə tanış oldu.  7 sentyabr verilmişlərilə, kaxetidə 22 min ton üzüm emal edilib. Nazir müavininin bəyənatına görə,  dərmə prosesində hər cür şərit yaradılıb ki, fermerlər məhsullarını tapşıra bilsinlər.

„Bu il rekord 300 min tona kimi üzüm məhsulu gözləyirik. Məqsədimiz üzümü tapşırma prosesində fermerlərimizə maksimum dəstək verməkdir.  Koordinasiya qərargahı tamamilə səfərbər edilib. Çaxır zavoduna keyfiyyətli üzümün verilməsi son dərəcə əhəmiyyətlidir, çünki çaxırın keyfiyyətini də elə məhz keyfiyyətli üzüm şərtləndirir“ – İuri Nozadze qeyd etdi.

7  sentyabr vəziyyətilə, üzümü 1400 fermer tapşırmışdır, onların gəlirləri 17 mln lariyə çatır. Emal edilən üzümdən 7,8 tona qədər Rkatsiteli, 9,6 tonaqədər Saperavi, 2 min tonadək Kaxeti yaşılı və qalanı müxtəlif sort üzümdür.

Qabal kəndində yaşayan çoxuşaqlı ailəyə kömək lazımdır

Laqodexi bələdiyyəsinin Qabal kəndində yaşayan çoxuşaqlı ailə kömək istəyir.  Ailənin yaşamaq üçün evləri və yemək üçün gəlirləri yoxdur. Məlumatı ictimai fəal Pəri İsmayılova yayır.

,,Bu qızın adı Aişə Əsgərovadır, 24 yaşı və 5 uşağı var. Uşaqlarından biri autizm xəstəsidir. Böyük uşağı 10 yaşındadır. 3 uşağı uşaqlar evində. Aişənin həyat yoldaşı həbsdədir, ailədə zorakılıq törətdiyi üçün polis həbs edib. Ev tikmək üçün aişə daş və qum alıb. Tikinti başlasa da davam etdirmək üçün imkanı yoxdur. Aişə 3 övladını geri qaytarmaq istəsə də  onları saxlamaq üçün gəliri yoxdur.   Onun arzusu heç olmazsa iki otağı olan bir evinin olmasıdır ki, uşaqlarına qovuşa bilsin. Bundan əlavə, öz az yaşlı övladları ilə birlikdə mövsumi işlərə gedir. Onun, hazırda yaşadığı daxmaçox pis vəziyyətdədir və qışı orda keçirmək qeyri-mümkündür. O kömək istəyir. Xahiş edirik həmin ailəyə kömək edək, istənilən kömək əhəmiyyətlidir, – Pəri yazır.

Aişə üçün köməyi Femine fondu toplayır. TİBİSİ  Bank- GE32TB7664836020100005  Gürcüstan bankı- GE69BG0000000103039370 təyinat-Aişə üçün.