ახალი ამბებიპოდკასტებიღია სტუდია

Efirdə azərbaycan dilində əftəlik icmaldır -დაიჯესტი აზერბაიჯანულ ენაზე

Efirdə azərbaycan dilində həftəlik icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı hadisələrə toxunur. Verilişi onlayn radio “Kaxetinin səsi” və “Knews.ge” informasiya agentliyinin səhifəsindən izləyə bilərsiniz.
Hər həftəsonu sizi bölgədə baş verən hadisəlrin icmalı ilə tanış edəcəyik.


Avropa komissiyası Gürcüstana namizədlik statusunun dərhal verilməsinəni dəstəkləmir

Avropa komissiyası Ukrayna üçün namizədlik statusunun dərhal verilməsinə tövsiyə verdi. Gürcüstan və Moldovaya gəldikdə isə Komissiya konkret şərtlər göstərdi. Həmin şərtləri yerinə yetirmək bu ölkələrə nazmidəlik statusunun verilməsini təmin edəcəkdir. Gürcüstan və Moldova Avropa İttifaqı üzvlüyü perspektivinə nail oldular. Bununla bağlı Avropa Komissiyasının prezidenti Ursula Fon Der Layen Brüsseldəki mətbuat konfransında bildirmişdir.
,,Gürcüstana gəldikdə isə, o Ukrayna və Moldovanın malik olduğu potensiala sahibdir. Gürcüstanın bəyənatı güclüdür, lakin uğur üçün ölkə struktural islahatlar gündəmini müəyyənləşdirməlidir. Gürcüstana hazırda avropa perspektivini veririk, üzvlük məsələsinə isə şərtləri yerinə yetirdikdə qayıdacağıq“, –Ursula Fon Der Layen bildirib.

20 iyundan etibarən, nəqliyyat vasitələrində maskadan istifadə etmək icbari deyildir

20 iyundan etibarən, ictimai nəqliyyatda, maskadan istifadə etmək icbari deyildir. Gürcüstan Hökuməti bu qərarı ölkədəki epidemioloji vəziyyəti nəzərə alaraq sahə mütəxəssislərinin məsləhəti ilə qəbul etmişdir.
Tibb müəssisələrində maskadan istifadə etmək yenidən icbari, avtobuslarda, mikroavtobuslarda və izdihamlı yerlərdə isə yalnız məsləhətli olacaqdır.

Gürcüstanda Meymun çiçəyi adlanan xəstəlik təsbit edildi
Gürcüstanda Meymun çiçəyi adlanan xəstəlik təsbit edildi. Xəstəliklər üzrə Nəzarət Mərkəzinin verdiyi məlumata görə, pasientin vəziyyəti yüngül idi. O, müalicə kursunu keçərək evə yazılmışdır.
„Pasient bu virus xəstəliyinin yüngül şəkli ilə üzləşmişdi, beləki, müalicədən sonra tezliklə evinə yazıldı. O Avropaya səyahət etmişdi. Bununla yanaşı biz onun əlaqədə olduğu şəxslərə də diqqət verirdik, onlarda heç bir kliniki əlamətlər özünü büruzə verməmişdir, –yayılan məlumatda belə deyilir.

Texniki yoxlamadan keçməmək üzrə cərimələr bir neçə qat artacaqdır

Texniki yoxlamadan keçməmək üzrə ödəniləcək cərimələr üçqat, dörd qat və bəzi hallarda daha çox artacaqdır. İcbari texniki təftişdən keçməyən avtomobil sahibləri üçün cərimələrin miqdarının artmasını nəzərdə tutan qanunlayihəsi artıq hazırdır.
Hazırda, texniki yoxlamadan keçmədikdə, qanunla müəyyənləşdirilmiş cərimə 50 laridir. Cərimə ağıllı yol kameraları tərəfindən yazılır. Hər növbəti təsadüf üçün nəzərdə tutulan cərimə yenə 50 laridir. Qanun dəyişikliyindən sonra, ilkin cərimə 50 lari olaraq qalır, lakin avtomobil sahibi cərimələndikdən 1 ay sonra texniki yoxlayışdan yenə keçməzsə, cərimə artıq 150 lari təşkil edəcəkdir. Üçüncü dəfə cərimələndikdən sonra 300 və hər dördüncü və növbəti cərimə üçün 900 lari ödəməli olacaqdır.
Hüquqi şəxslər üçün cərimələrdaha çox artır. Təşkilatın mülkiyyətində olan olan nəqliyyat vasitəsi texniki yoxlayışdan ilk dəfə keçə bilmədiyi təqdirdə 200 lari miqdarında cərimələnəcəkdir. Hər növbəti halda isə cərimələr 300, 500 və 1500 lari ilə müəyyənləşdiriləcək. Qanunlayihəsi yaz sessiyasında irəli sürüləcək və səs verməyə payız sessiyasında çıxarılacaqdır. Bu isə payızdan etibarən texniki yoxlayışdan keçməmiş avtomobillərin üç-dörd qat artıq cərimə ödəmələri deməkdir.

Bir ildə yoxsul əhalinin sayı 19%-lə artmışdır

Sosial Xidmətlər Agentliyinin veb-səhifəsində dərc edilmiş statistikaya əsasən, 2022 -ci ilin mayında yaşayış müavinətini 656 591 nəfər alırdı, bu isə ötən ilinki ilə müqayisədə 104 953 nəfərlə çoxdur. 2021-ci ilin mayında Dövlət yardımı ümidinə 551 638 insan qalmışdı.

İor-Muğanlı gəncləri tərəfindən yaradılmış icma mərkəzi necə fəaliyyət göstərir
Saqareco Mələdiyyəsinin İor-Muğanlı kəndində gənclər bir ildir ki, icma mərkəzi yaratdaraq vətəndaşların qeyri-formal təhsil istiqamətində aktiv işləməyə başladılar. İcma mərkəzinin təsisçilərindən biri olan Tozu Gülməmmədlinin bildirdiyi kimi, Mərkəzi dörd gənc yaratmış və bu günə kimi İor-Muğanlı icmasının kəndlərində aktiv şəkildə fəaliyyət göstərirlər. Onun sözlərinə görə, indiyədək buna bənzər mərkəz olmamış və gənclərin toplanması üçün yer mövcud deyildi.
„Bu ideya məndə bir neçə il bundan əvvəl yarandı. Ona qədər İor-Muğanlı gənclərin qeyri-formal təhsil almaq imkanları ümumiyyətlə yox idi. Onun üçün də düşündük ki, məktəbdən sonra əlavə təhsil almaq burda yaşayanlarımız üçün yaxşı olardı. Dörd təsisçiyik. Əvvəlcə, gənclərin nəyə ehtiyacları olduğu barədə müəllimlərlə görüş keçirdik. İcma mərkəzi əsasən məktəb şagirdlərinə, abituryentlərə uyğunlaşdırılıb. Məqsəd onlara təhsil almaqda kömək etməkdir,”-Tozu Gülməmmədli bildirib.
Tozunun dediyi kimi ofisin olmadığı üçün, cavanlarla görüşləri öz evində və yaxud, onlayn platforması vasitəsi ilə keçirirlər.
Tozunun deməsinə görə bu bir il ərzində təşkilat 3 aylıq ödənişsiz gürcü dili kursları yaradıbdır. Kursun sayəsində İor-Muğanlı gənclər dili öyrənir və yaxud, biliklərini daha da dərinləşdirirlər.