დაიჯესტი აზერბაიჯანულ ენაზე
Efirdə azərbaycan dilində həftəlik icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və Knews.ge informasiya agentliyinin səhifəsində dinləyə bilərsiniz.
Bazarda qalan üzümü „Məhsul İdarəsi Şirkəti“ satınalacaq
„MMC ,, Məhsul İdarəsi Şirkəti’’-nə 2024-cü il üzüm toplama müddətində üzümün qəbulu-emalı üçün tədbirlərin keçirilməsi tapşırıldı. Qeyd olunan həm Kaxeti, Raça-Leçxumi və Acarıstan bölgəsində özəl şirkətlər aldıqlarından sonra bazarda qalan üzümün MMC ,,Məhsul İdarəsi Şirkəti” tərəfindən almasını, emalını, anbarda yerləşdirilməsini və saxlanılmasını nəzərdə tutur“, – sadələşdirilmiş satınalmalarda yazılıb və ordaca bunun üçün büdcədən 50 mln lari təşkil edildiyi qeyd edilib.
„Dövlət tərəfindən hər il üzümün realizəsinə dəstək verməsi yeni deyildir və ötən illərin təcrübəsini nəzərə alaraq, belə bir tədbirə əl atmaq bu il də gözlənilirdi, lakin əvvəlki illərdə olduğu kimi cari ildə də nə qədər uzum toplanacağını, bazarda nə qədərinin qalacağını müəyyənləşdirmək qeyri-mümkündür. MMC „Məhsul İdarəsi Şirkəti“ tərəfindən əvvəlki illərin təcrübəsindən irəli gələrək, təxminən 40-50 min ton üzümün qəbulu-emalı müxtəlif özəl çaxır zavodlarında həyata keçirilir“, – məktubda yazılır.
Bununla belə, üzümün emalından əldə edilən mayelərdən spirt çəkməyi, anbara yerləşdirməni Kaxetidə mövcud olan 20-dək zavod təmin edəcəkdir.
Təbii fəlakət fəsadlarını aradan qaldırmaq üçün, bələdiyyələrə 104 877 000 lari ayrıldı
Təbii fəlakət fəsadlarını aradan qaldırmaq üçün tədbirləri həyata keçirmək məqsədilə bələdiyyələr 104 877 000 lari alacaq. Müvafiq sərəncamı Hökumət administrasiyası verdi. Qərarı Baş-nazir İrakli Kobaxidze imzalayır.
„Təbii fəlakət fəsadlarını aradan qaldırmaq məqsədilə, Gürcüstan Maliyyə Nazirliyi „Gürcüstanın 2024-cü il Dövlət büdcəsi haqqında“ Gürcüstan Qanunvericiliyi ilə nəzərdə tutulmuş vəsaitlərdən və Gürcüstan bölgələrində həyata keçiriləcək layihələr fondundan bələdiyyələrə ən azı 104 877 000 lari ayırsın“, – Hökumətin sərəncamında deyilir.
Bununla belə, sənədə əsasən, ən çox məbləğ – 9 062 000 Ozurqeti bələdiyyəsi üçün ayrıldı, ən azı isə Tianeti bələdiyyəsi üçün 193 min lari ayrılmışdır. Daha konkret: Ğvareli bələdiyyəsinə 4 420 000 lari ayrlıdı; Siğnaği bələdiyyəsinə – 2 180 000 lari; Qurcaani bələdiyyəsinə 3 883 000 lari; Telavi bələdiyyəsinə 4 027 000 lari; Laqodexi bələdiyyəsinə 1 872 000 lari; Saqareco bələdiyyəsinə 2 059 000 lari.
Sürücülər maşınlarının qabaqkı yan şüşələrini 60%-dək qaralda biləcəklər
Dİ Naziri Vaxtanq Qomelaurinin 2 iyul əmrinə əsasən, maşın şüşələrinin qaraltma reqlamentləri dəyişir. Daha konkret, maşınlarda qabaqkı yan şüşələrin 60%-dək qaralması mümkün oldu. İndiyə qədər bu yanlız 40%-dək mümkün idi. Dİ Nazirinin əmrinə əsasən, qabaq və arxa şüşələrin qaralması üzərindəki məhdudiyyətlər yenə də dəyişməz olaraq qalır. Qabaq şüşələr 30-%-dək qaraldıla bilər; arxa yan şüşələr isə – 75%-dək. „İnzibati Xətalar Məcəlləsi” ilə polis müəyyənləşdirilmiş standartlardan 10% daha artıq qaraldılmış şüşələrə görə avtomobili idarə edəni cərimələyə bilər.
Qanunsuz balıq ovu üzrə qanun sərtləşdiriləcəkdir
Gürcüstan Cinayət Məcəlləsinə daxil edilən dəyişikliklərə əsasən, elektrik cərəyanı, elektrik aləti, başqa qadağan edilmiş alətlər, partlayıcı, zəhərləyici maddə ilə, balıq və başqa canlı cisimlərin başqa vasitələrlə kütləvi məhvi, ictimai işlər cəzası ilə 320-dən 400 saatadək cəzalandırılacaqdır, və yaxud, ikidən dörd ilədək azadlıqdan məhrum ediləcəkdir. Qeyd olunan qanun cari ilin 1 oktyabrından qüvvəyə minəcəkdir. Söhbət gəmidən, başqa üzən vasitələrdən, platformadan, su borusundan və ya dənizdə süni şəkildə qurulmuş başqa konstruksiyadan, Gürcüstan Qanunvericiliyi ilə müəyyənləşdirilmiş qanunu pozmaqla, dənizə zərərli, çirkləyici maddələrin, müəssisə, texniki və ya başqa tullantıların və/ya materyalın tökmək 100 000 lari miqdarında cərimələnəcəkdir. Bundan əlavə, mülki tədavülünə icazə verilmiş balıqdaşıyanın elektrik şokunun qanunazidd şəkildə alınması, saxlanılmas, gəzdirilməsi, ötürülməsi və ya başqasına verilməsi − 1 000 lari miqdarında cərimələnəcək, həmin cihaz müsadirə ediləcəkdir. Qeyd olunana təkrar yol vermək isə 2 000 lari miqdarında pul sanksiyalarını və cihazların müsadirəsini nəzərdə tutur. Dəyişikliyə əsasən, balıqtutma elektrikalətinin hazırlanması, alınması, saxlanılması, gəzdirilməsi, göndərilməsi 3 000 lari miqdarında cəriməni və cihazın müsadirəsini nəzərdə tutur. Bu iş təkrar oldunduqda – cərimə 6 000 lari miqdarında olacaqdır, alət isə müsadirə ediləcəkdir.
Laqodexidə Blüz festivalı keçiriləcəkdir
TBC Bankın dəstəyilə, Laqodexidə yerləşən Blüz vilicdə 2024-cü il Blüz festivalı keçiriləcəkdir. Konsertlərin səkkizinci seriyası iyulun 20-dən başlacaqdır. Blüz gecələri ənənəvi olaraq qeyri-ordinal, həqiqi Blüz üçün əlamətdar olan ritm və tempdolu olacaqdır. Festivalı, Amerikalı, 2022-ci il Koko Teylor adına mükafatçısı və 2023-cü il Çikaqo Blüz festivalının hedlayneri Demetriya Teylor açacaq, onun yaratdığı ecazkar əhval-ruhiyyəni Ser Valdo Vezersis, ilk qaradərili kantri saksofonçu və Adrian Bayron Berns, Avropada Blüzün ən maraqlı ifaçılarından biri genişləndirəcək və dinləyiciləri Blüzün daha azad aləminə aparacaqlar. 10 avqustda festivalı təkrarolunmaz Biq Dedi Vilson və onun bendi bağlayacaqdır. Onlar dinləyicini Blüzün köklərindən klassik Souladək, folkdan müasir ritmlərə qədər götürüb aparacaqdır. 2024-cü ilin, səkkizinci festivalı 20 iyulda açılacaq və 10 avqustadək hər şənbə yüzlərlə melomana ev sahibliyi edəcəkdir. Festivalın baş sponsorları ABŞ və Almaniya səfirlikləri, Koka-kola; sponsorları Lionidzis Zvari və “Taati” Premium Kraft pivəsidir. Dost şirkətlər: İtar dicital və kaparoldur.
Qurcaanidə yetkinlik yaşına çatmamışın zorlama faktı üzrə təqsirləndirilənə 15 il müddətilə azadlıqdan məhrumedilmə cəzası kəsildi
Qurcaani Rayon Məhkəməsi Prokurorluğun təqdim etdiyi dəlilləri tamamilə qəbul edərək yetkinlik yaşına çatmamışı zorlamaq faktı üzrə təqsirləndirilən şəxsi müqəssir kimi tanıdı. Məhkəmə prosesində araşdırılan dəlillərlə təsdiq edildi ki, müqəssir 18 yanvarda, Qurcaani rayonun Cimiti kəndində yerləşən fermada 13 yaşlı yetkinlik yaşına çatmamışı zorladı. Saxlanılana qarşı ittiham137-ci maddənin 4-cü hissəsinin „C“ yarımbəndi ( yetkinlik yaşına çatmamışı zorakılıq tətbiq edərək zorlamaq) qaldırıldı. Qurcaani Rayon Məhkəməsi müqəssiri ona qarşı qaldırılan ittihamlarda tamamilə cinayətkar elan etdi və cəza növü kimi 15 illə azadlıqdan məhrum etməyi müəyyənləşdirdi.
Gürcüstanda ən azı hər 5-ci insan yoxsuldur
2024-cü ilin iyun verilmişlərilə, ölkədə yaşayış müavinətini 672 909 nəfər alır, halbuki əhalinin miqdarı 3 694 608-dir. Sosial xidmətlər agentliyinin son, 2024-cü ilin iyun verilimşlərilə, yaşayış müavinətini alan, sosial cəhətdən müdafiə edilməyən statuslu şəxslərin sayı 672 909-dir və bu, ölkə əhalisinin 18.2 faizini təşkil edir. Burdan 450 032 nəfər yalnız yaşayış müavinəti alır, 222 877 nəfəri isə işlə təmin üzrə Dövlət proqramına qoşulmuş şəxsdir ki, 4 il ərzində sosial cəhətdən müdafiə edilməyən statusları qalacaqdır. Həmin idarənin verilmişlərinə əsasən, yanvar 2024-cü ildə minimum yaşayış müavinəti alan əhalinin sayı 647 479-u təşkil edirdi, bu isə o deməkdir ki, müavinət alanların sayı ilin əvvəlindən bu günə qədər 25.4 minlə artmışdır. Məlumat üçün, Gürcüstanda sosial cəhətdən müdafiə edilməyənlərin işlə təmin proqramı 2022-ci ilin ikinci yarısından fəaliyyətdədir.
İğalto akademiyası binası və kilsəsi reabilitasiya ediləcəkdir – bunun üçün 3 mln lari ayrılmışdır
Gürcüstan Milli Mədəniyyət İrsi Mühafizəsi Agentliyinin maliyyələşdirməsilə milli əhəmiyyətli kateqoriyadan olan mədəniyyər irsi abidəsi – İğaltonun Memarlıq Kompleksinin priçastiye kümbəzli kilsisəsi və akademiya binası – reabilitasiya ediləcəkdir. Hökumət administrasiyasının məlumatı ilə, restavrasiya zamanı kilsənin damından kirəmit örtüyü götürüləcək, divarlar təmizlənəcək, korlanmış yerlər doldurulacaq, himi möhkəmlədiləcək, məbədin perimetrində sel suları üçün kanal çəkiləcək, akademiyanın divarları konservasiya ediləcək, daya divar düzəldiləcəkdir. Abidənin reabilitasiyasl üçün 3 073 219 lari ayrılmışdır. Hökumət administrasiyasının məlumatına əsasən, Gürcüstan Baş-naziri İrakli Kobaxidze İğalto Memarlıq Kompleksini ziyarət edib. Baş-Nazir kilsəni və İğalto Akademiyası ərazisini gözdən keçirib.