ახალი ამბებიპოდკასტები

დაიჯესტი აზერბაიჯანულ ენაზე

Efirdə azərbaycan dilində həftəlik icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və Knews.ge informasiya agentliyinin səhifəsində dinləyə bilərsiniz.

 

Gürcüstanda azartlı oyunları tənzimləyən orqan yaradıla bilər

„Problemin həlli üzrə məsuliyyət götürəcək tənzimləyici orqanın olması vacibdir“ – oyun biznesində nə kimi çatışmazlıqlar var və onları necə həll edə bilərik, bu mövzuda UNICEF eksperti, “Azartlı oyunların tədqiqatı və Ludomaniyanın Qabaqlanması Mərkəzi”-nin təsisçisi Quqa Beselia danışdı.

,,Problemin həlli üzrə məsuliyyət götürəcək tənzimləyici orqanın olması vacibdir. Onu da nəzərə almalıyıq ki, Gürcüstanda bu işdən başı çıxan insanların sayı olduqca azdır. Daha detallı şəkildə izah etsəm, oyun aludəçiləri istiqamətində DİN icraçı, Maliyyə Nazirliyi tənzimləyici, Təhsil Nazirliyi şagirdlər arasında təfəkkürün yüksəldilməsi üzrə məsul, Səhiyyə Nazirliyi isə onun qabaqlanması üzrə məsuliyyət daşıyan orqandır. Bu işlərə Milli Bank da qoşulub. O, tranzaksiyalara nəzarət edir. Yəni, bu sahəyə ümdə 5 idarə cəlb edilib və eyni zamanda vahid bir siyasət mövcud deyildir. Bizə olduqca lazım olan tənzimləyici orqan məhz bu problemi həll edir – Quqa Beselia bildirir.

 Laminatlaşdırılmış müddətsiz şəxsiyyət vəsiqələri ləğv edildi

1 iyuldan etibarən laminatlaşdırılmış müddətsiz şəxsiyyət vəsiqələri ləğv edildi.  Parlament tərəfindən “Gürcüstan vətəndaşları və Gürcüstanda yaşayan xaricilərin qeydiyyatı, şəxsiyyət (yaşamaq haqqı) vəsiqəsi və Gürcüstan vətəndaşı pasportunun verilmə qaydası barədə” qanunda həyata keçirilmiş dəyişikliyə əsasən,  28 iyul  2011-ci ilə qədər verilən qeyri-elektron şəxsiyyət vəsiqələri ləğv edildi. Bununla belə, Ədliyyə Nazirliyi 15 martdan etibarən qeyri-elektron şəxsiyyət vəsiqələrini  şəxsiyyət vəsiqəsinin elektron vəsiqələrilə (ID kartla) ödənişsiz əvəz edəcəkdir. 28 iyul  2011-ci ilə qədər verilən qeyri-elektron şəxsiyyət vəsiqələrini elektron vəsiqə ilə (ID kartları ilə) əvəz etməkdə maraqlı olan şəxslər ölkə miqyasında Ədliyyə evlərinə və mobil ədliyyə evlərinə, habelə Gürcüstanın xaricdəki diplomatik nümayəndəliklərinə və konsulluq müəssisələrinə müraciət edə bilərlər.

əllimlərin əmək haqlarının ödənməsi üzrə yeni mexanizm fəaliyyətə başladı

Müəllimlərin əmək haqlarının ödənməsi üzrə yeni mexanizm fəaliyyətə başladı. Müvafiq qərarı Gürcüstan Hökuməti qəbul etmişdir. Yeni siyasətə görə, İctimai məktəbin bütün statuslu müəllimi və xüsusi müəlliminin maaşı, orta hesabla 500 lari artacaqdır.

„Hazırda, sistemdə təxminən, 52 000-dən çox pedaqoq işləyir və onlardan 21 000-dək müəllimin maaşı orta hesabla 500 lari ,  8000-nin 600 lari,  5000 -nin 700 lari, 3000-nin 800 lari artır, bu isə ümdə müəllimlərin 70%-dən çoxunu təşkil edir. Təxminən,əllimlərin 25% -nin maaşı 300-dən 400 lariyədək artır. Qeyd etmək lazımdır ki,  heç bir müəllim artan maaşsız qalan deyildir və minimum 200 lari  əlavə pul alacaqdır. Bu isə bütün pedaqoqlara şamil ediləcəkdir. Müəllimlərin təxminən 5% belədir. Maaş islahatı rejiminə paralel olaraq, karyera sxeminin inkişafı üzərində işə başlanacaqdır. Bu məqsədlə,  bütün maraqlı şəxslərin cəlb edilməsilə Gürcüstan Təhsil, Elm və Gənclik Nazirliyində xüsusi inklüziv komissiya yaradılır. İşçi qrup  beynəlxalq təcrübə və  yerli  tədqiqatlara əsaslanmış modeli cari ilin sonunadək hazırlayacaqdır“, – informasiyada deyilir.

Prokurorluq Saqarecoda qrup şəklində zorakılıq faktı ilə bağlı iki nəfərə qarşı ittiham qaldırdı

Gürcüstan Prokurorluğu Saqareco bələdiyyəsində alçaldıcı və qeyri-insani rəftar, azadlıqdan qanunsuz şəkildə məhrumetmə və  qrup şəklində zorakılıq faktları üzrə, iki nəfərə qarşı ittiham qaldırdı. Prokurorluğun məlumatı ilə, hər iki şəxsə qarşı həbs qərarı alınıb.

„DİN tərəfindən aparılan istintaq əsasında məlum oldu ki,  25 iyunda, təqsirləndirilən şəxslər –  P.K. və E.K.   zərərçəkəni  aldadaraq Saqareco Rayonunun Keşəli kəndində yaşayan təqsirləndirilən şəxslərdən birinin həyətinə aparıb, əl-qolunu bağlayaraq fiziki və şifahi təhqirə məruz qoyublar. Qeyd olunan faktı telefonla çəkərək internetməkanda yayıblar.  Hüquqmühafizəçiləri hər ikisini 28 iyunda saxladılar. Prokurorluğun vəsatəti əsasında,  hər ikisi barəsində həbs qətimkan tədbiri seçildi. DİN-də başqa cinayətkarların aşkarlanması və müəyyənləşdirilməsi məqsədilə istintaq aparılır“, – Prokurorluğun açıqlamasında deyilir.

14 yaşlı Aytac Şahmarovanın qətlində ittiham olunan şəxsə ömürlük həbs kəsildi

Məhkəmə 14 yaşlı Aytac Şahmarovanın qətlində ittiham olunana ömürlük həbs verdi. Hökmü Telavi Rayon Məhkəməsinin hakimi Mamuka Tsiklauri oxudu. Aytac Şahmarovanın qəsdən öldürülməsi işi ilə bağlı, müqəssir Asim Sadıqovu dörd maddə ilə mühakimə etdilər: 11-ci  prima 109-cu maddəsi. O, ailə üzvünü ağır hallarda qəsdən öldürülməsini nəzərdə tutur; 143-cü – azadlıqdan qanunsuz şəkildə məhrum etmək; 140-cı maddə, on altı yaşına çatmamışla cinsi əlaqəyə girmək və 236-cı maddə, odlu silah və döyüş sursatını qanunsuz şəkildə saxlamaq.  İstintaq materiallarına əsasən, 14 yaşlı Aytac Şahmarova Saqareco bələdiyyəsinin Ləmbəli kəndində ötən ilin 6 oktyabrda Asim Sadıqov tərəfindən qətlə yetirildi. Bir neçə ay əvvəl qızı məcburi evlənmə məqsədilə qaçırtdı. Məhkəmə prosesində Aytac Şahmarovanın atası da iştirak edirdi. Onun sözlərinə görə, hakim ədalətli hökm çıxardı.

 „İndi özümü elə hiss edirəm sanki övladım diridir. Bu olduqca ədalətli hökm idi. O ömürlük həbsə layiqdir. Bunu planlaşdıraraq etdi, uşağımı məqsədyönlü öldürdü. Onun gözlərinin içinə baxaraq kişi olmadığını dedim, qadına əl qaldırdığını və öldürdüyünü dedim.  Qızımın ərə verildiyini bilmirdim. Tezliklə qayıtmaq istəyirdim ki, bu iş də baş verdi. Bütün təqsirkarlar cəzalandırılmalıdır“, – Aytacın atası İsa Şahmarov bildirir.

Aytac Şahmarovanın işi ilə bağlı bir neçə nəfər həbs edilib, o cümlədən Aytacın anasi ilə dayısı da.

Həddindən artıq səs saldıqları halda avtomobillər 100 lari ilə cərimələnəcəklər

Gələn ildən həddindən artıq səs salan avtomobillər cərimələnəcəklər. Qeyd ediləni İnzibati Xətalar Məcəlləsi nəzərdə tutur. Daha konkret olaraq, sənədə əsasən,  istismarı müddətində əmələ gələn səsi Gürcüstan Qanunvericiliyi ilə müəyyənləşdirilmiş normaları aşan  nəqliyyat vasitələri 100 lari cəriməyə səbəb olacaqdır. Təkrarlandığı təqdirdə cərimə 200 lari olacaq və hər növbəti pozuntu üçün 300 lari cərimə ödəniləckdir.  Qayda 1 iyul 2025-ci ildən qüvvəyə minəcəkdir.

Texniki nəzarət 30 lari bahalaşa bilər

Bunun haqqında „Texniki Nəzarət Mərkəzləri İttifaqı“-nın icraçı direktoru, Qiorqi Şiolaşvili “Kvira” mətbuat klubunda danışdı. Onun sözlərinə görə, 5 ildir ki, qiymətlər eyni olaraq qalır, bu isə o deməkdir ki, mövcud resurslarla işləmək qeyri-mümkündür.

“Texniki Nəzarət Mərkəzləri, bu günkü resurslardan irəli gələrək,  kadrları cəlb etməkdə çətinlik çəkir. Texniki Yoxlayış Mərkəzlərinin qiyməti ödənməsə, yəni 30 lari artıq ödənməsə, Mərkəzlər hazırkı reallıqda işləməkdə çətinlik çəkəcəklər. Sərt monitorinq çərçivəsində, səriştəli personalı saxlamaq çox çətindir. Bundan irəli gələrək, ilkin texniki yoxlanışın qiymətinə yenidən baxılmalıdır ki, Mərkəzlər işçilərini saxlaya bilsin və onlar şirkəti tərk etməsinlər“,- Qiorqi Şiolaşvili bildirdi.

Onun sözlərinə əsasən, qeyd olunan məsələ ilə bağlı məsləhətləşmələr aparılır və 2025-ci ildən xidmətin qiyməti arta bilər. Məlumat üçün bu vaxtadək Mərkəzlərdə minik maşınların texniki nəzarətdən keçirilməsinin qiyməti 60 laridir.