დაიჯესტი აზერბაიჯანულ ენაზე
Efirdə azərbaycan dilində həftəlik icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və Knews.ge informasiya agentliyinin səhifəsində dinləyə bilərsiniz.
Hökümət məhsulun təhlükəsizliyi üzərində nəzarəti sərtləşdirməyi planlaşdırır
Avropa ilə İnteqrasiya Komitəsi „Məhsulun təhlükəsiz və azad dövriyyəsi məcəlləsindəki“ dəyişikliyi birinci oxunuşla müzakirə etdi. Dəyişikliklər akreditasiya, standartları və metrologiyanı, habelə bazara nəzarət sahələrini əhatə edir: akreditasiya məfhumu, akreditasiya sistemi, akreditasiya mərkəzinin rolu, səlahiyyətlər və akreditasiya rəmzindən istifadə etmək imkanı müəyyənləşdirilir; standartların definisiyası, standartların hazırlanması və qəbulu prosedurları dəqiqləşdirlir. Məcəlləyə yeni termin – „Avropa standartı“ gətirilir.
Dəyişikliklərə əsasən, cərimələr artır və xətalara təkrar yol verildikdə cərimələr iki qat olacaqdır.
Gürcüstan və Azərbaycan arasında yeni gömrük-buraxılış məntəqəsi tikiləcəkdir
Gürcüstan və Azərbaycan arasında yeni gömrük-buraxılış məntəqəsi tikiləcəkdir, bu barədə hökumət proqramının yerinə yetirilməsinin gedişatı haqqında Baş nazirin məruzəsində deyilir. Sənəddə deyildiyi kimi, tərəflər arasında müqavilə layihəsi artıq razılaşdırılmışdır.
Bununla belə, hazırkı mərhələdə memarlıq layihəsi üzərində işlər aparılır.
Telavili Lado Çinçarauli, yay olimpiya oyunları lisenziyasını qazanmışdır
Telavili Lado Çinçarauli, Yay olimpiya oyunları lisenziyasını qazanmışdır. İspaniyanın Qranada şəhərində baş tutan Avropa Çempionluğunda atəşli silahdan 50 metrə atışdan Paris 2024-cü ildə oynadıldı. Lado Çinçarauli burda heç kəsə güzəşt getmədi. Lado, turnirdən lisenziyadan əlavə, Avropa Vitse-çempion titulu ilə qayıdır. Qeyd etmək lazımdır ki, Paris Yay Paraolimpiya oyunları üçün Gürcüstan Paraolimpiya Komitəsi yığmasının 6 idman növündə artıq 13 zəmanət verilmiş lisenziyası var və bu tarixi bir nəticədir.
2025-ci ildən Telavi hava limanı ilk uçuşlarını həyata keçirəcəkdir
Telavi hava limanı ölkə daxilində mobilliyi artıran hava limanlarından biri olacaq. Biz beynəlxalq istiqamətdə də düşünməyi planlaşdırırıq, – Bunun haqqında Gürcüstan Hava limanları Birliyinin Baş direktoru İrakli Karkaşadze bildirdi. Onun açıqlamasına görə, Telavi Hava limanının layihələndirilməsi artıq başa çatdırdı. Ən yeni gələcəkdə isə, tikinti üzrə tender elan etmək planlaşdırılır.
„ 2025-ci ilin mayı üçün ilk uçuşları qəbul etməyə və Telavi hava limanını bizim mülkiyyətimizdə olan hava limanları – Kutaisi, Batumi, Mestiya, Ambrolauri, habelə Tbilisi ilə əlaqələndirməyə hazırlaşırıq, baxmayaraq ona ki, Tbilisi Telaviyə çox yaxındır. Bu ilk növbədə, ölkənin daxilində mobilliyi artırır və lazım gəldikdə beynəlxalq istiqamətdə də düşünməyə hazırıq. Bu əlbəttə ki, tələbdən asılı olacadır“, – İrakli Karkaşadze bildirdi.
Qombori avtomobil yolunun reabilitasiyası hansı mərhələdədir və nə vaxt başa çatacaqdır
Dövlətdaxili əhəmiyyətli Vaziani-Qombori- Telavi avtomobil yolunun 33.6 km-lik hissəsinin reabilitasiyası davam etdirilir. Avtomobil Yolları Departamentinin məlumatı ilə, həmin mərhələdə süni tikililərin əsas hissəsi başa çatdırılıb, torpaq sürüşməsinə qarşı tədbirlər başa çatmaq mərhələsindədir, bu isə ümdə 35 torpaq sürüşməsi təhlükəsi olan məntəqələrdə qabaqlama işlərinin aparılmasını nəzərdə tutur.
,,Qombori yolunda hərəkət yüksək intensivliklə seçilir. Onlardan ən qısası Axmeta, Telavi və Ğvareli bələdiyyələri istiqamətilə layihəyə uyğun olaraq işlər başa çatmaq üzrədir. Beləki, yolun hərəkət zolağı tamamilə reabilitasiyası planlaşdırılır, asfalt-beton örtüyü çəkilir, 6 körpü təmir edilir, torpaq sürüşməsinə qarşı tədbirlər görülür, yolun hərəkətini tənzimləyən texnologiyalar texniki vasitələrlə təchiz ediləcəkdir. Layihə dövlət büdcəsindən 66 700 000 lari ilə maliyyələşdirilir. İşlərin yerinə yetirilməsi 2024-cü ilin payızına qədər planlaşdırılır”,- Avtomobil Yolları Departamentindən bildirirlər.
Vətəndaşların “ Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilib” yazılı banerlərini Telavidə, Sülh parkının açılışında Mer öz əli ilə yığışdırdı
Telavidə, ,,Sülh parkı”-nın təntənəli açılışına – “Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilib! Rus qanununa yox! Rus hökumətinə yox! yazılı banerləri mülki fəallar və müxalifətdən olan deputatlar apardılar. Demokratik Cəlbolunma Mərkəzi Rəhbəri Arçil Mçedlişvilinin izahına əsasən, onların niyyəti ora toplaşan insanları Avropa İttifaqının çəkdiyi xərclər barədə məlumatlandırmaqdı. Telavi bələdiyyəsi meri Levan Andriaşvili isə banerləri öz əli ilə yığışdıraraq onları yanındakı şəxslərə verdi. Parkın təntənəli açılışında çıxış edərkən Telavi meri Avropa İttifaqının maliyyə dəstəyindən söz etmədi. Sonradan özünün açıqlamasına əsasən, bu halı sadəcə unutduğunu deyərək, fəalların banerləri provokasiya məqsədilə gətirdiklərini iddia etdi. Hazırda həmin yerdə yalnız mer nümayəndələrinin geri qaytardıqları bircə baner qalır.
Sülh parkının tikintisinə 2022-ci ildə başlanıldı və üç aylıq müddəti olduğuna baxmayaraq, 2024-cü ilədək davam etdi. İki dəfə baş tutmayan tenderdən sonra, parkı „Parametr“ şirkəti tikməyə başladı. Başa çatmış rekreativ mühitdə velosiped və piyadalar üçün cığırlar, skeydbordlar və uşaq meydançaları, çardaqlar, idman və başqa infrastruktur salındı, müşahidə kameraları da quraşdırılıb. Məkan sağlamlıq imkanları məhdud şəxslər üçün tamamilə adaptə edilib. İşlərin yerinə yetirilməsi üçün bölgələrin inkişafını nəzərdə tutan proqram çərçivəsində 2 518 787 lari xərclənmişdir. Vəsaiti Avropa İttifaqı ayırmışdır.
Gürcüstan yaşayış məntəqələrinin 22% geoloji prosesləri riski altındadır
Ötən il Gürcüstanda 1360 torpaq sürüşməsi prosesi təsbit edildi. Bunun haqqında Milli Ətraf mühit Mühafizəsi Agentliyi tərəfindən hazırlanan informasiya bülletində deyilir. „Gürcüstanda 2023-cü ildə təbii geoloji fəlakət proseslərinin inkişaf nəticələri və 2024-cü il üçün proqnozları“ adlı sənədlərdə görünür ki, torpaq sürüşmələrinin göstəricisi 2018-ci ildən artır. Daha konkret, 2018-ci ildə 702 hal təsbit edildi, 2019-cu ildə – 849, 2020-ci ildə – 1070, 2021-ci ildə – 1107, 2022-ci ildə – 1120, 2023-cü ildə– 1360. Bununla birlikdə, 2023-cü ildə aparılan tədqiqata əsasən, Gürcüstan geoloji prosesləri təhlükəsi altına düşən yaşayış məntəqələrinin sayı belə bölünür: Yaşayış məntəqələrinin 22%-i yüksək risk altındadır, 26% – orta, 20% – aşağı, 32%-i olduqca zəif riski altında.
2 minədək vətəndaşın kovid pandemiyası dövründəki cərimələri silinəcək
Hökumət icasında 2 minədək vətəndaşın kovid pandemiya dövründəki cərimələrinin silinməsi ilə bağlı qərar müzakirə edildi. Bunun haqqında Kobaxidze hökumət iclasında bildirdi. Kobaxidzeyə əsasən, qeyd olunan məbləğin ümdə həcmi təxminən, 5 milyon 600 min laridir.
„Cərimədən 1855 nəfər və 38 hüquqi şəxs azad ediləcəkdir. Məbləğlərin ümdə həcmi təxminən, 5 milyon 600 min lari olacaq“, – Baş nazir bildirdi.