დაიჯესტი აზერბაიჯანულ ენაზე
Efirdə azərbaycan dilində həftəlik icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və Knews.ge informasiya agentliyinin səhifəsində dinləyə bilərsiniz.
Sakstat – Gürcüstanda ömrün təxmin edilən yaşı 75 ilədək artdı
Qeyd olunana statistika üzrə Milli Xidmətin verilmişləri dəlalət edir. Konkret olaraq, Sakstatın məlumatı əsasən, 2023-cü ildə, ötən illə müqayisədə, ömrün gözlənilən uzunluğu 1.3 vahid artmış və 75 il təşkil etmişdir, o cümlədən kişilər üçün – 70.6 il, qadınlar üçünsə – 79.4 il. Bununla belə, rəsmi verilmişlərlə, 1 yanvar 2024-cü il vəziyyətilə, Gürcüstan əhalisinin sayı 3 694 600 nəfər təşkil etdi. Bu isə ötən ilin müvafiq göstəricilərinə nisbətən 1.1 faizlər azdır.
Gürcü sürücülük vəsiqəsi ilə İspaniyada maşın sürmək artıq mümkündür
Gürcüstan-İspaniya arasında milli sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında“ razılaşma 5 apreldə imzalandı, lakin müvafiq qərar bələdçidə 17 apreldə dərc edildi. Razılaşma əsasında, tərəflərin verdikləri sürücülük vəsiqəsi sahibləri, qanuni şəkildə yaşadıqları ölkədə nəzəri və ya praktiti imtahan vermədən hər iki dövlətdə sürücülük vəsiqəsi ala bilərlər. Bununla belə, razılaşma ilə sürücülük vəsiqəsinin sinifləri müəyyənləşdirilmişdir – AM, A1, A2, A, B, B+E sinifdən olan sürücülük vəsiqələri nəzəri və praktiki imtahansız dəyişdiriləcək, C1, C1+E, C, C+E, D1, D1+E, D və D+E sinif sürücülük vəsiqələrini dəyişmək üçünsə, bəyanatçılar sürücülük vəsiqəsi imtahanını ümumi hərəkət üçün nəzərdə tutulmuş açıq yollarda verməli olacaqlar.
Telavili idmançılar, cudoda avropa kubokunun qalibləri oldular
Telavi idman sarayında Kadetlər arasında Avropa kuboku yarışmaları sürür. Avropa Cudo İttifaqının keçirdiyi turnir Gürcüstanda artıq ikinci dəfədir ki keçirilir və ona bu il Telavi ev sahibliyi edir. Turnirdə 14 ölkənin 250-dək nümayədəsi iştirak edir. Avropa kuboku həm oğlanlar, həm də qızlar arasında keçirilir. Gürcüstan yığmasından 62 oğlan və 50 qız iştirak edir. Onların arasında Telavili gənc idmançılar – Luka Razmadze, Nini Çormosiaşvili Merab Samadaşvili, Luka Kaliaşvili də var. Yarışmanın birinci günü telavili idmançılar üçün uğurla başa çatdı. Luka Kaliaşvili(-55kq) və Merab Samadaşvili(-66kq) Avropa kubokunun qalibləri oldular.
Kaxetidə, 13 yaşlı övladını zorlama ittihamı ilə atasını həbs etdilər
Mövcud məlumata əsasən, 13 yaşlı qızı atası zorlayıb. Kişi cəzaçəkmə müəssisəsini yeni tərk etmişdi. Telavi rayon məhkəməsində qətimkan tədbiri barədə iclas aparılır.
Ölkə yolayırıcıdadır və seçimini etməlidir – Prezident
Gürcüstan Prezidenti Salome Zurabişvili: „Ölkənin yolnayrıcında olduğu və bütün eqzistensial seçim etməli olduğu bir məqamda, o, olum ölüm məsələsi ilə üz-üzədir, çünki azadlıq olmadan olmaq yoxdur. Hamımız vəhdət üçün yol axtarmalı, mətanət, şücaət və vətən sevgisi nümunələri göstərməliyik. Qarşıdurma və təxribat salanlar isə öz qoşunu və vətəninə qarşıdır. Birliyi təbliğ edənlər isə ölkənin gəlcəyinə, gəncliyə dəstək verir! Keçmiş və sabahkı qələbə üçün təşəkkür etmək istəyirəm. Sizin və bizim qələbəmiz müharibədən deyil, sülhdən keçir, Gürcüstanın sülhü isə yalnız avropanın nəzdində və bərabərlikdədir. Siz bu gələcəyin keşiyindəsiniz! Yaşasın Gürcüstan ordusu, müdafiə qüvvələri, hər bir əsgər! O qəhrəman əsgərlər ki, onlar ölkənin müstəqilliyinə, suverenliyinə və azadlığına fəda olmuşlar! Onların xatirəsi ölümsüzdür! Eşq olsun əsrlər boyu sizin dayandığınız yerlərdə dayananlara, sizin inandıqlarınıza inananlara və sabahkı güclü, avropalı Gürcüstana! Yaşasın Gürcüstan!“, – Gürcüstan Prezidenti bildirdi.
Dövlət rəsmiləri, qeyri-kommersial hüquqi şəxs əməkdaşları, məktəb və uşaq bağçaları pedaqoqlar – Hökumət tərəfindən Telavidə toplanan xalq
Dövlət rəsmiləri, qeyri-kommersial hüquqi şəxs əməkdaşları, məktəb və uşaq bağçaları pedaqoqlar – Hökumət tərəfindən Telavidə toplanan xalq – Kaxetidən Tbilisiyə „Gürcü arzusu“ tərəfindən təşkil edilmiş toplantıya aparılan şəxslərin siyahısı bundan ibarətdir. Dövlət rəsmiləri üçün xüsusilə kirayələnmiş avtobuslar Telavidə bir neçə lokasiyada cəmlənmişdi. Toplantıya aparılanlar dil, yurd və dini müdafiə etmək üçün getdiklərini və Parlamentin qəbul etmək istədiyi şəffaflıq qanununun rus qanunu olmadığını deyirlər. Telavi bələdiyyəsi meri, Levan Andriaşvilinin bildirdiyi kimi, aksiyaya gedən hər bir dövlət qulluqçusu Tbilisiyə öz istəyilə yollanır. “Heç kəsi məcbur etməmişik, getmək istəyənlər gedirlər. O ki qaldı xərclərə, bunu „Gürcü arzusu“ partiyası qarşılamışdır”- Andrişvili bildirmişdir.
Bölgələrdən Tbilsiyə, aksiyaya getmək istəyənlərə vətəndaşlar qalmaq üçün yer təklif edirlər
Bir aydan çoxdur ki, Tbilisidə, „Rus qanununa yox“ adlı aksiya keçirilir. Aksiya iştirakçıları hökumətdən, təkrar təklif etdiyi rus qanununu geri çağırmağı tələb edirlər. Aksiya iştirakçılarının sözlərinə görə, bölgələrdə yaşayan, qeyd olunan qanuna etiraz edən bir çox vətəndaşın Tbilisidə gecələmək üçün yerləri yoxdur. Məhz həmin insanlara kömək etmək üçün sosial şəbəkədə „Daitove“ yəni „Yanında saxla“ adlı qrup yaradıldı. Qrupun köməyilə, vətəndaşlar bölgələrdən Tbilisiyə, aksiyaya getmək istəyənlərə qalmaq üçün yer, qida, yolçuluq pulu təklif edirlər.
3-dən 12 may hesaba alınmaqla, ictimai sektor üçün tətil günləri elan edildi
Müvafiq qərarı hökumət 30 apreldə çıxardı. 3-6 mayda Əmək məcəlləsilə müəyyənləşdi. Hökumətin qərarı ilə, bu günlərə 7, 8 və 10 may tətilləri də əlavə edildi. Əmək Məcəlləsi ilə nərəzə alınmış tətil günləri: 9 may – Faşizm üzərində qələbə çalmaq günü və 12 may – Həvari Andriyanı xatırlama günüdür, bu gün habelə 2019-cu ildən etibarən „ Gürcüstanın Məryəm ananın payına düşməsi“ günüdür də.
Aksiya iştirakçılarına qarşı gücü aşmaq fakları ilə bağlı araşdırma başladıldı
Xüsusi İstintaq Xidmətinin məlumatı ilə, 30 aprel və 1 mayda, Gürcüstan Parlamenti yanındakı etiraz aksiyası vaxtı, aksiya iştirakçılarına qarşı gücü aşmaq faktları ilə əlaqədar, Xüsusi İstintaq Xidmətində araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 333-cü maddəsinin 3 hissəsinin “B” yarım bəndilə başladılmışdır. “ Xüsusi İstintaq Xidməti baş verən faktla bağlı bildirişləri qaynar xətdən, müvəqqəti yerləşdirmə təcridxanalarından və Xalq Müdafiəçisi Aparatından alaraq, müvafiq hüquqi reaksiya verir”, – İdarə tərəfindən yayılan bəyənatda bildirilir. Onların məlumatına əsasən, araşdırma prosesi və nəticələri haqqında ictimaiyyətə məlumat veriləcəkdir.
Anonymous – Gürcüstanda aksiya iştirakçılarına hücum hakimiyyətin bütün rəsmi şəxsi haqqında məlumatın yayılmasına səbəb olacaqdır.
Anonymous hakerlər qrupu bildirir ki, Gürcüstanda aksiya iştirakçılarına edilən hücumlar hakimiyyətin bütün rəsmi şəxsləri haqqında məlumatların yayılmasına səbəb olacaq. „Gürcüstanda aksiya iştirakçılarına: Köməklə bağlı etdiyiniz müraciətləri eşitdik. Küçələrə çıxın, siz tək deyilsiniz. Anonymous-un üzvləri sizin yanınızdadır və demokratiya, azadlıq və rifah uğrunda mübarizədə sizə kömək edəcək. Gürcüstan polisinə: Aksiya iştirakçılarına hücum hakimiyyətinizin hər bir üzvü haqqında məlumatın yayılmasına səbəb olacaqdır. Biz sizin məlumatlar bazanızı və elektron poçtlarınızı ələ keçirəcək, onları internetdə yayacağıq. Bu sizin üçün ilk və son xəbərdarlıqdır“, – Anonymous-un sosial şəbəkədə yayılan bəyənatında deyilir. Anonymous “Gürcü arzusuna” da müraciət edir. „Rusiya tərəfindən dəstəklənən „Arzu partiyasına“: Unutmayın Gürcüstan Rusiya deyil və heç vaxt olmayacaq. Bizi gözləyin“, – Anonymous bildirir.
“ Gürcüstan hökuməti ölkəni geriyə itələyir və Avropa perspektivini kökündən qazıyır”
Gürcüstan Avropaya mənsubdur, gürcü xalqı Avropa gələcəyini seçdi və heç kəsin onu əlindən almaq haqqı yoxdur,- bu haqda Litva Prezidenti Qitanas Nauseda sosial şəbəkə X-də yazır. „ Gürcüstan hakimiyyəti tərəfindən Avropa tərəfdarı nümayişlərinə güc tətbiq edərək hücum çəkməsini pisləyirik. Gürcüstan hökuməti ölkəni geriyə itələyir və onun avropa perspektivini kökündən qazıyır. Gürcüstan Avropaya mənsubdur. Gürcü xalqı Avropa gələcəyini seçdi və heç kəsin onu əlindən almaq haqqı yoxdur“, – Litvanın Prezidenti yazır.