დაიჯესტი აზერბაიჯანულ ენაზე
Efirdə azərbaycan dilində həftəlik icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və Knews.ge informasiya agentliyinin səhifəsində dinləyə bilərsiniz.
Avropa İttifaqının Xarici İşlər Nazirləri „Xarici təsirin şəffaflığı haqqında“ qanunlayihəsi ilə bağlı təşvişlərini bildirdilər
Avropa İttifaqının Xarici İşlər Nazirləri „Xarici təsirin şəffaflığı haqqında“ qanunlayihəsi ilə bağlı təşvişlərini bildirdilər. Bunun haqqında Xarici İşlər və Təhlükəsizlik siyasəti məsələlərində Avropa İttifaqının Ali Nümayəndəsi Cozef Borel Avropa İttifaqının Xarici İşlər Nazirlərilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirdi. Cozef Borel bir daha bu qanunun Avropa İttifaqı dəyərlərilə uyğun olmadığını vurğuladı. Bununla belə, onun sözlərinə görə, Avropa Komissiyası qeyd edilən hadisələrin inkişafı ilə bağlı hesabat təqdim etməlidir.
Laqodexidə, kanalizasiya quyusu qazarkən, üç metr dərinlikdə küp aşkar etdilər
Laqodexi bələdiyyəsinin Matsimi kəndində, Beriaşvililər ailəsində, kanalizasiya quyusu qazarkən, yerin üç metr dərinliyində küp aşkarladılar. Küpün başına qaya daşı qoyulmuşdu. Beriaşvililərin sözlərinə əsasən, quyunu ağır texnika ilə qazırdılar və birdən sınma səsi eşidildi.
„Artıq qaranlıq düşürdü, texnika işləyirdi. Gündüz olsa küp yəqin sınmazdı. Müvafiq xidmətə zəng vurduq, gəlib baxdılar və bir neçə günə mütəxəssislərin gələcəyini dedilər; Erkən feodal dövrdən qaldığını guman edirlər“, – Beriaşvililər bildirirlər.
Yerində quyu qazıntıları işləri dayandırılıb. Laqodexi diyarşünaslıq muzeyinin rəhbəri Davit Ğvavadze bildirir ki, küpün sınıqlarını öyrənmək üçün toplayacaqlar. Ğvavadze hələ küpün hazırlanma tarixini dəqiq deyə bilmir. Öyrəndikdən sonra küpü Diyarşünaslıq Muzeyinə köçürəcəklər.
Gürcüstanda NATO Müttəfiqlik Ofisinin rəhbəri rus qanunu ilə bağlı bəyənat yayır
Hesab edirik ki, o Gürcüstanın can atdığı Avropa və Avroatlantik inteqrasiya ilə uyğun deyildir, – bunun haqqında Gürcüstanda NATO Müttəfiqlik Ofisinin rəhbəri Aleksandr Vinikov jurnalistlərə Gürcüstan Parlamentində irəli sürülən „Xarici təsirin şəffaflığı haqqında“ qanunlayihəsi ilə bağlı sualı cavablandırdıqda bildirmişdir.
„ Bir onu deyə bilərəm ki, bir neçə həftə bundan əvvəl Gürcüstanda səfərdə olan NATO-nun Baş Katibi, Yens Stoltenberqin bildirdiyi kimi bu qanun Gürcüstanın demokratik təsisatlarının güclənməsinə həqiqətən də ziddir. Gürcü dostları isə demokratik təsisatları gücləndirməyə çağırdı. Hesab edirik ki o Gürcüstanın can atdığı Avropa və Avroatlantik inteqrasiya ilə uyğun deyildir“, – Aleksandr Vinikov qeyd etmişdir.
26 sentyabr 2020-ci ildən bu günə qədər Gürcüstan Hökuməti heç bir sərəncamını dərc etməmişdir
26 sentyabr 2020-ci ildən 12 fevral 2024-cü ilədək Gürcüstan Hökuməti heç bir sərəncamını dərc etməmişdir.İsraf dedektorunun məlumatına əsasən, bu müddətdə Gürcüstan Hökuməti Hökumət qərarı ilə reqlamenti eyni anda pozurdu. Sabiq Baş -Nazir Ğaribaşvili özünün “gizləməli heç nə olmadığını” deyir, lakin 3 illik müddətdə gizlədilən sərəncamlar yenə də dərc edilmir. Parlament sədri Papuaşvili fevralda bütün sərəncamların vaxtaşırı dərc ediləcəyini dedi. 22 aprel etibarı ilə isə heç biri dərc edilməyib. 3 il ərzində bir çox təşkilat Hökuməti sərəncamları dərc etməyə çağırırdı, lakin Hökumət qanunu pozmağı davam edir.
Saqareco İctimai Səhiyyə Xidmətinin yeni binası olacaqdır
Saqarecoda İctimai Səhiyyə Xidmətinin yeni, müasir binası olacaqdır. Kaxeti şossesində İctimai Səhiyyə Mərkəzinin tikintisi son mərhələdədir. Layihə yerli büdcədən 1 153 000 lari ilə maliyyəlşdirilir.
Helssinki komissiyası – Xalqın iradəsinə necə bir sırtıqlıqla hücum etməsini görmək dəhşətdir
Gürcüstan hökumətinin öz xalqının iradəsinə, ABŞ və Avropa İttifaqı ilə münasibətlərə necə sırtıqcasına hücum etməsini görmək dəhşətdir, – bu haqda bəyənatı ABŞ-ın Helsinki Komissiyası sədri, Co Uilson (Respublikalılar partiyası) və azlıqlar lideri katibi Stiv Koen (Demokratik partiya) bildirdilər.
“ Gürcüstan hökumətinin öz xalqının iradəsinə, ABŞ və Avropa İttifaqı ilə münasibətlərə necə sırtıqcasına hücum etməsini görmək dəhşətdir. Birləşmiş Ştatlar Gürcüstanın sadiq dostu idi, təhlükəsizlik sahəsində ona real şəkildə kömək edir, siyasi və milyardlarla dollarlıq maliyyə dəstəyi edirdi. Rusiya isə əksinə, yalnız bədbəxtlik, məhv və hərbi işğalçılıq gətirdi. FARA ilə və ya xarici təsirin monitorinqi üzrə istənilən qərb mexanizmlərlə onu müqayisə etmək məqsədyönlü dezinformasiyadır. O, Kremlin köhnə danışıq bəndlərini təkrar edir. Birləşmiş ştatlar gürcü xalqının demokratik və avroatlantik canatmalarının dostu olaraq qalır və həmin prinsipləri dəstəkləməyə davam edir. Gürcüstanın rəsmi şəxslərini həmin destruktiv yoldan vaz keçməyə çağırırıq”, – açıqlamada deyilir.
Ofşorlar haqqında qanunvericilik dəyişikliklərini Parlament üçüncü dinləmə ilə təsdiqlədi
Tezləşdirilmiş qaydada müzakirədən sonra, Parlament Vergilər Qanunvericiliyində dəyişiklikləri üçüncü dinləmə ilə (73 – lehinə, 9 – əleyhinə) təsdiq etdi. Fiziki şəxslərin 1 yanvar 2021-ci ilədək borcları və cərimələri silinəcəkdir. „Gürcü arzusunun“ məlumatı ilə, hazırda, 1 yanvar 2021-ci ilədək 145 842 fiziki şəxsin vergi borcu var. Vergi borcunun miqdarı isə ümdə təxminən 591 458 571 laridir. Eyni layihə ilə, vergi güzəştləri ofşorda qeydiyyatdn keçmiş xarici müəssisənin bütün aktivlərinə də şamil edilir. Həmin güzəştlər 1 yanvar 2028-ci ilədək həyata keçiriləcəkdir. Layihəyə əsasən, ofşor şirkətləri tərəfindən aktivlərin Gürcüstana gətirilməsinə dəstək vermək üçün nəzərdə tutulan əməliyyatlar mənfəət, gəlir və əmlak vergisindən azad edilir. Habelə, həmin əməliyyat çərçivəsində, aktivin/əmtəənin Gürcüstana gətirilməsi/idxalı idxal vergilərindən azad edilir. Vergi güzəştlərindən faydalanmaq üçün vacib şərt güzəştli vergiləndirmə olan ölkədə qeydiyyatdan keçmiş xarici müəssisə və Gürcüstan müəssisəsindəki payın/səhmlərin 100 faizinin eyni fiziki şəxsin (şəxslət qruöununb) əlində olmasıdır.
Şalauri kənd sakinləri özəlləşdirilmiş otlaqların geri qaytarılmasını tələb edir
Telavi bələdiyyəsinin Şalauri kənd əhalisi özəlləşdirilmiş otlaqların geri qaytarılmasını tələb edir. Yerlilər bu gün özəlləşdirilmiş torpaq sahəsində şəxsi evin tikildiyi yerdə etiraz aksiyası keçirtdilər. Aksiya iştirakçılarından biri 6000 kv.m torpaq sahəsinə qanunsuz yiyələnmə faktından danışır.
“ Bu yerdən kənd otlaq və eyni zamanda istirahət üçün istifadə edirdi. Bilmirik hansı yolla, otlaq kimi istifadə edilən torpaqlar özəlləşdirildi və başqalarına satıldı. Biz öz vaxtında Qubernator İrakli Kadaqişvilinin yanında idik, o həmin yerlərdə tikintiyə icazə verilməyəcəyini vəd etmişdi, lakin indi, mart ayında, Telavi Meriyası icazə verdi”- Aksiya iştirakçıları bildirirlər.
Yerlilər hesab edirlər ki, torpaqlar dələduzluqla mənimsənilib və tikintinin davam edəcəyi təqdirdə aksiyanı davam etdirəcəklərini deyirlər.
Azərbaycan Gürcüstandan kiçik baş heyvanın idxalını qadağan etdi
Azərbaycan Gürcüstandan kiçik baş heyvanın idxalını qadağan etdi. Səbəb heyvanlarda xəstəliklərin aşkarlanması oldu, bunun barəsində yerli media abc.az yazır. 13 martdan 29 martadək keçirilən monitorinq zamanı 6-12 aylıq kiçik baş heyvanın 845 nümunəsi üzərə çıxdı, onlar 195 fərdi və ya daxili təsərrüfatlarda yerləşən 65 məskəndə yaşayırlar. Kliniki müşahidələr habelə çöl heyvanları arasında da aparıldı. Gürcüstan ərazisindən Azərbaycana kiçik baş heyvanların idxalı „Quru heyvanlarının sağlamlıqları məcəlləsinə“ müvafiq olaraq qadağan edildi. Sakstatın verilmişlərinə görə, cari ilin yanvar-martında Gürcüstandan 23.4 min dollarlıq 13 ton canlı qoyun və keçi aparıldı.