ახალი ამბებიპოდკასტები

დაიჯესტი აზერბაიჯანულ ენაზე

Efirdə azərbaycan dilində həftəlik icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və Knews.ge informasiya agentliyinin səhifəsində dinləyə bilərsiniz.

Şarl Mişel -Qanunlayihə Avropa İttifaqına Gürcüstanın canatması və traektoriyası ilə üst-üstə düşmür

QanunlayihəAvropa İttifaqına Gürcüstanın canatması və traektoriyası ilə üst-üstə düşmür və Gürcüstanı Avropa İttifaqından izaqlaşdırır. Bunun haqqında Avropa Şurasının Prezidenti Şarl Mişel “Tviterin” şəxsi səhifəsində yazır.

“ Gürcü xalqı Avropa yolunu seçdi və buna cavab olaraq, Avropa Şurası Gürcüstana ötən dekabrda namizədlik statusu verdi.  Açıq şəkildə demək istəyirəm: xarici təsirin şəffaflığı qanunu Gürcüstanın Avropa İttifaqına canatması və üzvlük traektosiyası ilə üst-üstə düşmür. O,  Gürcüstanı Avropa İttifaqına yaxınlaşdırmır, əksinə uzaqlaşdırır”, – Mişel yazır.

Kexitdəki avtomobil qəzası bacı ilə qardaşın həyatına son qoyub

Dedoplistsğaro bələdiyyəsində, mərkəzi maqistralda, şiraki çölü yanında baş verən qəza bacı ilə qardaşın həyatına son qoymuşdur. Hazırda əldə olan məlumata görə,  minik maşına traktorun qoşqusu toqquşub. Qoşqu kəskin döngədə qopub.  Toqquşma nəticəsində minik avtomobilin iki sərnişini, 35 və 37 yaşlı bacı-qardaş həlak olub. Üçüncü sərnişini isə təcili-tibbi yardım briqdası Dedoplistsğaro Rayon Xəstəxanasına aparıb.  Mediklərin məlumatına əsasən, xəsarət alanın həyatı təhlükədə deyildir. Baş vermiş faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 276-ci maddəsinin 6- cı hissəsilə başladı.

Telavi Rayon Məhkəməsinin hakimi – İşğalçı Rusiyaya yox!

Telavi Rayon Məhkməsinin hakimi Mamuka Tsiklauri sosial şəbəkədə baş verən hadisələrlə səsləşərək yazır: “Gürcüstan Konstitusiyasının 78-ci maddəsi məni ölkənin maraqlarını müdafiə etməklə öhdələndirir. Bu isə Avropanın bir hissəsi olmağımızı nəzərdə tutur. Avropaya doğru. İşğalçı Rusiyaya yox!”.

Rus qanununa yox- Tələbələrin Telavi aksiyası

Tələbələr Telavidə aksiya keçirdilər.  Onlar rus qanununun yenidən gətirilməsinə və Parlament tərəfindən onun müzakirəsinə başlanmasına etiraz etdillər. Gənclər Telavi Dövlət Universitetindən Bələdiyyə Meriyasına piyada yürüyüş təşkil etdilər. Meriyanın binası yanında isə onlara vətəndaş cəmiyyəti təşkilatları nümayəndələri də qoşuldular.  Aksiya iştirakçılarının sözlərinə görə, rus qanununun  qəbul edilməsi yolverilməzdir, çünki o media və QHT-lərin fəaliyyətinə mənfi təsir göstərəcəkdir. Onlar bunun habelə ölkənin avropaya inteqrasiyası yolunda mane olacağını da deyirlər.

Otlaqlara qeyri-kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyası verilə bilər.

“Dağda yaşayan adam funksiyasız qaldı“ – Akademik Paata Koğuaşvili hazırda dağ bölgələrində mövcud olan problemlərə belə münasibət bildirir.  Onun sözlərinə görə, otlaqların qeyri-təsərrüfat təyinatına keçirməklə bağlı təşəbbüs ölkə üçün bir fəlakətdir və bunun olduqca ağır nəticələri olacaqdır.  „Gürcüstandakı otlaqların ümumi sahəsi 1,8 mln hektardır.  Bütün dünyada kiminsə otlaqları qeyri-kənd təsərrüfatı təyinatına keçirməsi hələ görülməyibdir. Hətta otlaqları əkin-səpin təyinatına keçirmək belə nəhəng tənzimləmələrlə üzləşir. Bizim üçün otlaqlar ona görə əhəmiyyətlidir ki, onlar əsasən sərhədyanı zolaqda yerləşmişdir. Həmin yerlərdə heyvandarlığın inkişaf etdirilməsi müdafiəmizin əsas təməlidir, çünki həmin zonada heyvan  sərhədçi rolunu oynayır, dağda yaşayan sərhədçi isə bir növ ölkənin müdafiəçisidir. Bunu çoxları anlaya bilmir. Maldarlığın niyə inkişaf etməli olduğunu, xüsusilə də dağlarda– anlaya bilmirlər. Bizim döşlə uşaq bəsləyən anaların qidalsında böyük problemimiz var – onlar faktiki olaraq ət yeyə bilmirlər.  Onların əsas rasyonu lobya, kartof, çay və çörəkdir. Onun üçün də  uşaqların sağlamlıqlarında, əqli inkişaflarında vəziyyət çox ağırdır”.

 Bu qanun Gürcüstanı Avropa yolundan sapdıracaqdır – ABŞ Dölət Departamenti

“Biz açıq şəkildə dərin təşviş keçirdiyimizi bildirdik. Bu qanunu qəbul etdikləri halda onun Gürcüstan vətəndaşlarının həyatını yaxşılaşdırmaq üçün işləyən vətəndaş cəmiyyəti təşkilatlarına zərər verəcəyini dedik. Həmin qanun Gürcüstanı avropa yolundan sapdıracaq– ABŞ Dövlət Departamentinin mətbuat katibi, Metyu Miller 15 apreldə keçirilən birifinqdə “Xarici agentlər” haqqında verilmiş sualı belə cavablandırmışdır.  Müxbirin, gürcü xalqı və bütün qərb tərəfindən pislənən, yalnız Rusiyanın dəstəklədiyi qanunun qəbul edilməsinin Gürcüstan və ABŞ-ın strateji tərəfdaşlığını necə təsir edəcəyini sualını Miller belə cavablandırdı:

Əgər„Xarici təsirin şəffaflığı haqqında“ qanunu qəbul etsələr, o vətəndaş cəmiyyəti təşkilatlarına zərər verəcək və Gürcüstanı avropaya gedən yolundan uzaqlaşdıracaqdır, – bunun haqqında Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin mətbuat katibi Metyu Miller bildirmişdir.

„Biz açıq şəkildə dərin təşviş keçirdiyimizi bildirdik. Bu qanunu qəbul etdikləri halda onun Gürcüstan vətəndaşlarının həyatını yaxşılaşdırmaq üçün işləyən vətəndaş cəmiyyəti təşkilatlarına zərər verəcəyini dedik. Həmin qanun Gürcüstanı avropa yolundan sapdıracaq və Gürcüstan vətəndaşlarının yüksək keyfiyyətli informasiyaya əllərinin çatması üçün fəaliyyət göstərən müstəqil mədia təşkilatlarına mane olacaqdır“, – Miller qeyd etmişdir.”.

Niderlandın Xarici İşlər Nazirliyi – „Xarici təsirin şəffaflığı haqqında“ qanunlayihəsi Avropa İttifaqı standartlarını əks etdirmir

Xarici təsirin şəffaflığı haqqında“ qanunlayihəsi Avropa İttifaqı standartlarını əks etdirmir  və ola bilsin ki, Gürcüstanın Avropa İttifaqına doğru tutduğu yolu təhlükə altına alsın, – Niderlandın Xarici İşlər Naziri, Hanke Bruin Slott Gürcüstan Parlamenti tərəfindən „Xarici Təsirin Şəffaflığı haqqında“ qanunlayihəsinin ilk dinləmə ilə təsdiqinə belə münasibət bildirir. „Gürcüstan Parlamenti tərəfindən „Xarici Təsirin Şəffaflığı haqqında” qanunlayihəsini birinci dinləməklə təsdiqlənməsi bizi təşvişləndirir. Bu vətəndaş cəmiyyəti və medianın fəaliyyətinə mane ola bilər. Qanun Avropa İttifaqı standartlarını əks etdirmir və Gürcüstanın Avropaya doğru yolu üçün təhlükəli ola bilər“, –  Niderlan Xarici İşlər Naziri sosial şəbəkədə yazır.

Cozef Borel və Oliver Varhey Rus qanunu haqqında bəyənat yayırlar

Avropa İttifaqının Ali Nümayəndəsi Cozef Borel və Qonşuluq siyasəti və Genişlənmə Məsələlərində Kommisar Olivar Varhey „Xarici Təsirin Şəffaflığı haqqında“ qanunlayihəsilə bağlı bəyənat yayır.

„Bu gün Gürcüstan Parlamenti ilk dinləmə ilə „Xarici Təsiriv Şəffaflığı Haqqında” qəbul etdi.  Avropa İttifaqının qanunu geri çağırmağa və kütləvi etirazlara baxmayaraq.  Hadisələrin bu cür inkişafı olduqca təşvişlidir və həmin qanunu qəbul etmək Gürcüstanın Avropa İtttifaqına olan yolunu korlayacaqdır.  

Bu qanun Avropa İttifaqının əsas normaları və dəyərlərinə uyğun deyildir. Gürcüstanın fəal vətəndaş cəmiyyəti var, o ölkənin Avropa İttifaqına üzvlüyünə dəstək verir. Təklif edilən qanunvericilik  həm vətəndaş cəmiyyəti, həm də media təşkilatlarının azad fəaliyyət göstərməsini, ifadə azadlığını məhdudlaşdıra, vətəndaşlara mənfəət gətirən təşkilatları ədalətsiz şəkildə şeytanlaşdıra bilər.

Avropa İttifaqı Gürcüstanı, onu Avropa İttifaqı yolundan vaz keçirdə biləcək qanunvericilikdən imtina etməyə çağırır. – Bu yolu Gürcüstan vətəndaşlarının mütləq əksəriyyəti dəstəkləyir“, –  ümumi bəyənatda deyilir.

Kimyəvi terapiya dərmanlarının tamamilə maliyyələşdiriləcəyi qanunda əlavə edilmiş dəyişikliklər qüvvəyə mindi

Kimyəvi terapiya dərmanlarının tamamilə maliyyələşdiriləcəyi qanunda əlavə edilmiş dəyişikliklər qüvvəyə mindi. Dəyişikliyə əsasən dərmanlar ödənişsiz veriləcəkdir.  Gürcüstan Hökumətinin qərarına daxil edilən dəyişikliyə əsasən, 25 000 larilik limit çərçivəsində Tibbi xidmət, Şüa terapiyası və müayinələr də qarşılanacaqdır.

„Xidmət (müayinələr, prosedurlar, şüa terapiyası) tamamilə qarşılanacaq və onlardan istifadə edənlər heç nə ödəyən deyillər. Bu illik 25 000 lari limiti çərçivəsində olacaqdır. Habelə kimyəvi, hormon və şiş əleyhinə dərmanlar da tamamilə qarşılanacaqdır “,-  Gürcüstan hökumətinin 16 aprel tarixli qərarında qeyd edilir.