დაიჯესტი აზერბაიჯანულ ენაზე
Efirdə azərbaycan dilində həftəlik icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və Knews.ge informasiya agentliyinin səhifəsində dinləyə bilərsiniz.
Axmetada, həyat yoldaşının öldürmə cəhdinə görə saxlanılan kişiyə qarşı ittiham qaldrıldı
DİN tərəfindən aparılan istintaq əsasında məlum oldu ki, 20 mart tarixində, Axemta rayonunda, ittiham olunan şəxs zərərçəkənin yetkinlik yaşına çatmamış övladının iştirakı ilə, həyat yoldaşına üç bıçaq yarası vurmuşdur. İttiham olunan şəxsi orda olanlar tutarkən o, həyat yoldaşının yetkinlik yaşına çatmayan qohumunu da yaralamışdır. Saxlanana qarşı ittiham Gürcüstan Cinayət Məcəlləsinin 11-ci prima, 19-109-cu maddəsinin „T“, „K“ və „M“ yarımbəndlərilə qaldırılmışdır (gender əlamətilə, xüsusi qəddarlıqla, ailə üzvünün qəsdən öldürmə cəhdi), bu cəza kimi onaltıdan iyirmi ilədək azadlıqdan məhrum etməyi nəzərdə tutur. Prokurorluq müttəhim üçün həbs cəzasını tələb edir.
Hökumət yüksəkdağlıq qəsəbələrdəki fermerlərə əl taktorları almağı maliyyələşdirəcəkdir
Yeni proqram, yüksəkdağlıq qəsəbədə yaşayan, kənd-təsərrüfatı təyinatlı torpaq sahələri olan həmvətənlərimiz üçün, kiçik gücü olan motobloklar almaq üçün şərikli maliyyə ayıracaqdır. Şərikli maliyyələşdirmə dəyərin 70%-ni nəzərdə tutur, – bu haqda Kənd Təsərrüfatı və Ətraf mühitin Mühafizəsi Naziri Otar Şamuqia Hökumət iclası başa çatdıqdan sonra bildirdi. O yenə bir yeniliyə diqqət çəkərək Dövlət tərəfindən məhsul götürən texnikanın alınmasının iştiraklı maliyyələşdirilməsinə aiddir.
,,Yeni proqram yüksəkdağlıq qəsəbələrdə yaşayan, kənd-təsərrüfatı təyinətli torpaq sahələri olan həmvətənlərimiz üçün, kiçik texnikanın, motoblokların şərikli maliyyələşdirilməsini nəzərdə tutur. Şərikli maliyyələşmənin həcmi dəyərin 70%-ni və güclərinə görə, 1200 laridən 2500 lariyədək dövlət maliyyələşdirilməsini nəzərdə tutur. Habelə, olduqca qısa müddətdə, apreldə məhsul toplayan texnika üzrə ərizələr qəbul ediləcəkdir“, – Şamuqia bildirmişdir.
,,Muxte”- Qurcaanlı gənc bitkini həşəratlardan qoruyan qurğu yaratdı
Qurcaani bələdiyyəsində Çandari kəndində yaşayan Saba Manijaşvili, bitkini zərərli həşəratlardan qoruyan qurğu ,,Muxte” yaratdı. Gənc qeyd olunan ideya ilə, Hardware Startup inkubatorun layihəsinin qalibi və 5 000 larilik qrantın sahibi oldu. Bu qurğu bitkini elektrik yüklənmə ilə qoruyaraq, eyni zamanda onu sağlamlaşdırır. Sabanın sözlərinə görə, qeyd olunan qurğu daxili interyerdəki bitki sahibinə bitkisini kimyəvi dərmanlar əvəzinə ,Muxte“ ilə qorumaq imkanı verir.
,,İdeyamın adı ,,Muxte”-dir. Bu bitkini zərərli həşəratdan qoruyan statik elektrikli qurğudur. Bitkini korlayan bir çox həşərat var, insanlar onlara qarşı mübarizəni aqroximikatlarla aparmalı olurlar. Bu proses isə həm bitkini korlayır, həm də insan səhhətinə mənfi təsir göstərir. Qazandığımız pulla biz prototipi yaxşılaşdıracaq və təkmilləşdirəcəyik. Habelə, onlarla məhsul yaradıb yoxladıqdan sonra istehsal etməyə başlayacağıq”,- knews.ge ilə söhbətində Saba bildirir.
Laqodexli Mariam Dzamaşvili boks üzrə Gürcüstan Çempionudur
Laqodexi bələdiyyəsinin Vardisubani kəndinin ictimai məktəbinin şagirdi, Mariam Dzamaşvili, „Gürcüstan 2024-cü ilin şagirdlər arasında boks çempionu“ yarışmasında birinci yeri tutdu. İdmançıya qələbəni, bələdiyyə meri şəxsən təbrik edərək təşəkkürnamə verdi.
Qabal kəndi əhalisi Qablisxevi dərəsində bəndin tikilməsini tələb edir
Yerlilər hakimiyyət tərəfindən bəslənən diqqətsizlikdən şikayət edir və yerli hakimiyyətin onların problemi ilə maraqlanmadığını deyirlər.
“Hər pis hava şəraitində çay torpaqlarımızı yuyub aparır, evləri aparır. Suvarma sistemini tamamilə uçurdu, bu sistemdən yarı kənd istifadə edir. Onlarla ev bu dəqiqələrdə də təhlükə altındadır, çünki çay həyət sahələrinin bir hissəsini apardı. Evsiz-eşiksiz qalmamış bizə vaxtında diqqət versinlər”,– yerlilər bildirirlər.
Laqodexi bələdiyyəsi meri, Condo Mdivnişvili deyir ki, problemdən xəbərdardır.
“ Bu problemi yaxşı tanıyırıq, onu mərhələvi şəkildə həll edirik. Suvarma sistemi haqqında meliorasiyanı işə cəlb edəcəyik və o bərpa olunacaqdır. Bəndlərə qəldikdə isə, bunun üzərində də işləyirik. İşlər bir çox çayda aparılmalıdır və hamısı eynicür düzələ bilməz”,– Mdivnişvili bildirir.
Problemin həll edilmədiyi təqdirdə, Qabal əhalisi etiraz aksiyalarını davam etdirməyi planlaşdırır. Artıq bir neçə gündür ki, Kaxetidə havalar yağışlı keçir, bu isə çayların daşması təhlükəsini artırdı.
Seçki siyahısını formalaşdırarkən, deputatlığa namizəd, bir və ya bir neçə bələdiyyənin deleqatı kimi də müəyyənləşə bilər
Seçki siyahılarını formalaşdırdıqda, hər hansı bir deputatlığa namizəd bir və ya bir neçə bələdiyyənin deleqatı ola bilər. Həmin təşəbbüsü „Gürcü arzusu“ hazırladı və Parlament bürosuna təqdim edəcəkdir. Hazırlanmış qanun layihəsinə görə“Seçki məcəlləsinə“ yeni maddə artırılır, ona əsasən, partiyanın partiya siyahısını tərtib etdikdə, Parlament üzvlüyünə namizəd seçki dairəsi ərazisində qeydiyyatdan keçirilmiş seçicilərin deleqatı kimi müəyyənləşdirilə bilər. Qeyd olunan təşəbbüsü „Gürcü arzusu“ millət vəkilliyi sisteminin ləğvi ilə izah edir.
2023-cü ildə Gürcüstanda 22 min nikah və 13 min boşanma qeydiyyata alındı
2023-cü ildə Gürcüstanda 22,275 nikah qeydiyyatdan keçirildi – bu haqda Sakstatın dərc etdiyi statistikadan məlum olur. Hesabata görə, 2022-ci illə müqayisədə Gürcüstanda nikahların sayı 14.5%-lə azaldı. 2023-cü ilin vəziyyətilə, ilk nikahın ortalama yaşı həm qadınlar, həm də kişilər üçün böyüyüb. Qadınlara gəldikdə ilk nikahın ortalama yaşı 29.7-dır (2022 -ci ildə 29.4 il), kişilər üçünsə 32.1 il (2022-ci ildə 31.9 il). 2023 -cü ildə qeydiyyatdan keçmiş nikahların sayı 13,664 təşkil etdi, bu isə ötən ilin muvafiq göstəricisindən 3.1 faizlə azdır. Qeyd olunan verilmişlərə görə, Kaxetidə qeydiyyatdan keçmiş nikahların sayı 2022-ci ildə 2 091 təşkil etdi, 2023-cü ildə isə- 1749. O ki qaldı boşanmaların statistikasına bölgədə 1 023 təşkil etdi, 2023-cü ildə isə bu 965 idi.
İşlə təmin etmə proqramı çərçivəsində 30 minədək sosial cəhətdən müdafiə edilməyən işləyir
İşlə təmin agentliyinin məlumatı ilə, proqramın başlamasından bu günə kimi iş proqramından müxtəlif səbəblərə görə 7 079 şəxs çıxdı.
„21 mart 2024-cü il vəziyyətilə, ictimai işlərdə işləmək proqramı çərçivəsində 30 000-dək sosial cəhətdən müdafiə edilməyən şəxsi əhatə edir. Proqrama qoşulmaq marağı kifayət qədər yüksəkdir. İşlə təmin etmək agentliyi, bu kimi arzusu olan sosial cəhətdən müdafiə edilməyən şəxsə həm ictimai işlərdə, həm də açıq bazarta mövcud olan vakansiyaları təklif edir. Bundan əlavə, başqa vakansiyalarda – açıq əmək bazarında sosial cəhətdən müdafiə edilməyən 20 000-dən çox vətəndaş işlə təmin edilir. Proqramın başlamasından bu günədək iş proqramlarından müxtəlif səbəblərə görə 7 079 nəfər çıxmışdı. İctimai işlər onu yerinə yetirmək üçün istənilən səriştəsi olan şəxin bacara biləcəyi və Nazirin əmrilə müəyyənləşdirilmiş vakant yerləri nəzərdə tutur“, – İşlə təmin agentliyində bilidirirlər.
Sosial cəhətdən müdafiə edilməyən vətəndaşlar üçün ictimai işlərdə işləmək proqramı 1 mart 2022-ci işə düşmüşdür.