დაიჯესტი აზერბაიჯანულ ენაზე
Efirdə azərbaycan dilində həftəlik icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və Knews.ge informasiya agentliyinin səhifəsində dinləyə bilərsiniz.
Siğnaği qala hasarının, Anaqi darvazası tağının reabilitasiyasına başlanacaqdır
Qeyd olunan məsələ haqqında məlumatı bələdiyyə Meriyası yayır. İdarənin məlumatına əsasən, tağın bərpası işlərini yerinə yetirmək üçün, reabilitasiya müddətində, Siğnaği -Anaqanı birləşdirən avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaqdır. İşlər bu gündən etibarən başalayaraq bir ay sürəcəkdir.
İvane Çxaidze – Uşaqlar arasında gös öskürək halları artmışdır
Milli İmmunizasiya üzrə Texniki Müşavirlər Qrupu rəhbəri, İvane Çxaidzenin məlumatına əsasən, son dövrdə, uşaqlar arasında gös öskürəyin təsdiq edilmiş, habelə ehtimal verilən halları artmaqdadır. Onun sözlərinə görə, göy öskürək üçün uzunmüddətli öskürük səciyyəvidir.
„ Həm təsdiq edilmiş, həm də şübhəli hallar kifayət qədər artmışdır. Göy öskürək üçün öskürüyün uzanması səciyyəvidir. 2 həftədən 2 ay ərzində öskürük davam edərsə, bununla belə ümumi səhhətin vəziyyəti qənaətbəxş olarsa və bu vaxt uşaqda istilik müşahidə olunmur və fəaldırsa, əlamətlərin göy öskürək olması deməkdir”.
Bazarda yerləşən ticarət obyektləri üçün məlumatı təqdim etmək qaydası dəyişir
1 apreldən bazar ərazisində yerləşən ticarət obyektləri üçün məlumatı təqdim etmək qaydası dəyişir. Maliyyə Naziri tərəfindən imzalanmış əmrə görə, bazar ərazisində əmtəənin realizəsi üçün ayrılmış stasionar ticarət obyektlərinin və qeyri-stasionar ticarət yerlərinin icarəçisi tərəfindən məlumatın təqdim edilməsi yeni qaydalara tabe tutulmalıdır. Daha konkret, bazarda bir gündən çox icarə və ya yarımicarə kirayə yer tutan şəxs, vergi orqanına elektron surətdə iqtisadi fəaliyyəti haqqında məlumat təqdim etməyə borcludur. Şəxs məlumatı ən gec növbəti ayın 15-nə qədər təqdim etməlidir. Təqdim ediləsi məlumat isə bundan ibarətdir: a) icarəçinin adı, identifikasiya nömrəsi, hüquqi şəkli və hüquqi ünvanı; b) Bazarın firma adı; c) Torpaq sahəsinin kadastr kod(ları)u və aidiyyatlı ünvan(lar)ı; ç) Stasionar və qeyri-stasionar obyektlərin sayı; d) icarəçi və yarımicarəçi haqqında məlumat, o cümlədən: adı, identifikasiya nömrəsi, hüquqi şəkli, fiziki şəxsə gəldikdə – vətəndaşlığı haqqında məlumatı; e) icarəçi/yarımicarəçinin fəaliyyət növü; ə) icarəçi/yarımicarəçinin verdiyi obyektləri sahəsi (kvm) və növü; ə) icarə/yarımicarə müqaviləsinin nömrəsi, tarixi, milli valyutadakı məbləği, müqavilənin başlanması, başa çatması, dəyişikliyi və xitam verilməsi tarixləri; f) Gəlirlər xidməti rəisinin əmri ilə müəyyənləşdirilmiş başqa məlumatı. Qaydaları pozan obyekt sahibinə 4 000 lari cərimə kəsiləcəkdir. „Vergilərin idarəsi haqqında“ Gürcüstan Maliyyə Nazirinin 31 dekabr 2010-cu il əmrilə isə, elektron təqdimat qaydası ümumiyyətlə nəzərdə tutulmamışdı. Habelə, təqdimetmə müddəti kimi 30 gün müəyyənləşdirilmiş və icarəçinin vergi orqanına faktla bağlı neçə gün müddətində xəbər verməsi yazılmamışdı.
Ğvareli və Telavi meşələrinin ekosistem xidmətlərini xəritəyə vurdular
Ğvareli və Telavi meşələrinin ekosistem xidmətlərini xəritəyə vurdular. Prosesdə Yakob Qoqebaşvili adına Telavi Dövlət Universitetinin məsləhətçisi və ətraf mühit eksperti Kaxaber Suxitaşvili, habelə biologiya üzrə ikinci kurs tələbəsi, Mariam Xmiadişvili iştirak etdi. Ekoxidmətlərin xəritəyə köçürülməsi GIZ -in “Gürcüstan meşə islahatı sektorunun həyata keçirilməsinə dəstək ECO.Georgia “ layihəsi çərçivəsində mümkün oldu. CENN təşkilatçılığı ilə görüş keçirildi, görüşdə GIZ-in, Milli Meşə Agentliyi və Mer nümayəndələri, Merliyin aidiyyatlı əməkdaşları və məsələ ilə maraqlanan şəxslər iştirak etdilər.
Siğnağili Vano Cimşitaşvili Beynəlxalq Tayland Boksu Yarışmasının qalibi oldu
Siğnağili idmançı, Vano Cimşitaşvili, beynəlxalq turnirin qalibidir. Finalda o gərgin bir mübarizədə erməni idmaçısını yendi. Siğnaği bələdiyyə Meriyasını məlumatı ilə, yarış cari ilin 30-31 martında Ermənistanda, İrəvan şəhərində keçirildi.
,,Beynəlxalq Tayland Boksu turnirində, Gürcüstan Milli Komandası ilə birlikdə Siğnaği Bələdiyyəsinin İdmanın İnkişafı Mərkəzinin Tsnori şəhərinin Kikboksinq və boks seksiyası idmançısı, Vano Cimşitaşvili çıxış edirdi. Turnirdə beş ölkənin idmançısı iştirak etdi, o cümlədən Gürcüstan Milli Yığmasının on beş üzvü. Gürcüstan Tayland Boksu Milli Yığmasının səkkiz idmançısı, müxtəlif çəki kateqoriyasında ilk prizləri əldə etdi. Onların arasında Tsnori şəhəri Kikbokçuluq və boks seksiyasının nailiyyətli idmançısı, Vano Cimşitaşvili dəv vardı. O, üç döyüşü qalibiyyətlə başa çatdırdı.”
Beetkar – Axmetalı gənclər arı xəstəliklərini aşkarlayan müasir texnologiya yaratdılar
Axmeta bələdiyyəsində yaşayan gənclər, Aleksandre Qaqanaşvili, Qari Kinkladze, Qiorqi Omaraşvili və Nikoloz Albutaşvili, arı xəstəliklərini aşkarlayan müasir texnologiya yaratdılar. İdeya müəlliflərinin sözlərinə görə, ,,Beetkar’’ startapı arıçıya arı gənəsi və xəstəlikləri aşkarlamaq, diaqnostikada yeni texnologiyalara kömək edəcəkdir. İdeya müəlliflərindən biri Aleksandr Qaqanaşvili bildirir ki, arıçılar bir çox problemlərlə üzləşir və məhz onların zəhmətlərini yüngülləşdirmək üçün qeyd olunan cihazı yaratdılar. Onun sözlərinə görə, cihaz arıların məkanını, kötüyü təhlil edir və arıçı üçün lazımlı məlumatı təmin edir.
Gürcüstanda 166 kişinin tənha valideyn statusu var
Gürcüstanda 166 kişinin tənha valideyn statusu var, bunlardan biri isə övladlığa uşaq götürübdür – Bu haqda Xidmətlərin İnkişafı Agentliyi tərəfindən deputat Xatia Dekanoidzeyə göndərilən cavabda yazılıb. Agentliyin statistikasına görə, 18 mart 2024-cü ilin vəziyyətilə, Gürcüstanda ümdə 8 762 nəfərin tənha valideyn statusu vardır. Qeyd etdiyimiz kimi, 166 kişi xeylağıdır. O ki qaldı qadınlara 8 582 qadının tənha ana, 14-nün isə övladlığa uşaq götürən statusu vardır. Eyni statistikaya görə, 2023-cü ildə tənha valideyn statusu 2 518 qadına və 110 kişiyə verildi.
Amerikalı senatorlar – Bu qanun Gürcüstanın transatlantik inteqrasiyasına qarşıdır
Amerikalı senatorlar, Cim Riş və Cin Şahin „Xarici təsirin şəffaflığı haqqında“ qanunlayihəsinin Parlamentdə yenidən qaldırılması ilə səsləşir və bildirirlər ki, bu qanunvericilik Rusiyanın vətəndaş cəmiyyətini məhdudlaşdırma və siyasi müxalifətini boğmaq üçün istifadə etdiyi qanunlara bənzərdir.
„Gürcüstan hökuməti tərəfindən əcnəbi agentlər haqqında qanunlayihəsini yenidən təqdim etmək təsəvvüredilməz dərəcədə ümidsizliyə gətirib çıxarır. O, Rusiyanın vətəndaş cəmiyyətini məhdudlaşdırmaq, siyasi müxalifəti boğmaq üçün istifadə etdiyi qanunlara bənzəyir. Gürcüstanda demokratik hakimiyyətinin buna səbəbi olmamalıdır“, – Amerikalı sentaroların birgə bəyənatlarında qeyd edilir.
Cim Riş və Cin Şahin bildirirlər ki, qanunlayihəsi nəinki siyasi prosesi qeyri-düzgün istiqamətlə aparacaq, habelə Gürcüstanın Transatlantik inteqrasiyasına və onun Avropa İttifaqındakı gələcəyinə zərər vuracaqdır.
„Gürcü xalqı 2023-cü il martda kütləvi nümayişlərlə təklif edilən bu qanunu pislədi. Bu qanun nəinki siyasi prosesləri qeyri-dəqiq istiqamətlə aparacaq, habelə Gürcüstanın transatlantik inteqrasiyası və Avropa İttifaqındakı gələcəyini də korlayacaqdır. Oktyabrda planlaşdırılmış seçkilər Gürcüstan Demokratik gələcəyi üçün həlledici göstərici olacaqdır. Biz Gürcüstan Parlamentinə çağırış edir və onu bu qanunvericilik təklifindən imtina etməyə çağırırıq”.
Məlumat üçün, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini Parlamentə ikinci dəfə gətirdilər.