ახალი ამბებიპოდკასტები

დაიჯესტი აზერბაიჯანულ ენაზე

Efirdə azərbaycan dilində həftəlik icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və Knews.ge informasiya agentliyinin səhifəsində dinləyə bilərsiniz.

 

Siyasi vəzifəli şəxslərin maaşları arta bilər

Dövlət-siyasi vəzifəli şəxslərin maaşları arta bilər. Bu imkanı  “Dövlət müəssisəsində əmək haqqı haqqındakı“ qanunda dəyişikliklər layihəsi nəzərdə tutur. Layihənin müəllifləri “Gürcü arzusudeputatlarıdır, onların izahına əsasən, dəyişiklik dövlət-siyasi vəzifəsi olan şəxslər üçün maaş miqdarını artıracaqdır. Bu gün mövcud olan əmək haqqı qaydası əsasında konkret olaraq heç bir əmsal müəyyənləşdirilməmişdir, layihə qəbul edildiyi halda, Dövlət-siyasi vəzifəli şəxslər üçün vəzifə mənfəətinin konkret əmsalları müəyyənləşdirilir.  

Layihə Gürcüstan dövlət-siyasi vəzifəli şəxslər üçün, yuxarı mənfəət əmsalını təsbit etməyi nəzərdə tutur, bu isə əmək haqqının miqdarını artırmağı nəzərdə tutur. Qeyd olunan vəzifəli şəxslər vergiləri artmış olan maaşlarına uyğun olaraq ödəyəcəklər. Qeyd olunan dəyişikliklə əmlakm vergisini ödəyənlərin „Vergi məcəlləsilə“ diferensiallaşdırılmış kateqoriyaya keçməsi də mümkündür – 100 000 laridən yuxarı“,Qeyd olunan layihənin izahatında yazılır. 

Qurcaanidə ictimai nəqliyyat vasitəsi yaxın gələcəkdə fəaliyyətə başlayacaqdır

  Gürcüstan Hökumətinin qərarı ilə bölgələr üçün yeni avtobuslar alındı, onun çərçivəsində, Qurcaani „İsuzu“ şirkətinin 10 ədəd, 8 metrlik avtobusunu qəbul etdi. Müasir standartlarla təchiz edilmiş avtobuslar 47 sərnişinə hesablanıb və sağlamlıq imkanları məhdud şəxslər üçün adaptə olunub. Yeni avtobuslar  bələdiyyənin bütün kənd sakinlərinə xidmət edəcəkdir. Yaxın günlərdə marşrut və tariflər də dəqiqləşdiriləcəkdir. Tarif vətəndaşlara maksimum şəkildə uyğunlaşdırılacaqdır. Qeyd etmək gərəkdir ki,  Qurcaani bələdiyyəsinin artıq onilliklərdir ki, ictimai nəqliyyatı yoxdur. 

Tələbələr üçün qrant müsabiqələrinə qeydiyyat başlamışdır 

 Milli İmtahan Mərkəzinin məlumatına əsasən, 2024-cü ilin tələbələrin qrantlar müsabiqəsində iştirak etmək istəyənlərin qeydiyyatı 4 martdan etibarən, səhər saat 10:00-da başlamış və 18:00 saatadək davam etmişdir. Qeydiyyat yalnız elektron qiymətləndirmə və imtahanlar üzrə milli mərkəzin veb-səhifəsində aparılır. Müsabiqədə maliyyə almaq istəyən hər bir tələbə iştirak edə bilər. 

MMA döyüşçüsü  İtso Babulaidze, ROC-un yüngül çəkidə Dünya çempionudur 

 MMA-nin gürcü döyüşçüsü təcrübəli amerikalı döyüşçü Coş Ceksona qarşı vuruşaraq, bir neçə saniyədə rəqibini nokauta salıb. İtso Ring Of Combat-ın ikinci gürcü çempionudur, birincisi Merab Dvalişvili idi və UFC-yə də məhz burdan keçdi. 

Velistsixedə, qonşusunun qətlində şübhəli bilinən şəxsə 18 il həbs cəzası kəsildi 

Telavi Rayon Məhkməsi prosesində araşdırılan dəlillərlə təsdiq edildi ki, 4 iyul 2023-cü ildə, Qurcaani rayonu Velistsixe kəndi mərkəzində ittiham edilən şəxs qeydiyyatda olmayan tapançasından atəş açaraq iki nəfəri yaraladı.  Aldıqları xəsarət ucbatından hər iki yaralı yerindəcə keçindi. Cinayəti törədən şəxsə qarşı ittiham Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsinin ,,L’’ yarımbəndi ilə (iki şəxsi qəsdən öldürmə) və 236-cı maddəsinin 3-cü və 4-cü hissələrilə (odlu silah və döyüş sursatlarının qanunazidd şəkildə almaq, saxlamaq və üzərində gəzdirmək) qaldırıldı. İstintaq mərhələsində ittiham olunan şəxsə psixiatriya ekspertizası keçirildi. Ekspertiza onun cinayət törətdiyi vaxtda məhdud şəkildə anlaqsız olduğunu təyin etdi. Telavi məhkəməsi şəxsi tamamilə müqəssir sayaraq onu qarşı 18 illik həbs cəzası qərarını çıxardı. 

2 ilə it aldıqda itlə necə rəftar etməli olacağınızı öyrənməli olacaqsınız 

  Bu haqda “ev heyvanları haqqında“ Qanunlayihəsinin müəlliflərindən biri olan, Maya Bitadze danışdı.  Regional siyasət və özünüidarəetmə, insan hüquqlarının müdafiəsi və vətəndaş inteqrasiyası, səhiyyə və sosial məsələlər, habelə maliyyə-büdcə Komitələrinin birgə iclasında tərəflər vətəndaş sektoru ilə birlikdə qanun layihəsini müzakirə edirlər. 

Siğnağili idmançılar 5 qızıl, 2 gümüş və 1 bürünc medalı əldə etdilər 

 Rustavi şəhərində bench press və üç idman növündə Gürcüstan çempionatı keçirildi. Çempionatda Siğnaği komandası, 10 idmançı ilə təmsil olunurdu. Siğnağili idmançılar 5 qızıl, 2 gümüş və 1 bürünc medalı əldə etdilər. Çempionatda idmançıların dünya çempionluğunda iştirak etmək lisenziyasını almaq imkanları vardı. Siğnağidən olan iki idmançı – Tsotne Bejaşvili və Qiorqi Otiaşvili həmin lisenziyaları almağı bacardı. 

Telavi Məktəbində valideyn övladının sinif yoldaşını döydü 

 Mövcud məlumatla, fakta kimi beşinci və yeddinci sinif şagirdlər arasında münaqişə baş verdi. Bundan sonra onlardan birinin anası işə müdaxilə etməyi düşündü. Yayılan məlumata əsasən, şagirdlər bir-birilərilə futbola görə dalaşıblar. Baş verən hadisənin detallarını 5-ci sinif şagirdi anasına xəbər verib. Bundan sonra qadın məktəbə gedərək 7-ci sinifli şagirdi döyüb. Uşağa qarşı zorakılığın qarşısını nə mandatur xidməti, nədə müdiriyyət ala bilib. Sinif rəhbəri hüquqmühafizəçilərinə müraciət edib. “Mtavari arxinin” məlumatına əsasən, hər iki tərəf dindirilib. Baş verən hadisə ilə bağlı məktəbin müdiriyyəti susur.