ახალი ამბებიპოდკასტები

დაიჯესტი აზერბაიჯანულ ენაზე

Efirdə azərbaycan dilində həftəlik icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və Knews.ge informasiya agentliyinin səhifəsində dinləyə bilərsiniz.

 

Kaxetidə dəmiryolunun bərpası tələbilə imza toplanlamağa başlandı

,,Samokalako darbazi“ QHT-si Kaxeti dəmiryolunun bərpası tələbilə imzalar toplamağa başladı. Təşkilat nümayəndələri manifestlə İqtisadiyyat Nazirliyinə müraciət edir və məsələ ilə maraqlanmalarını xahiş edirlər. Bunun üçün onlara 5 000 imza gərəkdir. Dəmiryolunun bərpası kampaniyası təşkilatın həmtəsisçisi, Aleksandr Kavtaradzenin təşəbbüsü ilə bir neçə ay bundan əvvəl başlamışdır.

,,Kaxeti ərazi etibarı ilə ölkəmizin ən böyük bölgəsidir.  O şərab və kənd təsərrüfatı məhsullarının istehsalı ilə Gürcüstanda ön yerlər tutmaqdadır. Kaxetidə turizm böyüməkdə olan sektorlardan biridir. Bölgənin əhalisi son verilmişlərlə təxminən 400,000-dək nəfər təşkil edir. Burda 9 şəhər və 276 kənd var.  Beləliklə,  Kaxeti üçün  bölgənin paytaxtla əlaqələnməsi son dərəcə əhəmiyyətlidir. Bununla belə, bildiyiniz kimi, Kaxetiyə getmək üçün əsas nəqliyyat vasitələri: şəxsi maşınlar, taksilər və mikro-avtobuslardır.Yerində uzunmüddətli dəyişikliklər üçün, əmtəə dövriyyəsi və Kaxeti turist potensialını daha da artırmaq üçün, bölgədə dəmiryolu son dərəcə əhəmiyyətlidir. Bundan əlavə, bölgədə “Yaşıl”, ekoloji cəhətdən daha da təhlükəsiz  nəqliyyat vasitəsi yaranacaqdır” –  Aleksandr Kavtaradze bildirir.

Udabno kəndinin idman zalına Levan Tediaşvilinin adı veriləcəkdir

Saqareco bələdiyyəsinin idman zalına bələdiyyə merinin qərarı ilə əfsanəvi çempion,  Levan Tediaşvilinin adı verildi. Bu vaxt  üçün idman zalının tikintisi davam edir və baharda başa çatacaqdır. İdman zalının tikintisi yerli büdcədən 637 691 lari ilə müliyyələşdirildi.

Çin Gürcüstan vətəndaşları üçün vizasız rejim tətbiq edir

Bunun haqqında Baş-nazir İrakli Kobaxidze Hökumət iclasında bildirdi və Gürcüstan vətəndaşlarının Çində 30 gün ərzində qala biləcəklərini vurğuladı.

Çin Xalq Respublikası Gürcüstan vətəndaşları ilə vizasız gediş rejiminin qəbul edilməsi haqqında qərar almışdır. Gürcüstan vətəndaşları vizasız 30 gün qala biləcəklər. Bu olduqca əhəmiyyətli qərardır.  Qərar həmvətənlərimizə Çinə yollanmağı asandlaşdıracaq,  Gürcüstan və Çin arasında siyasi, iqtisadi və mədəni əlaqələrinin daha yaxşı inkişafı baxımından yeni imkanlar yaradacaqdır.  Bu Gürcüstan və Çin arasında ötən il imzalanmış strateji tərəfdaşlıq razılaşmasının olduqca praktiki bir nəticəsidir”, – Kobaxidze dedi.

Qrup şəklində qətldə ittiham edilən şəxs 17 il azadlıqdan məhrum edildi

Telavi Rayon Məhkəməsi Prokurorluq tərəfindən təqdim edilən dəlilləri qəbul etdi. Prokurorluğun  mətbuat xidmətinin məlumatına əsasən,  məhkəmə prosesində araşdırılan dəlillərlə  18 yanvar 2023-cü ildə Qurcaani rayonunun Velistsixe kəndində, ittiham edilən şəxsin evində, iki şəxs, keçmişdə mövcud olan münaqişə zəminində, intiqam motivilə, zərər çəkənə qrup şəklində, öldürmək məqsədilə, küt əşyalardan istifadə edərək xəsarət yetirərək  boğmuşlar. Zərərçəkən aldığı xəsarət nəticəsində yerindəcə dünyasını dəyişib.

Qeyd olunandan sonra, cinayət işləyənlər cəsədi Velistsixedəki suvarma kanalı ərazisində yerləşən su quyusuna atdılar. Habelə, cinayət törədən şəxslər öldürdükləri şəxsin şəxsi telefonunu mənimsədilər. İş üzrə aparılan araşdırma tədbirləri nəticəsində,  cəsən 25 may 2023-cü ildə tapıldı. Cinayətdə iştirak edən bir şəxsə qarşı ittiham qəsdən öldürmə və oğurluq faktı üzərində qaldırıldı. Telavi rayon məhkəməsi həmin şəxsə qarşı qaldırılan bütün ittihamlarda onu müqəssir sayaraq cəza ölçüsü kimi 17 illik azadlıqdan məhrum etməyi müəyyənləşdirdi. O ki qaldı ikinci cinayətkara, onun işinə hələ də baxılır“,- Məlumastda qeyd edilir.

Laqodexili Qiorqi Modebadze Veteran Cudoçular Kubokunun qalibi oldu

Laqodexili Qiorqi Modebadze Avropa Veteran Cudoçular Kubokunun qalibi oldu. Latviyanın Paytaxtı Riqada keçirilən Avropa Çempionatında, Qiorqi Modebadze Avropa Veteran Cudoçular Kubokunun qalibi oldu.

Kaxetidə 63 447  nəfər sosial cəhətdən müdafiə olunmayandır

Yanvar 2024-cü il vəziyyətilə, Gürcüstanda  yaşayış minimumunu 647 479  nəfər alır, bu isə 20 189 nəfərlə ötən ilin göstəricilərindən azdır. 2023-cü ilin analoji dövründə sosial yardımı 667 668 nəfər alırdı. Bununla belə, yanvar 2024-cü ildə yaşayış minimumunu alan 647 479 nəfərdən,  208 085-i ictimai fəaliyyətə dəstək üzrə Dövlət Proqramı Çərçivəsində, sosial cəhətdən müdafiə olunmayanların paketi 4 il ərzində qorunub saxlanılır. Bu ilki verilmişlərə görə, sosial yardım alanların çoxu Tbilisidə yaşayır, (ümumi sayın az qalsın 21%), bunu Kvemo kartli (4,2%) və Sameqrelo-Zemo Svaneti (12,1%) izləyir.

Güc strukturlarının keçmiş işçilərinin təqaüdü 560 laridən 1000 lariyədək artacaqdır

Maliyyə-Büdcə Komitəsi  „Dövlət təzminatı və dövlət akademik təqaüdü barədə“ qanunda dəyişiklikləri müzakirə etdi.

Hökumətin qanunvericilik təşəbbüsünü komitə iclasında DİN müavini Aleksandre Daraxvelidze təqdim etmişdir. Qanunvericilik paketinə əsasən, dəyişkliklərə habelə „Hərbi,  Daxili İşlər Orqanlarının və Dövlət Mühafizəsi üzrə Xüsusi Xidmətdən tədarükə çıxmış şəxslərin və onların ailə üzvlərinin sosial təminatı barədə“ və „Mülki təhlükəsizlik barədə” qanunlara da əlavə edilir.

Dəyişikliyə əsasən, hökumətin təşəbbüsü ilə, 560-larilik məhdudiyyət  1000 lariyədək qaldırılır, ailə başçısını itirdiyinə görə təzminatın miqdarı isə 1200 lariyədək artmalıdır. Yuxarı tavan keçmiş hakimlər, prokurorlar, parlament üzvləri, Parlament aparatı işçiləri, keçmiş diplomatlar, keçmiş Baş prokurorlar və onların müavinləri üçün də artır. Aleksandre Daraxvleidzenin bildirdiyinə əsasən, bu dəyişikliklər büdcənin xərclənmə hissəsinə təsir bağışlayacaq və bunun üçün 45 milyon lari nəzərdə tutulmuşdur.  Qanunvericilik dəyişikliyi 1 may  2024-cü ildən etibarən qüvvəyə minməlidir.  Beləki, təqaüd alanların pensiyaları da yenidən hesablanacaqdır.

Nailiyyətli Saqarecolu tələbələr üçün təqaüd təyin edildi

Mer Avtandil Qulikaşvilinin qərarına əsasən, Saqareco bələdiyyəsində qeydiyyatdan keçən nailiyyətli tələbələr üçün Aleksandre Tsxvedadze adına pul mükafatı -təqaüd təyin edildi. Meriyanın verdiyi məlumata əsasən, bəyənatların qəbulu 1 mart 2024-cü ildən başlayır.

,,Təhsil, Mədəniyyət, Abidələr mühafizəsi, İdman və Gənclər Xidmətinin 2024-cü il büdcəsinin yarımproqramı tələbələrin təşviqini də əhatə edir. Yarı proqram yüksək akademik davamiyyəti olan tələbələri pul mükafatları ilə təşviq etməyi, tələbələrdə motivasiyanı yüksəltməyi, təhsilə dəstəyi,  həssas qrupları dəstəkləməyi nəzərdə tutur.  Mükafatı almaq istəyənlər ali məktəblərdə oxumalı və bu kimi meyarları təmin etməlidirlər: A) Gürcüstan vətəndaşı olmalı; b) Bəyənatı verdikdə son altı ay müddətində Saqareco bələdiyyəsində qeydiyyatda olmalı; c) Saqareco bələdiyyəsinin ictimai (özəl) məktəbində ümumi təhsilin tam kursunu keçib; ç) akreditə olunmuş ali təhsil müəssisəsinin tələbəsidir (bakalavr); d) Semestr ərzində keçdiyi bütün mühazirələrdə ən azı 91-100 xal lmışdır; ə) tələbəlik statusu aktivdir. Pul mükafatı hər semestr üçün, əldə edilən nəticələrə görə, ildə iki dəfə veriləcəkdir.  Mükafatı Saqareco meriyasının ,,Təhsil, Mədəniyyət, Abidələr mühafizəsi, İdman və Gənclər Xidməti verir”,- Bələdiyyə meriyasından bildirirlər.

Növbəti illərdə sizə 9 şərti yerinə yetirməkdə dəstək verməyə hazırıq – ABŞ səfiri

Bunun haqqında ABŞ səfiri Gürcüstan Parlementində Xarici Münasibətlər Komitəsi icasında çıxış edərkən danışmışdır:

„Gürcüstan Avropa İttifaqının namizədlik statusunu aldı və bu böyük bir nailiyyət idi. Sizi bir daha təbrik edir və Gürcüstanın Avropa İttifaqı üzvü olmasını istəyirik.  Bilirəm ki, bir çoxunuz bunun üçün çox işləyir və buna böyük töhfə də vermişdir. Növbəti aylar, illər boyu 9 şərti yerinə yetirməniz üçün sizə dəstək verməyə, kömək etməyə hazırıq. ABŞ bunun üçün hazırdır. Biz həmçinin vətəndaş cəmiyyətilə də işləməyə hazırıq. Gürcüstana gəldikdən sonra ilk etdiyim şey Brüsselə gedib Gürcüstanın namizədliyi, ABŞ-ın nə etməli olduğu haqqında danışmağım oldu; Habelə, Gürcüstanın NATO-ya canatmasını da ciddi şəkildə dəstəkləyirik”, – Daniqan bildirir.

Səfir Gürcüstan üçün  2024-cü ilin əhəmiyyəti haqqında da danışaraq seçkilərin şəffaf və ədalətli şəkildə təmin edilməsini hər bir tərəfin təmin etməli olduğunu vurğuladı.

Telavlı Maria Prodiaşvili güllə atmaqda Avropa Çempionu oldu

Macarıstanda keçirilən yarışda idmançı gənclər arasında 242.2 xalla rekorda imza atdı. Bundan əlavə, komanda olaraq da ölkəmiz Avropa birincisi oldu. Tarixdə ilk dəfə güllə atan qızlar Avropa çempionu oldu. Telavili Mariam Prodiaşvili, Salome Prodiaşvili və Mariam Abramişvili İtaliya komandasını 14 xalla məğlub etdilər.