დაიჯესტი აზერბაიჯანულ ენაზე
Efirdə azərbaycan dilində həftəlik icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və Knews.ge informasiya agentliyinin səhifəsində dinləyə bilərsiniz.
Bölgələrdə taksiçilər icazə almalı olacaqlar, almayanları 100 və 200 larilik cərimələr gözləyir
Qanunvericilik paketinə əsasən, icazə almalı olan fəaliyyətlərin siyahısına yeni icazə fəaliyyəti – bələdiyyənin inzibati sərhədlərində minik maşın – taksilə (M1 kateqoriya) daşımaq əlavə edilir. Qeyd olunan fəaliyyət üçün icazə ən azı bir il müddətində verilir. Dəyərə gəldikdə isə, icazə almaq üçün taksi sahibi guman ki 100 lari ödəməli olacaqdır.
“Qeyd olunan islahatın çağırışlarından biri avtobus vağzallarında mövcud olan vəziyyət və qeydiyyatsız – “Xişnik” adlandırılan şəxslərdir ki, onlar yolçuları avtovağzallardan yan ötərək, əsasən miniven tipli nəqliyyat vasitələrilə daşıyırlar. Qanunvericilik paketi qeyd olunan problemləri əhəmiyyətli dərəcədə səhmana salacaqdır, lakin, ümumiyyətlə, ölkə daxilində yolçu daşımağı səhmana salmaq məqsədilə minik maşınlarla – taksilərlə yolçuların daşınması məsələsi tənzimlənməlidir, ki icazəsi olan taksilərin fəaliyyətlərinə mane olmasın“, – layihənin izahat vərəqində oxuyuruq.
Balıq tutarkən elektrik şoklu aparatdan istifadə etmək üzrə sanksiyalar sərtləşir
Ətraf mühitin mühafizəsi və Təbii Sərvətlər Komitəsi iclasında „Gürcüstan İnzibati Xətalar Məcəlləsində dəyişikliklərin daxil edilməsi haqqında“ hökumət tərəfindən təşəbbüs edilmiş qanunlayihəsini müzakirə etdilər. Qanunlayihəsini Nazirin birinci müavini Nino Tandilaşvili təqdim etdi. Dəyişikliklərə əsasən, əldəqayırma elektrik şoku verən qurğuların hazırlanması və balıqovu prosesində ondan istifadə etmək üzrə sanksiyalar sərtləşdirilir. Nino Tandilaşvilinin izahına görə, son illər ərzində brakonyerlik indiyədək misli görülməmiş həddə çatıb.
„Elektrik çoku verən vasitələr son vaxtlarda xüsusilə artmış və bu nəinki çaylarda mövcud olan biomüxtəliflik növləri üçün, habelə insan səhhəti üçün də təhlükəlidir. Keçmişdə bununla bağlı bir çox ağır hadisələrlə üzləşdik. Bir çox prevensiya xarakterli tədbirə və sanksiyaların sərtləşməsinə baxmayaraq, brakonyerlik faktları yenə də baş verir. Bu isə çaylarda balıq cinslərinə təsirini göstərir və islah olmaz zərər vurur“, – Nino Tandilaşvili bildirmişdir.
Üzüm bağının kadastr çıxarışı olmadan, bağ sahibi üzümü müəssisəyə tapşıra bilməyəcək
Milli Şərab Agentliyi Gürcüstanın bütün bölgələrində siyahıyaalmanı başa çatdırdı. Artıq, üzüm bağının kadastr çıxarışı olamdan, bağ sahibi üzümü müəssisəyə tapşıra bilməyəcəkdir, şərabçı isə şərabını sata bilməyəcəkdir. 2024-cü ildən, üzüm bağı mülkiyyətçisinin, üzüm bağının salınması və ya doğranması, arenda ilə veriləməsi və ya başqa dəyişikliklər olduqda, üzüm bağlarının kadastr verilmişlərinin yenilənməsi vacib olacaqdır. Bu günkü vəziyyətlə, ölkə miqyasında, üzüm bağları tamamilə qeyd edilib. 48 642 ha üzüm bağı, 47 091 üzümçü və 170 174 torpaq sahəsi haqqında məlumatlar hazırdır. Qeydiyyatdan keçmiş məlumat üzüm sortları, əkilmə tarixi, üzüm bağının vəziyyəti, yerləşməsi, sahəsi və s. informasiyaları özündə ehtiva edir.
Məhkəmə mediasiyası vasitəsilə işlərə Kaxetidə də baxılacaqdır
Məhkəmə mediasiyası ilə Kaxetidə artıq bir işə baxılmışdır – bu haqqda Gürcüstan Mediatorlar Assosiasiyasının sədri, İrakli Ğandiaşvili bildirmişdir. Görüş hakimlər korpusu, vəkillər və mediatorlarla Telavidə keçirilmişir.
“Məhkəmə mediasiyası ədalət mühakiməsinin yeni alətidir. O bizdə hələ ki yenilikdir. Ona ABŞ və avropa ölkələri xüsusi maraq göstərirlər. Bizdə bu metod konkret məhkəmələrdə tətbiq edilir, o cümlədən, Telavidə. Saqarecoda bir çətin iş artıq mediasiya ilə həll edilmişdir. Ümid edirəm ki, mübahisələrin həlli yolu kimi mediasiyadan get-gedə daha çox adam istifadə edəcəkdir”- Ğandiaşvili bildirmişdir.
Məhkəmə mediasiyası mübahisələrin həllinin alternativ yoludur. O, Gürcüstanda Avropa İttifaqı, USAİD və BMT İnkişaf Proqramının dəstəyilə tətbiq edilir.
Kaxetidə əlavə olaraq1015 hektar kənd təsərrüfat torpağı sahəsi su ilə təchiz ediləcəkdir
Qurcaani bələdiyyəsinin Kvemo Samqori suvarma sisteminin sol maqistral kanalının bərpası işləri aparılır. İşlər 4 kilometrədək uzunluğu olan müxtəlif suayırıcı kanalın və onun qollarının bərpasını, 25 km uzunluğunda metal borularının quraşdırılmasını və müxtəlif tikilinin montajını nəzərdə tutur. Ətraf mühitin mühafizəsi və Kənd təsərrüfatı Nazirliyinin məlumatı ilə, işləri Gürcüstan Meliorasiyası həyata keçirir.
„8,7 mln lari dəyərində olan bu layihə Dövlət Büdcəsindən maliyyələşdirilir. Keçirilmiş işlər nəticəsində, 1015 hektarlıq kənd təsərrüfat təyinatlı torpaq sahəsi su ilə təchiz ediləcəkdir. Reabilitasiya olunmuş su sistemi vasitəsilə Qurcaani bələdiyyəsinin Kodalo, Araşenda və Darçeti əkin-səpin sahələri suvarılacaqdır. İşlər 2025-ci ilin mayında başa çatacaqdır“, – Məlumatda qeyd edilir.
Gürcüstanda DNT məlumatları üzrə vahid baza yaradılacaqdır
Qeyd olunan təşəbbüslə bağlı Gürcüstan Hökuməti işləyir. Parlamentin 2024-cü il bahar sessiyası üçün nəzərdə tutulmuş fəaliyyətin qısamüddətli planında qeyd olunduğu kimi, „DNT-nin verilmişlər üzrə vahid bazanın yaradılması haqqında“ qanunlayihəsini DİN hazırlaşayacaqdır.
„Qanunvericilik təşəbbüsünə müvafiq olaraq, itkin düşmüş şəxslərin identifikasiyası, cinayətin prevensiyası, cinayəntin açılması və ona qarşı effektli mübarizə məqsədilə, PHHŞ – Levan Samxarauli adına Məhkəmə Ekspertizasının Milli Bürosunda DNT verilmişləri üzrə vahid baza yaradılacaq və həmin bazada genetik verilmişlər toplanacaqdır. DNT məlumatlarını verməsi icbari olan subyektlərin siyahısı müəyyənləşdiriləcək, bununla belə istənilən şəxs könüllü olaraq, bazada qeydiyyat üçün öz DNT verilmişlərini təqdim edə biləcəkdir,“- sənəddə deyilir.
150 000-dən çox təqaüdçünün kredit faizi azaldılacaqdır
Qeyd olunan qərarı Hökumət Administrasiyasında keçirilən görüşdə aldılar. Baş-Nazir İrakli Kobaxidze Milli Bankın Prezidenti Natia Turnava və “Liberti banki”-nin baş direktoru Beka Qoqiçaişvili ilə görüşdü. Qeyd olunan qərarla, 150 000-dən çox 2023-cü ilədək kredit alan təqaüdçünün, kredit faizi azaldılacaq və 2023-cü ildən təyin olunan qədər olacaqdır.
„Hökumət administrasiyasında keçirilən görüşdə, qeyd edildi ki, icra hissəsilə və konkret detallar haqqında “Liberti banki” Milli bankla birlikdə işə davam edəcəkdir. Məsələni müzakirə edərkən Hökumət başçısı növbəti mərhələyə başlamanın nə qədər vacib olduğunu vurğuladı”, – Məlumatda deyilir.
„Yunu atmalı oluruq, qiyməti yoxdur“ – Qoyun saxlayanlar assosiasiyası
Qoyun saxlayanlar Assosiasiyasının sədri Beka Qoniaşvilinin sözlərinə görə, gürcü yununu ixracata çıxaran şirkətlər, məhsulu minimum qiymətə alırlar.
„Qoyun saxlamaq cəhətdən Gürcüstanda yun məsələsi çox problemdir. Yunun heç bir qiyməti yoxdur, beləki onu atmalı oluruq. İxracata aparanlar isə çox aşağı qiymət verirlər, halbuki ixracatdan üçqat qazandıqlarını bilirəm“, – Beka Qonaşvili bildirmişdir.
Bundan əlavə, Qonaşvili Qoyun saxlayanlar Assosiasiyasının gələcək planları haqqında danışaraq yunu gübrəyə çevirməyi və ixracata bu şəkildə çıxarmağı düşündüklərini dedi.