დაიჯესტი აზერბაიჯანულ ენაზე
Efirdə azərbaycan dilində həftəlik icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və Knews.ge informasiya agentliyinin səhifəsində dinləyə bilərsiniz.
İor-muğanlı icmasında əhali məhəllə yollarının reabilitasiyasını tələb edir
Əhalinin sözlərinə görə, yollar o qədər pozulub ki, nəinki piyada, hətta maşınla keçmək belə çətindir. Yerli ictimai fəal Tozu Gülməmmədli pozulmuş yolun videosunu yayır və knews.ge ilə söhbətində bildirir ki, problem xüsusilə yağışlar vaxtı kəskinləşir. Yağış sayəsində gölməçələr əmələ gəlir və əhali yoldan keçə bilmir.
,,İor-muğanlı icmasında, asfalt yalnız mərkəzi yolda, Tüllərdən Düzəyrəmə qədərdir. Bundan sonra elə kəndlər başlayır ki, orda asfalt heç mərkəzi yolda belə yoxdur. Qazlar kəndində əhalinin nə məhəllədaxili, nə də kəndə qədər gedən yolu var. Yol çox pozulub, uşaqlar da məktəbə həmin yolla gedib-gəlirlər. İllərdir ki, bu problem qalmaqdadır, onun həllinin qeydinə qalacaq bir adam belə görmədik. Vəziyyət o qədər pisdir ki, əhali maşınla belə hərəkət edə bilmir. Bəzisi maşını dayandırıb piyada gedir’’,- Tozu bildirir.
Azərbaycan-Gürcüstan quru sərhədi 2 aprelədək bağlı qalacaqdır
Azərbaycanın hakimiyyəti koronavirus pandemiyasına görə xüsusi karantin rejimini 2 aprelədək uzatdı, – məlumatı Azərbaycan mediası yayır.
„Ölkədə Koronavirus infeksiyasının yayılması və onun nəticələrinin qabaqlanması məqsədilə, Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin müddəti 2 aprel 2024-cü saat 06:00-dək uzadılsın“, – Nazirlər kabinetinin saytında dərc olunmuş sənəddə deyilir.
Bu isə o deməkdir ki, Azərbaycan və Gürcüstan arasında quru sərhəd yenə də bağlı qalır.
Telavi Hava Limanının inkişafı üçün 25 milyon lari sərmayə yatırdılacaqdır
Telavidə yeni sərnişin terminalı ildə 50 000-dək sərnişinə xidmət edəcəkdir,- bunun haqqında Baş-Nazir İrakli Ğaribaşvili bildirmişdir. Onun sözlərinə görə, Telavi Hava Limanı ilk sərnişinlərini 2024-cü ildə qəbul edəcəkdir. İlkin qiymətləndirmə ilə onun inkişafı üçün lazım olan sərmayə 25 milyon lari təşkil edir.
“Qalxış-eniş zolağı tamamilə yenilənərək 1700 metrədək uzadılacaqdır, müasir naviqasiya sistemləri quraşdırılacaq və yeni naviqasiya köşkü tikiləcəkir. Habelə hava limanının daxili və xarici infrastrukturu yenilənəcək, yeni parking yerləri, sərnişinlər üçün rahat məkanlar düzəldiləcəkdir”, – İrakli Ğaribaşvili bildirir.
Telavi Hava Limanının yeni terminalının konsept-dizaynı və layihələndirmə haqqında müsabiqə dövlət satınalmalarının vahid elektron sistemi vasitəsilə artıq elan edilmişdir. Müsabiqə şərtlərinə əsasən, iştirakçının 10 illik memar kimi işləmək təcrübəsi olan əməkdaşı olmalı və minimum bir çoxfunksiyalı ictimai tikili tikmiş olmalıdır.
Ətraf mühit qanun pozuntuları üzrə sanksiyalar sərtləşdirildi
Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf mühitə Nəzarət Departamentinin fəaliyyətinin effektliliyini yüksək və məhdudlaşdırıcı eefekt yaratmaq məqsədilə, inzibati Xətalar Məcəlləsinə dəfələrlə dəyişikliklər daxil edildi və bir sıra xətalar üzərindəki sanksiyalar sərtləşdi. Qanunsuz meşəqırma faktları üzərindəki cərimələr də əhəmiyyətli dərəcədə artdı – Dövlət meşəsi ərazisində müvafiq sənəd olmadan ağac kəsmək və sairə məqsədlərlə onlardan istifadə etmək yüksək cərimələri nəzərdə tutur.
Habelə – müvafiq lisenziya olmadan filizlərdən istifadə etmək; plastik və bioparçalanan paketlərin tənzimlənmə qaydasının pozulması; atmosfer havaya mənfi təsiri üzrə (səs, elektrik-maqnit sahə) müəyyənləşmiş normaların aşması da cərimələnəcəkdir. Məcəlləyə yeni maddələr əlavə edildi, onların vasitəsilə xarici ölkənin ərazi suları və xüsusi iqtisadi zonasında, habelə açıq dənizdə Gürcüstan bayrağı altında üzən balıqçı və balıqçılıqla əlaqədar gəmilərin qanunsuz fəaliyyəti üçün sərt sanksiyalar gətirildi.
14 yaşlı Aytacın qətlində təqsirləndirilən işinə andlı hakimlər tərəfindən baxılmasından imtina etdi
Telavi Rayon Məhkəməsində bu gün proses başa çatdıqdan sonra vəkil təqsirləndirilənin heç bir epizodda özünü təqsirli hesab etmədiyini və 28 yaşlı kişinin qərarı ilə iş andlı hakimlərə verilməyəcəyini bildirdi. İşin epozodlarından birinin cinsi cinayətə aid olduğu üçün prokurorluğun vəsatətçiliyi ilə iclas bağlandı. Məsələ 14 yaşlı Aytac Şahmarovayla bağlıdır. İstintaqın məlumatına görə Ləmbəli kəndində 6 okyabrda 28 yaşlı kişi nikah məqsədilə onu hələ qaçırmış, bir neçə ay saxladıqdan sonra öldürmüşdür. İşlə bağlı hazırda beş şəxs saxlanılıb.
Kaxetidə nənəsinə qarşı cinsi xarakterli əməllərdə təqsirləndiriləni məhkəmə doğrultdu
İşin gedişatında zərərçəkən kimi tanınan qadın vəfat etdi. Lakin, məhkəmə iclasında istintaq üçün verilmiş ifadəsi dərc edildi. Bəraət qazanan şəxsin vəkili müdafiə etdiyi şəxsə qarşı dəlillərin olmadığını deyir.
“Qərar ədalətli və doğrudur, çünki müdafiə etdiyim şəxsə qarşı dəlillər kifayət etmirdi. Zərərçəkən vəfat etdi, ancaq ifadəsi iclasda dərc edildi”- vəkil bildirir.
Gənc kişini 22 apreldə saxladılar. İstintaqın iddiasına görə, ittiham edilən şəxs zorakılıq və zorakılıq təhdidi ilə nənəsinə qarşı cinsi xarakterli əməllər edirdi. Baş verən faktla bağlı, Gürcüstan Cinayət Məcəlləsinin 11-ci prima, 138-ci və 143-cü maddələrilə iş açılmışdır. Sadalanan maddələr 7-dən 10 ilədək azadlıqdan məhrum edilməyi nəzərdə tuturdu. İttiham edilən şəxsin psixi sağlamlığını yoxlamaq üçün, psixiatriya ekspertizası da keçirildi. Birinci instansiya məhkəməsinin qərarını prokurorluq apellyasiya məhkəməsində şikayət edəcəkdir.
Gürcüstan Avropa İttifaqına namizəd ölkə oldu
Avropa İttifaqı Şurası Gürcüstana üzvlük statusu verdi. Qərarı Avropa Şurası Prezidenti Şarl Mişel “Tvitter”-də yazdı.
„Avropa İttifaqı Şurası Ukrayna və Moldova ilə üzvlüklə bağı danışıqların açılması qərarını aldı. Avropa İttifaqı Şurası Gürcüstana namizədlik statusu verdi və Avropa İttifaqı Bosniya-Hersoqovina ilə danışmağa başlayacaqdır. Bu sonuncusu üzvlük meyarları ilə müvafiqliyin zəruri dərəcəsinə çatmalıdır“,- Şarl Mişel yazır.
Avropa Komissiyası Gürcüstan üçün Avropa İttifaqının namizəd ölkə statusunun verilməsinə müsbət tövsiyyə ilə 8 noyabrda müraciət etdi. „Gürcü arzusu“ sədri İrakli Kobaxidze 2022-ci ilin martında Gürcüstanın Avropa İttifaqına üzvlük statusunu almaq üçün müraciət etdiyini bildirdi. Eyni ilin 3 martında isə Gürcüstanın rəsmi bəyənatını Gürcüstan Baş-Naziri İrakli Ğaribaşvili imzaladı.