დაიჯესტი აზერბაიჯანულ ენაზე
Efirdə azərbaycan dilində həftəlik icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və Knews.ge informasiya agentliyinin səhifəsində dinləyə bilərsiniz.
Ölkə pasportları sərhəddə holoqramlarla deyil, çiplərlə yoxlanacaqdır
Ədliyyə Naziri Rati Breqadzenin sözlərinə görə, bu il Dövlət Xidmətləri İnkişafı Agentliyi Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) ilk dəfə sərnişin sənədlərinin həqiqiliyini təsdiqləyən sənədlər vermişdir. Bu Gürcüstan vətəndaşlarının gedişlərini daha da asandlaşdıracaqdır.
Bu haqda Breqadze Gürcüstan Parlamentinin plenar iclasında, “Nazir saatı” formatında danışaraq Dövlət Xidmətləri nİkişafı Agentliyi tərəfindən şəxsiyyəti təsdiq edən sənədlərin təhlükəsizliyi üçün vizaliberallaşdırılmasının tələblərinə uyğun olaraq həyata keçirilmiş tədbirlərə diqqət çəkdi.
Gürcüstanda təqaüd kreditini 354 min təqaüdçü almışdır
Bu haqda “Liberti banki” tərəfindən Milli Banka təqdim edilən hesabatdan məlum olur. Bu müxtəlif sosial yardım alan əhalinin ⅓-dən çoxdur. Üçüncü rübdə təqaüd kreditlərinin ümumi profili 1 milyon lari ilə azaldı və o 401 milyon lari təşkil etdi. Bu ümumilikdə Liberti bankın kredit portfelinin 2.6 milyard larisinin 15.5%-dir Maliyyə hesabatından məlum olduğu kimi, bir təqaüdün orta ölçüsü 1,132 laridir.
Sorğu olunanların əksəriyyəti əsas siyasi və iqtisadi təhlükə kimi Rusiyanı göstərir – IRI-nin tədqiqatı
“Beynəlxalq Respublika İnstitutunun” (IRI) ictimai düşüncə üzrə apardığı tədqiqata əsasən, sorğu edilənlərin 77% Gürcüstan üçün əsas siyasi təhlükə kimi Rusiyanı görür. 12% siyasi təhlükəni Türkiyədə,, 9% isə – ABŞ-da görür. Gürcüstan üçün əsas siyasi təhlükəni hansı ölkə təşkil edir sualına, cavablar belə bölüşdürüldü: Rusiya – 77% Türkiyə – 12% ABŞ – 9% İran – 6% Çin – 4% Ermənistan – 4% Azərbaycan – 4% Ukrayna – 3% Avropa İttifaqı – 2% İsrail – 1% Birləşmiş krallıq – 1% heç biri – 3% . Eyni zamanda sorğu edilənlərin 69% ölkə üçün əsas iqtisadi təhlükənin Rusiyadan gəldiyi qənaətindədir. 11% üçün belə bir ölkə Türkiyədir, 6% üçünsə ABŞ.
Saqarecoda baş vermiş qətldə təqsirləndirilən haqqında məhkəmə məhbusluq hökmü çıxardı
Təqsirli Mahmudov, məhkəmədə mərhum tərəfindən bir neçə dəfə atəş açıldığını və özünün yalnız müdafiəyə məcbur qaldığını sübut etmək istəyirdi. Vəkili də işi kvalifikasiyasını dəyişərək təqsirləndirilən şəxs üçün 10 000 larilik girovluq istəyirdi. Proqurorluq buna qarşı çıxaraq dəlillərin məhvedilməsi, gizlənmək və şahidlərə təzyiq göstərmək ehtimallarına işarə edirdi. Hakim Tsiklauri prokurorluğun tələbini qəbul edərk Mahmudovu həbsdə saxladı. Xatırladaq ki, qətl Saqareco bələdiyyəsinin Keşəli kəndində 11 noyabrda baş vermişdir. Borc üstündə başlayan qarşıdurma nəticəsində, 33 yaşlı Mahmudov soyuq silahla 29 yaşlı Cavidan Məmmədovu öldürmüşdür.
Tam dərs yükü şəraitində müəllimin maaşı minimum 500 lari və daha çox artacaqdır
Təhsil Naziri Qiorqi Amilaxvarinin bildirdiyi kimi müəllimlər üçün maaşın artması ilə bağlı yeni nəzərlərin və islahatların təqdimatı, ehtimal ki, Dekabrın ortalarında baş tutacaqdır. Hökumət iclasından sonra onun bildirdiyi kimi, Nazirlik maaşların artması ilə bağlı qərarı müəllimlərsiz qəbul etmək istəmir.
Kaxeti fermerləri tapşırdıqları üzümün pulunu ikinci aydır ki tələb edir
Fermerlər bunun üçün Tsinandali çaxır zavodunun qarşısında toplanaraq borcla bağlı cavab tələb etdilər.
,,Arteq” şirkətinin təxminən 400 fermerə borcu var. Fermerlər məhsulu bank krediti ilə ərsəyə gətirdiklərini və borcu ödəmədikləri üçün bank tərəfindən hər gün cərimələndiklərini deyirlər.
“ Məhsulu borcla yetiştirdik, bankın borclarını qaytara bilmirik. Hər gün 50- 100 lari ilə cərimələyirlər bizi, bank borcu bağışlamaz ki? Hələ dedilər çaxır satıb verəcəyik, indisə deyirlər bəlkə çaxır heç yaramadı da. Bütün ilin məhsulu budur. Ailələrimizi də bununla dolandırırıq. Heç olmazsa bankı dayandırsınlar. Heç kəs bizimlə əlaqəyə çıxmır”– Fermerlər bildirirlər.
,,Arteq” şirkəti Tsinandali çaxır zavodunu kirayəyə götürmüşdür. Şirkət Milli Çaxır Agentliyinin səhifəsində axtarıla bilir və qeydiyyat ünvanı kimi Tbilisidə, Nakaşidzelər küçəsindəki yaşayış evini göstərmişdir.
Gürcüstanın Avropa yolundan geri çəkilməsi Gürcüstanın bitməsi deməkdir- Prezident
Gürcüstanın Avropa yolundan geri çəkilməsi Gürcüstanın bitməsi deməkdir; beləki, biz irəli gedirik!, – bunun haqqında Gürcüstan Prezidenti Salome Zurabişvili Orbelianilər sarayında mədəniyyət sahəsi nümayəndələrinə müraciətində bildirmişdir:
,,Avropaya inteqrasiya prosesi bir yoldur, Gürcüstanı avropa ailəsinə qaytaran bir yol! Bu müxtəlif şəkillər ala bilər, ancaq geriyə dönüş yoxdur! Burdan geri çəkilmək Gürcüstanın bitməsi deməkdir! Beləki biz irəli gedirik. İlk növbədə siz irəli gedirsiniz, bizsə sizi izləyirik“, – Gürcüstan Prezidenti bildirmişdir.
“Səsimiz avropaya” adlı imzalar kampaniyası davam edir. Ora cəmiyyətin müxtəlif sahələrinin nümayəndələri qoşularaq petisiyanı imzalamqla öz dəstəklərini bildirirlər.