ახალი ამბებიპოდკასტები

დაიჯესტი აზერბაიჯანულ ენაზე

Efirdə azərbaycan dilində həftəlik icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və Knews.ge informasiya agentliyinin səhifəsində dinləyə bilərsiniz.

 

Klinikalar yanğın təhlükəsizliyi standartlarını 1 oktyabr 2024-cü ilədək təmin etməlidir
Tibbi müəssisələr bina-tikintilərinin təhlükəsizlik normalarını 1 oktyabr 2024-cü ilədək təmin etməli və texniki reqalamentlər və standartlarla uyğunlaşdırmalıdırlar. Gürcüstan Hökumətinin 17 oktyabr qərarına əsasən, klinika bunu təsdiqləyən sənədi hər iki ildə bir dəfə əldə etməli və aidiyyatlı orqana təqdim etməlidirlər. Bu qərarın qüvvəyə minmə vaxtı üçün tibbi müəssisə icazə verən orqana bunları təqdim etməlidir: 1 yanvar 2024-cü ilə kimi – yanğın təhlükəsizliyi tələblərini pozmaq haqqında Dövlət nəzarətini həyata keçirməkdə səlahiyyətli olan orqan tərəfindən verilən sənədi. 1 oktyabr 2024-cü ilədək – bina-tikintilərin yanğın təhlükəsizliyi sahəsini tənzimləyən normalarla, texniki reqlament və/ya standartlarla müvafiqliyini təsdiq edən sənədi.

Oktyabrda Gürcüstanda yaşayış müavinətini 627 691 nəfər almışdır
Sosial Xidmətlər Agentliyinin verilmişlərinə əsasən, bir ayda yaşayış müavinətini alanların sayı 8 078 nəfərlə azalıb. Statistik verilmişlər göstərir ki, artış 2014-cü illə müqayisədə müşahidə olunur. Daha konkret, son 10 ildə yaşayış müavinətini alanların sayı 204 874 nəfərlə artdı. Qeyd etmək lazımdır ki, 2023-cü ilin yanvarından yaşayış müavinətini alanlar statistikasında ictimai işlə təmin etmə haqqında qeyd yarandı. Bu verilmişlərə görə, ötən ayda 44 705 ailənin, proqrama qoşulduğundan irəli gələrək, yaşayış müavinəti 4 il ərzində saxlanacaqdır. Oktyabrda yaşayış müavinəti alan ailələrə büdcədən ümdə 66 348 648 lari xərclənmişdir.

9 ayda, ailə zorakılığının 5 920 halı təsbit edilmişdir
Cari ilin 9 ayında, ailə zorakılığının 5 920 halı təsbit edildi. onlardan 4 977 qurban qadındır, 943 isə kişi. Bunun haqqında məlumat Daxili İşlər Nazirliyinin veb-səhifəsində dərc edilmişdir. Statistik verilmişlərə görə, 1 yanvar 2023-cü ildən 30 sentyabr daxil olmaqla, ailədə fiziki zorakılığın 1764 halı təsbit edilmişdir, psixoloji zorakılığın – 6029, iqtisadi zorakılığın – 76, cinsi zorakılığın – 26, məcbur edilmənin – 64 və təkzib etməyin – 44. O ki qaldı yaşa – ailədə kişi və qadınlara qarşı tətbiq edilən zorakılığın ən çox halı 25-44 yaş kateqoriyasında təsbit edildi. Qeyd olunan yaş kateqoriyasında qurbanın 2701 qadındır, kişi isə 274. Bununla belə, verilmişlərdən məlum olur ki, ailədə zorakılıq qurbanı 13 yaşdan aşağı 83 qız və 82 oğlandır. 14-17 yaş kateqoriyasında isə 149 qız və 52 oğlandır.

Tibb bacısının fəaliyyətinin qanunsuz həyata keçirilməsi 2 min lari ilə cərimələnəckdir
Təhsil və Elm Komitəsi iclasında „Səhiyyə haqqında“ qanunda dəyişiklikləri müzakirə etdilər. Bu məsələni deputatlara Gürcüstanın İşğal altında qalan ərazilərdən Qaçqınlar, Əmək, Səhiyyə və Sosial müdafiə nazirinin birinci müavini Tamar Qabunia tanış etmişdir. Məruzəçinin dediyi kimi ölkənin səhiyyə sektorunda tibb bacılarının sayı lazım olandan azdır. Onun məlumatına əsasən, təqdim edilən dəyişikliklər Qanunvericilik səviyyəsində onların təhsil, peşə fəaliyyəti və inkişaf proseslərini tezləşdirəcəkdir. Dəyişikliyə əsasən “Mamaça” kəlməsi “mean-tibb bacısı ilə” əvəz ediləcəkdir.
Laqodexidə kişini qadın paltarı geyinməyə və kənd küçələrində gəzməyə məcbur etdilər
Faktla bağlı 3 nəfər saxlanılıb. Məlumatı Gürcüstan prokurorluğu yayır. DİN tərəfindən aparılan istintaqdan bəlli olduğu kimi hadisə 30 oktyabrda, Laqodexi bələdiyyəsinin Qabal kəndində baş verdi. İttiham olunan şəxslər, özlərinin qiymətləndirmələri ilə utancverici şəkildə davranan şəxsə, alçaldıcı hərəkət etməyə məcbur edərək, ondan qadın paltarı geyməyi tələb etdilər. Əks təqdirdə ölümlə təhdid etdilər. Prokurorluğa əsasən psixoloji təzyiqdən sonra zərərçəkən onların tələbini yerinə yetirdi, bundan sonra onu kəndin küçələrində gəzdirdilər. Hüquq mühafizəçiləri ittiham edilən şəxsləri 1 noyabrda saxladılar.

Udabno kəndində əhəmiyyətli aqrokompleks tikiləcəkdir – Levan Davitaşvili
„ Udabno kəndində əhəmiyyətli aqrokompleks tikilir. Aqrokompleks bitkiçiliyin inkişafı ilə yanaşı maldarlıq istiqamətini əlavə etməyi də nəzərdə tutur. Bundan əlavə yeni emaledici müəssisə və saxlayıcı anbarlar da yaradılacaqdır,“ – Levan Davitaşili bildirmişdir.
Biznes reyestrə əsasən, qeyd olan şirkətlər “Udabno holdinq”-in tərkibinə daxil olur. Onun sahibi isə iş adamı Temur Uqulavadır.

Yerli bazarda, Laqodexidə istehsal edilən kivi sirkəsi satılacaqdır
Laqodexidə yerləşən „Loladzelər ferması“ artıq istehsalata başlamışdır, lakin prosesin mürəkkəbliyindən irəli gələrək, onun satışı ehtimal ki gələn ildən başlayacaq. „Loladzelər ferması“-nın təsisçisi Laşa Loladzenin dediyi kimi bu fermentləşdirilmiş sirkədir. Onda konkret meyvə vitaminləri maksimum şəkildə qorunmuşdur. Xatırladaq ki, “Loladzelər ferması” ata və oğulların biznesidir. Onlar yerli bazarda ekzotik meyvələr satmaqla məşhurdurlar.