დაიჯესტი აზერბაიჯანულ ენაზე
Efirdə azərbaycan dilində həftəlik icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və Knews.ge informasiya agentliyinin səhifəsində dinləyə bilərsiniz.
Dedoplistsğaroda taxıl istehsalçıları etiraz aksiyası keçirtdilər
Etiraz aksiyası iştirakçılarının sözlərinə görə, taxılı aşağı qiymətə satsalar da, alan yoxdur. Fermerlərin dedikləri kimi tonlarla məhsulları anbarlarda xarab olur. Problemin Rusiya bazarından nəzarətsiz şəkildə gətirilən taxılın olduğunu göstərirlər. Yerli məhsul gətirilənlə rəqabət apara bilmir. Qeyd olunan tələblə bir çox aksiya keçirdiblər. Aksiya iştirakçılarının bildirdikləri kimi problemin həll ediləcəyi ilə bağlı vəd alıblar, Dövlət tərəfindən bəzi addımlar da atılıb, lakin bu kifayət deyildir. Onlar aidiyyatlı qurumdan kömək istəyirlər.
Kaxetidə təbii fəlakət nəticəsində zərərçəkən əhaliyə dəyən ziyanı dövlət qarşılayacaqdır
Güclü dolu və külək nəticəsində Telavi, Ğvareli və Laqodexi bələdiyyələrinə ziyan dəymişdir. Kaxeti bölgəsində Dövlət nümayəndəsi Qiorqi Aladaşvilinin bəyənatı ilə, fəlakət həm əkin sahələrinə, habelə yaşayış evlərinə zərər vurmuşdur. Zərəri hesabladıqdan sonra, Baş-nazirin qərarı ilə, zərərçəkən əhaliyə dərhal kömək göstərildi.
10 366 nikah və 6 828 boşanma-Sakstatın araşdırması
2023-cü ilin ilk 6 ayında 10 366 nikah və 6 828 boşanma halı təsbit edilmişdir – məlumatı Sakstat yayır. İdarənin məlumatına əsasən, bölgə baxımında nikahların sayın Tbilisidə, İmeretidə və Kvemo Kartlidə qeydə alınmışdır: Tbilisi – 3 057; İmereti – 1 614; Kvemo kartli – 1 304. Boşanmada isə ən böyük göstərici ilə Tbilisi irəlidədir – 2 332, bundan sonra İmereti 1 182, Sameqrelo və Zemo svaneti – 754, Kvemo kartli – 651, Acarıstan M/R – 541 gəlir. Habelə, 2023 -cü ilin yanvar-iyulunda doğulanların sayı 19 431 uşaq təşkil etmişdir. Eyni zamanda ölkədə 21 944 nəfər vəfat etmişdir. 2023-cü ilin ilk yarısında təbbi artış (doğulanlar və dünyasını dəyişənlər arasındakı fərq) -2 513 nəfərlə müəyyənləşdirilmişdir. Təbii artışın müsbət göstəricisi Tbilisidə (340), Acarıstan M/R-da (870) və Kvemo kartlidə təsbit edilmişdir (145).
Saqarecoda Milli imtahanlarda nailiyyət əldə edən gəncləri mükafatlandırdılar
Saqareco bələdiyyəsi merinin, Avtandil Qulikaşvilinin qərarı ilə, cari ilin Milli imtahanlarında ən əla 100%, 70% və 50% faizlik qrant alan abituriyentləri bir dəfəlik pul vauçeri və rəmzi hədiyyələr verildi. Tədbirlərdə fərqlənən gəncləri Kaxeti qubernatoru Qiorqi Aladaşvili, Parlament üzvü Davit Sonğulaşvili və özünüidarəetmə və təhsil müəssisələrinin nümayəndələri salamladılar.
Gürcüstanda 360 təqaüdçü təqaüt krediti almışdır
Gürcüstan 360 min təqaüdçü və sosial yardım alan təqaüd krediti alıbdır – bunun haqqında “Liberti bank” tərəfindən Milli banka təqdim edilmiş hesabatdan məlum olur. Bu müxətlif sosial yardım alan əhalinin ⅓-dən çoxdur. İkinci rübdə pensiya kreditlərinin ümumi portfeli 18 milyon lari ilə artmış və o 402 milyon lariyə çatmışdır. Bu ümdə Liberti bankın kredit portfelinin 2.6 milyard larisinin 15.5%-dir. Maliyyə hesabatından məlum olduğu kimi, bir pensiya kreditinin orta ölçüsü 1,118 laridir. Bununla belə, ikinci rüb ərzində verilən pensiya kreditlərinin nominal faiz dərəcəsi 29.7% təşkil edirdi. Statistikadan bir o da bəlli olur ki, kreditlərin orta effektli dərəcəsi əvvəlki ilə nisbətən 5.5 faiz bəndi ilə azaldılmışdır.
6 ayda dünyaya gələn uşaqların sayı 19 431 – dir
Sakstatın məlumatına əsasən, eyni dövrdə ölkədə 21 944 nəfər dünyasını dəyişib. 2023-cü ilin ilk yarısında təbbi artış -2 513 nəfərlə müəyyənləşmişdir. Təbii artışın müsbət göstəricisi Tbilisidə (340), Acarıstan M/R-da (870) və Kvemo kartli bölgəsində qeydə alınmışdır (145). 2023-cü ilin ilk 6 ayında 10 366 nikah və 6 828 boşanma halı təsbit edilmişdir.
Şarl Mişel- Namizədlik statusunu blokdan çıxarmaq üçün konkret prioritetlərin yerinə yetirilməsinin vaxtıdır
Avropa Şurası Prezidenti Şarl Mişel Gürcüstan Baş-Naziri İrakli Ğaribaşvili ilə görüşü haqqında sosial şəbəkədə yazır və bildirir ki, namizədlik statusunu almaq üçün Gürcüstanın lazımlı prioritetləri yerinə yetirməsinin vaxtıdır.
“Avropa İttifaqı ilə bağlı islahatlar haqqındakı bu günkü bəyənatla səsləşirəm. Mən Avropa İttifaqının Gürcüstan üzvlüyü perspektivinə sədaqətimi bir daha təsdiqlədim. İndi isə lazımlı prioritetlərin yerinə yetirilməsi lazımdır”, – Mişel yazır.
Xatırladaq ki, Gürcüstan Baş-naziri Avropa şurasının Prezidenti Şarl Mişellə BMT-nin 78-ci Baş Assambleyası çərçivəsində görüşdü.
Giləmeyvələr mədəniyyətlərini saxlamaq üçün soyuducular qurmağın şərikli maliyyələşdirilməsi başlayır
Agentliyin şərikli maliyyələşdirilmə proqramları çərçivəsində göyəm, böyürtkən, moruq bağı salmış kənd təsərrüfatı kooperativlərinin giləmeyvə mədəniyyətlərini saxlamaq üçün soyuducar qurmaqdan ötrü şərikli maliyyə ala bilərsiniz, – bunun haqqında məlumatı kənd təsərrüfatı inkişafı agentliyi yayır. Proqrama bəyənatların qəbulu 2023 -cü ilin 10 oktyabrında saat 12:00-də başlayır və büdcə bitənə qədər davam edir. Şərikli maliyyə soyuducunun qiymətinin 70%-ni nəzərdə tutur, ancaq bu məbləğ 250,000 lari təşkil edir. Ətraflı məlumat üçün bu keçidi izləyin: https://rda.gov.ge/programs/cooperatives-berries
Məktəb şagirdləri üçün peşə təhsili icbari olacaqdır
Son siniflərdə oxuyan uşaqlar üçün peşə təhsili icbari olacaqdır. Bunun haqqında Təhsil naziri Qiorqi Amilaxvari bildirmişdir. Onun sözlərinə görə, məktəb attestatı ilə birlikdə, şagirdlərə peşə təhsili aldıqlarına dair sənəd də veriləcəkdir.
“Biz peşə təhsilini ümumi təhsilin bir hissəsinə çevirmək istəyirik. Yüksək siniflərdə inteqrə edilmiş proqramlar tətbiq ediləcəkdir. Şagird məktəbi bitirdikdən sonra konkret bir peşə sahibi olacqdır,” – Qiorqi Amilaxvari bildirmişdir.
Papilloma virusu peyvəndi 45 yaşınadək qadınlar üçün ödənişsizdir
Gürcüstan Hökumətinin 19 sentyabr #363 qərarı ilə, papilloma virusuna qarşı vaksinasiyanı dövlət proqramı çərçivəsində 27-dən 45 yaşına qədər qadınlarda etdirə bilər. Qərara daxil edilən dəyişikliklərə əsasən, 15-45 yaş qruplarındakı qadınlar vaksinasiyanı həkimlərinin tövsiyyəsilə vurdura bilərlər. Qeyd olunan yaş qrupunda üç dəfə vaksinasiya mümkündür 0 – 2 – 6 ay.
Sənəddə birinci və ikinci dozaları arasındakı məsafənin ən azı 1 ay olması vurğulanır, ikinci və üçüncü dozaların minimum interavlı isə 3 ay olmalıdır. Vaksin 15 yaşınadək yeniyetmələr üçün də ödənişsizdir.
Bununla belə proqram çərçivəsində papilloma virusuna qaşrı peyvənd 10-26 yaşında oğlanlar üçün də mümkündür. 15-26 yaş arasındakı qrupda üç dəfəlik vaksinasiya da bu sxem üzrə vurulaşaqdır 0 – 2 – 6 ay.