დაიჯესტი აზერბაიჯანულ ენაზე
Efirdə azərbaycan dilində həftəlik icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və Knews.ge informasiya agentliyinin səhifəsində dinləyə bilərsiniz.
Gürcüstanda yaşayış minimumu 253.5 lariyədək artmışdır
2023-cü il avqustda ötən ayla müqayisədə, yaşayış minimumu 3.7 lari ilə artmışdır. Statistika üzrə Milli Xidmətin məlumatına görə, ötən ay əmək qabiliyyətli kişilərin yaşayış minimumu 253.5 lari idi. Halbuki 2023-cü ilin iyulunda bu göstərici 249.8 lari təşkil edirdi. İllik isə həmin göstərici 6.7 lari artmışdır. Daha konkret, ötən ilin avqustunda yaşayış minimumu – 246.8 lari təşkil edirdi.
O ki qaldı orta istehlakçının yaşayış minimumuna, o cari ilin 8-ci ayında 224.5 lari ilə müəyyənləşdirilmişdir. 2023-cü ilin iyulunda 221.3 lari olarkən yaşayış minimumu 2022 -ci ilin avqustunda -218.6 lari idi. Məlumat üçün, yaşayış minimumu minimal qida səbəti əsasında təyin edilir.
Minimum qida səbəti qida məhsullarının müəyyənləşdirilmiş normativ səbətidir. O, əməkqabiliyyətli kişilərin normal yaşaması və əməkqabiliyyətini qoruması üçün fizioloji cəhətdən vacib qida miqdarını, onun tərkib elementlərini (zülallar, yağlar və karbonların) və kaloriyaların minimum miqdarını ehtiva edir.
Statuslarını dayandırmış 30 000-dək tələbənin borcları sıfırlaşdırılacaqdır – İrakli Ğaribaşvili
İrakli Ğaribaşvili bunu Hökumət iclasında bildirmişdir. Onun qeydinə görə, təxminən 30 minədək tələbənin 40 milyon larilik borcu vardır.
„Mənim qərarımla, maliyyə borcları olduğu üçün statuslarını dayandıran tələbələrin borcları silinəcəkdir. Arzu etdikləri təqdirdə statuslarını bərpa edə bilər və universitetlərində təhsillərini davam etdirə bilərlər. Borc təxminən 40 milyon lari miqdarındadır“, – Ğaribaşvili bildirmişdir.
Şovi faciəsində həlak olanların ailələrinə bir dəfəlik yardım qismində 20 min lari ödəyəcəklər
Bunun haqqında Baş-nazir Hökumət iclasında bildirmişdir.
„Şovidə baş verən faciəyə bir daha toxunmaq istəyirəm. 32 vətəndaşımız bu böyük faciənin qurbanı oldu. Müzakirə edərək qərara aldıq ki, həlak olanların ailələri üçün bir dəfəlik yardım ayıraq. Hər bir yardımın miqdarı 20 min lari olacaqdır“, – Ğaribaşvili bildirmişdir.
Laqodexi bələdiyyəsinin 31 bağçasından tədris prosesi 27-də başlayacaqdır
Laqodexi bələdiyyəsində uşaq bağçalarında tərbiyə prosesi 18 sentyabrdan başlayacaqdır. Çabukiani və Çiauri kəndlərinin yeni tikilmiş bağçaları, ən yaxın müddətdə açılacaqdır. Qvimriani və Bağdadda isə tezliklə yeni bağşaların tikintisinə başlanacaqdır. Çaduniani, Areşperani, Msxalqori və Qancala kəndlərində də uşaq bağçaları inşa ediləcəkdir. Laqodexi bələdiyyəsi Merinin məlumatına əsasən, hər bir uşaq bağçası standartlara cavab verir və 18 sentyabrdan etibarın uşaqları qəbul etməyə hazırdır. Hazırda bələdiyyənin uşaq bağçalarındaa 1333 uşaq qeydiyyatdan keçmişdir.
Milli Ətraf mühit Agentliyi– erkən xəbərdarlıq sistemi ölkənin ərazisində fəaliyyətdədir
Milli Ətraf mühit Agentliyindən bildirdikləri kimi, erkən (əvvəlcədən) xəbərdarlıq sistemi vasitəsilə yalnız güclü yağıntılar, su daşqını, dolu, qar uçqunu, güclü külək haqqında məlumatı ötürmək mümkündür. O ki qaldı qaya uçqunu, qar uçqunu, torpaq sürüşməsi və s. kimi sürətlə baş verən təbii fəlakətlərə, onlara qarşı hazırlanmaq qeyri-mümkündür. Ancaq hadisələrin risklərini, xüsusilə də insanlar arasında itkiləri yumşaltmaq mümkündür.
1 oktyabrdan təhsil mandaturu xidmətinin funksiyaları artır
Qeyd olunan xəbəri, ümumi təhsil haqqında qanuna daxil edəcək dəyişkliklər nəzərdə tutur. Mandatur xidmətinə inklüziv təhsil komponenti də əlavə edilir. Bu, şəxslərin/şagirdlərin xüsusi təhsil ehtiyaclarının eyniləşdirilməsini nəzərdə tutur.
Dəyişklik layihəsinə müvafiq olaraq, 2024-cü ilin 1 yanvardan isə nazirliyin inklüziv təhsilinin multudisiplinar komandası, inteqrə edilmiş siniflərin və təhsil xidməti ekspertləri və İHHŞ – Müəllimlərin Peşə İnkişafı üzrə Milli Mərkəzin fərdi məsləhətçiləri İHHŞ – Təhsil müəssisələri Mandaturu Xidmətinə keçirlər.
Gürcüstan Hökuməti “Yaşlı Şəxslər haqqında Qanun” üzərində işləyir
Qeyd olunan haqqında Hökumətin qanunhazırlayanfəaliyyətinin qısamüddətli planında qeyd olunmuşdur. Qanun layihəsinin detalları, nəyi nəzərdə tutduğu göstərilməmişdir, lakin bunun yaşlıların hüquqlarının müdafiəsinə aid olduğu vurğulanır.
„ Yaşlı Şəxslər haqqında“ Gürcüstan qanununun qəbul edilməsi yaşlıların hüquqlarının daha effektli realizəsini nəzərdə tutur. Vahid Qanunvericilik çərçivəsinin mövcud olması yaşlılar hüquqlarını müdafiə etməyə dəstək verəcək və onlar üçün müvafiq proqramların və xidmətlərin hazırlanmasına kömək edəcəkdir,“- Hökumətin planında oxuyuruq.
Məlumat üçün, sözügedən qanun layihəsini Hökumət Parlamentə cari payız sessiyasında təqdim edəcəkdir.
Çin vətəndaşları üçün vizasız rejim qüvvəyə mindi
2023-cü ilin 11 sentyabrdan etibarən, Çin Xalq Respublikası vətəndaşları və Çində daima yaşayan şəxslər üçün güzəştli viza rejimi qüvvəyə minmişdir. Xarici İşlər Nazirinin məlumatına əsasən, yeni tənzimləməyə görə, Çin vətəndaşları və ölkədə daima yaşayan şəxslər, Gürcüstana vizasız daxil ola bilər və ölkə ərazisində 30 gün qala bilərlər.
„Qeyd olunan dəyişiklik Hökumətin 225-ci qərarına artıq daxil edilmişdir. Reqlament 2023-cü ilin 11 sentyabrından qüvvədədir“, – məlumatda qeyd edilir.