დაიჯესტი აზერბაიჯანულ ენაზე
Efirdə azərbaycan dilində həftəlik icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və Knews.ge informasiya agentliyinin səhifəsində dinləyə bilərsiniz.
Bioistehsalı dəstəkləmək proqramı ilə əsasən üzümçülər maraqlanırlar
Bioistehsalı dəstəkləmək proqramından istifadə etmək istəyənlərin sayı yavaş-yavaş artır. Proqram çərçivəsində, bioistehsalla daha çox üzümçülər maraqlanırlar.
“Proqram pilot xarakterlidir. Başlamasından 10 ay ötüb. İlk günlərdə müraciət az idi, ancaq aktiv kommunikasiya görüşləri keçirtdik, nəticədə, bu cür fəallığımız öz barını verdi və aktivlik nisbətən artdı. Hazırkı mərhələdə 33 müqavilə bağlanıb və müraciət edənlərin sayı da 60-a çıxıb. Əsas istiqamətləri üzümçülükdən gələn müraciətlər təşkil edir”, – bioistehsalat proqramı koordinatoru Qiorqi Tsaqareişvili bildirir.
Bioistehsalatın Dəstək Proqramı 2022-ci ilin avqustundan fəaliyyətdədir.
Tianeti-Axmeta-Ğvareli-Niniqori yolunun reabilitasiyası nələri nəzərdə tutur
Tianeti-Axmeta-Ğvareli-Niniqori avtomobil yolunun 11.5 km-lıq hissəsinin reabilitasiya işləri aktiv şəkildə davam edir.
Avtomobil Yolları Departamentinin məlumatına əsasən, reabilitasiya olunacaq yol Telavi bələdiyyəsində yerləşir – Cuğaani kəndindən başlayır, Saniore, Napareuli kəndlərindən keçərək Şakriani kəndi yanında başa çatır. Yolun ətrafında evlər və həyətlər, yanacaqdoldurma məntəqələri, kommersial sahələr və kənd-təsərrüfat torpaqları yerləşir. Beləliklə, bu yolun fəaliyyəti yerli əhali üçün olduqca əhəmiyyətlidir.
Gücrüstanda 5 ha-dan çox torpağı təsərrüfatların yalnız 1.5%-i işlədir
Gürcüstanda beş hektardan çox torpağı təsərrüfatların yalnız 1.5% işlədir. Bunun haqqında Kənd təsərrüfatı Nazirliyi tərəfindən hazırlanan strateji sənəddə „Gürcüstanın aşağıemissiyalı inkişafının uzunmüddətli konsepsiyası 2023”-də yazılıb. Sənədə əsasən, kənd təsərrüfatında işləyənlərin ümumi işlə təmin faizi 19.8% təşkil edir. Sənədə əsasən, kənd təsərrüfatı sektorunda işləyənlərin əksəriyyəti şəxsi təsərrüfatlarında, kiçik torpaq sahələrində işləyir. Gürcüstanda təsərrüfatların 73.1% bir hektaradək torpağı işləyir, 25% – birdən beş hektara qədər və yalnız 1.5% beş hektardan çox torpağı işləyir. Torpaq qıtlığı iri kənd-təsərrüfatı istehsalın inkişafının və miqyas effektindən faydalanmağın qarşısını alır. 2012-ci illə müqayisədə, 2018-ci ildə səpilən sahələr 20%-lə azaldı. Ən çox qarğıdalı sahələri azaldı. Məhsulun ümdə həcminin azalmasına baxmayaraq, məhsuldarlıq bir hektar üzrə bütün birillik mədəniyyətlərdə müsbətdir
Kaxetidə paraplanla uçmaq üçün hava sahəsi ayrılacaqdır
İqtisadiyyət Naziri müavini Mariam Kvrivişviliyə əsasən, Kaxetidə paraplanla uçuşlar üçün hava sahəsi ayrılacaqdır.
„İqtisadiyyat nazirliyi, onun aidiyyatlı idarələri Gürcüstan Paraglaydlinq Federasiyası ilə olduqca fəal şəkildə əməkdaşlıq edirlər, müxtəlif cari məsələlər üzrə işgüzar görüşlər keçirdir və başlıca hədəfimiz paraplanlarla uçuşları tezliklə bərpa etmək və onların təhlükəsiz istismarını təmin etməkdir“, – Mariam Kvrivişvili bildirmişdir.
Onun sözlərinə görə, əlavədən 11 lokasiyada paraplan uçuşları üçün hava sahələrini ayırmaq məsələsi də müzakirə edilməkdədir, o cümlədən, Tbilisi, Kaxeti, Mestiya, Qoderdzi, Bakuriani və başqa ərazilərdə.
Sentyabrdan bölgələrdə bizneslər üçün qaz 13 tetrilə ucuzlaşacaqdır
Təbii qazın tariflərinin azaldılması haqqında bəyənatı qazayırıcı şirkət yaymışdır.
„Pərakənə qeyri-iaşə (kommersial) istehlakçı üçün 1 M3 təbii qazın qiyməti 1,38 lari əvəzində, ƏDV daxil 1,25 tetri olacaqdır. İaşə (əhalinin) tarifi dəyişməz olaraq qalır. Həmin tarif Gürcüstan Energetika və Sutəchizatını Tənzimləyən Milli Komissiya tərəfindən müəyyənləşdirilmişdir“, – Komissiyadan bildirirlər.
Vazisubani kəndinin,,Sanaqiri” monastrı- görməli olduğun yer
Qurcaani bələdiyyəsinin Vazisubani kəndində yerləşən ,,Sanaqiri” monastrı Həzrəti Məryəm (ə) adınadır. Tarixçi Tamaz Markozaşviliyə əsasən, tarixi abidə 9-cu əsrin sonunda tikilmişdir. Planla monastr böyük ölçülü, üç kilsəli bazilikadır. Bazilikanın əsas (orta) kilsəsi Hz. Məryəm (ə) adınadır. Onun yanlarında Müqəddəs Qiorqi və Müqəddəs Barbare kilsələri tikilib. Monastr bu gün də fəaliyyət göstərir.
Oktaybrın birində Qurcaanidə növbədənkənar seçkilər keçiriləcəkdir.
Bir oktyabrda Qurcaani merisinin növbədən kənar seçkiləri keçiriləcəkdir. Seçkilərin təyin edilməsi haqqında müvafiq qərarı Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən iclasda vermişdir. İclas başa çatdıqdan sonra keçirilən brifinqdə MSK mətbuat katibi Natia İoselianinin bildirdiyi kimi, seçicilər 1 oktyabrda Gürcüstan Parlamentinin Qori-Kaspi millət vəkilini və Qurcaani merisini seçəcəklər.
Gürcüstandan Rusiyaya Amerika avtomobillərinin ixracı qadağan edildi
„ Gürcüstan ərazisində ABD -dən gətirilən maşınlar üzərində 1 avqustdan etibarən reeksport/ixracat məhdudiyyəti şamil edildi. Avropadan gətirilən avtomobillər üzərində məhdudiyyət isə 26 sentyabrdan etibarən qüvvəyə minəcəkdir. Bütün bunları təyin edilən sanksiyaların 11-ci paketi nəzərdə tutur“, – gəlirlər xidmətindən bildirirlər.
Avropa İttifaqı sanksiyalarının onbirinci paketinə əsasən, Rusiyaya mühərriyinin həcmi 1,900 küb santimetrdən çox olan (1,9 litr) ikinci əl və yaxud yeni avtomobili daxil etmək qadağandır. Rusiyaya habelə yeni və ikinci əl elektrikli maşınları daxil etmək də qadağan edilir. Mühərriyinin ölçüsünə baxmayaraq Rusiyaya yeni və ikinci əl hibrid avtomobil modellərini daxil etmək də qadağandır. Sanksiyaların əvvəlki paketi ilə Rusiyaya 50,000 avrodan baha olan avtomobilləri aparmaq qadağan idi.