ახალი ამბებიპოდკასტები

დაიჯესტი აზერბაიჯანულ ენაზე

Efirdə azərbaycan dilində həftəlik icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və Knews.ge informasiya agentliyinin səhifəsində dinləyə bilərsiniz.

Senat Robin Daniqanın Gürcüstanda ABŞ səfiri vəzifəsinə təyin edilməsini dəstəklədi

Daniqan qeyd olunan vəzifədə Kelli Deqnanı əvəz edəcəkdir. Məlumat üçün xatırladaq ki, Daniqan buna qədər Mərkəzi və Şərqi Avropada, Avropa və Avrasiya İşləri Bürosunda Dövlət Katibinin köməkçisi vəzifəsini tuturdu. Ona qədər o Viyanada, Avstriyada ABŞ səfiri vəzifəsini yerinə yetirir, habelə enerji qaynaqlar bürosu katibi müavini idi.  Daniqan Viyetnam, Çili, Türkiyə, Kuba və El Salvadordakı ABŞ səfirliklərində işləyirdi.

 İğalto kəndində ənənəvi palazın bərpası və inkişafı emalatxanası açıldı

Telavi bələdiyyəsinin İğalto kəndində, İğalto Akademiyasının yanında, ənənəvi palaz emalatxanası açıldı. Məlumat “Pesvebi” emalatxanasının sosial şəbəkə səhifəsində dərc edildi. Onların məlumatına əsasən,  bina lazımlı avadanlıqlarla təchiz edilib və həvəskarlar bu unikal işi xoş və dostyana bir mühitdə öyrənə bilərlər.

,,Tədris kursunu “Pesvebi” gürcü brendinin təsisçisi – Nino Baxutaşvili aparacaqdır. Kurs həm nəzəri, həm də praktiki dərsləri nəzərdə tutur: gürcü  praktiki incəsənətinin əsasları, palaz toxuma texnikası, təbii boyalardan istifadə etmək, aksesuarların hazırlanması.  Kim bizə qoşularaq yeni peşəni öyrənmək istəyirsə bizimlə əlaqə saxlasın (tel: 599 12 10 37). Bizim tərəfdaşlarımız Alaverdi yeparxiyası və “Badaqoni” çaxır şirkətidir” – emalatxananın yaydığı açıqlamada oxuyuruq.

Robofarm- Axmetalı gənclər tərəfindən fermerlərə yardım etmək üçün yaradılan robot

Axmetada yaşayan gənclər fermerlərə kömək etmək üçün robot və aplikasiya yaratdılar. Robot bitkinin 6 növ xəstəliyini aşkarlamağa, torpaqdan analiz götürməyə qadirdir. Robofarm süni intelekt tərəfindən idarə edilir.

İdeya müəlliflərindən biri Axmeta #1 ictimai məktəb şagirdi, 15 yaşlı Mariam Svimonişvili bildirir ki, Robofarm fermerə işini asandlaşdıracaqdır.

,,Süni intellekt vasitəsilə alqoritmlər yaratdıq. Alqoritmlər bitkinin 6 növ xəstəliyini aşkarlaya bilir”,-Mariam Svimonişvili knews.ge-yə bildirir.

Mariam Svimonişviliyə əsasən, Robofarm süni  intellekt vasitəsilə idarə edilir və onun imkanlarından tam istifadə etmək üçün fermerə hazırlanmaq lazım olacaqdır.

 Saqarecolu Şota Baçoşvili cudo üzrə Avropa Gənclər Olimpiya Festivalının qalibidir

Avropa XVII  gənclər olimpiya festivalının qalibi saqarecolu Şota Baçoşvilidir (-50 kq.). Sloveniyanın Maribor şəhərində keçirilən festivalda gürcü cudoçusu final görüşdə ipon fəndi ilə belçikalı rəqibini yenərək, qızıl medala sahib oldu.

   Gücrüstanda qastronomiya xəritəsi yaradılacaqdır

Gürcüstanda qastronomiya xəritəsi yaradılacaqdır. Xəritədə bölgələr üçün səciyyəvi olan yeməklər əks etdiriləcəkdir. Bunun haqqında qastronomiya turziminin biznes assosiasiyasının şərikli təsisçisi və assosiasiyanın sədri Tamar Sixarulidze bildirmişdir.

Onun izahına əsasən, qastronomiya turizmi istiqamətində ölkə böyük potensiala malikdir, çünki Gürcüstanın az qalsın bütün bölgəsinin özünə məxsus mətbəxi var.

“ Hazırda bir neçə assosiasiya Turizm Administrasiyası ilə birlikdə işləməyə başladıq. Bölgələrdə konkret yerlərə baş çəkirik.  Bundan sonra vahid xəritə hazırlanacaq və həmin yerlər əks etdiriləcəklər. Bu isə həm yerli, həm də beynəlxalq qonağa konkret bölgədə konkret yeri tapmaqda kömək edəcəkdir.“ -Sixarulidze bildirir.

Onun məlumatına əsasən, hazırkı mərhələdə qeyd olunan layihə çərçivəsində beynəlxalq nümunələrin tədqiqi işləri aparılır.

1 kq Rkatsiteli üzümünün qiyməti minimum 90 tetri olacaqdır

Bu il Dövlət üzümün qiymətini 20 tetri ilə maliyyələşdirəcəkdir və  1 kq Rkatsitelinin qiyməti minimum 90 tetri olacaqdır. Ötən illərdə subsidiyarlığın miqdarı 35 tetri idi. Yəni bu il Dövlət maliyyələşdirmənin miqdarını 15 tetri ilə azaltmışdır.  Sahə nümayəndələrinin dedikləri kimi, hər il üzümü maliyyələşdirmək sahəyə çox zərər verir və gürcü üzümünün keyfiyyətini xarab edir.

“Xomlis marani”-nin təsisçisi Tamaz Omanadze bildirir ki, ötən illərin təcrübəsi maliyyələşdirilmə şəraitində hansı keyfiyyətdə üzümün qəbul edildiyini göstərdi. Omanadzenin qənaətincə sahəni maliyyələşdirmək gürcü çaxırçılığı üçün məhvedici təsirə malikdir.

“maliyyələşdirilən üzüm toplanmağın Gürcüstanda necə keçdiyini bilirik. İsətnilən yerə gedib üzümün necə olduğunu və hansı keyfiyyətdə qəbul edildiyini görə bilərik.  Hamımız bilirik ki, çaxır üzüm bağından başlayır. Bu ənənəvi şərabçılığın bərpası deyil, məhvidir,”-  Tamaz Omanadze deyir.

Tsodniskari kəndində gənclər üçün istirahət məkanının tikintisinə başlandı

„ Kənddə artıq mövcud olan, idman meydançaları və uşaqların əylənmə parkının ətrafında, dincəlmək, rekreasiv məkan məhz gənclərin xahişi ilə planlaşdırıldı. Park abadlaşdırılacaqdır – skamyalar qoyulacaq, cığırlara dekorativ plitaları döşənəcək, ağaclar əkiləcək, işıqlandırmalar quraşdırılacaqdır.  Layihə kəndə dəstək proqramı çərçivəsində planlaşdırıldı və o həm mərkəzi, həm də yerli büdcədən  ümdə 76 375 lari ilə maliyyələşdirildi.  Tikinti işləri artıq başlamış və sentyabrın sonunda başa çatacaqdır”,- Laqodexi bələdiyyəsinin Meri Condo Mdivnişvili bildirmişdir.