დაიჯესტი აზერბაიჯანულ ენაზე
Efirdə azərbaycan dilində həftəlik icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və Knews.ge informasiya agentliyinin səhifəsində dinləyə bilərsiniz.
Saqarecoda övlad anasını öldürdü
Mövcud olan məlumata əsasən, Saqarecoda övlad anasını öldürdü. Hadisə Qiorqitsminda kəndində baş verdi. Yerlilərin məlumatına əsasən, qətl hadisəsindən qabaq dilləşmə halı olub. Bundan sonra qızı anasına qarın nayihəsinə soyuq silahala yaralar vurub. Qonşular anasını öldürdüyü ehtimal olunan qadının psixoloji problemləri olduğunu deyirlər. Cinayətin konkret motivi barədə hələki heç kimin məlumatı yoxudur. Təqsirkarlığı guman edilən şəxs artıq saxlanılıb.
Heyvana işgəncə vermək üzrə cəza sərtləşdi
Parlament “Cinayət məcəlləsinə” daxil ediləcək dəyşikliyi, sürətlənmiş şəkildə, üçüncü dinləmədə müzakirə etdi və 82 səslə dəstəklədi. Heyvana işgəncə vermək, amansızca rəftar etmək və yaxud başqa növ zorakılıq və xəsarət yetirmək cərimə, 120-dən 240 saata qədər ictimaiyyət üçün faydalı işlə, altı aydan bir ilə qədər ev dustaqlığı və yaxud iki il müddətilə azadlıqdan məhrum etməklə cəzalandırılır. Heyvana işgəncə vermək, onunla qəddarca rəftar etmək və yaxud başqa cür zorakılıq tətbiq etmək, hansı ki ölümlə nəticələnmişdir, cərimə, birdən-iki ilədək ev dustaqlığı və ya birdən üç ilədək azadlıqdan məhrum edilməklə cəzalandırılır.
Qabal icmasından olan etnik azərbaycanlı gənclər beynəlxalq layihələrdə iştirak edirlər
Bu addımı atan Arzu Calalova Erasmus+ proqramı ilə bir neçə ay əvvəl Almaniyaya səyahət etdi. O, bu dəfə Aygün Əliyeva ilə birlikdə Diversity + Inclusion layihəsində iştirak etdi.
“Ukraynalı, rumın, türk və azərbaycanlı gəncləri gördükdə, özümdən asılı olmayaraq qorxu hissi keşirtdim. Necə davranmalıyam, deyə özümə sual verirdim. Konkret nədən qorxduğumu anlamırdım. Layihə iştirakçıları ilə əlaqəyə girdikdən sonra qorxum yoxa çıxdı” – Aygün Əliyeva xatırlayır.
“Layihə çərçivəsində müxtəliflik, qadın hüquqları, ayrı-seçkili kimi mövzularla bağlı təlimlər keçdik. 🇪🇺 Erasmus+ proqramı biliklə yanaşı, bizə daha da müstəqil olmaq, başqa mədəniyyətdən olan adamlarla görüşmək və şəxsi inkişafımız üçün imkan verir. Gürcü qrupu Acaruli rəqsini oynadıqda bizə necə fərəhlə baxdıqları yaxşı yadımdadır!” – Arzu Calalova bildirir.
Gürcü dənəlilər sahəsi məhv olmaq üzərədir
Kaxeti bölgəsində yaşayan fermerlər dənəlilər məhsulunu götürməyi və satışını çatdıra bilmirlər. Hökumətin idxal edilən una müvvəqqəti vergi təyin etməsinə baxmayaraq, problemlər yenə də həll olunmayıb. Fermerlər ötən ilin məhsulunu yenə də satmayıblar. Dövlət tərəfindən müəyyənləşdirilmiş vergilərin təyin edilməsindən bu yana yalnız 10% taxıl satılıb. 90% isə yenə də qalır və anbardadır.
Ötən il qəbul edilən dənəlilərin satılmamış miqdarına yeni məhsul da əlavə edilir. Dedoplistsğaro, Siğnaği və saqarecoda artıq toplamağa başlayıblar. Fermerlər nə kimi problemlərlə üzləşirlər, çıxış yolları nədir bu haqda Knews.ge Dənəlilər İstehsal edənlər Assosiasiyasının rəhbəri Nikoloz Benianidze ilə danışdı. Benianidzenin bildirdiyi kimi, Hökumət tərəfindən atılan addım problemi həll edə bilmədi və fermerlər yenə çətin vəziyyətdədirlər. 1 kq taxıl hazırda 45 tetri olsa belə, alıcı yenə də görünmür.
Saqareco azad sənaye zonasının fəaliyyəti müddətləri uzadıldı
2023-cü ilin 1 sentyabr əvəzinə, müddət kimi 2024-cü ilin 1 sentyabrı təyin edildi. Hökumətin müvafiq qərarı Qanunvericilik xəbərçisində dərc edildi.
Xatırladaq ki, Saqareco ASZ-i haqqında Hökumətin qərarı 2022-ci ilin oktyabrında dərc edildi. 2023-cü il 27 iyun qərarına əsasən, zona administratoru 2024-cü ilin 1 iyulunadək Gürcüstan Iqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin PHHŞ – Məkan və Şəhərsalmanın İnkişafı Agentliyinə razılaşdırılması üçün Azad Sənayə Zonasının salınması üzrə detallı planı təqdim etməlidir. Zona 1,117,450 kv/m qeyri-kənd təsərrüfat təyinatlı torpaq sahəsində qurulacaqdır. Administrator səlahiyyətlərini MMC „Asi Qrup Corciya“ icra edir. İdarəçi şirkət, Saqareco ASZ-nın giriş-çıxışında gömrük-buraxılış məntəqəsi quraşdırmalı, onu müvafiq infrastruktur və texnika-avadanlıqla bu kimi şərtlərə riayət etməklə təchiz etməlidir: gömrük buraxılış məntəqəsi ərazisindəki tikililər və xüsusi texnikanın (o cümlədən əllə daşınan yükün rentgenoskanerin) yerləşdiriməsi, xüsusi avtomobil tərəzisinin yerləşdirilməsi; məntəqəni gömrükxana bəyannaməsini doldurmaq, uçot vəsiqəsi yazmaq və nəzarətdən çıxarmaq üçün zəruri kompüter texnikası ilə, habelə gəlirlər xidmətinin verilmişlər üzrə elektron bazası ilə əlaqəni təmin etmək və s.
Ğvareli aksiyasında saxlanılanlara qarşı inzibati məhkəmə prosesinə xitam verildi
Sergey Lavrovun ailə üzvlərinin toyuna etiraz etdikləri üçün saxlanılan şəxslərə qarşı inzibati məhkəmə prosesinə xitam verildi. Qərarı Siğnaği Rayon Məhkəməsi hakimi Lika Bokeriya almışdır. Məhkəmə iclasında hər iki tərəf öz arqumentlərini və dəlillərini təqdim etsə də, məhkəmə xətalarda ittiham edilən Laşa Parulava və Qiorqi Lomidzeyə qarşı kifayət qədər dəlillərin olmadığını hesab etdi. Xatırladaq ki, ictimai fəalları – Parulavanı və Lomidzeni, hüquqmühafizəçiləri mayın iyirmisində Ğvareli gölü ərazisində saxladılar. Hər iki şəxs Lavrovun qızının ailə üzvlərinin Gürcüstandakı toylarına etiraz edirdi. DİN saxlanınların İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş xırda xuliqanlıq və hüquqmühafizəçilərin qanuni tələblərinə tabe olmadıqlarını iddia edirdi.