დაიჯესტი აზერბაიჯანულ ენაზე
Kelli Deqnan – Avropa Komissiyasının qiymətləndirməsi ümid vericidir
Hesab edirəm ki, Gürcüstanın tərəqqisi ilə bağlı dünənki rəylər 12-dən 3 meyarın yerinə yetirilməsi ilə bağlı işləri tanıyır və bu çox əhəmiyyətlidir, – bu haqda Gürcüstanda ABŞ səfiri, Kelli Deqnan bildirmişdir.
„Parlamentin deoliqarxizasiya qanununa davam etməmə qərarı çox yaxşı qəbul edildi. Venesiya Komissiyası, Avropa Komissiyası və Avropa Şurası qeyd olunan qanunlayihəsinin hazırlandığı kimi qəbul edilməsinin Gürcüstanın demokratik sestemində həddini aşmış siyasi və maliyyə təsirini aradan qaldırmağın yolu olmadığını göstərmişdir“, – Səfir qeyd etmişdir.
Səfirin sözlərinə görə, hamı 12 tövsiyyə ilə nəzərdə tutulmuş islahatların həyata keçirilməsinin çətin olduğunu anlayır, ancaq bu Gürcüstan və onun demokratik inkişafı üçün olduqca vacibdir.
Kextinin 4 bələdiyyəsində fiziki şəxslərə otlaqlar müvəqqəti şəkildə verildi
Gürcüstan Hökuməti tərəfindən irəli sürülən „Dövlət mülkiyyətində mövcud olan otlaqların əlçatımlılıq proqramı” çərçivəsində, müxtəlif bələdiyyələrdə yerləşən otlaq kateqoriyalı 66 torpaq sahəsi 45 fiziki şəxsə müvəqqəti istifadə üçün verildi. İqtisadiyyat nazirliyinin Dövlət Əmlak üzrə Milli Agnetliyi və KƏnd təsərrüfatı nazirliyinin PHHŞ “Torpağın dayanıqlı idarəsi və torpaqdan istifadə etməyin monitorinqi üzrə Milli Agentliyin” aktiv fəaliyyəti nəticəsində, Dedoplistsğaro, Siğnaği, Ninotsminda, Tetritsğaro, Qori, Borcomi, Dmanisi, Saqareco, Tsğaltubo, Ğvareli, Aspindza, Msxeta, və Kazbeqi bələdiyyəlrəində yerləşən, ümdə 6467,4 ha otlaq fermerlərə, 3 illik icarə hüququ ilə verildi. Xatırladaq ki, proqramda iştirak etmək istəyən şəxs otlağı seçən, bəyənat təqdim edərkən onun və ya şərikinin mülkiyyətində kifayət qədər iri və ya kiçik baş heyvanının olmasını göstərməlidir.
Dedoplistsğaroda plastik emal edən müəssisə “Ekospartaneli” fəaliyyətə başladı
Müəssisəni quraşdırmaq üçün investisiyanın həcmi 209,000 laridən çox təşkil etdi, o cümlədən, kəndin inkişafı proqramının şərikli maliyyəsi 145,000 laridir.
„Gürcüstanda kəndin inkişafını yaxşılaşdırmaq” koordinatoru Qiorqi Simintiya yeni açılmış müəssisəyə baş çəkdi. „Kən təsərrüfatı inkişafı proqramı çərçivəsində yeni müəssisə açıldı, burda 100 tonadək plastik və makulaturanı emal etmək olar. Şirkət yerli əhalidən makulatıranı və plastik butulkalarını qəbul edir. Qeyd etmək lazımdır ki, bu bölgədə ilk müəssisədir və orda 10 adam işləyir”, – Kənd inkişaf agentliyi direktoru müavini Natalia Xaratişvili bildirmişdir.
,,Qurcaani dondurması” mövsum üçün bir neçə yeni növ dondurma buraxdı
Şirkətdən bildirirlər ki, bu ilki mövsümü bir neçə yeni növ dondurma ilə qarşıladılar. „Xveula“ dondurmasına, yeni dadlar əlavə etdilər: şaftalı və qovun, habelə şirkət 0,5 kq-lıq qablama ilə manqo, qovun və çiyələm aromatlı ailə dondurmasını buraxdı. Tezliklə isə “Xveula” dondurmasının qarpız, qovun və manqo dadları ilə istehsalı planlaşdırılır.
Kaxetidə çəyirtkələrə qarşı mübarizə pestisidlərini təcrübədən keçirdilər
Qafqaz, Mərkəzi asiya və Avropa ölkələrinin bitkilərin mühafizəsi mütəxəssisəlinin iştirakı ilə, Kaxeti bölgəsində, Taribana çölündə, italiya və mərakeş çəyirtkəsinə qarşı bioloji pestisidin təcrübə araşdırmaları aparıldı. Araşdırmalar BMT Qida və kənt təsərrüfatı Təşkilatı (FAO) proqramının „Qafqaz və Mərkəzi asiyada yerli və regional səviyyədə çəyirtkələrin idarəsi” və ABŞ beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyilə aparılan “ Qafqaz və Mərkəzi asiyada çəyirtkələrdən irəli gələn fəlakətlər riskini azaltmaq” adı altında həyata keçirildi.
Çəyirtkələr və başqa zərərli cisimlərə qarşı bioloji preparatın test təcrübəsi müxtəlif ölkələrdə, o cümlədən Gürcüstanda, vaxtaşırı keçirilir. Araşdırmalarda İtaliyadan, Sardiniya bölgəsindən bitki mühafizəçiləri iştirak etdilər. İtaliyalı mütəxəssislər çəyirtkələrə qarşı çoxillik təcrübələrini paylaşdılar. Bitkiləri mühafizə edən ekspertlərin izah etdikləri kimi, bioloji prepartlar yalnız çəyirtkələrə təsir edir və beləki ətraf mühitə ziyan vurmur.
Bağırın köçürülmə əməliyyatını tamamilə Dövlət qarşılayacaqdır
Hökumət iclasından sonra Səhiyyə Naziri Zurab Azaraşvili bildirdi ki, indiyədək 120 min larilik əməliyyatdan Dövlət yalnız 70 min larini qarşılayırdı.
„ Qərar verdik ki, bu əməliyyatı tamamlə maliyyələşdirək. Bəzi hallarda 50 min larini toplamaq da çətin idi, onun üçün də tamamilə, yəni həm diaqnostikanı, həm də əməliyyat xərclərini qarşılamağı qərara aldıq. Bağırın transplantasiyası halında 120 min larini bu gündən etibarən tamamilə Dövlət ödəyəcəkdir“, – Zurab Azaraşvili bildirmişdir.
Aqroturizm və şərab turizmi statusu olan şəxslər üçün vergi güzəştlərinin təyin edilməsi planlaşdırılır
“Vergi məcəlləsinə” müvafiq dəyişikliklər daxil edilir. Təşəbbüs Parlement bürosu iclasında təqdim ediləcəkdir. Qanunlayihəsi ilə illik gəlirlərinin 500 000 larini keçməyən şəxslərə şamil ediləcəkdir. Qanunlayihəsinə əsasən gəlir vergisi ilə vergiləndirməkdən aqroturist və şərab turistliyi fəaliyyətləri subyektlərinin əldə etdikləri gəlirlər və verdikləri maaşlar 10 il ərzində azad ediləcəklər. Qanunlayihəsinin qüvvəyə minmə müddəti kimi 1 iyul 2025-ci il müəyyənləşəcəkdir.