ახალი ამბებიპოდკასტები

დაიჯესტი აზერბაიჯანულ ენაზე

Efirdə azərbaycan dilində həftəlik icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və Knews.ge informasiya agentliyinin səhifəsində dinləyə bilərsiniz.

Dedoplistsğaro bələdiyyəsi merinin birinci müavini Qela Samukaşvili olacaqdır

Dedoplistğaro bələdiyyəsi meri Nikoloz Caniaşvili əməkdaşlarına birinci müavinini təqdim etdi. Qela Samukaşvilinin Dövlət qulluğunda illərlə işləmək təcrübəsi var. Merin birinci müavini olmazdan əvvəl, o, meriyanın iqtisadiyyat və əmlak idarəsi xidmətinin rəisi kimi fəaliyyət göstərirdi, ona qədər, isə, İctimai Reyestrin Milli Agentliyində müxtəlif aparıcı mövqelərdə işləyirdi.

İş məkanında yükün əllə götürüb-daşınmasını xüsusi reqlament tənzimləyəcəkdir

Assosialaşdırma müqaviləsi ilə götürülən öhdəliyə əsasən, yükün əllə götürülməsi və səhhətin qorunması üzrə minimum tələb haqqında növbəti texniki reqlament təsdiq edildi. Reqlament əsas təhlükəsizlik normalarını müəyyənləşdirir.  Qeyd olunan məsələ üzrə monitorinqi Əmək Müfəttişliyi Xidməti aparacaqdır.  Qərar 1 iyun 2023-cü ildən qüvvəyə minəcəkdir.

Əmək müfəttişliyinin yaydığı açıqlamada deyildiyi kimi, iş məkanında həyata keçiriləcək fəaliyyətlər işlə təmin olunan və orda olan başqa şəxsin sağlamlığını korlama riski yarada bilər. Məhz oxşar hallardan yayınmaq üçün Gürcüstan Hökuməti tərəfindən iş yerində işə götürənin müvafiq təşkilati ölçülər götürməsi və iş məkanında yüklərin əllə qaldırılıb-daşınmasının qarısını almaq üçün tədbirlər keçirməsi qəbul edilmişdir.

3 ayda Gürüstanda yol-nəqliyyat qəzası hadisələrində 1 480 nəfər xəsarət almışdır

Statistika üzrə Milli Agentliyinin rəsmi verilmişlərilə, 3 ayda qəzaların qurbanı 93 nəfər oldu. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə, həlak olanların sayı 6%-lə azaldı. Cari ilin yanvar-mart dövründə, ölkədə tam 1 153 qəza baş verdi. O cümlədən 48 sərxoşluqdan irəli gəlib. Bununla belə, Sakstata əsəsən, cari ilin birinci rübündə Gürcüstanda 3 254 yanğın təsbit edildi. Yanğın nəticəsində 21 nəfər həlak oldu və 63 vətəndaş xəsarət aldı. Yanğın nəticəsində 135 tikili məhv oldu. Trefikinq statistiksına gəldikdə isə, rəsmi verilmişlərə əsasən, 3 ayda trefikinq maddəsi ilə 3 cinayət törədilmişdir və hələki heç biri açılmayıb.

Heyvanların gəzdirilməsi qaydası pozulduqda cərimələrin artması planlaşdırılır

Heyvanların Monitorinqi Agentliyi Direktoru, Qiorqi Kobiaşvilinin məlumatına əsasən, ev heyvanlarının gəzdirmə qaydalarının  pozulmasına görə, ola bilsin ki, sahibi üçün nəzərdə tutulan cərimə artsın. Onun bildirdiyi kimi, qeyd olunan yenilik üzərində Qanunvericilik orqanı artıq işləyir. Hazırda cərimənin miqdarı 20 laridir.

„Heyvan qeydiyyatdan keçmiş olmalıdır, metis olduqda sahibi sterilizasiya-kastrasiya etməyə borcludur. Gəzdirmə qaydalarına da riayət edilməlidir. saat 19:00-dan 23:00 saatadək, heyvanı bayıra çıxardıqda buruntaq və ya ipdən istifadə edilməlidir. Həmçinin buruntaq əvəzinə qısa ipdən də istifadə etmək olar. Bu minimum qaydalardır ki, heyvan sahibi ondan istifadə etməlidir. Gəzdirmə qaydaları mövcuddur, riayət edilmədikdə sahib 20 lari ilə cərimələnir. Məndə olan məlumata əsasən cərimələrin miqdarı artırılır. Bunu dəstəkləyirəm. Hesab edirəm ki, bu istiqamətdə böyük problem var.  Parklarda itlər üçün nəzərdə tutulan məkanlar boşdur, itləri uşaqlar olan yerə ipsiz buraxırlar“,- Qiorqi Kobiaşvili qeyd etmişdir.

Siğnağidə teatr festivalı keçiriləcəkdir.

3-dən 10 iyuna qədər Siğnaği şəhərində xalq teatrları və özəl həvəskar truppalarının ilk festivalı keçiriləcəkdir.  Soğnaği bələdiyyəsi meriyasının məlumatına əsasən, festivalın məqsədi teatrlar və özəl həvəskar truppaların həm gürcü, həm də beynəlxalq teatr məkanında popularlaşdırılmasıdır. Müsabiqə truppalarından əlavə, proqram bir həftə ərzində fasiləsiz keçiriləcəkdir:  masterklaslar, vorkşoplar və  açıq mühazirələr, hansıları ki teatr sahəsində fəaliyyət göstərən müxtəlif istiqamətli peşəkarlar aparacaqlar.

Telavi tarixi avtomobillərin sərgisinə ev sahibliyi edəcəkdir

21 mayda, saat 15:00 Telavi bələdiyyəsi meriyası və Telavi ekstremal idman klubunun dəstəyi ilə, tarixi avtomobillərin sərgisi keçiriləcəkdir. Tədbir Gürcüstan tarixi Avtomobillər Assosiasiyasının təşkilatçılığı ilə keçiriləcəkdir. Avto klassikanın böyük sərgisində avtomobilinin yaşı 30-dan çox olan, arzu edən şəxs iştirak edə bilər. Tədbirdə musiqi bendi Cover city ifa edəcəkdir.

,,Bu ilki mövsumu Telavidən başlayırıq. Bu şəhər bizim dostluğumuzun rəmzinə çevrildi. Onun üçün də telaviyə unudulmaz avtoklassika festivalını bir daha bəxş etmək istəyirik. 21 mayda sərgi baş tutacaq.  Tədbirin əyləncə hissəsində Simulexracing tərəfindən avtomobil simulyasiyaları təqdim ediləcəkdir. Həmçinin Hobi Şop müxtəlif kolleksiya modelləri mağazası da açılacaq.  21 mayda Tbilisidən avtomobil kolonu ilə Telaviyə yollanacağıq. Bütün iştirakçılar yol qaydalarına riayət etməli və ekstremal elementlərdən yayınmalıdır”,-  tədbirin təşkilatçıları bildirirlər.

Ğvarelidə yeni mehmanxana „Tilia Ğvareli Resort“  açıldı

25 otaqlı mehmanxananın  açılma ideyası ABŞ və Gürcüstan vətəndaşı Natia Qamğrelidzeyə məxsusdur. O, 2 il bundan əvvəl, Amerikada yaşayarkən bu fikrə gəlmiş və bunun üçün şirkət açmışdır.  Məqsədi Amerikadan Gürcüstana qayıtmaq və öz biznesinə başlamaq idi. Özü Tbilisidən olsa da yer olaraq Kaxetini seçmişdir.

„Kaxetini uşaqlıqdan sevirəm. Bir müddət Amerikada yaşayırdım. Geri dönmək barədə düşünməyə başladıqda, öz biznesimi qurmağa qərar verdim. Mehmanxana üçün yeri Ğvarelidə seçdik. Adı mən və həyat yoldaşım Roman Nazğaidze tərəfindən seçilib.  Məsələ oldur ki, mehmanxana palıd və cökə ağacları olan dağın dibində tikilib. Cökənin latınca adı „Tilia“-dır, bununla yanaşı bu adda “İlia” da var. Bu adı məhz bunun üçün seçdik“, –  Natia Qamğrelidze deyir.

“Tilia Ğvareli Rezort” mehmanxanası  5 500 kv.m. sahədə yerləşir.  Mehmanxananın  layihəsi restoranı, 40 nəfərlik konfras məkanını və açıq hovuzu əhatə edir.  Erkən mərhələdə mehmanxanada 10  nəfər işləyəcək. Layihə 5 mln lari sərmayəsi ilə başa gəlib.