ახალი ამბებიპოდკასტები

დაიჯესტი აზერბაიჯანულ ენაზე

Efirdə azərbaycan dilində həftəlik icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və Knews.ge informasiya agentliyinin səhifəsində dinləyə bilərsiniz.

Ölkədə mövcud olan arıçılıq təsərrüfatlarının qeydiyyatı başlayır

Ərzaq üzrə Milli Agentlikdən bildirdikləri kimi,  proses aktiv fazadadır və  ölkədəki bütün biznesoperatorlar siyahıya alınacaqlar.

Bildiyiniz kimi, identifikasiya-qeydiyyat üzrə elektron sistem mövcuddur. Sistemə iri baş malın identifikasiyası verilmişləri birləşmişdir.  Bu sistemə indi arıçılar da qoşulurlar. Bu balın izlənilməsi, dəqiq statistika, təhlükəsizlik və arıların sağlamlığına nəzarət etmək üçün vacibdir“ –  Ərzaq üzrə Milli Agentliyinin Ərzaq departamenti Rəis müavini Anna Qezmanaşvili bildirmişdir.

Onun sözlərinə görə,  proses artıq başlanıb.  Arzu edənlər Agentliyə müraciət edərək, sistemdə qeydiyyatdan keçirilirlər.

Qurcaani Qastronom Akademiyasının məzunları yüksəkmaaşlı işlə təmin ediləcəklər

Bu haqda Qurcaani Qastronom istiqamətli Məktəb layihəsi təşəbbüskarı və sahə üzrə İqtisadiyyat və İqtisadi Siyasət Komitəsinin sədri Davit Sonğulaşvili bildirmişdir.

Onun məlumatına əsasən,  Akademiya 400 tələbə qəbul edəcək və tələbələr qastronomiya ilə bağlı -kulinariyadan tutmuş, restoran idarəsi ilə bitmiş, hər şeyi öyrənəcəklər. Onun sözlərinə görə,  tələbələrin  15% əcnəbi olacaq və onları  cəlb olunmasını Qafqaz Universiteti təmin edəcəkdir. Davit Sonğulaşvilinin dediyi kimi, Qurcaani Kulinariya Akademiyası təxminən 2024-cü ilin payızında, və yaxud, maksimum 2025-ci ilin baharında açılacaq və Qastronomiya turizminin inkişafına, habelə bütün dünyada gürcü qastronomiyası haqqında  məlumatın yayılmasına əhəmiyyətli dərəcədə dəstək verəcəkdir.

Ğvarelidə 25 yaşlı gənci axtarırlar

Ğvareli Bələdiyyəsinin Satsxene kəndində 25 yaşlı Levan Dolencaşvili, 8 apreldə evindən çıxıb və qayıtmamışdır. Ailə üzlərinin məlumatına əsasən, Levan kənd cavanları ilə bir süfrədə əyləşibmiş. Dolencaşvilinin axtarma əməliyyatına yerlilər,  xilasedici xidmət və sərhəd polisi cəlb olunub.

Nəqliyyat və Yollar Assosiasiyası Sərnişinləri bir çox hallarda texniki cəhətdən nasaz nəqliyyat vasitələri daşıyırlar.

Gürcüstan Nəqliyyat və yollar Assosiasiyasının məlumatına əsasən,  Gürcüstanda 55 210  mikroavtobus və avtobus qeydiyyatdan keçmişdir.  2022-ci ildə, bütün il boyu yoxlamadan  18 650, yəni qeydiyyatda olan nəqliyyat vasitələrinin yalnız 38.8% keçmişdir.  Gürcüstan Nəqliyyat və yollar Assosiasiyasından bildirirlər ki,  texniki yoxlayşdan 36 560 nəqliyyat vasitəsi  yəni  68.2% heç vaxt keçməmişdir. Onların məlumatına əsasən, yüksək ehtimalla, sərnişinləri bir çox hallarda texniki cəhətdən nasaz nəqliyyat vasitələri daşıyırlar.

Ölkədə  qida bankları yaradılacaqdır

Parlamentdə komitə müzakirələri üçün deputatlar tərəfindən  hazırlanmış  Qanunvericilik dəyişikliklər layihəsi təqdim edilib. Layihə  qida tullantıları, onların itkiləri və ianələrilə əlaqəlidir. Qanunvericiliklə, bizneslərə yeməkləri atmaq deyil, donasiya imkanı veriləcəkdir və bu addım müvafiq vergi güzəştləri ilə təşviq ediləcəkdir.  Qidanın etikentində göstərilmiş müddəti gedirsə, qüvvədə olan qanun ondan istifadə etməyi qadağan edir və biznes onu atmalıdır. Təqdim edilən dəyişikliklərlə isə etiketdə göstərilmiş müddət keçdikdə, insanın səhhəti üçün təhlükəli olmayan, az riskli məhsullardan istifadə etmək mümkün olacaqdır. Bu isə biznes sektora qeyd olunan məhsulu məhv etməməyə, onları xeyriyyə təşkilatlarına, qida banklarına təhvil verməyə ixtiyar verəcəkdir.

Fəlakət Saqarecoda torpaq sahələrini, üzüm bağlarını, məhəllədaxili yolları və yaşayış evlərini korladı

Bələdiyyə Meriyasının məlumatına əsasən,  bir neçə inzibati vahidlikdə: Böyük və Kiçik Çailuri, Manavi, Ğandaura və Badiauri kəndlərində torpaq sahələri, üzüm bağları, yaşayış evləri xəsarət aldı.  İdarənin verdiyi məlumata görə, məhəllədaxili yollar da fəlakətdən öz nəsibini almışdır.  Saqareco bələdiyyəsi Meri, Avtandil Qulikaşvilinin tapşırığı ilə, infrastruktur xidmətinin müvafiq qrupu tərəfindən vurulan zərər hesablanmaqdadır.

Çörək bişirənlər Assosiasiyasında  çörəyin 10 tetri ucuzlaşdığını bildirirlər

İstehlakçılar bu gündən etibarən ticarət obyektlərində geniş istifadə edilən çörəkləri 10 tetri ucuz alacaqdır.  Ustehsalçıların izahına görə, səbəb bazarda unun azalmış qiymətləridir. Ötən ilindən bu günə qədər, bir kisə un təxminən 15 lari ucuzlaşmışdır. Hazırda bir kisə unun qiyməti 52-55 lari çərçivəsindədir. Qeyd etmək gərəkdir ki, istehsalçılar bu mərhələdə Kənd təsərrüfatı Nazirliyi ilə danışıqlar aparırlar ki,  geniş istifadə edilən çörəyin istehsalçıları üçün kommunal tariflərə yenidən baxılsın. Onların sözlərinə görə, danışıqlıqlar uğurla başa çatarsa, çörəyin qiyməti daha da ucuzlaşar.

Çumlaği kəndində istehsal edilən natural içki BƏƏ və Çin bazarına göndəriləcəkdir

Qurcaani Bələdiyyəsinin Çumlaği kəndində istehsal edilən “Ketili da patiosani” adlı (tərcümədə “Çox gözəl və çox pakizə”) təbii içki Fransa, BƏƏ və Çin bazarına daxil olmaq üçün hazırlaşır. Şirkət nümayəndələrinin məlumatına əsasən, gürcü məhsuluna xaricdən böyük tələbat var və şirkət yeni bazarları mənimsəməyə hazırdır. Onların sözlərinə görə, meyvə şirniləri və püreləri artıq bir neçə ölkəyə ixrac edilir, o cümlədən Böyük Britaniyaya, Almaniyaya, ABŞ-a məhsullar artıq göndərilmişdir.  “Ketili da Patiosani”  “Gürcü Aqroprodukt” şirkətinin müəssisəsində hazırlanır. Layihənin ilkin investisiya dəyəri 5 milyon  dollardır.

Ticarətçi xidməti gürcü dilində göstərməyə borcludurRəqabət Agentliyinin qərarı

Rəqabət Agentliyinin qərarı ilə, ticarətçi xidməti gürcü dilində göstərməyə borcludur.  Məsələ odur ki, Agentlik vətəndaş Lana Ğançelinin ərizəsi əsasında “Veterinar Sentr Zooplazaya” qarşı  başladılan işi “ İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Gürcüstan Qanununun ehtimal olunan pozulması faktı üzrə başa çatdırdı. İşin öyrənilməsi çərçivəsində, Agentlik ticarətçi ilə şərti öhdəliklər müqaviləsi bağladı. Müqavilənin çərçivəsində ticarətçiyə  Qanunla müəyyənləşdirilmiş öhdəlikləri yerinə yetirmədiyi üçün zərərçəkən istehlakçıların hüquqlarını bərpa etməyi tapşırdı.  Daha konkret, işin öyrənilmə prosesində, ticarətçi xidməti gürcü dilində göstərəcəyinə dair öhdəlik götürdü. Həmçinin məlumatı və yazılı sənədləri gürcü dilində – aydın və anlaşılan şəkildə tam olaraq verməlidir.