დაიჯესტი აზერბაიჯანულ ენაზე
Efirdə azərbaycan dilində həftəlik icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və Knews.ge informasiya agentliyinin səhifəsində dinləyə bilərsiniz.
Gürcüstanda itləri çipləmək icbari olacaq
„ Qanunvericilik qüvvəyə mindikdən sonra, bütün itlər çiplənməli, eyniləşdirilməlidir. Beləki, heç bir veterinar klinika, zoomağaza, bazar çipsiz iti sata və artıra bilməz“,- bu haqda Ətraf mühitin mühafizəsi və Təbii resurslar Komitəsi Sədri Maya Butadze bildirmişdir.
Onun sözlərinə görə, dəyişikliklər nəticəsində küçəyə atılan it eyniləşdiriləcək və onu küçəyə atan sahibinə qarşı sanksiyalar tətbiq ediləcəkdir. Bundan əlavə, Maya Bitadzeyə əsasən, iti gəzdirmə qaydalarını pozanlar üçün də pul cərimələri artacaqdır.
Saqarecoda idmançıları mükafatlandırma mərasimi keçirildi
Beynəlxalq İdman Günü ilə bağlı, Saqarecoda, idmançıların mükafatlandırma mərasimi keçirildi. Saqarecoda yüksək nəticələri olan idmançıları və onların məşqçilərini təşviq etmək məqsədilə, qərarla müəyyənləşdirilmiş pul mükafatları verildi.
Mükafatlandırma mərasimində Kaxeti Dövlət Səlahiyyətlisi Qiorqi Aladaşvili və özünüidarəetmənin başqa nümayəndələri iştirak etdilər.
Hakimiyyət nümayəndələri, idmançılar və onların məşqçilərilə Saqareconun Mərkəzi Stadionunda görüşdülər, idmanda əldə etdikləri nailiyyətlər üçün təşəkkürnamələr verdilər və gələcək yarışmalarda uğurlar arzuladılar.
Ölkədə əmək miqrasiyası ilə bağlı tənzimatlar sərtləşir
Parlament ilk diləmə ilə, 82 səslə, „Əmək miqrasiyası haqqında” Gürcüstan Qanununda dəyişikliklərin aparılması haqqında” qanun layihəsini və onu müşaiyət edən qanun layihələrini təsdiq etdi.
Qanun layihəsini qəbul etməklə əmək miqrasiyasını tənzimləmək üçün mövcud olan hüquqi normalar həm əmək miqrasiyasını, həm də immiqrasiyanı effektli idarə etmək üçün təkmilləşdiriləcək və inkişaf etdiriləcəkdir. Layihəyə əsasən, miqrasiya qanununun gücləndirilməsi və avropa standartlarına yaxınlaşdırılması məqsədilə vasitəçi şirkətlər üçün icbari setrtifikatlaşdırılma qaydsı gətirilir. Sertifikatlaşdırılma tamamilə ödənişsiz olacaqdır; Sertifikatlaşdırmadan sonra məlumat açıq olacaq ki, vətəndaşlar üçün standartları təmin edən şirkətlər haqqında məlumat əlçatan olsun; şirkətlərin qanuni fəaliyyətləri təşviq ediləcək və dəstələcək; yerli əmək bazarında əcnəbilərn işlə təmin edilməsi prosesi Qanunvericilik səviyyəsində tənzimlənəcək və Gürcüstanda işlə təmin edilən xarici ölkələr vətəndaşları haqqında verilmişlər təkmilləşdiriləcəkdir və s. Qeyd olunan qanunlayihəsi Parlamentdə ötən ilin sonunda qeydiyyatdan keçmişdir.
Bu il çörəkçilərdə 522 yoxlayış həyata keçirildi, hüquqpozuntuları üzərə çıxdı – ƏMX
Pasxa bayramının yaxınlaşması ilə bağlı Ərzaq üzrə Milli Xidməti istehlakçı bazarını nəzarətdən keçirməyi aktivləşdirdi. Xidmət müfəttiş qrupları topdan, iri və kiçik ticarət obyektlərini bütün ölkə miqyasında yoxlayırlar. ƏMX-dan bildirdikləri kimi, xüsusi diqqət ət və yumurta satan obyektlərə, həmçinin qənnadıların nəzarətinə verilir. Yumurtanın yararlılıq vaxtı, etiketi və satış şəraitləri yoxlanılır, qənnadı çörəkçiləri və ət satan obyektlərdə isə proses, sanitar-gigiyenik vəziyyət və izlənilmə məqamlarına diqqət verilir.
“Cari ildə Xidmət çörəkçilərdə 522 təftiş işləri apardı və 42 halda sənədləri yoxladı, nəticədə 85 pozuntu üzərə çıxdı. Dövlət nəzarəti yumurtalar istehsal edən müəssisələrə də şamil oldu. 2 halda qanunpozuntusuna rast gəlindi. Cari yoxlayış nəticələrini Xidmət mərhələvi şəkildə paylaşacaqdır”, – Ərzaq üzrə Milli Agentliyin verdiyi məlumatda deyilir.
Ölkədə mövcud olan arıçılıq təsərrüfatları qeydiyyata alınacaqdır
Arı kötüklərinin siyahısı tutulacaqdır. Ərzaq üzrə Milli Agentlikdən bildirdikləri kimi, proses aktiv fazadadır və ölkədə arıçılıq təsərrüfatı olan bütün biznesoperatorlar siyahıya alınacaqlar.
„İdentifikasiya-qeydiyyat elektron sistemin mövcud olduğunu bilirsiniz. Ora iribaş heyvanların verilmişləri cəmlənmişdir. Bu sistemə indi arıçılar birləşirlər. Bu balın izlənilməsi üçün lazımdır və dəqiq statistika baxımından son dərəcə əhəmiyyətlidir – neçə biznesoperatorunun olduğunu və əlbəttə, arının sağlamlığı üçün“ – “Biznespartnyora” Ərzaq üzrə Milli Agentliyi Departamenti rəisi müavini Anna Qemazaşvili bildirmişdir. Onun sözlərinə görə, proses artıq başlamışdır.
Otlaqların idarəsi konsepsiyası sənədi hazırlandı
Gürcü və beynəlxalq ekspertlərin iştirakı ilə, Ətraf mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyində otlaqların idarəsi konsepsiyası sənədi hazırlandı. Torpağı Dayanıqlı İdarəsi və Torpaqdan faydalanma Monitorinqi üzrə Milli Agentliyi Sədri Qiorqi Mişeladze, nazirlik və Qafqaz Regional Ətraf mühitin Mühafizəsi Mərkəzi (REC Caucasus) nümayəndələri, Kaxeti bölgəsinin Dövlət müvəkkili və yerli özünüidarəetmənin rəhbərləri ilə birlikdə, konsepsiyanın əsas istiqamətlərini müzakirə etdilər.
Sənədlərlə təklif edilən əsas yenilik kənd otlaqlarının, qış və yay otlağı statusu qanunla müəyyənləşdirilməsidir. Həmçinin, dövlət və bələdiyyə mülkiyyətində olan otlaqlardan istifadə rejimlərini gətirməyi. Bu sonuncusu həm ümumi istifadəni, həm də icarəni nəzərdə tutur. İdarə üzrə bələdiyyə planlarına görə otlaqlar identifikasiya ediləcək, təsnifatı, zonalaşdırması və istifadə rejimləri müəyyənləşdiriləcəkdir. Otlaqların ümumi istifadəsi sistemi kəndlərə yaxın yerləşən otlaqlarda tətbiq ediləcəkdir. İstifadə edənlər birləşmələri yaradılacaq və kənd örüşləri onların istifadəsinə veriləcəkdir. Yerdə qalan otlaqlardan istifadə etmək icarə ilə mümkün olacaqdır. Siyasi sənəd otlaq Qanunvericilik paketini hazırlamağa əsas olacaqdır.
İcazəsiz küçə ticarəti haqqında, inzibati məsuliyyət sərtləşə bilər
Bunu “İnzibati Xətalar Məcəlləsində“ planlaşdırılan dəyişikliklər layihəsi nəzərdə tutur. Həmin layihəni Parlament ilk dinləmədə qəbul etdi. Qanun layihəsini hökumət hazırladı. Qüvvədə olan məcəllə ilə müəyyənləşdirilmiş normaya əsasən, icazəsiz küçə ticarəti fiziki və hüquqi şəxsin 20-dən 50 lariyə qədər cərimələnməsini və qanunpozuntusuna səbəb olan əşyanın müsadirəsini nəzərdə tutur.
Bununla belə, müvafiq orqanın səlahiyyətli şəxsin sərəncamına və ya tələblərinə tabe olmamaq 50-dən 100 lariyədək cəriməni və 7 günlük inzibati məhbusluğu nəzərdə tutur.
Saqarecoda İctimai Səhiyyə Mərkəzinin yeni binasının tikintisinə başlandı
Saqareco şəhərində, Kaxeti şossesində, İctimai Səhiyyə Mərkəzinin yeni binasının tikintisinə başlandı. Layihə yerli büdcədən 1 153 000 lari ilə maliyyələşdirilir və müqavilə ilə nəzərdə tutulmuş şərtlərə əsasən, cari ilin yayında başa çatacaqdır. Binanın təməlinin hazırlıq işləri ilə Bələdiyyənin meri Avtandil Qulikaşvili özü şəxsən, müavini ilə birlikdə yerində tanış oldu.