დაიჯესტი აზერბაიჯანულ ენაზე
Efirdə azərbaycan dilində həftəlik icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və Knews.ge informasiya agentliyinin səhifəsində dinləyə bilərsiniz.
Azərbaycan sərhədində, “Laqodexi” buraxılış məntəqəsində, yeni infratstuktur açılır
2023-cü ildə Gürcüstan-Azərbaycan sərhədində “Laqodexi” gömrük buraxılış məntəqəsində tamamilə yeni infrastruktur açılır – bu haqda Maliyyə naziri, Laşa Xutsişvili deyir.
„Ötən 2022-ci ildə, bizim Gürcüstan-Ermənistan sərhədində “Ninotsminda” gömrük buraxılış məntəqəsinin yeni binasını açmaq imkanımız oldu. 2023-cü ildə Gürcüstan-Azərbaycan sərhədində “Laqodexi” gömrük buraxılış məntəqəsində də tamamilə yeni infrastruktur açılır. Əlbəttə ki, başqa buraxılış məntəqələrinin də reabilitasiyası davam etdirilir“, – Maliyyə naziri qeyd etmişdir.
Məlumat üçün deyək ki, Azərbaycanın quru sərhədləri az qalsın üç ildir ki qapalıdır, o cümlədən Gürcüstanla da. İqtisadiyyat və Dayanıqlı İnkişaf Naziri Levan Davitaşvilinin açıqlaması ilə qonşu Azərbaycanın sərhədi açacağı gözlənilir.
Leçuri kəndinin qazlaşdırılması planlaşdırılır
Telavi bələdiyyəsinin Leçuri kəndinin qazlaşdırılmasına yaxın günlərdə start veriləcəkdir. Telavi Meri Levan Andriaşvilinin bildirdiyi kimi, kəndlərdə həyata keçirilən başqa infrastruktur layihələrlə birlikdə Leçuri kəndinin qazlaşdırılması da planlaşdırılır.
„ Tezliklə tender elan ediləcək və Leçuri kəndinin qazlaşdırılmasına başlanacaqdır. Bundan sonra kənd təbii qazla tamamilə təmin ediləcəkdir. Qeyd etmək lazımdır ki, qazlaşdırma cari ilin yay aylarının sonunda başa çatacaq və Telavi bələdiyyəsindən yalnız bir kənd – Tetritsğlebi qazsız qalmış olacaqdır ki, bu məsələnidə mütləq həll edəcəyik”,–Levan Andriaşvili bildirmişdir.
Telavidə Dabadxnebi yolunun reabilitasiyası işləri planlaşdırılır
Dabaxnebi küçəsinə çaxrax daşları düzülüb, onun üçün də qışda hərəkət etmək böyük təhlükə yaradır. Dabaxnebi küçəsində səkilər və küçə işıqlandırılması səhmana salınacaqdır. Reabilitasiya işlərini Telavi Bələdiyyəsinin meriyası aparacaq. Qeyd etmək lazımdır ki, ətraf ərazilərdə Dabbaqların tarixi bulaq infrastrukturu da yeniləndi. İş çərçivəsində həmin bulağa gedən cığır və istirahət məkanı da abadlaşdırıldı.
2023-cü ilin sonundan avropaya səyahət qaydaları dəyişir
60-dan çox ölkənin, o cümlədən Gürcüstan vətəndaşları Avropaya yollanmaq üçün icazə almalı olacaqlar. Yollanana qədər bəyənat doldurmaq lazım olacaq. Bəyənat elektron şəkildə doldurulacaq və bunun üçün 7 avro pul ödənəcəkdir. Bu sistem ETIAS adlanır və avropaya yollanmazdan əvvəl məlumatlanmağı və avtorizasiyanı nəzərdə tutur. Avropa ölkələri bu tələbi Şengenə vizasız səyahət edə biləcək dövlətlərin vətəndaşları üçün hazırlamışdır. Bu qayda Avropanın 30 ölkəsinə şamil olacaqdır, o cümlədən İtaliyaya, Avstriyaya, Belçikaya, Norvegiyaya, Yunanıstana, Almaniyaya. Səyahətin yeni qaydalarının qüvvəyə minməsinin səbəbi Avropada təhlükəsizlik normalarını müdafiə etməkdir. Sistem vizitorlarla bağlı lazımlı məlumatı toplayacaq və Avropa sərhədini kimin keçdiyini bildiyi üçün Avropa sakit olacaqdır.
Qeyd etmək lazımdır ki, həmin icazə üç il ərzində qüvvədə olacaqdır, beləki, vətəndaşların doldurduqları tətbiqin üç il müddəti olacaqdır. Bəyənat formasını doldurmaq olduqca asand prosedurdur. Onu 18 yaşından yuxarı olan vətəndaşlar doldurur və təxminən 10 dəqiqə vaxt tələb olunur. Doldurulmuş bəyənat məlumatlar bazasında elektron şəkildə saxlanılır, beləki, onu çap etməyə ehtiyac qalmır. Doldurduqdan sonra təsdiqisə tezliklə, elektron poçta göndərilir.
Saqarecodakı hücumda həlak olan polis – Otar Ğviniaşvili I dərəcəli– “Xüsusi xidmət” medalı ilə təltif olundu
DİN Kaxeti Polis Departamenitinin Saqareco Rayon İdarəsinin baş dedektivi, 20 yanvar gecəsi xidməti vəzifəsini yerinə yetirərkən həlak olan, polis baş leytenantı – Otar Ğviniaşvili hərbi ehtiramla dəfn olundu. DİN-in məlumatına görə, vəzifə borcunu yerinə yetirərkən həlak olan polisi son yolunda DİN naziri – Vaxtanq Qomelauri, onun müavinləri, nazirliyin müxtəlif bölmələri rəhbərləri, həlak olan polisin həmkarları və yaxınları ötürdülər. Fəxri qarovul mərhumun xatirəsinə ehtiram əlaməto olaraq yaylım atəşi açdı, dəfndən sonra isə mərhumun övladına Gürcüstan Dövlət Bayrağınıverdi.
DİN Nazirinin qərarı ilə, Saqarecoda baş verən hücum nəticəsində həlak olan polis – Otar Ğvinaşvili Nazirliyin I dərəcəli – “Xüsusi xidmət” medalı ilə təltif edildi.
Dekret məzuniyyəti müavinəti 1000 lari əvəzinə 2000 lari ilə müəyyənləşdirildi
Gürcüstan Baş-Naziri İrakli Ğaribaşvilinin rəhbərliyi ilə, Dövlət Administrasiyasında Hökumət iclası keçirildi. Nazirlər Kabineti üzvləri gündəliklə nəzərdə tutulan 11 məsələni müzakirə etdilər.
Müzakirə edilən məsələlər arasında Gürcüstan Hökuməti qərarının “Hamiləlik və doğuma görə maaşlı məzuniyyət və uşağa baxmaq üçün ödənişli məzuniyyət, habelə körpənin övladlığa götürmək üçün ayrılmış pul müavinəti miqdarını müəyyənləşdirmək və keçiriləcək bəzi tədbirlər haqqında“ layihə də vardı. Qərar layihəsinə əsasən, qeyd olunan pul müavinətinin miqdarı bütövlükdə 1000 lari əvəzinə 2000 lari ilə müəyyənləşdirildi. Bununla belə, ictimai məktəbin müəllimi, hamiləlik və doğuma, uşağa baxdığına, habelə körpəni övladlığa götürməsinə görə ödənişli məzuniyyətlərlə bağlı, yuxarıda qeyd olunan müavinətlə birlikdə, Gürcüstan Təhsil və Elm Nazirliyi tərəfindən əlavə maaş da veriləcəkdir; qərarın fəaliyyəti Gürcüstan Qanunvericiliyinə əsasən, 2023-cü ilin 1 yanvarından etibarən hamiləlik və doğuma görə məzuniyyətdən istifadə edənlərə, uşağa baxmaq üçün məzuniyyət və körpənin övladlığa götürmək məzuniyyətindən faydalananlara şamil ediləcəkdir.
Medpersonala minimum maaş verməyən klinikaların fəaliyyətləri dayandırıla bilər.
“Klinika menecmenti medpersonalın iş fəaliyyəti şəraitlərini, minimal maaşı ödəməkdən yayınmaq üçün pisləşdirsə, sanksiyalar işə düşəcək,“- bu haqda İctimai Yayımçıya verilmiş müsahibəsində Əmək Müfəttişliyinin rəhbəri Beqa Peradze bildirmişdir. Məlum olduğu kimi Zurab Azaraşvili bir neçə gün bundan əvvəl klinika rəhbərləri tibb bacı və qardaşları, daha az maaş ödəmək üçün, aşağı mövqelərə keçirdiyini bildirmişdir.
Beka Peradze idarənin qaynar xətti və başqa platformalara həkim və medpersonalın şikayətlərinin daxil olduğunu tədiqlədi. Şikayətlərdə həkimin və ya medpersonalıntutduğu vəzifədən aşağı mövqeyə keçirilməsi göstərilmişdir. Onun bildirdiyi kimi, bu işlərlə bağlı araşdırma başladılıb və fakt öz təsdiqini taparsa, pozuntu kimi qəbul ediləcəkdir.
Dedoplistsğaro bələdiyyəsinin Sabatlı kəndində İdeateka açıldı
Gürcüstan Bankı Gürcü Kitabı İnstitutu • Georgian Book Institute – ilə birlikdə, Kaxetidə, Dedaplistsğaro bələdiyyəsində ideateka açdı. Yeni təhsil məkanının açılışına Kaxeti Dövlət səlahiyyətlisi Qiorqi Aladaşvili Parlament üzvü Davit Sonğulaşvili, Dedoplistsğaro bələdiyyəsi meri Nikoloz Caniaşvili ilə birlikdə iştirak etdi. İdeatekalar həmişə xüsusi əhəmiyyətli yerlərdə açılır, o cümldən, sərhədyanı və etnik azlıqlarla məskunlaşmış bölgələrdə. İdeateka Kaxeti bölgəsinin üç kəndində eyni anda açıldı. Erisimedi Azərbaycan sərhədinə yaxımn yerləşən ekomiqrntlarla məskunlaşmışdır, Sabatlı və Ləmbəlidə isə müxtəlif etnik azlıqlar yaşayırlar.