დაიჯესტი აზერბაიჯანულ ენაზე
Efirdə azərbaycandilli icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və knews. ge informasiya agentliyinin səhifəsində dinləyə bilərsiniz.
İvane Çxaidze – Gürcüstanda hazırda “Donuz qripi” adlandırılan A tipli virus dolaşır
Gürcüstanda, Çində və dünyada olduğu kimi Koronavirusun beşinci altvariantı dolaşır – bu variant təhlükəli hesab edilmir, ÜmumDünya Səhiyyə Təşkilatı ona yeni kvalifikasiya verməyibdir, – bu haqda İaşvili adına Mərkəzi Uşaq Xəstəxanasının tibbi direktoru, TDTU professoru İvane Çxaidze bişdirmişdir. Onun açıqlamasına görə, birinci yerdə, 37%-lə qrip virusudur, ikinci yerdə isə koronavirusdur ki, bu sonuncunun yayılma tezliyi 30%-dir.
Bələdiyyənin sosial-iqtisadi vəziyyəti haqqında yeni portal yaradılacaqdır
Statistika üzrə Milli xidmətin icraçı direktoru Qoqita Todradzenin məlumatına əsasən, cari ildə yanvar-fevralda “Sakstat” bələdiyyə statistikası üzrə portal təqdim edəcəkdir. Portalda bələdiyyənin sosial -iqtisadi vəziyyəti haqda məlumat veriləcəkdir. Todradzenin qeyd etdiyi kimi, bundan əlavə, 2023-cü ildə „Sakstat“ verilmişləri toplama prosesində, sorğuları toplamaq üçün kağızdan istifadə edən deyildir.
„Biz tamamilə paper less ofis olacağıq. Təxminən, 245-dək araşdırma keçiririk. Onun çərçivəsində, 50 mindən çox biznessubyekti və daha çox daxili təsərrüfatı sorğu edəcəyik. Bu məlumatların yaxşılaşdırılması baxımından irəli atılmış bir addımdır. Həmçinin, cari ildə bələdiyyələr üzrə statistikanı inkişaf etdirmək niyyətindəyik. Bu istiqamətdə yanvar-fevralda ictimaiyyətə yeni interaktiv portal təklif edəcəyik. Bu bələdiyyə statistikası portalı olacaqdır və özündə əlimizdə və habelə inzibati məlumatlarda mövcud olan informasiyanı birləşdirəcəyik – bələdiyyələrin sosial-iqtisadi vəziyyəti haqda 100-dək indikatoru“, – Todradze bildirmişdir.
Məhkəmə Saqarecoda Xanım Ceyranıvanın işi ilə bağlı dörd nəfəri müqəssir elan etdi
Tbilisi Şəhər Məhkəməsi16 sentyabr 2014-cü ildə Saqareco rayonunun Ləmbəli kəndində, Xanım Ceyranovaya qarşı qrup şəklində edilən alçaldıcı rəftar faktı ilə bağlı dörd nəfəri müqəssir hesab etdi. Prokurorluğun məlumatı ilə, müttəhimlər zərər çəkənə kənd əhalisi qarşısında alçaldıcı sözlər deyir, təhqir edir və qadına yaraşmaşan iş tutduğuna görə cəzalandırılmalı olduğunu deyirdilər. Həmin qrup üzvlərinin hərəkəti zərər çəkənin mənəvi sarsıntı keçirməsinə səbəb oldu və o, 18 sentyabr 2014-cü ildə həyatına qəsd etdi.
,,Məhkəmə, Gürcüstan Cinayət Məcəlləsinin 144 tersiya maddəsinin ikinci hissəsinin “e” və “v” altbəndlərilə (qrup şəklində və cinsiyyət əlamətilə insaların bərabər hüquqlu olmalarını pozmaqla alçaldıcı rəftar) hər dörd nəfəri müqəssir elan edərək cəza ölçüsü kimi 5 il 6 ay azadlıqdan məhtum hökmünü çıxardı. Qeyd etmək lazımdır ki, verilmiş cinayət işi ilə bağlı azadlıqdan qanunsuz şəkildə məhrum etmə və alçaldıcı rəftar faktı üzrə bir şəxs də ittiham edilir. Onun işi Tbilisi Şəhər Məhkəməsində Andlı hakimlərin iştirakı ilə müzakirə edilir“,- məlumatda qeyd edilir.
Üzüm toplama ənənəsinə qeyri-maddi mədəniyyət irsi statusu verildi
Gürcüstan Mədəni İrsinin Mühafizəsi üzrə Milli Agentliyin Baş direktori Nikoloz Aznauraşvilinin 2022-ci ilin sonunda verdiyi əmrə əsasən Gürcüstanda qeyri-maddi mədəniyyət irsinin siyahısı artmışdır. Aznauraşvilinin 30 dekabr 2022-ci ildə çıxardığı əmr “Qanunvericilik xəbərçisində” dərc edilmişdir. Əmrə əsasən bu kimi obyektlər qeyri-maddi mədəni irs adını aldılar: „Gürcü taxıl mədəniyyət: ənənələr və rituallar”; „Qelati Elmləri Akademiyası ənənəsi”“; „ Gürcüstanın üzüm toplama ənənəsi”; „Mtsxeta peraşkisinin hazırlanma ənənəsi və onun mədəni konteksti”; „Mesxeti mətbəxi – Apoxta, Tsibo və Apoxta xəngəlinin hazırlanma və istifadə etmə ənənəsi“; „İnfeksional xəstəlik „Batonebi“ ilə bağlı ritual əməllər, mahnı və aadət-ənənələr”. Həmin əmr əsasında Mədəniyyət irsin Mühafizəsi üzrə Milli Agentlik Administrasiyası bir ay müddətində qeyd olunan obyektlərin məlumatlarını Gürcüstan Mədəniyyət, İdman və Gənclik Nazirliyinin internetsəhifəsində əks etdirmək məqsədilə, müvafiq tədbirləri həyata keçirməlidir. Agentliuin vebsaytına əsasən, indiyədək qeyri-maddi irsin siyahısında 60-dan çox ənənə, təcrübə və tamaşalar var.
Sosial cəhətdən müdafiə olunmayanların elektrik enerjisinin subsidiyarlığı hansı prinsip üzrə aparılacaqdır.
Maliyyə naziri, Laşa Xutsişvili, sosial cəhətdən müdafiə olunmayanlar üçün elektrik enerjisini subsidiyalaşdırmaq hansı prinsip üzrə aparılacağını izah etmişdir. Nazirin bildirdiyi kimi, 70 mindən və daha az reytinqil xalı olan ailələrin 1 kvt saata elektrikləri üçün 12 tetri ilə qarşılanacaqdır.
„Sosial istiqamətdə ölkənin boynuna götürdüyü bütün öhdəliklər 2023-cü ildə də davam edəcəkdir. Sosial cəhətdən müdafiə olunmayan ailələrin elektrik enerji sərfiyyatlarının subsidiyarlaşdırılmasını nəzərə alan bu proqramlar bu kimi prinsiplə işləyir: 70 min və daha az reytinq xalları olan ailələrin sərf etdikləri hər 1 kvt-saatı 12 tetri ilə ucuzlaşdırılacaqdır. 70-150 xalı olan ailələrdə isə bu təxminən 3.5 tetri təşkil edəcəkdir. Bu istiqamətdə 2023- cü ilin büdcəsindən 12 mln lari ayrılacaqdır“,- Nazir qeyd edir.
Avtomobillərin tüstüləməsinə nəzarət etmək üçün xüsusi ekipaj yaradılacaq
Gürcüstanda, yanvarın birindən etibarən dövri texniki yoxlama islahatı çərçivəsində, zərərli tüstülərin azaldılması məqsədilə, tüstünü yoxlama standartı daxil oldu. Həmin standart tüstüdə karbon dioksidin (CO2) normalarının əmsallarını müəyyənləşdirməyi nəzərdə tutur. Benzin motorlu avtomobilin dövri texniki yoxlayışında CO-nun üst həddi azalacaq və motorun yerində işləməsində 0,55% olacaqdır. „Gürcüstan avtomobillərin təftişi orqanları assosiasiyası” sədri Vaja İordanişviliyə əsasən, avtomobillərin tüstüləməsini yoxlamaq üçün bu il böyük şəhərlərdə xüsusi ekipajlar yaradılacaqdır. Vaja İordanişvilinin qeyd etdiyi kimi, bu gün texniki yoxlamadan keçən avtomobillərin nəzarəti əsasən ağıllı kameraların ümidinə qalmışdır.
Gürcüstanda yaşayış minimumu müavinətini 665 000-dən çox adam alır
Bir il ərzində yaşayış müavinətini alanların sayı 4.4%-lə artmışdır. Sosial Xidmət Agentliyinin veb-səhifəsində dərc edilən statistikaya əsasən, 2022-ci ilin noyabrında bu müavinəti Gürcüstan əhalisinin 17,9% yəni 665 992 insan alırdı. Bu isə ötən ilin analoji müddətilə müqayisədə 28 245-lə çoxdur. 2021-ci ilin noyabrında dövlətin müavinəti ümidinə 637 747 insan qalmışdı. Bununla belə, yoxsul olduğunu və pul müavinətinə ehtiyac duyduğunu söyləyən insanların sayı da 75 902-lə artmışdır. 2021-ci ilin noyabrında sosial müavinət proqramında 1 085 443 qeydiyyatdan keçmişdisə, 2022-ci ilin noyabrında bu göstərici 1 161 345-dək artmışdır. Burda artış 7%-dir.