დაიჯესტი აზერბაიჯანულ ენაზე
Efirdə azərbaycandilli icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və knews. ge informasiya agentliyinin səhifəsində dinləyə bilərsiniz. Hər həftəsonu bölgədə baş verən hadisələrin qısa icmalını təqdim edəcəyik.
Saqareco Bələdiyyəsinin Udabno kəndində İdeateka açıldı
“Sakartvelos Banki”-nin köməyi ilə, Saqareco Bələdiyyəsinin sərhədyanı Udabno kəndinin ictimai məktəbində 13-cü İdeateka açıldı.
İndən belə, Udabno ictimai məktəbinin 125 şagirdinin çoxfunksiyalı və rəngarəng kitabxanadan, kompüterlər, proyektorlar və digər təhsil resurslarından istifadə etmək imkanı olacaqdır. Layihənin məqsədi, qeyri-formal və formal təhsilin sərhədyanı, yüksəkdağlıq və etnik azlıqlarla məskunlaşmış kəndlərdə əlçatanlığıdır. Həmçinin, təhsil resurslarına əlçatanlığı və savadlılığı artırmaq, oxumağı populyarlaşdırmaq, gənclərin motivasiyası yüksəltmək və sağlam, rahat təhsil mühiti yaratmaqdır. Tezliklə buna bənzər məkan Kaxetinin 3 sərhədyanı kəndində Erisimedidə, Ləmbəlidə və Sabatlıda açılacaqdır.
Tütünü idxal edən şirkət – yaxın aylarda tütn bahalaşacaqdır
Tütünü idxal edən şirkət JTI –nin dediklərinə görə, Gürcüstanda ən yaxın aylarda tütün bahalaşacaqdır. Şirkətin korporativ müdiri, İva Xasiaya görə, Ukraynada baş verən müharibə səbəbilə, alternativ bazarlar axtarılmalı oldu. Yeni bazarlardan tütünün idxalı isə daha bahaya başa gəlir.
Xasiaya görə, hazırda Gürcüstana tütün Türkiyədən, Polşadan və Bolqarıstandan gətirilir. O ki qaldı, qiymətə, artırılmış xərclər hələ qiymətlərə sirayət etməmişdir. Bununla belə, JTI-dən bildirirlər ki, alternativ ölkələrə keçmə prosesi hələ başa çatmayıb və şirkətlər yenə də ucuz bazar axtarış prosesindədir.
Avtomobilin ilkin qeydiyyatı qiyməti az qalsın üç qat qalxır
Avtomobil nəqliyyat vasitələrinin ilkin qeydiyyat qiyməti üç qatına qalxır. Dəyişiklik “Publik Hüququn Hüquqi Şəxsi- Gürcüstan Daxili İşlər Nazirliyinin Xidmət Agentliyi Tərəfindən Göstərilən Xidmət üçün Təyin edilmiş Qiymət və Müddətlər haqda“ qanuna daxil edir.
Qanunlayihəsinə əsasən, nəqliyyat vasitəsinin qeydiyyat vəsiqəsinin verilmə qiyməti 35 lari əvəzinə 100 lari ilə müəyyənləşdirildi. Avtomobilin qeydiyyat nişanının qiyməti də bahalaşır. Layihəyə görə, bir cüt dövlət nişanını almaq qiyməti 35 lari əvəzinə 80 lari ilə müəyyənləşir. Avtomobilin itmiş ya korlanmış bir cüt nişanın qiyməti 35 lari əvəzinə 80 lari olacaqdır. Parlamentdə qanunlayihəsi hazırda komitəyə müzakirəyə çıxarılıb. Qanunlayihəsinin izah kartında yazıldığı kimi, Xidmət Agentliyi tərəfindən göstəriləcək xidmətləri qiymətlərinin korreksiyası Xidmət Agentliyinin gəlirlərini artıracaqdır. Gözlənilən gəlir təxminən 40 milyon laridir. Həmin gəlir bilavasitə Xidmət agentliyinin, habelə Patrul Polis Departamentinin effektli fəaliyyəti üçün zəruri xərclərin maliyyələşdirilməsinə sərf ediləcəkdir. Parlament tərəfindən qanunlayihəsinə dəstək verildiyi təqdirdə, qiymət 2023-cü il 1 yanvardan böyüyür. Qanuna daxil ediləcək dəyişikliklərin təşəbbüskarı Gürcüstan Hökuməti və Maliyyə Nazirliyidir.
Prokurorluq Saqarecoda Dövlətə məxsus olan torpaqların dələduzluqla mənimsənmə faktlarını üzərə çıxardı
Gürcüstan Prokurorluğu, Kaxeti bölgəsində, Dövlətə məxsus torpaqların dələduzluqla mənimsənmə, dələduzluqda kömək və xidməti səlahiyyətlərdən məkrli istifadə etmək faktları əsasında 13 şəxsə, o cümlədən Saqareco Bələdiyyəsi merinin keçmiş nümayəndəsinə qarşı cinayət işi açdı.
Prokurorluğun məlumatı ilə, Kaxeti Qəza Prokurorluğunun İstintaq İdarəsi tərəfindən keçirilmiş araşdırma nəticəsində, Saqareco Bələdiyyəsində, torpağın sistemli qeydiyyat islahatı çərçivəsində, müttəhimlər İctimai Reyestr üzrə Milli Agentliyinin fərdi bəyənatla müraciət etdilər və yerli bələdiyyə ərazisində yerləşən əmlakı qeydiyyatdan keçirməyi tələb etdilər. Qeydiyyatın icraatında, Bələdiyyə merinin nümayəndəsi, xidməti səlahiyyətindən məkrli istifadə edərək, kəndlilərinin nəfinə, İctimai Reyestrin Milli Agentliyi əməkdaşlarına yanlış məlumat ötürdü.
Həmçinin, bəyənatçı şəxslər, mülkiyyət hüququnu yalaçılıqla almaq məqsədilə, bir-birilərinn nəfinə yalan danışaraq 20 sentyabr 2007-ci ilədək qonşu torpaqları olduğlarının olduğunu iddia etdilər. Qanunazidd hərəkət nəticəsində müttəhimlər dövlətdən 122,700 lari dəyərində 79232 kv.m daşınmaz əmlaka yiyələndilər.
,,Müttəhimlər istintaqla əməkdaşlıq edir və etdikləri cinayəti etiraf edirlər. Məhkəmənin qərarı ilə yiyələndikləri torpaq sahələri Dövlətə geri qaytarılacaqdır. Gürcüstan Prokurorluğu, analoji cinayət işləyən şəxsləri üzərə çıxarmaq və ifşa etmək məqsədilə istintaqı davam etdirir” – Prokurorluğun yaydığı məlumatda qeyd edilir.
Təlimi mümkün olan itlərə təlim vermək icbari ola bilər
Heyvanlar üzrə Monitorinq Agentliyinin baş hüquqşünası, Kaxaber İoselianinin sözlərinə görə, təlimi mümkün olan it cinslərinin təlimi icbari ola bilər. Onun sözlərinə görə, sahibinin iti təlim etdiyinə dair sənədi olmalıdır. Qeyd olunan haqqında qanunlayihəsində yazılacaq və parlamentə göndəriləcəkdir.
„O ki qaldı, aqressiv cinsdən olan itlərə, işçi qrup üzvləri və maraqlı şəxslər tərəfindən tam konsensus əldə edilib – bədbəxt hadisələrin qarşısını almaq üçün təhlükəsizlik normaları mövcud olmalıdır. Bir neçə alternativ müzakirə edilir. Onlardan biri ayrıca cinslərə qarşı müəyyən tipli məhdudiyyətin tətbiq edilməsi, təhlükəsizlik öhdəliyindən istifadə etmək ya cinslərin artırılması ya ölkəyə daxil edilməsinin qadağan olunmasıdır. Üçüncü alternativ təlimi mümkün olan cinslərə təlim verməkdir. Bununla birlikdə, təsdiq edən sənəd də olmalıdır “,- Kaxaber İoseliani qeyd etmişdir.
Texniki nəzarətdən ikinci dəfə keçilmədikdə, sanksiyalar 150-dən 700 lari miqdarında olacaqdır
Atmosfer havasını çirklətməni azaltmaq məqsədilə, texniki cəhətdən nasaz avtomobillərə qarşı ciddi sanksiyaların tətbiq edilməsi planlaşdırılır. „Gürcüstan İnzibati Xətalar Məcəlləsindəki Dəyişiklikləri” Parlament payız sessiyasında müzakirə edəcəkdir. Ətraf mühit və Təbii Resurslar Komitəsinin sədri Maia Bitadzenin sözlərinə görə, dəyişiklik texniki nəzarətdən keçmə öhdəliyini yerinə yetirməyən nəqliyyat vasitələrinə şamil ediləcəkdir. Məlum olur ki, texniki nəzarətdən keçməmək üçün təyin edilən hazırkı cərimə də qüvvədə qalır, ancaq əgər subyekt birinci cərimədən sonra texniki nəzarətdən yenə keçməzsə, sanksiya 150-dən 700 lari qədərə qalxacaqdır.
„Hazırladığımız qanunlayihəsinə görə, 50 lari olan ilkin cərimə dəyişməz olaraq qalır. Lakin şəxs üçün, hansı ki, cərimələndikdən sonra 30 gün müddətində nasazlığı aradan qaldırmazsa, cərimlələr artacaqdır. Cərimələr fiziki və hüquqi şəxs üçün fərqlidir, təxminən 150 lardiən 700 lariyədək olacaqdır” – Maia Bitadze deyir.