დაიჯესტი აზერბაიჯანულ ენაზე
Efirdə azərbaycandilli icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə
baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və knews. ge informasiya agentliyinin səhifəsində dinləyə bilərsiniz.
Hər həftəsonu bölgədə baş verən hadisələrin qısa icmalını təqdim edəcəyik.
Xanım Ceyranovanın iki övladı üçün Dövlət ümdə 100 000 lari təzminat ödəməlidir
Xanım Ceyranovanın iki övladı üçün Dövlət ümdə 100 000 lari ödəyəcəkdir. Məhkəmədə onların maraqlarını “Sapari”-nin hüquqşünası, Nino Andriaşvili təmsil edir. Onun izahına görə, uşaqlar təzminatı az yaşlı olduqları vaxtda məruz qaldıqları mənəvi travmaya görə alacaqlar.
Məsələ 2014-cü il 16 sentyabrda, Saqareco bələdiyyəsinin Ləmbəli kəndində baş vermiş hadisələrə aiddir – 30 yaşlı Xanım Ceyranovaya həmkəndli kişilər hücum çəkdilər və kəndin gözü qabağında amanslzca döydülər. Hadisədən iki gün sonra, 18 sentyabrda Xanım Ceyranova vəfat etdi. Prokurorluğun versiyası ilə o intihar etmişdir.
“Sapari” təzminat məsələsində Tbilisi Şəhər Məhkəməsinin İnzibati Məsələlər Kolleqiyasına BMT Qadın Komitəsinin (CEDAW) qərarından sonra müraciət etdi. Komitə “Gürcüstanın qadına qarşı gender əlaməti və ləyaqət adından baş vermiş zorakılıqla bağlı istintaqı və hüquqi təqibi təmin edə bilmədi”-yini müəyyən etdi. Qərara əsasən, Dövlət istintaqı həm düzgün və effektli aparmalı, ikinci tərəfdən isə Xanım Ceyranovanın övladlarına ədalətli təzminat ödəmli idi. Nino Andriaşvilinin izahına görə, cavabdeh tərəf olan Maliyyə Nazirliyi təzminat ödəməkdən boyun qaçırmağa çalışırdı.
Andriaşvilinin sözlərinə görə, CEDAW-ın qərarından sonra təzminat məsələsinə məhkəmə mübahisəsi gündəmdə deyildi və hakim yalnız məbləğin miqdarı haqqında müzakirə aparmalı idi. Hüquqşünasın izah etdiyi kimi. Oxşar məsələlərdə qərar şifahi dinləmələr olmadan qəbul edilir, lakin, bu dəfə iclas təyin edildi və hakim tərəflərin mövqelərini dinlədi. Nəhayət “Sapari“ tərəfindən hər uşaq üçün tələb edilən 100 000 lari əvəzinə, məhkəmə hər biri üçün 50 000 lari müəyyənləşdirmişdir.
Otlaqların icarəsi proqramında çatışmazlıqlar var
Dövlət mülkiyyətində mövcud olan otlaqların çatışmazlığı proqramı bir ildir fəaliyyətə başlasa da benefisiarları yoxdur. „Gələcəyin fermeri“-dən bildirirlər ki, fermerlər yerli bələdiyyələrdə bürokratiya ilə üzləşməli olurlar. Daxil edilən ərizələrin yalnız 30%-i təmin edilib. Yerdə qalanlar isə rədd cavabı alıb. Səbəb icarəyə verilməli olan sahəni başqa fiziki ya hüquqi şəxsin işlətdiyi və buna görə də, mübahisələrin yarana bilməsi ehtimalıdır.
„Bir çox problemli məsələlər var ki, nəticədə qeyd olunan islahat xeyir gətirmədi. Bu istiqamətdə bir sıra insan və maliyyə resurslardan istifadə edilib. Bürokratik problemlərə görə, fermerlərin proqramla maraqlanmaları və fəallıqları əhəmiyyətli dərəcədə azaldı”- “Gələcəyin fermeri” təşkilatının sədri Rusudan Qiqaşvili bildirir.
Məlumat üçün, Dövlət mülkiyyətində olan otlaqların xərraqcla icarəyə verilməsi üzrə ümdə dörd mərhələ elan edilib. Ümdə 362 otlaq verilmişi əlçatandır. Bəyənatlar 129 doqquzu haqda qəbul olunur. Proqram çərçivəsində fermerlərə dövlət torpaqlarından otlaq kimi 3 il müddətində istifadə edə bilərlər.
DİN-in Xidmət Agentliyi tərəfindən göstəriləcək ayrıca xidmətlərin qiyməti artırılır.
Təşəbbüs Gürcüstan Hökumətinə aiddir və Maliyyə Naqzirliyi tərəfindən hazırlanan layihəyə əsasən, nəqliyyat vasitəsinjin qeydiyyatdan keçirilmə vəsiqəsi -35 lari əvəzinə 100 lari olacaqdır; avtomobilin dövlət nömrələrinin bir cütü 35 lari əvəzinə 80 lariyə veriləcəkdir; avtomobilin itmiş ya korlanmış nömrəsinin bərpası 35 lari əvəzinə 80 lariyə başa gələcəkdir.
Layihənin izahatında qeyd olduğu kimi, Xidmət agentliyi tərəfindən göstəriləcək xidmətlərin qiymətinin koreeksiyası Agentliyin gəlirini artıracaqdır. Gözlənilən gəlir 40 mln laridir. Gəlirlər bilavasitə Agentliyin, habelə, Patrul polisinin xərcləri üçün sərf olacaqdır.
Tibbi qrupları bioloji, radiasiya və nüvə reaksiyası üçün hazırlayırlar
Gürcüstanda təcili yadım həkimlərini bioloji və radiasiya insidentləri üçün hazırlayacaqlar. Bu haqda
məlumatı Səhiyyə Nazirliyi yayır.
„Gürcüstanda ilk dəfə, cənubi və şərqi avropa ölkələrində kimyəvi, bioloji, radiasiya və nüvə insidentlərinə reaksiya verən tibbi qrupların hazırlanması və reaksiyası məqsədilə „layihə 88” keçirilir. Layihə çərçivəsində tədris təlimləri mərkəzi xüsusi təchizatla təmin edildi. 300 min avro dəyərində olan həmin təchizatı Gürcüstan ödənizşsiz qəbul edəcəkdir. Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “layihə 88”-inə Fövqəladə Halların Koordinasiyası və Təxirəsalınmaz Yardım Mərkəzi ev sahibliyi edəcəkdir. “Layihə 88” 2022-ci ilin 10 oktyabrından davam edəcək və ona Cənubi və Şərqi Avropadan 10 ölkənin 50 iştirakçısı cəlb ediləcəkdir,”- Məlumatda qeyd edilir.
Avropa İttifaqının səfirləri razılaşdılar ki, Gürcüstan və Ukraynanın separatçı bölgələrində verilən rus pasportları viza almaq və yaxud Şenqen zonası sərhədini keçmək üçün yararlı hesab edilməsin.
Avropa İttifaqının səfirləri razılaşdılar ki, Gürcüstan və Ukraynanın separatçı bölgələrində verilən rus pasportları viza almaq və yaxud Şenqen zonası sərhədini keçmək üçün yararlı hesab edilməsin. Avropa İttifaqı səfirləri Gürcüstan və Ukraynanın işğal altında qalan ərazilərdə verilən rus pasportlarını tanımamağa razılaşdılar. Bu haqda Avropa İttifaqı Şurasının dərc etdiyi mətbuat relizində deyilir. Bu haqda Avropa parlamenti ilə danışıqların aparılması öhədliyi Avropa İttifaqı Şurasının sədri ölkəyə -Çexiyaya verildi.
“Bu haqda qərar Rusiyanın Ukraynaya qarşı bəraətqazandırılmaz hərbi aqressiyasına və işğal altında saxladığı bölgələrin sakinləri üçün rus beynəlxalq pasportlarının paylanması praktikasına qarşı qəbul edilir. Bu həmçinin 2008-ci ildə Rusiyanın Abxaziya və Cənubi Osetiya ərazilərinin tanınması qərarına da şamil olunur. Rusiya tərəfindən işğal olunan bölgələrdə ya Gürcüstanın separatçı əraüzilərdən rus sənədləri qəbul edilmir”, – Avropa İttifaqı Şurasının bəyənatında deyilib.
Qiorqi Xanişvili: Şərab sektoru addım-addım subsidiyarlıq ehtiyacından çıxacaqdır
Kənd Təsərrüfatı Nazirinin müavini Qiorqi Xanişvilinin bildirdiyi kimi, üzüm toplama faktiki olaraq son stadiyasındadır.
“ Ötən illərə nisbətən subsidiyarlığın həcmi 40-50 mln lari ilə azaldı. Bu olduqca əhəmiyyətlidir, çünki dövlət subsidiyarlığı nəzərdə tutan təbirlər keçirir və hamılıqla bunun pis olduğuna razılaşırıq. Cari il təsdiq etdi ki, Dövlətin qəbul etdiyi ölçülər effektlidir və üzüm məhsulunun böyük hissəsini özəl sektor aldı. Əlbəttə ki, Dövlətin rolu əhəmiyyətli idi, lakin hesab edirəm ki, gələcəkdə, strategiyamız nəticəsində subsidiyarlıq məsələsindən saf biznes başlanğıcına əsaslanan işə keçəcəyik,” – Qiorqi Xanişvili deyir.
Onun sözlərinə görə, sektor subsidiyarlıqdan addım-addım çıxacaq və Gürcüstan Hökumətinin bunun üçün doğru strategiyası var.
8 ayda, ailədə zorakılıq faktı üzrə, 5 827 məhdudlaşdırıcı order verildi
Cari ilin 1 yanvardan avqust hesaba almaqla, ailədə zorakılıq faktlarla bağlı 5 827 məhdudlaşdırıcı order çıxarıldı.
DİN-in statistik verilmişlərində əks olduğu kimi qadın qubanlarının sayı 4 574-dür, kişi qurbanlarının isə 887. İdarənin məlumatına əsasən, zorakılıq törədən kişi 4 329, qadın isə 805-dir. Zorakılığın növlərinə gəldikdə isə, nazirliyin məlumatına əsasən, eyni dövrdə, ölkədə fiziki zorakılığın 146, psixolojinin – 5 382, iqtisadinin- 119, cinsinin – 24, məcbur etmənin 45 və təkzib etmənin 31 faktı üzərə çıxdı. Bölgələr üzrə zorakılığın ən çox təsadüfü Tbilisinin üzərinə düşür.