დაიჯესტი აზერბაიჯანულ ენაზე
Efirdə azərbaycandilli icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və knews. ge informasiya agentliyinin səhifəsində dinləyə bilərsiniz.
Hər həftəsonu bölgədə baş verən hadisələrin qısa icmalını təqdim edəcəyik.
2008-ci ilin avqust müharibəsindən 14 il keçdi
2008-ci il avqust müharibəsinin 14-cü ildönümündə, Axmeta Bələdiyyəsinin Kvemo Alvani kəndində, Gürcüstan Milli Qəhərəmanı Qiorqi Antsuxelidze adına parkda, Kaxeti qubernatoru İrakli Şiolaşvili, yerli özünüidarəetmə nümayəndələri ilə Qiorqi Antsixelidzenin memorialına əkillər qoydular.
Gürcüstan Silahlı Qüvvələrinin IV piyada briqadasının, 41-ci batalyonunun kiçik giziri Qiorqi Antsuxelidze 9 avqust Rusiya-Gürcüstan müharibəsinin ilk toqquşmalarında qarşı tərəfə əsir düşdü. 2008-ci ilin noyabrına qədər hərbi qulluqçu itkin düşmüş hesab edilirdi. Sonradan Tsxinvalidən gətirilən 10 gürcü cəsədi üzərində gendetik ekspertiza ilə, onlardan birinin Qiorqi Antsuxelidze olduğu məlum olmuşdur. Ölümündən sonra Qiorqi Antsuxelidze Gürcüstan Milli Qəhrəmanı adına layiq görülüb.
Telavidə sahibkarlığın inkişafı məktəbi açılacaqdır
Media mərkəzi Kaxeti MCK yeni layihəni həyata keçirməyə başlayır. Layihənin məqsədi Kaxeti bölgəsində mikrosahibkarlıq potensialını, xüsusilə də həssas qəsəbələrdə yaşayan qadın və gənclərdə sahibkarlıq qabiliyyətlərini yaxşılaşdırmaq yolu ilə gücləndirməkdir. Layihə bu kimi prioritetləri özündə əhatə edir: iqtisadi böyümə: kənd-iqtisadi inkişaf/sahibkarlığın inkişafına , o cümlədən, turizmə dəstək .
,,Bu məqsədlə Telavidə, Sahibkar Qadınlar Klubu bazasında sahibkarlığın inkişaf məktəbi fəaliyyətə başlamışdır. O, qadın və gənc sahibkarları yeni bilik və qabiliyyətlərlə təchiz etməyi, bilik, resurslar və təcrübələrin mübadiləsini təşkil etməyi planlaşdırır. Gender bərabərliyi və sosial inkluziya: qadınların gücləndirilməsi, o cümlədən, etnik və dini azlıqların cəlb edilməsi – sahibkarlığa, vətəndaş cəmiyyətinin aktiv iştirakını təmin etmək yolu ilə, bölgə və yerli səviyyədə iqlim və mühit yaratmaq. Layihə gender və sosial inkluziya istiqamətində qadınlara dəstək verməyə xüsusi diqqət ayıracaqdır. Eyni zamanda, layihə ilə sahibkarlıq məsələrin advokatlaşdırması ilə yerli ictimaiyyətin geniş vətəndaş iştirakı da təmin ediləcəkdir. Layihə çərçivəsində mikroqrantların verilməsi planlaşdırılır. Layihədə iştirak imkanı Kaxeti kənd sakinləri arasında uzunmüddətlə işlə təmin edilməyən, lakin təbii məhsullar hazırlayan və öz sahibkalrıqlarını inkişaf etdirmək istəyən qadınlara da verilir; 18-dən 30 yaşınadək gənclər, hansılar ki, sahibkarlıq qabiliyyətlərini kənd təsərrüfatında istifadə etmək təcrübəsinə malikdirlər və həmçinin sahibkarlıqla maraqlanan 14-18 yaş arası, ailə təsərrüfatlarında ailələrinə kömək edən şagirdlər də cəlb ediləcəkdir”,- Media mərkəzi Kaxetinin direktoru Maia Mamulaşvili bəyan edib.
Avropa ittifaqının dəstəyi ilə Gürcüstan Fermerlər Assosiasiyası aqrosistem üzrə elektron xəritə yaradır
Avropa İttifaqı və BMT inkişaf proqramının dəstəyi ilə, Gürcüstan Fermerlər Assosiasiyası Gürcüstanın Aqrosistemi üzrə elektron xəritə yaradır. Bunun haqqında məlumatı BMT-nin Gürcüstandakı təmsilçiliyi yayır. Gürcüstanın interaktiv elektron aqroxəritəsi üzrə artıq 50 kənd və şəhər əks etdirilmişdir.
Xəritə Quqlun xəritələri əsasında yaradıldı və kənd təsərrüfatı və qida sənayesinin başlıca oyunçuları, o cümlədən, aqrobizneslərin, fermer təsərrüfatlarının, aqroservis tədarükçülərin, fermer ekstensiyaları və təlimlər mərkəzlərinin, ixtisasi assosiasiyaları haqqında kifayət qədər geniş informasiyanı əhatə edir. Bizneslər və QHT-lərdən savayı, verilmişlər bazasında, sahənin inkişafına xidmət göstərən Dövlət Yardım Proqramları da əks etdirilmişdir. Aqroxəritənin vasitəsi ilə, məlumat həm konkret şirkətlər və təşkilatların, həmçinin sahələrə görə yayılacaqdır. İstehlakçılar bilavasitə onlar üçün maraqlı aqrobizneslə əlaqə saxlaya bilər və sonra bazada yerləşmiş məlumatın keyfiyyətini və biznes- interaksiyasının effektliliyini qiymətləndirə bilərlər.
Restoran biznesi kadrlar qıtlığından niyə əziyyət çəkir
Bölgədə kvalifikasiyalı kadrların qıtlığı problemi bir neçə ildir ki mövcuddur. Gənclərin əksəriyyəti bölgələrdən Tbilisiyə ya xaricə yollanır. Bu isə problemi günbəgün kəskinləşdirir. Pandemiya və ondan sonrakı dövrdəki kadrların qıtlığı restoran biznesinə xüsusilə toxunmuşdur.
Qeyd olunan məsələ barədə həm işə götürənlər, həm də ekspertlər, habelə QHT nümayəndələri də danışırlar. Gürcüstan Restoranlar Assosiasiyasının Prezidenti, Şota Burcanadze bildirir ki, son iki ildə restoran biznesini 20 000 işçi təkr etmişdir.
Onun sözlərinə görə, bu yalnız bir bölgənin, yaxud bir sahənin problem deyildir. Ölkədə bu qədər işsiz adamın olduğu halda, iş yerlərinin deyil, adam qıtlığının olması paradoksdur. Şota Burcanadze bu problemin ən kəskin şəkildə bölgələrdə olduğunu qeyd edir.
Sülh əməliyyatlarında həlak olan ya ağır yaralanan əsgərlərin uşaqları təhsil qrantlarından faydalanacaqlar
Bunun haqqında məlumatı Gürcüstanın Müdafiə Nazirliyi yayır.
İdarənin məlumatına görə, Gürcüstan müdafiə qüvvələrində qulluq edən şəxslər, hərbi qulluqçular, yaralı və xəsarət almış hərbçilər və onların ailə üzvləri təhsil, mədəni və tibbi müəssisələrdə müxtəlif privilegiyalardan və güzəştlərdən istifadə edirlər. İdarənin verdiyi izahata görə, yeni tədris ilindən etibarən müdafiəyədə qüvvədə olan sosial proqramlar çərçivəsində, Gürcüstann ərazi bütövlüyü üçün həlak olan hərbçilərin övladlarından savayı, beynəlxalq əməliyyatlarda həlak olan ya ağır xəsarət alan əsgər övladları, həmçinin, fiziki məhdudiyyətli veteranlar və onların övladları təhsil qrantlarından faydalanacaqlar.
Təhsil qrantı ilə maliyyələşmə imkanından ali məktəbin bakalavr və maqistratura proqramı tələbələri də istifadə edə biləcəklər. Dövlət tədris qrantı ilə maliyyələşdirmə layihəsi üzrə Gürcüstan Müdafiə Nazirliyinin təşəbbüskarı olduğu yenilik, Hökumətin qərarı və Təhsil və Elm Nazirliyinin dəstəyi əsasında artıq qəbul edilib və 2022-2023 tədris ilindən etibarən qüvvəyə minəcəkdir.
“Narazılıqları bir yana qoyub plan hazırlayın”- Deqnan Avropa Komissiyasının 12 tövsiyyəsi barədə
“Gürcüstanı Avropa gələcəyinə aparacaq islahatları qəbul edin”- Gürcüstanda ABŞ səfiri Kelli Deqnan siyasi liderlər və Vətəndaş Cəmiyyətinə Avropa İttifaqına namizədlik statusunu almaq üçün 12 bəndlik planın yerinə yetirilməsi haqda məsləhət verdi.
Kelli Deqnan qeyd etdi ki, hakim partiya və müxalifət narazılıqlarını bir tərəfə atıb birləşməlidirlər, çünki Avropalı gələcək üçün gedən yol yalnız islahatlardan keçir. O, Avroiteqrasiya yolunda qanunların modernləşdirilməli və uyğunlaşdırılmalı olduğunu da vurğuladı.
Texniki nəzarətdən keçmə mərkəzi bildirir ki, növbəti hər keçməməkdən ötrü cərimələrin miqdarı arta bilər.
Ehtimal ki, hər ikinci dəfə yoxlayış da ödənişli olacaqdır. Texniki nəzarətdən keçmə mərkəzləri ittifaqının sədri Qiorqi Şiolaşvilinin dediyi kimi, müvafiq qanunvericilik təşəbbüsü artıq Parlamentə təqdim olunub və o, cari ilin payızında müzakirəyə qoyulacaqdır. Onun sözlərinə görə hazırlanmış qanunlayihəsinə əsasən, mərkəz tərəfindən ilk dəfə keçə bilməyən maşın üçün cərimə 50 lari olaraq qalacaqdır, lakin hər növbəti cərimə üçün məbləğ artır və 150 lari, sonra isə 300 və s. olacaqdır.