ახალი ამბებიპოდკასტებიღია სტუდია

დაიჯესტი აზერბაიჯანულ ენაზე

Efirdə azərbaycandilli icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və knews. ge  informasiya agentliyinin səhifəsində dinləyə bilərsiniz. 

Hər həftəsonu bölgədə baş verən hadisələrin qısa icmalını təqdim edəcəyik.

 

Gürcüstanda hərbi tipli muzeylərin açılması planlaşdırılır

Gürcüstanda hərbi tipli muzeylərin açılması planlaşdırılır. Parlamentə müzakirə etmək üçün “Muzeylər haqqında” qanunda dəyişikliklər layihəsi təqdim edilib. Layihə  yeni tip – hərbi muzeyi yaratmağı nəzərdə tutur.

Qanunlayihəsinin izahında qeyd olduğu kimi, Avropa İttifaqının üzvü ölkələrinin bir çoxunda, ABŞ-da, Böyük Britaniyada milli hərbi muzeylər yaradılmışdır və həmin muzeylərin olduqca əhəmiyyətli funksiyalar var.

Milli hərbi muzeyin təsis edilməsi nəinki hərbi tarix, hərbi texnika və silahlanma ilə maraqlanan cəmiyyət üçün, habelə bu kimi muzeylərin gələcək vətənpərvər nəsli yetişdirmək və təfəkkürün yüksəldilməsi üçün çox əhəmiyyətlidir. Bununla belə, gələcəkdə hərbi tipli müzey akademik dairələr üçün də əhəmiyyətli məlumat mənbəyinə çevriləcəkdir“, –Parlamentə təqdim edilən Qanunvericilik dəyişikliyinin izahatında oxuyuruq. Layihə ilə qanun qüvvəyə 2025-ci ilin yanvar ayından etibarən minəcəkdir.

Qaracalar sakinləri stadionun bərpa olunmasını tələb edirlər

Telavi Bələdiyyəsinin Qaracalar kənd sakinləri stadionun bərpa edilməsini tələb edir. Qeyd olunan tələblə, yerlilər aksiya keçirdərək maşın yolunu bağladılar. Onların sözlərinə əsasən, stadion qışda korlanıb və ondan sonra heç kəs onu bərpa etməmişdir.

Telavi Bələdiyyəsinin Meriasında bildirirlər ki, bərpa işləri gələn həftədən etibarən başlyacaqdır.

Reabilitasiya işləri üçün elan edilən tender bir neçə dəfə baş tutmadı. Hazırda qalib şirkət artıq elan edilib və gələcək həftədən işlərə başlayacaqdır– Meriyada bildiriblər.  Stadionun reabilitasiya işlərini tender qalibi “Parametr” şirkəti keçirəcəkdir.  İşlər yerli büdcədən maliyyələşdiriləcəkdir.

Gürcüstanda yaşayış müavinətini alanların sayı 660 mini keçdi

Bir il ərzində yaşayış müavinətini alanların sayı 19%-lə artmışdır. Sosial Xidmət Agentliyinin veb-səhifəsində dərc edilən statistikaya əsasən, 2022-ci ilin iyununda bu müvainəti 661 061 adam alırdı, bu isə ötən ilə nisbətən 105 404adamla çoxdur. 2021-ci ilin iyununda dövlət yardımı ümidinə 555 657  adam qalmışdı. Bununla belə,  son bir il ərzində özünü kasıb kimi hesab edən və pul müavinətinə ehtiyacı olduğunu bildirən insanların sayı  69 456 adamla artmışdı.

Bazarda qalan bol məhsulu almaq üçün “Məhsulu idarə edən şirkət” 50 milyon sərf edəcəkdir

Hökumət üzüm yığımına hazırlaşır. Üzümə dəstək üçün 50 milyon xərcləmə planı artıq bəyan edilmişdir.  50 mln lari sadələşdirilmiş satınalmaq haqqını “Məhsulu idarəetmə Şirkəti”almışdır. Şirkətə 2022-ci il üzüm toplama dövründə üzümün emalı üçün zəruri tədbirlərin keçirilməsi tapşırıldı.

Qeyd olunanlar həm Kaxeti, həm də Raça-Leçxumi bölgəsində özəl şirkətlər tərəfindən alındıqdan sonra  bazarda qalan üzümü satınalmağa, emala,  anbarlaşdırılmasına və saxlanmasına şamil edilir.

Tədbir üçün ayrılmış dövr iki mərhələyə ayrılır. Birincisi  üzüm yığma prosesidir. Proses Kaxeti və Raça-Leçxumidə ay yarım ərzində davam edir. İkinci mərhələ üzüm emalı, alınan mayelər və üzümün konsentrasiya olmuş şirəsini saxlamaq, nəql edilməsi xidməti, spirt çəkmək üçün lazımlı avadanlıqların kirayəsi və bank xidməti prosesi.  „Şərab üzrə Milli Agentliyi“-nin sədrinin bəyənatı ilə bu il “Ağ üzümün” subsidiyası müzakirə olunur.

Nikahla bağlı xidmətlər bahalaşdı

Nikah ritualını keçirməyin dəyəri artdı. Xüsusi,  ritual xidməti (Nikah ritualını təntənəli şəkildə keçirmək) Ədliyyə evinin filialında və ya İctimai mərkəzdə 50  lari əvəzinə 75 lari olacaqdır. Gürcüstan Hökumətinin qərarına əsasən, şənbə – bazar günü nikahı təntənəli şəkildə keçirmək – 225 lari olacaqdır, başqa günlərdə isə  – 135 laridir. İndiyə qədər eyni xidmət 150 lari idi, adi günlərdəisə– 90 lari. Xidmətlər agentliyi filialından kənarda nikahı qeydiyyatdan keçirmək bu günə kimi 170 lari idi. Bu gündən etibarən isə bu xidmətin qiymətin qiyməti 255 lari olacaqdır.

Ombudsma hökumətə  pulsuz yeməkxanalarda minimal standartları hazırlamağı tövsiyyə edir

Xalq müdafiəçisi Gürcüstan Hökumətinə ölkə miqyasında, pulsuz yeməkxanalarda minimum standarları hazırlamaq tövsiyyəsini verir.  Bunun barəsində ombudsmen aparatı tərəfindən pulsuz yeməkxanalarla bağlı hesabatda deyilir. Xalq müdafiəçisi Aparatı 2022-ci ilin fevral-martında, təsadüfi seçim prinsipi ilə, Gürcüstanın 25 bələdiyyəsində fəaliyyət göstərən 59 pulsuz yeməkxananın monitorinqini həyata keçirmişdir.

Hesabata görə, bəzi bələdiyyədə mövcud olan vəziyyət həm qidanı çatdırmaq xidməti, həmçinin, sanitariya-gigiyenik cəhətdən minimum tələblərə güclə cavab verir, lakin ümumi mənzərə qənaətbəxş deyildir. Bundan irəli gələrək,  ombudsman hökumət və yerli bələdiyyələrə müəyyən tövsiyyələr verir.

Zemo bolkvi kənd əhalisi su probleminin həllini tələb edir

Laqodexi Bələdiyyəsində, Areşperan icmasının Zemo bolkvi icması əhalisi su probleminin həllini tələb edir. Onun sözlərinə görə, kənddə su gəlmir və sutəminatı cəhətdən özünüidarəetmə tərəfindən planlaşdrılan layihə, mövcud problemləri həll edə bilməyəcək.

Zemo və Kvemo bolkvi kəndi Alazani çayının düzənliyində, Laqodexidən 27 km məsafədə yerləşir. Sakinlərin əksəriyyəti etnik osetinlər və gürcülərdir. Zemo bolkvidə yaşayan Mzia Çkadua knews.ge ilə söhbətində qeyd olunan problemin çoxdan mövcud olduğunu bildirir.

 ,,İllərdir içməli su ilə bağlı problemimiz var. Bələdiyyənin nümayəndələri ilə də narazılığımız mövcuddur. İçməli suyu  40 il bundan əvvəl kənd əhalisi öz vəsaitləri ilə düzəltmişdir. Bu gün isə özünüidarəetmə tikilmiş sistemi uçurmağa hazırlaşaraq, öz layihələri ilə düzəltməyi planlaşdırır. Bunu isə biz istəmirik”,–  Mzia Çkadua Knews.ge ilə müsahibəsində demişdir.

Laqodexi Bələdiyyəsinin Meri, Condo Mdivnişvili bildirir ki,  Zemo və Kvemo bolkvi əhalisinin su ilə təmin etmək üçün yerli büdcədən  378 000 lari ayrılmışdır. Bu vəsait yeni sistemi tikməyə sərf ediləcəkdir. Condo Mdivnişvili knews.ge ilə söhbətində bildirir ki, layihə çərçivəsində kənddə mövcud olan su resursundan istifadə ediləcəkdir. Quyuya, suyun hər bir sakinə çatması üçün yeni nasosların quraşdırılması planlaşdırılır.

Yeni tənzimləmə ilə,  fiziki şəxslər 4 illik istehlakçı kreditini ala bilməyəcəklər

Gürcüstan Mərkəzi Bankı fiziki şəxslərin kreditləşdirmə templərini azaltmaq məqsədilə, yeni qərar qəbul etmişdir.İstehlakçı kreditinin maksimum müddəti, 4-dən 3 ilə endiriləcəkdir. Mərkəzi Bankın Prezidenti Koba Qvenetadzenin bəyənatı  ilə istehlakçı kreditlərin maksimum müddətinin məhdudlaşdırılması avqustun 15- dən qüvvəyə minəcək və bir ərzində qüvvədə olacaqdır.