ახალი ამბებიპოდკასტებიღია სტუდია

დაიჯესტი აზერბაიჯანულ ენაზე

Efirdə azərbaycandilli icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və knews. ge  informasiya agentliyinin səhifəsində dinləyə bilərsiniz. 

Hər həftəsonu bölgədə baş verən hadisələrin qısa icmalını təqdim edəcəyik.

Amiran Qağrelidze –  Maskanı icbari şəkildə taxmaq məsələsi müzakirə edilmir

Maskanı icbari şəkildə taxmaq məsələsi müzakirə edilmirəsas tövsiyyə odur ki, peyvənd olunmayanlar peyvənd olunsunlar, kim peyvənd olunubsa “Buster” vurdursun, – bu haqda  “Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin” rəhbəri Amiran Qamğrelidze bildirmişdir. Onun sözlərinə görə, „Buster“ Koronavirusun yeni ştammları üzərinə də yaxşı təsir göstərir.

Koronavirus hallaaraının bir çoxu nisbətən yüngüldür, xəstəxanaya getməyi tələb etmir  deyə xəstəxanalar yüklənmir. Həmçinin bildiyiniz kimi, ölkədə xüsusi dərman, anti-virus dərmanımız var. Maskanı taxmaq icbari olan deyil.  Qapalı binalarda və böyük toplantılarda maskadan istifadə etməyi məsləhət görürük. Ən əsası odur ki, simptomları olan insan test versin“, – Qamğrelidze bildirmişdir.

Gürcüstanda minimum saatbaşı haqqı 5 lari ola bilər

Gürcüstanda ola bilsin ki,  minimum saatbaşı haqqı təyin edilsin. Qeyd olunan Qanunvericilik təklifi ilə Parlamentə vətəndaş Maka Mindiaşvili müraciət etmişdir. Təklifdə oxuduğumuz kimi,  saatbaşı haqqı 5 lari ilə müəyyənləşdirilməli, nəticədə isə bir ay ərzində vergi tam götürülməyən minimal maaş 800 lari olacaqdır.  Bununla belə,  vətəndaşın təklifi ilə,  məqam yerarxiyası ilə birlikdə minimal saatbaşı əmək haqqına saatda bir lari də əlavə edilməlidir.

Bundan əlavə,  qanunvericilik təklifinə əsasən, iş günü olmayan günlərdə və gecə növbəsində  işləmək ikiqat vergitutulmaz minimal saatbaşı haqla qarşılanmalıdır.

Gürcü şirkətləri  EU ölkələrinin açıq satınalmalarında iştirak edə biləcəklər

İqtisadiyyat naziri Levan Davitaşvilinin bildirdiyi kimi, Gürcüstanda qeydiyyatdan keçmiş şirkətlərə Avropa İttifaqının 27  ölkəsinin açıq satınalmalarında iştirak edə bilmək imkanı verilir.

„Hesab edirəm ki, Gürcü biznesi üçün bu yeni bir stimul olacaqdır. Eyni zamanda,  bu Gürcüstanın Avropa iqtisadi məkanına inteqrasiyası istiqamətində əhəmiyyətli bir addımdır“, –Levan Davitaşvili qeyd etmişdir.

Bələdiyyələrin ərazisində icazəsiz  küçə ticarəti üzrə sanksiyalar və cərimələr təyin ediləcəkdir

Gürcüstan Baş –naziri İrakli Ğaribaşvilinin rəhbərliyi ilə  Hökumət Administrasiyasının iclası keçirildi. Nazirlər kabinetinin üzləri gündəliklə nəzərdə tutulmuş  yeddi məsələni müzakirə etdilər. Müzakirə ediləcək məsələlər arasında  Gürcüstanın “Gürcüstan İnzibati Xətalar Məcəlləsinə Dəyişikliklərin Əlavə edilməsi Haqqında” qanunu da vardı. Qanun küçə ticarətinin tənzimlənməsini nəzərdə tutur.  Dəyişikliklərə görə, Bələdiyyə ərazisində icazəsiz küçə ticarəti və lazımınca olmayan reklam yerləşdirməyə qarşı sanksiya və cərimələr tətbiq ediləcəkdir.

Qeyd edilən maddələrə, həmin hal təkrar olunarsa, sanksiyalar əlavə edilir.

Bölgələrdə ,,Mühafizəkar partiyanın” ofisləri qapanır

“Alt-info bağlanır” – Rusiya yönümlü televiziyada maliyyə problemləri baş qaldırıb.  Kanal öz yayımçılığını guman ki, bu günlərdə dayandıracaqdır. Bölgələrdə “Mühafizəkar partiyanın” ofisləri də bağlanır. Orda işləyən adamlara pullarının olmadığını və maaşları verə bilməyəcəklərini, beləliklə evlərinə getməli olduqlarını bildirdilər. Onlar xalqdan kömək umur və sosial şəbəkədə sədəqə istəyirlər.

 

Üzümü subsidiya etmək proqramı keyfiyyətsizliyi təşviq edirÇaxır eksperti

Şərab üzrə Milli Agentliyinin keçmiş rəhbəri və çaxır  üzrə tanınmış ekspert Qiorqi Samanişvili gürcü çaxırı haqqında danışaraq, sektorun inkişafı üçün keyfiyyətə səmtləşməyin və müvafiq marketinq kampaniyasının yürüldülməsinin zəruri olduğunu qeyd etdi. Bütün bunlar gürcü şərabının beynəlxalq bazarda öz yerini tutması və “nişa” seqmentini inkişaf etdirməsi üçündür.

Qeyd olunan məqsədə nail olmağa mane olan amillərdən biri kimi Qiorqi Samanişvili üzümün dövlət tərəfindən subsidiyası proqramının adını çəkir. Onun qiymətləndirilməsinə görə, hazırkı səylər keyfiyyətə və hədsiz istehsala yol açır ki, o da gürcü şərabçılığının inkişafına mane olur.

Qeyd etmək gərəkdir ki, Hökumətin qərarı ilə Gürcüstanda üzümçülük artıq kütləvi şəkildə subsidiya edilən deyildir. Yalnız fərqli yanaşmaqlarla qismən subsidiya olacaqdır. Bu ilsə, böyük ehtimalla, yalnız ağ üzüm subsidiya alacaqdır, çünki bu sahə böhran içidədir.

 “Drift” cəzalandırıla bilər

Hökumətin qərarı ilə, Drift yəni maşınları qəsdən sürüşdürmək və yaxud, maşınlara sürüşdürərək dairəvi şəkildə dövrə vurdurmaq cəzalandırılacaqdır. Sanksiya kimi 300 lari cərimə və sürücülük vəsiqəsindən 30 xalın əksilməsi təyin edilir.  Drift müəyyən zərərə səbəb olduğu təqdirdə cəzalar daha da ağırlaşacaqdır. Qeyd olunan hal 500 lari cərimə və sürücülük vəsiqəsindən 35 xal azalmağa səbəb olacaqdır.

Hər 6 aydan bir məzuniyyətə çıxmaq mümkün ola bilər

Məzuniyyəti işə başladıqdan hər 6 aydan bir almaq mümkün ola bilər. Qeyd olunan Qanunvericilik  təklifi ilə vətəndaş Maka Mindiaşvili Parlamentə müraciət etmişdir. Daha konkret, işlə təmin olunanın məzuniyyət tələb etmə hüququ işlədiyi 6 ayda yaranır. Tərəfllərin razılığı ilə işə götürülülmüş şəxsə, qeyd olunan vaxta qədər də, məzuniyyət verilə bilər. Bununla belə, Qanunvericilik  təklifinə əsasən, iş vaxtının müddəti 8 saatı, həftədə 40 saatı, ayda 160 saatı keçməməlidir. 160 saatdan sonra istənilən əlavə vaxt əlavə vaxta hesablanmalı və saatbaşı maaşdan 1.5 –dəfə artıq ödənməlidir. Qanunvericilik təklifinin müzakirəsi Səhiyyə və Sosial məsələləri Komitəsinə həvalə edildi. Komitə qərarını Parlamentin bürosuna bildirməlidir.

Kaxetidə fermerlər  qarpız və qovun məhsullarını sata bilmirlər

Kaxeti bölgəsində yaşayan fermerlər, qarpız və qovun məhsullarını sata bilmirlər. Onların dediyinə əsasən, bir kilonun qiyməti ötən illərə nisbətən ucuz olmasına baxmayaraq, alıcı yenı görünmür.

Fermerlərə əsasən, yerli isthesal idxalatla rəqabət apara bilmədiyi üçün satıla bilmir və kömək istəyirlər. Onların sözlərinə görə, uğursuzluğun səbəbi gürcü məhsulunun xarici ilə yerli bazarda belə rəqabət apara bilməməsidədir.

,,Məhsulu yetişdirmək bahaya başa gəlir. Min bir zəhmətlə yetişdiririk, ancaq qiyməti yoxdur. İndi də qovun və qarpız mövsumu olmasına baxmayaraq dərmədən üstündə xarab olur. Türkiyədən gətirilir və yerlidən çox o satılır”,-  fermerlər Knews.ge-yə bildiriblər.