დაიჯესტი აზერბაიჯანულ ენაზე
Efirdə azərbaycandilli icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və knews. ge informasiya agentliyinin səhifəsində dinləyə bilərsiniz.
Hər həftəsonu bölgədə baş verən hadisələrin qısa icmalını təqdim edəcəyik.
2023 – cü ilin mayından Avropa İttifaqı ölkələrinə yollanmaq ödənişli olacaqdır
2023-cü ilin may ayından etibarən Avropa İttifaqına daxil olmaq üçün üzv olmayan ölkələrin vətəndaşları, hansılar ki əvvəllər vizasız səyahət edirdilər, artıq viza vergisi prosedurlarından əvvəlcə keçəcək və pul ödəməli olacaqlar.
Avropa İttifaqının bəyənatına əsasən, 2023-cü ilin mayından Avropa İttifaqına səyahət vizasının vergi sxemi, Avropaya səyahət barədə informasiya və avtorizasiya sistemi (ETIAS) işə düşəcəkdir. Sistem Avropa İttifaqına səyahət etmək üçün hazırda viza tələb olmayan ölkələrə aiddir. Qeyd olunan prosedur vizadan daha sürətlidir, onlayn işləyəcək və biometrik məlumatı tələb etmir, lakin hamış üçün təsdiq almaq vacib olacaqdır və bunun üçün ödəniş təyin ediləcəkdir. Bu sistem və onunla bağlı vergilər Avropa İttifaqına üzv ölkələr vətəndaşlarına aid deyildir.
Bu il Gürcüstanda üzüm məhsulu kütləvi şəkildə subsidiya ala bilmələyəcəkdir
Bu il Gürcüstanda üzüm məhsulu kütləvi şəkildə subsidiya ala bilməyəcəkdir. Lakin Şərabın Milli Agentliyinin rəhbəri Levan Mexuzlanın bildirdiyi kimi, subsidiyalar qismən, fərqli yanaşmalarla veriləcəkdir. Onun sözlərinə görə, bu ilki maliyyələşdirmə ağ üzümlə bağlı olacaq, çünki bu istiqamət böhrən yaşamaqdadır.
„Hələki üzüm məhsulunun subsidiyası forması üzrə dəqiq razılaşma yoxdur. Hazırda bizim üçün əsas ixrac məhsul qırmızı çaxırdır. Onun üçün də hesab edirik ki, bu istiqamətdə, ötən illərdə olduğu kimi, cari ildə də qırmızı çaxıra müdaxilə etməyək və bazarı tam sərbəst buraxaq, sərbəst bazarda isə oyun qaydalarını tələb-təklif təyin edir. Hazırda üzüm ixracatının azalmasında irəli gələrək spirt istiqaməti çətin vəziyyətdədir. Ağ üzüm spirt istiqamətidir. Belə ki, bu sahəyə hökumət hər hansı bir şəkildə müdaxilə etməlidir. Bunun üçün kompleksiv yanaşmalar hazırlanmalıdır” – Levan Mexuzla bildirib.
Saqarecoda yeni rekreasiv vəəyləncə məkanları salmaq üçün işlər aparılır
Saqareco şəhəridə yeni rekreasiv vəəyləncə məkənlarının salınması üçün işlər aktiv fazadadır. Layihə pilot bölgələrin inteqrəli inkişaf proqramı çərçivəsində həyata keçirilir. Proqramın büdcəsi 505 035 lari təşkil edir; Saqareco bələdiyyəsi meriyasının məlumatı ilə, layihə çərçivəsində, parka tərəf piyada yolunun salınması planlaşdırılır; fiziki məhdudiyyətli şəxslər üçün adaptə olunmuş pandus; uşaq-əylənmə meydançası və uşaq atraksionları düzəldiləcək; cığırlar arası yaşıllaşdırılacaq; idman basketbol meydanı və küçə trenajorlarının quraşdırılması nəzərdə tutulur. Cığırlar boyunca lampalar düzüləcək və dekorativ çəpər çəkiləcəkdir; Parkda yeni monolit divarlar, talvar və adaptə edilmiş tualetdə quraşdırılacaqdır.
Kaxetidə gənclər üçün“Bu ölkə sənindir” adlı müsabiqə elan edildi
Kaxetidə gənclər üçün “Bu ölkə sənindir” adlı müsabiqə elan edilmişdir. Vətəndaş kampaniyasının məqsədi Gürcütstanda vətəndaş cəmiyyətinin gücləndirilməsi, vətəndaş aktivizminə dəstək, QHT-lərin və onların fəaliyyətlərinin məşhurlaşdırılması, habelə, gənclərdə vətəndaş məsuliyyətinin artması və onları təşviq etməkdir. Gənclər üçün “Bu ölkə sənindir” adlı müsabiqə ölkə miqyasında keçirilir və qaliblər bölgələr üzrə elan ediləcəklər.
Laqodexidə nadir göbələk növü -Trüffeli kəşf etdilər
Laqodexi bələdiyyəsində nadir göbələk növünü- Trüffeli kəşf etdilər. Onu yerli, Laqodexi Qoruğu rəhbəri Qiorqi Sulamanidze tapmışdır. Onun sözlərinə görə, yayın qara Trüfelini mühafizə olunan ərazilərin kənarında tapmışdır.
,,Dünyada trüfelin bir neçə növü mövcuddur. Bunlardan ən məşhuru və dəyərlisi qışın qara trüfelidir. Ağ trüfel də mövcuddur. Kiloqramının qiyməti 2000 avrodan 5000 avroya qədərdir. Onlar əsasən İtaliya və Fransada yayılıb. Gürcüstanda da olması ilə bağlı ehtimallar vardı və doğrudan da bir neçə dəfə tapdılar, lakin o qışın idi və ağını hələ heç kəs tapa bilməyib. Laqodexidə yayın qara trüfelini dünən tapdıq və Laqodexi ərazisində tapmağımız olduqca əhəmiyyətlidir. Tapılması kifayət qədər çətindir və böyük təcrübə tələb edir. Qış trüfeli əsasən torpağın altında böyüyür, yayınkı isə torpağın üzərində güclə sezilir’’,–Qiorqi SulamanidzeKnews.ge-yə bildirmişdir.
Gürcüstan Hökuməti taxıl və arpa ixracatını bir il müddətincə qadağan edir
Gürcüstan Hökuməti taxıl və arpanın ixracatını cari ilin 4 iyuldan 2023-cü ilin 4 iyulunadək qadağan edir. Bunun haqqında Ətraf mühit və Kənd-təsərrüfatı naziri Otar Şamuqia bildirmişdir. Onun izahına görə, bölgədə yaranmış vəziyyəti nəzərə alaraq, ərzaq təhlükəsizliyini təmin etmək üçün, yerli taxıl və arpa yalnız daxili bazarda satılmalıdır.
Otar Şamuqia qeyd edir ki, Gürcüstan tamamilə taxıl idxalından asılıdır (ildə 500 min ton) və az miqdarına görə ölkə onsuz da ixrac edə bilmir, lakin yaranan vəziyyət ölkədən müəyyən miqdarda əldə edilən taxılın da ixracata çıxma risklərini yaradır. Arpaya gəldikdə isə, Gürcüstanda istehsal olunan arpa İraq və İrana ixrac edilir. Heyvandarlıq, quşçuluq və donuzçuluq sahəsində bir qida resursu kimi arpa çox əhəmiyyətlidir. Cari ildə arpanın proqnozlaşdırılan məhsulu 60 min tondur. Hazırda 2,5 min tondan çoxu artıq ixrac olunub.
Laqodexi kəndlərinin əhalisi yol infrastrukturunun səhmana salınması tələbi ilə aksiya keçirmişdir
Laqodexi bələdiyyəsinin kəndləri – Şroma və Kavşiri əhalisi mərkəzi maqistralda, həyat üçün təhlükəli olan hissədə, müvafiq infrastrukturun yerləşdirilməsini tələb edir.
Yoldan savayı, yerlilər səhmansız sel kanalları və səkilər haqda da danışırlar. Əhalinin deməsinəəsasən, yolun təhlükəli hissələrinə görə baş verən qəzalar nəticəsində bir neçə insan həlak olmuşdur. Onların məlumatına əsasən, bir neçə gün bundan əvvəl Şroma-Kavşiri yolunda xəsarət alan və hazırda Tbilisidə müalicə olunan 5 yaşlı qızın vəziyyəti hələ də ağırdır. Aksiya iştirakçılarının yanına Laqodexi bələdiyyəsinin meri gedib əhaliyə problemin qısa müddətdə həll olunacağına dair vəd verdi.