Efirdə azərbaycan dilində əftəlik icmaldır -დაიჯესტი აზერბაიჯანულ ენაზე
Efirdə azərbaycan dilində həftəlik icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı hadisələrə toxunur. Verilişi onlayn radio “Kaxetinin səsi” və “Knows.ge” informasiya agentliyinin səhifəsindən izləyə bilərsiniz.
Hər həftəsonu sizi bölgədə baş verən hadisəlrin icmalı ilə tanış edəcəyik.
Ölkədə “Meymun çiçəyinin” guman edilən təsadüfü üzrə tədqiqat aparılır
Gürcüstanda “Meymun çiçəyinin” guman edilən təsadüfü üzrə müayinə aparılır. Səhiyyə nazirinin müavini Tamar Qabuniyanın izah etdiyinə əsasən, indiyə kimi bu növ araşdırmanın aparılmadığı üçün daha çox vaxta ehtiyac var.
Onun sözlərinə görə, pasientin kliniki vəziyyəti qənaətbəxşdir və müayinələrin cavabı həftənin sonu üçün olmalıdır.
Nəqliyyat vasitəsinin texniki nəzarətdən keçirmək öhdəliyindən yayınmaq üzrə cərimələr yüksəlir
“İnzibati Xətalar Məcəlləsində” aparılacaq dəyişikliklər nəqliyyat vasitəsinin texniki təftişdən keçmə çatışmazlıqlarını üzərə çıxaracaqdır.
Dəyişikliklərə əsaən, texniki nəzarətdən keçmə öhdəliyinə görə bir dəfə cərimələnən fiziki şəxs 30 gün ərzində texniki nəzarətdən keçməzsə 150 lari, hüquqi şəxs isə 300 lari miqdarında cərimələnəcəkdir. Eyni xətaya yol verilidiyi təqdirdə isə, əgər fiziki və ya hüquqi şəxs 30 gün ərzində texniki nəzarətdən yenə keməçzsə, cərimənin miqdarı artır – fiziki şəxs üçün 300 lari, hüquqi şəxs üçün isə 500 lari cərimə kəsiləcəkdir.
Siğnağidə tarixi qala təmir ediləcəkdir
Cari ildə Siğnaği şəhərində yerləşən mədəniyyət abidəsi statuslu tarixi qala təmir ediləcəkdir.
Bələdiyyə meriyasının verdiyi məlumata görə, hazırda layihə sənədlərinin texniki hissəsi üzərində işləyirlər. Texniki işlər qalanın reabilitasiyası məsələləri üzrə lazımlı tədqiqatlar, planlaşdırma və müvafiq hazırlıqları nəzərdə tutur. Siğnaği şəhərinin tarixi qalası XVIII əsrin ikinci yarısında tikilmişdir. Mədəniyyət irsi abidəsi illərdir ki təmirsiz qalmışdır. Tarixi abidənin bərpası-reabilitasiyası 2022-23-cü illərdə həyata keçiriləcəkdir.
Telavidə gender və ailə zorakılığına məruz qalan qurbanlar üçün dəstək ofisi açıldı
Avropa İttifaqının köməyi ilə “Gürcüstan hüquqlar” adlı təşkilat Kaxetidə ödənişsiz hüquqi yardım mərkəzi açmışdır. Mərkəz bölgədə yaşayan gender və ailə zorakılığına məruz qalan vətəndaşlara ödənişsiz xidmət göstərəcəkdir.
Hüquqi yardım çərçivəsində „Gürcüstan hüquqlar”-ın səriştəli hüquqşünasları benefisiyarlara hüquqi məsləhətlər verəcək, inzibati orqanlarda və cinayət, mülki və inzibati işlər üzrə məhkəməlkərdə təmsilçiləri olacaqlar.
SiğnağidəArtişok istehsalına başladılar
Siğnaği bələdiyyəsinin Tibaani kəndində yaşayan Malxaz Bidzinaşvili 1 hektarlıq torpaq sahəsində artişok bağı salmışdır.
Onun sözlərinə görə, artişok bağını ötən il Avropa İttifaqından əldə etdiyi 5 000 larilik qrantla salmış və bağ üçün lazım olan azsaylı texnikanı da həmin maliyyə resursu ilə almışdır. Fermerin qənaətincə artişoka tələbat ilbəil artır və bunun üçün bağı daha da genişlətmək qərarına gəlib.
„Yeni məhsulu 1 aya götürməyə başlayacağıq. Artişoku ildə bir neçə dəfə götürmək mümkün oldu üçün, ildə ümdə 6 tona qədər məhsul gözləyirik. Məhsulumuz hazırda Geo Artichoke-un feysbuk səhifəsindən onlayn sifarişlər əsasında satılır. Qudvillə, Karfurla və Aqrohabla danışıqlar aparırıq. Tezliklə artişok alıcıları bu hipermarketlərdə onu əldə edə biləcəklər“, –Malxaz Bidzinaşvili deyir.
Artişokun qiyməti 20-30 laridir. Sahibkarlar gələcəkdə artişok emal edən müəssisə qurmaq niyyətindədirlər.
Napareulidə küpə şərabını öyrənən kursların açılması planlaşdırılır
Telavi bələdiyyəsinin Napareuli kəndində “Ekizlərin şərabçılıq evi”-nin təsisçiləri, küpəçilik, üzümçülük-şərabçılıq mütəxəssisləri Qiya və Qela Qamtkitsulaşvililərin təşəbbüsü ilə, bu il küpə və küpə şərabının peşə kurslarının açılması planlaşdırılır.
Qiya Qamtkitsulaşvilinin bildirdiyi kimi, peşə kurslarının açılması üçün onlar ölkə miqyasında küpəçiləri birləşdirməyi qərara aldılar və ötən il qeyri-kommersial hüquqi şəxs olan”Küpəçilər assosiasiyasını” təsis etdilər.
Onlara əsaən, məqsəd kepəçilik sahəsində olan biliyi yeni nəsilə ötürməkdir. Peşə kursları proqramını Qiya Qamtkitsulaşvilinin özü yaratmışdır. O, bu istiqamətdə dissertasiya müdafiə etməyi və maraqlanan şəxslərə küpə şərabı istehsalı üzrə təcrübələrinipaylaşmağı planlaşdırır.
Saqarecoda “Qarecoba-2022” bayramı keçirilmişdir
Saqareco bələdiyyəsi Meriyasının təşəbbüsü ilə, Udabno kəndi, Davit Qareci monastrı yaxınlığında dünyəvi və dini bayram olan “Qarecoba-2022” qeyd edilmişdir. Qareci xalq bayramı Davit Qarecinin böyük monastr kompleksi yanında XX əsrin 70-ci illərindən etibarən qeyd edilməkdədir. Bayram 2018-ci ilin 21 mayında bərpa edilmişdir.
Tədbirdə sərgi məkanları, yerli ansambl konserti, güləş və at yarışması nümayiş edildi.Tədbirə gələn cəmiyyətin və dəvət olunan qonaqların gürcü yeməkləri mastrerklaslarında iştirak etmək, habelə, gürcü şərablarını və yeməklərini dadmaq kimi fürsətləri oldu.